Məhkəmə qərarları › İş №e-2(078)-1185/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-1185/2023

21.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-1185/2023 21.09.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 73 A ünvanında yerləşən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən, fen, ütü- Philips, X5 4, Canon printer üçün 242 (iki yüz qırx iki) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat cərimə pulu; 12 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən, Trust Aiva usb, Canon printer, Samsung Cover, WD X2 üçün 173 (yüz yetmiş üç) manat ödənilməmiş hissə, 17 (on yeddi) manat cərimə pulu; 18 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən, Logitech klaviatura üçün 68 (altmış səkkiz) manat ödənilməmiş hissə, 6 (altı) manat cərimə pulu; 18 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən, WD X3 üçün 57 (əlli yeddi) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə pulu; 18 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən, HP printer üçün 143 (yüz qırx üç) manat ödənilməmiş hissə, 14 (on dörd) manat cərimə pulu; 08 avqust 2019-cu il tarixli müqaviləyə əsasən, Panasonic ev telefonu üçün 25.42 (iyirmi beş manat qırx iki qəpik) manat ödənilməmiş hissə, 2.58 (iki manat əlli səkkiz qəpik) manat cərimə pulu; 08 avqust 2019-cu il tarixli müqaviləyə əsasən, 2 ədəd Trust qulaqlıq, Mİ qulaqlıq üçün 91.61 (doxsan bir manat altmış bir qəpik) manat ödənilməmiş hissə, 9.39 (doqquz manat otuz doqquz qəpik) manat cərimə pulu; 05 sentyabr 2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********64433 olan Samsung Galaxy A40 markalı telefon, Samsung Case, İMEİ kodu **********35223 olan Samsung Galaxy S10+ markalı telefon üçün 2303.72 (iki min üç yüz üç manat yetmiş iki qəpik) manat ödənilməmiş hissə, 230.28 (iki yüz otuz manat iyirmi səkkiz qəpik) manat cərimə pulu; 30 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********27135 olan X4 8 markalı telefon üçün 552 (beş yüz əlli iki) manat ödənilməmiş hissə, 55 (əlli beş) manat cərimə pulu olmaqla, ümumilikdə 4019 (dörd min on doqquz) manat borcun və 60.19 (altmış manat on doqquz qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehin "xxxx" MMC ilə 11 noyabr 2019-cu il, 12 noyabr 2019-cu il, 18 noyabr 2019cu il, 18 noyabr 2019-cu il, 18 noyabr 2019-cu il, 08 avqust 2019-cu il, 08 avqust 2019-cu il, 05 sentyabr 2019-cu il, 30 noyabr 2019-cu il tarixlərdə bağladığı müqavilələrə əsasən fen, ütü- Philips, X5 4, Canon printer, Trust Aiva usb, Canon printer, Samsung Cover, WD X2, Logitech klaviatura, WD X3, HP printer, Panasonic ev telefonu, 2 ədəd Trust qulaqlıq, Mİ qulaqlıq, İMEİ kodu **********64433 olan Samsung Galaxy A40 markalı telefon, Samsung Case, İMEİ kodu **********35223 olan Samsung Galaxy S10+ markalı telefon, İMEİ kodu **********27135 olan X4 8 markalı telefon aldığını və nəticədə 4019 (dörd min on doqquz) manat borcun yarandığını, cavabdehin müqavilənin şərtlərini pozduğunu və nəticədə 11 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1169 (min yüz altmış doqquz) manat (12 ay x 96 manat + 17 manat ilkin ödəniş) olan fen, ütü- Philips, X5 4, Canon printer üçün 266 (iki yüz altmış altı) manat olmaqla, ondan 242 (iki yüz qırx iki) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat cərimə pulu; 12 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1140 (min yüz qırx) manat (12 ay x 96 manat + 17 manat ilkin ödəniş) olan Trust Aiva usb, Canon printer, Samsung Cover, WD X2 üçün 190 (yüz doxsan) manat olmaqla, ondan 173 (yüz yetmiş üç) manat ödənilməmiş hissə, 17 (on yeddi) manat cərimə pulu; 18 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 72 (yetmiş iki) manat (18 ay x 4 manat + 0 manat ilkin ödəniş) olan Logitech klaviatura üçün 74 (yetmiş dörd) manat olmaqla, ondan 68 (altmış səkkiz) manat ödənilməmiş hissə, 6 (altı) manat cərimə pulu; 18 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 170 (yüz yetmiş) manat (2 ay x 57 manat + 56 manat ilkin ödəniş) olan WD X3 üçün 62 (altmış iki) manat olmaqla, ondan 57 (əlli yeddi) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə pulu; 18 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 430 (dörd yüz otuz) manat (2 ay x 143 manat + 144 manat ilkin ödəniş) olan HP printer üçün 157 (yüz əlli yeddi) manat olmaqla, ondan 143 (yüz qırx üç) manat ödənilməmiş hissə, 14 (on dörd) manat cərimə pulu; 08 avqust 2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 78 (yetmiş səkkiz) manat (6 ay x 13 manat + 0 manat ilkin ödəniş) olan Panasonic ev telefonu üçün 28 (iyirmi səkkiz) manat olmaqla, ondan 25.42 (iyirmi beş manat qırx iki qəpik) manat ödənilməmiş hissə, 2.58 (iki manat əlli səkkiz qəpik) manat cərimə pulu; 08 avqust 2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 276 (iki yüz yetmiş altı) manat (6 ay x 46 manat + 0 manat ilkin ödəniş) olan 2 ədəd Trust qulaqlıq, Mİ qulaqlıq üçün 101 (yüz bir) manat olmaqla, ondan 91.61 (doxsan bir manat altmış bir qəpik) manat ödənilməmiş hissə, 9.39 (doqquz manat otuz doqquz qəpik) manat cərimə pulu; 05 sentyabr 2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 3622 (üç min altı yüz iyirmi iki) manat (12 ay x 265 manat + 442 manat ilkin ödəniş) olan İMEİ kodu **********64433 olan Samsung Galaxy A40 markalı telefon, Samsung Case, İMEİ kodu **********35223 olan Samsung Galaxy S10+ markalı telefon üçün 2534 (iki min beş yüz otuz dörd) manat olmaqla, ondan 2303.72 (iki min üç yüz üç manat yetmiş iki qəpik) manat ödənilməmiş hissə, 230.28 (iki yüz otuz manat iyirmi səkkiz qəpik) manat cərimə pulu; 30 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 638 (altı yüz otuz səkkiz) manat (12 ay x 46 manat + 86 manat ilkin ödəniş) olan İMEİ kodu **********27135 olan X4 8 markalı telefon üçün 607 (altı yüz yeddi) manat olmaqla, ondan 552 (beş yüz əlli iki) manat ödənilməmiş hissə, 55 (əlli beş) manat cərimə pulu miqdarında borcun yarandığını, cavabdehin 11 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən 21 noyabr 2019-cu il tarixdə Canon printerdən imtina etdiyini və məhsulun 504 manat qiymətləndirilib borcundan silinərək geri qaytarıldığını, cavabdehin 12 noyabr 2019cu il tarixli müqaviləyə əsasən 18 noyabr 2019-cu il tarixdə Canon printer və WD X1 imtina etdiyini və məhsulun 936 manat qiymətləndirilib borcundan silinərək geri qaytarıldığını, cavabdehin 11 noyabr 2019-cu il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğin 423 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymətin 504 manat, 12 noyabr 2019-cu il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğin 31 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymətin 936 manat, digər 7 müqavilə üzrə cəmi ödədiyi məbləğin 2045.25 manat təşkil etdiyini, cavabdehlə aralarında bağlanılmış 11 noyabr 2019-cu il, 12 noyabr 2019-cu il, 18 noyabr 2019-cu il, 18 noyabr 2019-cu il, 18 noyabr 2019-cu il, 08 avqust 2019-cu il, 08 avqust 2019-cu il, 05 sentyabr 2019-cu il, 30 noyabr 2019-cu il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından cavabdehin əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil aldığının göründüyünü, cavabdehlə aralarında olan telefon danışığından, həmçinin göndərdikləri 12 iyul 2023-cü il tarixli xəbərdarlıq məktubundan mübahisənin məhkəmədənkənar həll olunmasını, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəfin müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etmədiyini, bunları nəzərə alaraq, 11 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən, fen, ütü- Philips, X5 4, Canon printer üçün 242 (iki yüz qırx iki) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat cərimə pulu; 12 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən, Trust Aiva usb, Canon printer, Samsung Cover, WD X2 üçün 173 (yüz yetmiş üç) manat ödənilməmiş hissə, 17 (on yeddi) manat cərimə pulu; 18 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən, Logitech klaviatura üçün 68 (altmış səkkiz) manat ödənilməmiş hissə, 6 (altı) manat cərimə pulu; 18 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən, WD X3 üçün 57 (əlli yeddi) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə pulu; 18 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən, HP printer üçün 143 (yüz qırx üç) manat ödənilməmiş hissə, 14 (on dörd) manat cərimə pulu; 08 avqust 2019-cu il tarixli müqaviləyə əsasən, Panasonic ev telefonu üçün 25.42 (iyirmi beş manat qırx iki qəpik) manat ödənilməmiş hissə, 2.58 (iki manat əlli səkkiz qəpik) manat cərimə pulu; 08 avqust 2019-cu il tarixli müqaviləyə əsasən, 2 ədəd Trust qulaqlıq, Mİ qulaqlıq üçün 91.61 (doxsan bir manat altmış bir qəpik) manat ödənilməmiş hissə, 9.39 (doqquz manat otuz doqquz qəpik) manat cərimə pulu; 05 sentyabr 2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********64433 olan Samsung Galaxy A40 markalı telefon, Samsung Case, İMEİ kodu **********35223 olan Samsung Galaxy S10+ markalı telefon üçün 2303.72 (iki min üç yüz üç manat yetmiş iki qəpik) manat ödənilməmiş hissə, 230.28 (iki yüz otuz manat iyirmi səkkiz qəpik) manat cərimə pulu; 30 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********27135 olan X4 8 markalı telefon üçün 552 (beş yüz əlli iki) manat ödənilməmiş hissə, 55 (əlli beş) manat cərimə pulu olmaqla, ümumilikdə 4019 (dörd min on doqquz) manat borcun və 60.19 (altmış manat on doqquz qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: Tərəflər arasında bağlanmış 08 avqust 2019-cu il tarixli, **********6 nömrəli, 08 avqust 2019-cu il tarixli, **********7 nömrəli, 05 sentyabr 2019-cu il tarixli, **********8 nömrəli, 11 noyabr 2019-cu il tarixli, **********9 nömrəli, 12 noyabr 2019-cu il tarixli, **********2 nömrəli, 18 noyabr 2019-cu il tarixli, **********3 nömrəli, 18 noyabr 2019-cu il tarixli, **********4 nömrəli, 18 noyabr 2019-cu il tarixli, **********5 nömrəli, 30 noyabr 2019-cu il tarixli, **********7 nömrəli Müqavilələrin 2.3, 2.4 və 2.5-ci bəndlərinə əsasən, "xxxx" MMC malı müştəriyə təqdim edir. Müştəri malı qəbul edir və malı istifadə etmək hüququ ona keçir. Müqavilənin bütün şərtləri tam və vaxtında yerinə yetirildiyi təqdirdə mala tam sahiblik hüququ müştəriyə keçir. 04 avqust 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh 11 noyabr 2019-cu il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 1169 manat olan fen, ütü- Philips, X5 4, Canon printer üçün ilkin ödəniş 17 manat olmaqla, 12 ay müddətinə ayda 96 manat, 12 noyabr 2019-cu il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 1140 manat olan Trust Aiva usb, Canon printer, Samsung Cover, WD X2 üçün ilkin ödənişsiz 12 ay müddətinə ayda 95 manat, 18 noyabr 2019-cu il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 72 manat olan Logitech klaviatura üçün ilkin ödənişsiz 18 ay müddətinə ayda 4 manat, 18 noyabr 2019-cu il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 170 manat olan WD X3 üçün ilkin ödəniş 56 manat olmaqla, 2 ay müddətinə ayda 57 manat, 18 noyabr 2019-cu il tarixli Müqavilə üzrə alqısatqı qiyməti 430 manat olan HP printer üçün ilkin ödəniş 144 manat olmaqla, 2 ay müddətinə ayda 143 manat, 08 avqust 2019-cu il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 78 manat olan Panasonic ev telefonu üçün ilkin ödənişsiz 6 ay müddətinə ayda 13 manat, 08 avqust 2019-cu il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 276 manat olan 2 ədəd Trust qulaqlıq, Mİ qulaqlıq üçün ilkin ödənişsiz 6 ay müddətinə ayda 46 manat, 05 sentyabr 2019cu il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 3622 manat olan İMEİ kodu **********64433 olan Samsung Galaxy A40 markalı telefon, Samsung Case, İMEİ kodu **********35223 olan Samsung Galaxy S10+ markalı telefon üçün ilkin ödəniş 442 manat olmaqla, 12 ay müddətinə ayda 265 manat, 30 noyabr 2019-cu il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 638 manat olan İMEİ kodu **********27135 olan X4 8 markalı telefon üçün ilkin ödəniş 86 manat olmaqla, 12 ay müddətinə ayda 46 manat ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə sübutları obyektiv, qərəzsiz, qanunauyğun olaraq araşdırıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 11 avqust 2023-cü il tarixdə daxil olmuş iddia ərizəsi üzrə 16 avqust 2023cü il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə, Cavabdeh 11 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən 242 (iki yüz qırx iki) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat cərimə pulu; 12 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən 173 (yüz yetmiş üç) manat ödənilməmiş hissə, 17 (on yeddi) manat cərimə pulu; 18 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən 68 (altmış səkkiz) manat ödənilməmiş hissə, 6 (altı) manat cərimə pulu; 18 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən 57 (əlli yeddi) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə pulu; 18 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən 143 (yüz qırx üç) manat ödənilməmiş hissə, 14 (on dörd) manat cərimə pulu; 08 avqust 2019-cu il tarixli müqaviləyə əsasən 25.42 (iyirmi beş manat qırx iki qəpik) manat ödənilməmiş hissə, 2.58 (iki manat əlli səkkiz qəpik) manat cərimə pulu; 08 avqust 2019-cu il tarixli müqaviləyə əsasən 91.61 (doxsan bir manat altmış bir qəpik) manat ödənilməmiş hissə, 9.39 (doqquz manat otuz doqquz qəpik) manat cərimə pulu; 05 sentyabr 2019-cu il tarixli müqaviləyə əsasən 2303.72 (iki min üç yüz üç manat yetmiş iki qəpik) manat ödənilməmiş hissə, 230.28 (iki yüz otuz manat iyirmi səkkiz qəpik) manat cərimə pulu; 30 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən 552 (beş yüz əlli iki) manat ödənilməmiş hissə, 55 (əlli beş) manat cərimə pulu olmaqla, cəmi 4019 (dörd min on doqquz) manat borc və 60.19 (altmış manat on doqquz qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Belə ki, tərəflər arasında bağlanmış 08 avqust 2019-cu il tarixli, **********6 nömrəli, 08 avqust 2019-cu il tarixli, **********7 nömrəli, 05 sentyabr 2019-cu il tarixli, **********8 nömrəli, 11 noyabr 2019-cu il tarixli, **********9 nömrəli, 12 noyabr 2019-cu il tarixli, **********2 nömrəli, 18 noyabr 2019-cu il tarixli, **********3 nömrəli, 18 noyabr 2019-cu il tarixli, **********4 nömrəli, 18 noyabr 2019-cu il tarixli, **********5 nömrəli, 30 noyabr 2019-cu il tarixli, **********7 nömrəli Müqavilələrin 2.3, 2.4 və 2.5-ci bəndlərinə əsasən, "xxxx" MMC malı müştəriyə təqdim edir. Müştəri malı qəbul edir və malı istifadə etmək hüququ ona keçir. Müqavilənin bütün şərtləri tam və vaxtında yerinə yetirildiyi təqdirdə mala tam sahiblik hüququ müştəriyə keçir. Lakin Cavabdeh müqavilələrin qeyd olunan şərtlərini pozaraq borcunun ödənilməsini təmin etməməklə, müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 11 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən 242 (iki yüz qırx iki) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat cərimə pulu; 12 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən 173 (yüz yetmiş üç) manat ödənilməmiş hissə, 17 (on yeddi) manat cərimə pulu; 18 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən 68 (altmış səkkiz) manat ödənilməmiş hissə, 6 (altı) manat cərimə pulu; 18 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən 57 (əlli yeddi) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə pulu; 18 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən 143 (yüz qırx üç) manat ödənilməmiş hissə, 14 (on dörd) manat cərimə pulu; 08 avqust 2019-cu il tarixli müqaviləyə əsasən 25.42 (iyirmi beş manat qırx iki qəpik) manat ödənilməmiş hissə, 2.58 (iki manat əlli səkkiz qəpik) manat cərimə pulu; 08 avqust 2019-cu il tarixli müqaviləyə əsasən 91.61 (doxsan bir manat altmış bir qəpik) manat ödənilməmiş hissə, 9.39 (doqquz manat otuz doqquz qəpik) manat cərimə pulu; 05 sentyabr 2019-cu il tarixli müqaviləyə əsasən 2303.72 (iki min üç yüz üç manat yetmiş iki qəpik) manat ödənilməmiş hissə, 230.28 (iki yüz otuz manat iyirmi səkkiz qəpik) manat cərimə pulu; 30 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən 552 (beş yüz əlli iki) manat ödənilməmiş hissə, 55 (əlli beş) manat cərimə pulu olmaqla, cəmi 4019 (dörd min on doqquz) manat borc və 60.19 (altmış manat on doqquz qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Tərəflər qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar