Məhkəmə qərarları › İş №e-2(078)-1192/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-1192/2023

21.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-1192/2023 21.09.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 73 A ünvanında yerləşən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31 dekabr 2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********44219 olan Samsung Galaxy A32 markalı telefon üçün 620.82 (altı yüz iyirmi manat səksən iki qəpik) manat ödənilməmiş hissə, 62.18 (altmış iki manat on səkkiz qəpik) manat cərimə pulu; 15 oktyabr 2021-ci il tarixli müqaviləyə əsasən ətçəkən Panasonic üçün 149.60 (yüz qırx doqquz manat altmış qəpik) manat ödənilməmiş hissə, 14.40 (on dörd manat qırx qəpik) manat cərimə pulu; 25 yanvar 2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********49923 olan Samsung Galaxy A51 markalı telefon üçün 383.20 (üç yüz səksən üç manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 38.80 (otuz səkkiz manat səksən qəpik) manat cərimə pulu; 21 may 2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********95827 olan Samsung Galaxy A21S markalı telefon üçün 89.10 (səksən doqquz manat on qəpik) manat ödənilməmiş hissə, 8.90 (səkkiz manat doxsan qəpik) manat cərimə pulu; 22 iyul 2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********40537 olan Samsung Galaxy A21S markalı telefon üçün 163.40 (yüz altmış üç manat qırx qəpik) manat ödənilməmiş hissə, 16.60 (on altı manat altmış qəpik) manat cərimə pulu, ümumilikdə 1547 (min beş yüz qırx yeddi) manat borcun və 35.47 (otuz beş manat qırx yeddi qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehin "xxxx" MMC ilə bağladığı 31 dekabr 2021-ci il, 15 oktyabr 2021-ci il, 25 yanvar 2021-ci il, 21 may 2021-ci il və 22 iyul 2021-ci il tarixlərdəki müqavilələrə əsasən, İMEİ kodu **********44219 olan Samsung Galaxy A32 markalı telefon, ətçəkən Panasonic, İMEİ kodu **********49923 olan Samsung Galaxy A51 markalı telefon, İMEİ kodu **********95827 olan Samsung Galaxy A21S markalı telefon və İMEİ kodu **********40537 olan Samsung Galaxy A21S markalı telefon aldığını və nəticədə 1547 (min beş yüz qırx yeddi) manat borcun yarandığını, cavabdehin müqavilənin şərtlərini pozduğunu və nəticədə 31 dekabr 2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 745.02 (yeddi yüz qırx beş manat iki qəpik) manat (18 ay x 41.39 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********44219 olan Samsung Galaxy A32 markalı telefon üçün 683 (altı yüz səksən üç) manat olmaqla, ondan 620.82 (altı yüz iyirmi manat səksən iki qəpik) manat ödənilməmiş hissə, 62.18 (altmış iki manat on səkkiz qəpik) manat cərimə pulu; 15 oktyabr 2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 302.40 (üç yüz iki manat qırx qəpik) manat (12 ay x 25.2 manat + 0 manat ilkin ödəniş) olan ətçəkən Panasonic üçün 164 (yüz altmış dörd) manat olmaqla, ondan 149.60 (yüz qırx doqquz manat altmış qəpik) manat ödənilməmiş hissə, 14.40 (on dörd manat qırx qəpik) manat cərimə pulu; 25 yanvar 2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 921.60 (doqquz yüz iyirmi bir manat altmış qəpik) manat (24 ay x 38.4 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********49923 olan Samsung Galaxy A51 markalı telefon üçün 422 (dörd yüz iyirmi iki) manat olmaqla, ondan 383.20 (üç yüz səksən üç manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 38.80 (otuz səkkiz manat səksən qəpik) manat cərimə pulu; 21 may 2021-ci il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 648.20 (altı yüz qırx səkkiz manat iyirmi qəpik) manat (12 ay x 45.1 manat + 107 manat ilkin ödəniş) olan İMEİ kodu **********95827 olan Samsung Galaxy A21S markalı telefon üçün 98 (doxsan səkkiz) manat olmaqla, ondan 89.10 (səksən doqquz manat on qəpik) manat ödənilməmiş hissə, 8.90 (səkkiz manat doxsan qəpik) manat cərimə pulu; 22 iyul 2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 544.80 (beş yüz qırx dörd manat səksən qəpik) manat (12 ay x 40.9 manat + 54 manat ilkin ödəniş) olan İMEİ kodu **********40537 olan Samsung Galaxy A21S markalı telefon üçün 180 (yüz səksən) manat olmaqla, ondan 163.40 (yüz altmış üç manat qırx qəpik) manat ödənilməmiş hissə, 16.60 (on altı manat altmış qəpik) manat cərimə pulu miqdarında borcun yarandığını, cavabdehin cəmi ödədiyi məbləğin 1755.9 manat təşkil etdiyini, cavabdehlə aralarında bağlanmış 31 dekabr 2021-ci il, 15 oktyabr 2021-ci il, 25 yanvar 2021-ci il, 21 may 2021-ci il və 22 iyul 2021-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından cavabdehin əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil aldığının göründüyünü, cavabdehlə aralarında olan telefon danışığından, həmçinin göndərdikləri 25 aprel 2023-cü il tarixli xəbərdarlıq məktubundan mübahisənin məhkəmədənkənar həll olunmasını, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəfin müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etmədiyini, bunları nəzərə alaraq, 31 dekabr 2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********44219 olan Samsung Galaxy A32 markalı telefon üçün 620.82 (altı yüz iyirmi manat səksən iki qəpik) manat ödənilməmiş hissə, 62.18 (altmış iki manat on səkkiz qəpik) manat cərimə pulu; 15 oktyabr 2021-ci il tarixli müqaviləyə əsasən ətçəkən Panasonic üçün 149.60 (yüz qırx doqquz manat altmış qəpik) manat ödənilməmiş hissə, 14.40 (on dörd manat qırx qəpik) manat cərimə pulu; 25 yanvar 2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********49923 olan Samsung Galaxy A51 markalı telefon üçün 383.20 (üç yüz səksən üç manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 38.80 (otuz səkkiz manat səksən qəpik) manat cərimə pulu; 21 may 2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********95827 olan Samsung Galaxy A21S markalı telefon üçün 89.10 (səksən doqquz manat on qəpik) manat ödənilməmiş hissə, 8.90 (səkkiz manat doxsan qəpik) manat cərimə pulu; 22 iyul 2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********40537 olan Samsung Galaxy A21S markalı telefon üçün 163.40 (yüz altmış üç manat qırx qəpik) manat ödənilməmiş hissə, 16.60 (on altı manat altmış qəpik) manat cərimə pulu, ümumilikdə 1547 (min beş yüz qırx yeddi) manat borcun və 35.47 (otuz beş manat qırx yeddi qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: Tərəflər arasında bağlanmış 25 yanvar 2021-ci il tarixli, 22229301 nömrəli, 21 may 2021-ci il tarixli, 23087695 nömrəli, 22 iyul 2021-ci il tarixli, 23238485 nömrəli, 15 oktyabr 2021-ci il tarixli, ******* nömrəli və 31 dekabr 2021-ci il tarixli, ******* nömrəli Müqavilələrin 2.3, 2.4 və 2.5-ci bəndlərinə əsasən, "xxxx" MMC malı müştəriyə təqdim edir. Müştəri malı qəbul edir və malı istifadə etmək hüququ ona keçir. Müqavilənin bütün şərtləri tam və vaxtında yerinə yetirildiyi təqdirdə mala tam sahiblik hüququ müştəriyə keçir. 07 avqust 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh 31 dekabr 2021-ci il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 745.02 manat olan İMEİ kodu **********44219 olan Samsung Galaxy A32 markalı telefon üçün ilkin ödənişsiz 18 ay müddətinə ayda 41.39 manat; 15 oktyabr 2021-ci il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 302.4 manat olan ətçəkən Panasonic üçün ilkin ödənişsiz 12 ay müddətinə ayda 25.2 manat; 25 yanvar 2021-ci il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 921.6 manat olan İMEİ kodu **********49923 olan Samsung Galaxy A51 markalı telefon üçün ilkin ödənişsiz 24 ay müddətinə ayda 38.4 manat; 21 may 2021-ci il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 648.2 manat olan İMEİ kodu **********95827 olan Samsung Galaxy A21S markalı telefon üçün ilkin ödəniş 107 manat olmaqla, 12 ay müddətinə ayda 45.1 manat və 22 iyul 2021-ci il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 544.8 manat olan İMEİ kodu **********40537 olan Samsung Galaxy A21S markalı telefon üçün ilkin ödənişsiz 54 manat olmaqla, 12 ay müddətinə ayda 40.9 manat ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə sübutları obyektiv, qərəzsiz, qanunauyğun olaraq araşdırıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 14 avqust 2023-cü il tarixdə daxil olmuş iddia ərizəsi üzrə 16 avqust 2023cü il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə, Cavabdeh 31 dekabr 2021-ci il tarixli müqavilə üzrə 620.82 (altı yüz iyirmi manat səksən iki qəpik) manat ödənilməmiş hissə, 62.18 (altmış iki manat on səkkiz qəpik) manat cərimə pulu; 15 oktyabr 2021-ci il tarixli müqavilə üzrə 149.60 (yüz qırx doqquz manat altmış qəpik) manat ödənilməmiş hissə, 14.40 (on dörd manat qırx qəpik) manat cərimə pulu; 25 yanvar 2021-ci il tarixli müqavilə üzrə 383.20 (üç yüz səksən üç manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 38.80 (otuz səkkiz manat səksən qəpik) manat cərimə pulu; 21 may 2021-ci il tarixli müqavilə üzrə 89.10 (səksən doqquz manat on qəpik) manat ödənilməmiş hissə, 8.90 (səkkiz manat doxsan qəpik) manat cərimə pulu; 22 iyul 2021-ci il tarixli müqavilə üzrə 163.40 (yüz altmış üç manat qırx qəpik) manat ödənilməmiş hissə, 16.60 (on altı manat altmış qəpik) manat cərimə pulu olmaqla, cəmi 1547 (min beş yüz qırx yeddi) manat məbləğində borc və 35.47 (otuz beş manat qırx yeddi qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Belə ki, tərəflər arasında bağlanmış 25 yanvar 2021-ci il tarixli, 22229301 nömrəli, 21 may 2021-ci il tarixli, 23087695 nömrəli, 22 iyul 2021-ci il tarixli, 23238485 nömrəli, 15 oktyabr 2021-ci il tarixli, ******* nömrəli və 31 dekabr 2021-ci il tarixli, ******* nömrəli Müqavilələrin 2.3, 2.4 və 2.5-ci bəndlərinə əsasən, "xxxx" MMC malı müştəriyə təqdim edir. Müştəri malı qəbul edir və malı istifadə etmək hüququ ona keçir. Müqavilənin bütün şərtləri tam və vaxtında yerinə yetirildiyi təqdirdə mala tam sahiblik hüququ müştəriyə keçir. Lakin Cavabdeh müqavilələrin qeyd olunan şərtlərini pozaraq borcunun ödənilməsini təmin etməməklə, müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 31 dekabr 2021-ci il tarixli müqavilə üzrə 620.82 (altı yüz iyirmi manat səksən iki qəpik) manat ödənilməmiş hissə, 62.18 (altmış iki manat on səkkiz qəpik) manat cərimə pulu; 15 oktyabr 2021-ci il tarixli müqavilə üzrə 149.60 (yüz qırx doqquz manat altmış qəpik) manat ödənilməmiş hissə, 14.40 (on dörd manat qırx qəpik) manat cərimə pulu; 25 yanvar 2021-ci il tarixli müqavilə üzrə 383.20 (üç yüz səksən üç manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 38.80 (otuz səkkiz manat səksən qəpik) manat cərimə pulu; 21 may 2021-ci il tarixli müqavilə üzrə 89.10 (səksən doqquz manat on qəpik) manat ödənilməmiş hissə, 8.90 (səkkiz manat doxsan qəpik) manat cərimə pulu; 22 iyul 2021-ci il tarixli müqavilə üzrə 163.40 (yüz altmış üç manat qırx qəpik) manat ödənilməmiş hissə, 16.60 (on altı manat altmış qəpik) manat cərimə pulu olmaqla, cəmi 1547 (min beş yüz qırx yeddi) manat məbləğində borc və 35.47 (otuz beş manat qırx yeddi qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Tərəflər qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar