Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-1200/2022 28.12.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 73 A ünvanında yerləşən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 fevral 2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********79193 olan Samsung Galaxy S21 markalı telefon üçün 1614.8 (min altı yüz on dörd manat səksən qəpik) manat ödənilməmiş hissənin, 161.2 (yüz altmış bir manat iyirmi qəpik) manat cərimənin, 20 sentyabr 2021-ci il tarixli müqaviləyə əsasən Philips ütü üçün 111 (yüz on bir) manat ödənilməmiş hissənin, 11 (on bir) manat cərimənin, ümumilikdə 1898 (min səkkiz yüz doxsan səkkiz) manat borcun və 38.98 (otuz səkkiz manat doxsan səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehin "xxxx" MMC ilə bağladığı 18 fevral 2021-ci il və 20 sentyabr 2021-ci il tarixli müqavilələrə əsasən İMEİ kodu **********79193 olan Samsung Galaxy S21 markalı telefon və Philips ütü aldığını və nəticədə 1898 (min səkkiz yüz doxsan səkkiz) manat borcun yarandığını, cavabdehin müqavilənin şərtlərini pozduğunu və nəticədə 18 fevral 2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 3263.4 (üç min iki yüz altmış üç manat qırx qəpik) manat (18 ay x 181.3 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********79193 olan Samsung Galaxy S21 markalı telefon üçün ümumilikdə 1776 (min yeddi yüz yetmiş altı) manat olmaqla, ondan 1614.8 (min altı yüz on dörd manat səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 161.2 (yüz altmış bir manat iyirmi qəpik) manat cərimə pulu, 20 sentyabr 2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 450 (dörd yüz əlli) manat (12 ay x 37.5 manat + 0 manat ilkin ödəniş) olan Philips ütü üçün ümumilikdə 122 (yüz iyirmi iki) manat olmaqla, ondan 111 (yüz on bir) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 11 (on bir) manat cərimə pulu borcunun yarandığını, cavabdehin cəmi ödədiyi məbləğin 1987.6 manat təşkil etdiyini, cavabdehlə aralarında bağlanmış 18 fevral 2021-ci il və 20 sentyabr 2021-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından cavabdehin əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil aldığının göründüyünü, cavabdehlə aralarında olan telefon danışığından, həmçinin göndərdikləri 03 oktyabr 2022-ci il tarixli xəbərdarlıq məktubundan mübahisənin məhkəmədənkənar həll olunmasını, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəfin müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etmədiyini, bunları nəzərə alaraq, 18 fevral 2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********79193 olan Samsung Galaxy S21 markalı telefon üçün 1614.8 (min altı yüz on dörd manat səksən qəpik) manat ödənilməmiş hissənin, 161.2 (yüz altmış bir manat iyirmi qəpik) manat cərimənin, 20 sentyabr 2021-ci il tarixli müqaviləyə əsasən Philips ütü üçün 111 (yüz on bir) manat ödənilməmiş hissənin, 11 (on bir) manat cərimənin, ümumilikdə 1898 (min səkkiz yüz doxsan səkkiz) manat borcun və 38.98 (otuz səkkiz manat doxsan səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: Tərəflər arasında bağlanmış 20 sentyabr 2021-ci il tarixli, 108080 nömrəli və 18 fevral 2021-ci il tarixli, 22301210 nömrəli Müqavilələrin 2.3, 2.4 və 2.5-ci bəndlərinə əsasən, "xxxx" MMC malı müştəriyə təqdim edir. Müştəri malı qəbul edir və malı istifadə etmək hüququ ona keçir. Müqavilənin bütün şərtləri tam və vaxtında yerinə yetirildiyi təqdirdə mala tam sahiblik hüququ müştəriyə keçir. 04 iyun 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh 20 sentyabr 2021-ci il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 450 manat olan Philips ütü üçün ilkin ödənişsiz 12 ay müddətinə ayda 37.5 manat, 18 fevral 2021-ci il tarixli Müqavilə üzrə alqısatqı qiyməti 3263.4 manat olan İMEİ kodu **********79193 olan Samsung Galaxy S21 markalı telefon üçün ilkin ödənişsiz manat olmaqla, 18 ay müddətinə ayda 181.3 manat ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə sübutları obyektiv, qərəzsiz, qanunauyğun olaraq araşdırıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 18 noyabr 2022-ci il tarixdə daxil olmuş iddia ərizəsi üzrə 21 noyabr 2022ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə, Cavabdeh 20 sentyabr 2021-ci il tarixli müqaviləyə əsasən 111 (yüz on bir) manat ödənilməmiş hissə, 11 (on bir) manat cərimə borcu və 18 fevral 2021-ci il tarixli müqaviləyə əsasən 1614.80 (min altı yüz on dörd manat səksən qəpik) manat ödənilməmiş hissə, 161.20 (yüz altmış bir manat iyirmi qəpik) manat cərimə borcu olmaqla, cəmi 1898 (min səkkiz yüz doxsan səkkiz) manat məbləğində borc və 38.98 (otuz səkkiz manat doxsan səkkiz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Belə ki, tərəflər arasında bağlanmış 20 sentyabr 2021-ci il tarixli, 108080 nömrəli və 18 fevral 2021-ci il tarixli, 22301210 nömrəli Müqavilələrin 2.3, 2.4 və 2.5-ci bəndlərinə əsasən, "xxxx" MMC malı müştəriyə təqdim edir. Müştəri malı qəbul edir və malı istifadə etmək hüququ ona keçir. Müqavilənin bütün şərtləri tam və vaxtında yerinə yetirildiyi təqdirdə mala tam sahiblik hüququ müştəriyə keçir. 04 iyun 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh 20 sentyabr 2021-ci il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 450 manat olan Philips ütü üçün ilkin ödənişsiz 12 ay müddətinə ayda 37.5 manat, 18 fevral 2021-ci il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 3263.4 manat olan İMEİ kodu **********79193 olan Samsung Galaxy S21 markalı telefon üçün ilkin ödənişsiz manat olmaqla, 18 ay müddətinə ayda 181.3 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilələrin qeyd olunan şərtlərini pozaraq borcunun ödənilməsini təmin etməməklə, müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 20 sentyabr 2021-ci il tarixli müqaviləyə əsasən 111 (yüz on bir) manat ödənilməmiş hissə, 11 (on bir) manat cərimə borcu və 18 fevral 2021-ci il tarixli müqaviləyə əsasən 1614.80 (min altı yüz on dörd manat səksən qəpik) manat ödənilməmiş hissə, 161.20 (yüz altmış bir manat iyirmi qəpik) manat cərimə borcu olmaqla, cəmi 1898 (min səkkiz yüz doxsan səkkiz) manat məbləğində borc və 38.98 (otuz səkkiz manat doxsan səkkiz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Tərəflər qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №e-2(078)-1200/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-1200/2022
28.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver