Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-1206/2024 09.08.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Ərazi aidiyyətinin müəyyən edilməsi üçün mülki işin apellyasiya məhkəməsinə göndərilməsi haqqında Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair Şərur Rayon Məhkəməsindən aidiyyəti üzrə göndərilmiş mülki işə baxaraq m ü ə y y ə n e t d i m: İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İmei kodu **********40512 olan “Samsung Galaxy A03” markalı telefon, 2 ədəd “Vinil Mat” üçün 241,96 manat ödənilməmiş hissə, 24,04 manat cərimə; xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İmei kodu **********79926 olan “X2 11” markalı telefon 630,88 manat ödənilməmiş hissə, 63,12 manat cərimə borcu olmaqla, ümumilikdə 960 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsini xahiş etmişdir. Mülki iş Şərur Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli e-2(110)-589/2024 nömrəli işin ərazi aidiyyəti üzrə göndərilməsinə dair qərardadına əsasən baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə daxil olmuşdur. Məhkəmə bu nəticəyə gəlməsini Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsi ilə-cavabdehin qeydiyyat yerinin Naxçıvan şəhəri S.Vurğun 16 ünvanı olması ilə əsaslandırılmışdır. Mülki iş materiallarını qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edirəm. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinin tələbinə görə isə hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Qeyd edilən Məcəllənin 34-cü maddəsinə əsasən məhkəmələrə aid olan işlərə birinci instansiya üzrə rayon (şəhər) məhkəmələri, kommersiya məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 35.1-ci maddəsinin tələbinə görə isə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Mülki-prosessual qanunvericiliyə görə məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini və aydın başa düşülməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyrimüəyyənliyin yaranması ilə yanaşı, məhkəmələr tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Şərur Rayon Məhkəməsi tərəfindən mülki iş baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilsə də, iş materiallarını tədqiq edib belə hesab edirəm ki, mülki iş ərazi aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsində baxılmalı deyil. Elektron məhkəmə informasiya sistemində Cavabdeh şəxsiyyət vəsiqəsi məlumatında ünvan Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, ünvan 2yd edilmişdir. Bununla bağlı olaraq dəqiqləşdirilməsinə zərurət yarandığından məhkəmə tərəfindən xx xxxxxx 1987-ci il tarixdə Şərur rayonunda doğulmuş Cavabdeh ünvan 3 ünvanında qeydiyyatda olub-olmaması barədə Naxçıvan Şəhər Polis İdarəsi Qeydiyyat və X1 06 avqust 2024-cü il tarixdə sorğu verilmişdir. Naxçıvan Şəhər Polis İdarəsinin 08 avqust 2024-cü il tarixli 31343-6/2-14940/24 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh (şəxsiyyət vəsiqəsi AA*******) ünvan 5 ünvanda qeydiyyatda deyil. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Bu norma özündə digər məhkəmə tərəfindən göndərilmiş işin icraata qəbul edilməsindən imtina olunmazlığını, həmin işi göndərən məhkəməyə geri qaytarılmasının yol verilməzliyini, işi göndərən məhkəmənin bu qərardadının işi qəbul edən məhkəmə tərəfindən mübahisə edilməzliyini və həmin işi baxılmaq üçün başqa məhkəməyə göndərilə bilməzliyini özündə ehtiva edir. Belə olan halda belə nəticəyə gəlirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin ikinci abzası rəhbər tutulmaqla mülki iş aidiyyətin düzgün müəyyən edilməsi üçün apelyasiya məhkəməsinə-Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263 və 264-cü maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair mülki iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilsin. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №e-2(078)-1206/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-1206/2024
09.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver