Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-1213/2023 15.12.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, iddiaçı təşkilat "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n e t d i: "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq ümumilikdə 7250 (yeddi min iki yüz əlli) manat zərər məbləğinin və 92.50 (doxsan iki manat əlli qəpik) manat ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı təşkilat "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçı təşkilatın nümayəndəsi məhkəmə baxış iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə göndərərək, işə onların iştirakları olmadan baxıb iddia tələbinin tam şəkildə təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclası iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. İddiaçı təşkilat "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, 14 dekabr 2019-cu il tarixdə, saat 19:50 radələrində Abşeron rayonu, Masazır-Novxanı yolunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh2 idarə etdiyi “SAZ NP37” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin X5 məxsus “Kia Forte” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduğunu, nəticədə sonuncuya maddi ziyan dəydiyini, X2, X6 və X7 yüngül dərəcədə bədən xəsarəti aldığını, “SAZNP37” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin iddiaçı tərəfindən 09 yanvar 2019-cu il tarixdən 09 yanvar 2020-ci il tarixə qədər PXA ********** saylı icbari sığorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalandığını, 08 yanvar 2020-ci il tarixli qüsur aktına əsasən “Kia Forte” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə 8255 manat məbləğində dəymiş zərərin müəyyən olunduğunu, 10 fevral 2020-ci il tarixli ödəniş sənədindən iddiaçı tərəfindən zərərin məbləği olaraq 5000 manat məbləğində sığorta ödənişinin X4 hesabına ödənildiyinin göründüyünü, 12 fevral 2020-ci il tarixli ödəniş sənədindən iddiaçı tərəfindən zərərin məbləği olaraq 750 manat məbləğində sığorta ödənişinin X2 hesabına ödənildiyinin göründüyünü, 18 fevral 2020-ci il tarixli ödəniş sənədindən iddiaçı tərəfindən zərərin məbləği olaraq 750 manat məbləğində sığorta ödənişinin X6 hesabına ödənildiyinin göründüyünü, 04 mart 2020-ci il tarixli ödəniş sənədindən iddiaçı tərəfindən zərərin məbləği olaraq 750 manat məbləğində sığorta ödənişinin X8 hesabına ödənildiyinin göründüyünü, 29 dekabr 2019-cu il tarixli Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X3 “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarından və 29 yanvar 2020-ci il tarixli, 345-801-1220 saylı YNH-nin təfərrüatları barədə arayışdan göründüyü kimi Cavabdeh2 İnzibati Xətalar Məcəlləsinin 332.7-ci maddəsi, Cavabdeh1 isə İnzibati Xətalar Məcəlləsinin 335.6-cı maddəsi ilə təqsirli bilindiyini, iş materiallarından Cavabdeh1 yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan Cavabdeh2 verdiyinin aydın olduğunu, bunları nəzərə alaraq, iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq ümumilikdə 7250 (yeddi min iki yüz əlli) manat zərər məbləğinin və 92.50 (doxsan iki manat əlli qəpik) manat ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, оnlar məhkəmə baxış iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə baxış iclası cavabdehlərin iştirakı olmadan keçirilmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh2 izahatında iddia tələbini qəbul etmədiyini, avtoqəza hadisəsinin baş verdiyini, lakin hadisəni törətdikləri avtomobilin sığortalı olduğunu, onlara sığorta ödənişinin olmadığını, polisdə araşdırma aparıldığını, lakin nəticə barədə onlara məlumat verilmədiyini, qəza zamanı orada qeyd olunan zərərçəkmiş şəxslərin olmadığını, onlara sığorta ödənişi edilməsini qəbul etmədiklərini, həmin şəxslərin xəsarət alamaları barədə məlumatlarının olmadığını, hadisə vaxtı orada olmadıqlarını, təhqiqatın araşdırma nəticəsindən şikayət vermədiklərini göstərərək iddia tələbinin əsassız olduğundan rədd olunmasını xahiş etdi. İş materiallarına əlavə olunmuş: Sığorta aktlarının surətinə əsasən, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən zərərin məbləği olaraq 5000 manat məbləğində sığorta ödənişi X4 hesabına, 750 manat məbləğində sığorta ödənişi X2 hesabına, 750 manat məbləğində sığorta ödənişi X6 hesabına, 750 manat məbləğində sığorta ödənişi X8 hesabına ödənilmişdir. “SAZ NP37” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi PXA ********** saylı icbari sığorta şəhadətnaməsi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 09 yanvar 2019-cu il tarixdən 09 yanvar 2020-ci il tarixə qədər avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. 08 yanvar 2020-ci il tarixli qüsur aktına əsasən, yol-nəqliyyat hadisəsi nəticəsində “Kia Forte” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə 8255 (səkkiz min iki yüz əlli beş) manat məbləğində maddi zərər dəymişdir. İcbari sığorta müqaviləsinə dair məlumata əsasən, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cəmi 5000 (beş min) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. 29 dekabr 2019-cu il tarixli Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X3 cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətinə və 29 yanvar 2020-ci il tarixli, 345-801-1220 saylı arayışın surətinə əsasən, Cavabdeh2 Аzərbаycаn Respublikаsı İnzibati Xətalar Məcəlləsinin 332.7-ci maddəsi, Cavabdeh1 isə Аzərbаycаn Respublikаsı İnzibati Xətalar Məcəlləsinin 335.6-cı maddəsi ilə təqsirli bilinmişdir. Аzərbаycаn Respublikаsı Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X12təcrübi və Tədris Birliyinin 2854 nömrəli ekspert rəyinin surətinə əsasən, 1982-ci il təvəllüdlü X6 məhkəmə-tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarət-alt dodağın əzilmiş-cırılmış yarası küt əşya təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 14 dekabr 2019-cu il tarixdə salonunda olduğu avtobusun minik avtomaşını ilə toqquşması nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Аzərbаycаn Respublikаsı Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X12təcrübi və Tədris Birliyinin 2886 nömrəli ekspert rəyinin surətinə əsasən, 1966-cı il təvəllüdlü X7 məhkəmə-tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər-alt dodağının selikli qişasının cırılmış yarası, sağ baldır nahiyəsinin geniş sahəli qançırı küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 14 dekabr 2019-cu il tarixdə salonunda olduğu avtobusun minik avtomaşını ilə toqquşması nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətli pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Аzərbаycаn Respublikаsı Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X12təcrübi və Tədris Birliyinin 2814 nömrəli ekspert rəyinin surətinə əsasən, 1965-ci il təvəllüdlü X2 məhkəmə-tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər-qapalı kəllə beyin travması, baş beyin silkələnməsi; sol gicgah-təpə nahiyəsinin dərialtı hematoması bərk-küt əşya təsirindən törənmişdir; qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 14 dekabr 2019-cu il tarixdə salonunda olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilərdi: dərəcəsinə görə sağlamlığın qısa müddətli pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir. Аzərbаycаn Respublikаsı Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci mаddəsinə əsаsən, mülki işlər üzrə məhkəmə icrааtının vəzifələri hər bir fiziki və yахud hüquqi şəхsin Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsındаn, qаnunlаrındаn və digər nоrmаtiv hüquqi аktlаrındаn irəli gələn hüquq və mənаfelərinin məhkəmədə təsdiq оlunmаsıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.4-cü maddəsinə əsasən, faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən, bu Qanunda nəzərdə tutulan icbari sığortaların əsas prinsiplərindən biri də sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatıdır. 14.1.3-cü maddəsinə əsasən, fərdi qəza sığortası üzrə sığorta olunanın və ya mülki məsuliyyət sığortası üzrə üçüncü şəxsin sağlamlığına dəyən zərər bu Qanunun məqsədləri üçün bu hal hesab edilir: şəxsin yüngül, az ağır və ya ağır xəsarət alması. 14.2.1-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin aşağıdakı nisbətində ödənilir: əlillik müəyyən olunmadan az ağır və ya ağır xəsarət alması – 30 faiz, yüngül xəsarət alması – 15 faiz. 63.1-ci maddəsinin tələbinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə tədqiq edilmiş iş materiallarını yuxarıda sadalanan maddi və prosessual normalarla əlaqəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 sığorta ödənişinin əvəzi olaraq 7250 (yeddi min iki yüz əlli) manat zərər məbləği və 92.50 (doxsan iki manat əlli qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 7342.50 (yeddi min üç yüz qırx iki manat əlli qəpik) manat məbləğində pul tutularaq, iddiaçı təşkilat "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Belə ki, Sığorta aktlarının surətinə əsasən, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən zərərin məbləği olaraq 5000 manat məbləğində sığorta ödənişi X4 hesabına, 750 manat məbləğində sığorta ödənişi X2 hesabına, 750 manat məbləğində sığorta ödənişi X6 hesabına, 750 manat məbləğində sığorta ödənişi X8 hesabına ödənilmişdir. 08 yanvar 2020-ci il tarixli qüsur aktına əsasən, yol-nəqliyyat hadisəsi nəticəsində “Kia Forte” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə 8255 (səkkiz min iki yüz əlli beş) manat məbləğində maddi zərər dəymişdir. İcbari sığorta müqaviləsinə dair məlumata əsasən, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cəmi 5000 (beş min) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220, 358.0.3 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 sığorta ödənişinin əvəzi olaraq 7250 (yeddi min iki yüz əlli) manat zərər məbləği və 92.50 (doxsan iki manat əlli qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 7342.50 (yeddi min üç yüz qırx iki manat əlli qəpik) manat məbləğində pul tutularaq, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №e-2(078)-1213/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-1213/2023
15.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver