Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-1273/2025 02.10.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ (Açar sözlər: nisyə alğı-satqı müqaviləsi üzrə pul tələbi) Naxçıvan Şəhər Məhkəməsinin hakimi Heydarov Aslan Nazim oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 740 manat əsas borc, gecikdirilmiş dəbbə pulu olan 150 manat olmaqla ümumilikdə 890 manat pulun və bundan əlavə iddia qaldırmaq üçün ödənilən 30 manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, o, hüquqi şəxs yaratmadan fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olur (VÖEN: **********). Fəaliyyət sahəsi mobil telefonların və onların aksesuarlarının alqı-satqısıdır.
3. Onunla Cavabdeh arasında 26 oktyabr 2024-cü il tarixində 341 nömrəli “Mal satınalması müqaviləsi” müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh “Modio m36” markalı planşeti 5 aylıq kreditlə 290 manat dəyərində və 04 noyabr 2024-cü il tarixində 367 nömrəli «Mal satınalması müqaviləsi” müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh “Redmi 14c” markalı telefonu 6 aylıq kreditlə 450 manat dəyərində almışdır. Ümumi 740 manat borcdan hazırkı vaxtadək onu tərəfindən müqavilə üzrə heç bir ödəniş ödənilməmiş, qalan 740 manat borcu ödəməkdən imtina edir.
4. Onu da qeyd etmək istəyir ki, cavabdehin yuxarıda qeyd olunan 26 oktyabr 2024-cü il 341 nömrəli və 04 noyabr 2024-cü il 367 nömrəli “Mal satınalması müqavilələri”dən yaranan 740 manat əsas borcun, bundan əlavə müqaviləyə qoşma Əlavə 1-ə, Müqavilənin ÖDƏNİŞ ŞƏRTLƏRİ 3.3 bəndinə və xx.xx.2025-ci il tarixli dəbbə pulunun hesablanma arayışına əsasən hər gecikdirilmiş gün üçün ödənilməli olan 2%, yəni ümumilikdə cərimə olaraq yaranan 150 manat dəbbə pulunu, həmçinin 30 manat dövlət rüsumunun da cavabdehdən alınıb ona qaytarılmasını istəyir.
5. İddiaçı ərizəsinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 443, 445.1, 465.2, 449.1, 449.4-cü maddələrinə istinad edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmə xx.xx.2025-ci il tarixdə daxil olmuş ərizə üzrə xx.xx.2025-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin Cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir.
Sübutların tədqiqi:
7. İş materiallarında olan 26 oktyabr 2024-cü il tarixli, 341 nömrəli və 04 noyabr 2024cü il tarixli, 367 nömrəli müqavilələrdən görünür ki, İddiaçı ilə Cavabdeh arasında “Modio m 36” markalı planşet və “Redmi 14 C” markalı telefonun satılması barədə müqavilələr bağlanmışdır.
8. İş materiallarında olan 26 oktyabr 2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavədən görünür ki, tərəflər müqavilə üzrə aylıq ödənişlərin xx.xx.2024-cü ildən başlayaraq, 5 ay ərzində ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar.
9. İş materiallarında olan 04 noyabr 2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavədən görünür ki, tərəflər müqavilə üzrə aylıq ödənişlərin xx.xx.2024-cü ildən başlayaraq, 6 ay ərzində ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar.
10. İş materiallarında olan 26 oktyabr 2024-cü il tarixli 341 nöməli təhvil-təslim aktından görünür ki, iş üzrə Cavabdeh “Modio M36” markalı planşeti və 04 noyabr 2024-cü il tarixli 367 nöməli təhvil-təslim aktından görünür ki, “Redmi 14C” markalı telefonu tam qüsursuz şəkildə təhvil alaraq bu barədə müvafiq imza etmişdir.
11. İş materiallarında olan 04 mart 2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 341 nömrəli 26 oktyabr 2024-cü il və 367 nömrəli 04 noyabr 2024-cü il tarixli malın satın alması müqavilələrinə əsasən Əlavə cədvəlində razılaşdırılmış qaydada aylıq ödənişlər şəklində malın qiyməti tam ödənilməli idi. Buna baxmayaraq, borclu öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Qanunvericiliyi, 26 oktyabr 2024-cü və 04 noyabr 2024cü il tarixli müqavilələrin şərtlərinə əsasən, Cavabdeh gecikdirilən pul öhdəliyi üzrə 740 AZN əsas borc, 150 AZN dəbbə pulu, ümumilikdə 890 AZN ödənilməmiş borcu mövcuddur.
12. 04 mart 2025-ci il tarixli Xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh pretenziya göndərilmiş və borcun ödənilməsinə dair xəbərdarlıq edilmişdir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsi
13. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
14. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 15.Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 16.Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 17.Maddə 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 18.Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 19.Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 20.Maddə 442. öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 21.Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 22.Maddə 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
23. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 24.Maddə 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.
25. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
Tətbiq edilən prosessual hüquq normaları:
Mülki Prosessual Məcəllə
26. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
27. Maddə 284-5.1. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir.
28. Maddə 284-5.2.Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.
29. Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
30. Maddə 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin, qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Məhkəmənin mövqeyi:
33. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir.
34. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia qismən təmin edilməklə Cavabdeh 26 oktyabr 2024-cü il tarixli, 341 nömrəli və 04 noyabr 2024-cü il tarixli, 367 nömrəli Malın satın alması müqavilələri üzrə 740 (yeddi yüz qırx) manat əsas, 37 (otuz yeddi) manat gecikdirilmiş dəbbə borcu olmaqla ümumilikdə 777 (yeddi yüz yetmiş yeddi) manat borc İddiaçı xeyrinə tutulmalıdır.
35. Belə ki, iş materiallarından göründüyü kimi, tərəflər mülki qanunvericiliyin müqavilə azadlığı prinsipləri çərçivəsində “Modio m36” markalı planşet və “Redmi 14C” markalı telefonu nisyə alqı-satqı müqavilələrini bağlamış və iddiaçı müqavilə öhdəliklərini yerinə yetirərək, malları cavabdehə təhvil vemişdir. Lakin, cavabdeh müqavilələrin şərtlərini lazımi qaydada yerinə yetirməmiş, müqavilələrdə Əlavələrdə nəzərdə tutulmuş ödəniş qrafiki əsasında ödənişlərini vaxtında yerinə yetirməmişdir.
36. Məhkəmə hesab edir ki, cavabdeh öhdəliyini lazımi qaydada yerinə yetimədiyindən iddiaçı 740 AZN əsas borc tələb etməkdə haqlı olmuşdur.
37. Məhkəmə dəbbə puluna münasibətdə qeyd edir ki, İddiaçı alqı-satqı müqaviləsi üzrə dəbbə pulu olaraq cavabdehdən 150 manat tutulmasını xahiş etmişdir.
38. Yuxarıda qeyd olunan normalar baxımından məhkəmə hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu əsas borca münasibətdə tənasübsüz olduğundan azaldılaraq, əsas borcun 5% miqdarında 37 manat məbləğində müəyyən olunmalıdır. Tələb dəbbə pulunun qalan hissəsində rədd edilməlidir.
39. MPM Maddə 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir.
40. Məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə İddiaçı tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 Portalına xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 26.20 (iyirmi altı manat, iyirmi qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır.
41. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216, 284-1, 284-5, 284-6, 358.0.3-cü maddələrini rəhbər tutaraq
qətetdi:
İddia qismən təmin edilsin. Cavabdeh 26 oktyabr 2024-cü il tarixli, 341 nömrəli və 04 noyabr 2024-cü il tarixli, 367 nömrəli Malın satın alması müqavilələri üzrə 740 (yeddi yüz qırx) manat əsas, 37 (otuz yeddi) manat gecikdirilmiş dəbbə borcu olmaqla ümumilikdə 777 (yeddi yüz yetmiş yeddi) manat borc İddiaçı xeyrinə tutulsun. İddiaçı tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 Portalına Portalına xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 26.20 (iyirmi altı manat, iyirmi qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Aslan Heydarov.