Məhkəmə qərarları › İş №e-2(078)-1403/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-1403/2023

29.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-1403/2023 29.09.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş iddia icraatı qaydasında iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş iddia icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08 oktyabr 2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********26323 X1 9 markalı telefon üçün 295.54 (iki yüz doxsan beş manat əlli dörd qəpik) manat ödənilməmiş hissə, 29.46 (iyirmi doqquz manat qırx altı qəpik) manat cərimə borcu, 13 fevral 2020-ci il tarixli müqaviləyə əsasən, soyuducu Hoffmann DFT-166S üçün 59 (əlli doqquz) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə borcu olmaqla, ümumilikdə 389 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kiçik iddialara dair sadələşdirilmiş iddia icraatı qaydasında iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, kiçik iddialara dair sadələşdirilmiş iddia icraatı qaydasında iddia ərizəsinə məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, kiçik iddialara dair sadələşdirilmiş iddia icraatı qaydasında işə əlavə olunmuş Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş 28 sentyabr 2023-cü il tarixli məktubdan görünür ki, xx xxxxxxx 1957-ci ildə Naxçıvan şəhərində anadan olmuş Cavabdeh 28 avqust 2023-cü ildə Bakı şəhəri, Sabunçu rayonunda vəfat etmişdir. Bu barədə Bakı şəhəri, Sabunçu rayon Qeydiyyat şöbəsində 31 avqust 2023-cü ildə 1319 saylı ölüm haqqında akt qeydi tərtib olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 153.2 və 153.2.1-ci maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə, iddia ərizəsini qəbul etməkdən imtina edir. 284.4.1 və 284.4.1.1-ci maddələrinə əsasən, bu Məcəllənin 153.2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmişdirsə, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.4-cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinin məzmununa görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul edilməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Buna görə də, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 30 may 2023-cü il tarixli, ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq q ə r a r v e r d i m: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş iddia icraatı qaydasında iddia ərizəsi yolverilməz olduğundan məhkəmənin icraatına qəbul edilməkdən imtina edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə göndərilmiş kiçik iddialara dair sadələşdirilmiş iddia icraatı qaydasında iddia ərizəsi və ona əlavə edilmiş sənədlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılsın. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 30 may 2023-cü il tarixli, ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu geri qaytarılsın. Qərardaddan, o rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar