Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-1411/2025 29.09.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı İddiaçı QSC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSCnin xeyrinə CTR000678 saylı, xx.xx.2024-cü il tarixli Nisyə alqı-satqı müqaviləsi üzrə 286 (iki yüz səksən altı) manat borcun, 42.90 (qırx iki manat doxsan qəpik) manat cərimə borcunun, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-4-cü maddəsinin tələblərinə əsasən iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, iddia ərizəsi daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən zaman müəyyən edilmişdir ki, tələbi təsdiq edən sənədlər iddia ərizəsinə əlavə olunmamışdır. Belə ki, iş materiallarına əlavə olunmuş İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (faktor) ilə X1 (müştəri) arasında imzalanmış 30 yanvar 2023-cü il tarixli, R-1889/23 nömrəli Faktorinq Müqaviləsinə və həmin Faktorinq Müqaviləsinə əlavə olunan 30 yanvar 2023-cü il tarixli, R-1889/23 nömrəli Sazişə əsasən, faktor borclu barəsində müştərinin borcluya malların satılmasından irəli gələn pul tələbinin hesabına müştəriyə pul vəsaiti verir, müştəri isə borcluya qarşı pul tələbini faktora güzəşt edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 655.2-ci maddəsinə əsasən pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir. Məhkəmə belə hesab edir ki, qanunvericiliyin tələbinə əsasən həmin faktorinq müqaviləsi əsasında Cavabdeh borcunu tələb etmək hüququ İddiaçı QSC-yə verildiyindən bu barədə Cavabdeh bildiriş verilməli idi. Lakin iddia ərizəsinə əlavə edilmiş fiziki şəxs "X3"-ın (VÖEN **********) Cavabdeh ilə bağladığı CTR000678 saylı, xx.xx.2024 tarixli Nisyə Alqı-Satqı Müqaviləsindən irəli gələn pul tələbinin hamısı "xxxx" QSC-yə güzəşt edilməsinə dair bildirişin alınmasına dair imza edilsə də həmin bildirişin kim tərəfindən alınmasına dair heç bir məlumat qeyd edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-4.1 və 284-4.1.3-cü maddələrinin tələbinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. İş üzrə İddiaçı QSC-yə izah edilsin ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Məhkəmə həmçinin onu da qeyd edir ki, İddiaçı QSC Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə müraciət etdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun özündə saxlanılmışdır. Ona görə də qeyd edilən sənədlərin iddiaçıya geri qaytarılmasına zərurət yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 263, 264 və 284-4-cü maddələrini rəhbər tutaraq qəraraaldım: İddiaçı QSC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair ərizənin icraata qəbul edilməsindən imtina olunsun. İddiaçı QSC-yə izah olunsun ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-1411/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-1411/2025
29.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver