Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-1432/2025 29.10.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Heydarov Aslan Nazim oğlu İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiasını nəzərdən keçirib, Müəyyən etdi:
1. İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etmişdir.
2. Daha sonra İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında məhkəmədən kənar barışıq əldə olunduğu üçün ərizənin baxılmamış saxlanılmasını xahiş etdi.
3. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır.
4. Məhkəmə iddiaçının ərizəsinə qiymət verib hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır, çünki iddiaçı ərizə yazaraq ərizəsini və ona əlavə olunmuş sənədlərin qaytarılmasını xahiş etmişdir. Ərizənin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmək iddiaçının prosessual hüququdur.
5. Mülki Prosessual Məcəllənin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa dövlət rüsumu qaytarılır.
6. Həmin Məcəllənin 260.3-cü maddəsinə əsasən, qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər.
7. Məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanıldığından ərizə üzrə İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 Portalına xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə qaytarılmalıdır.
8. Şərh olunanlara əsasən və MPM-nin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı:
İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi dair mülki iş baxılmamış saxlanılsın. İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 Portalına xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 gün müddətinə Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Aslan Heydarov.