Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-1441/2025 12.11.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ (Açar sözlər: nisyə alğı-satqı müqaviləsi üzrə pul tələbi) Naxçıvan Şəhər Məhkəməsinin hakimi Heydarov Aslan Nazim oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İşin halları:
1. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh xx.xx.2025-ci il tarixə yaranmış xx.xx.2024-cü il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 221.4 manat əsas, 33.2 manat cərimə, ümumilikdə 254.6 manat borc, xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 137.1 manat əsas 20.5 manat cərimə cəmi 157.6 manat borc ümumilikdə iki müqavilə üzrə 358.5 manat əsas, 53.7 manat cərimə, 412.2 manat cəmi borcun və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı MMCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı MMC ilə bağlanmış xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən aldığı MİDEA markalı paltaryuyan, Mac markalı fen və bir aksesuara görə hər ay 49 manat olmaqla, 18 ay müddətinə cəmi 874.90 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, xx.xx.2023-cü il tarixli, saylı ********* müqavilə üzrə sonuncu dəfə xx.xx.2025-ci il tarixdə 20 manat ödəniş etmiş və qalıq qalmış 137.10 manat borcu, xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən aldığı Honor markalı mobil telefon və dörd ədəd aksesuara görə hər ay 32 manat olmaqla, 18 ay müddətinə cəmi 573.40 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, xx.xx.2024-cü il tarixli, saylı ********* müqavilə üzrə sonuncu dəfə xx.xx.2025-ci il tarixdə 32 manat ödəniş etmiş və qalıq qalmış 221.40 manat borcu qaytarmamışdır.
3. Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cərimə məbləğinin 90%-i İddiaçı tərəfindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 20.50 manat, ümumilikdə 157.60 (yüz əlli yeddi manat, altmış qəpik) manat İddiaçı MMC-yə borc yaranmışdır.
4. İddiaçı ərizəsinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1, 600.4, 600.5, 443, 445, 447, 448-ci maddələrinə istinad edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmə xx.xx.2025-ci il tarixdə daxil olmuş ərizə üzrə xx.xx.2025-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin Cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir.
Sübutların tədqiqi:
6. İş materiallarında olan 30 noyabr 2023-ci il tarixli, ********* nömrəli müqavilə və həmin müqaviləyə Əlavə 1-dən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında MİDEA markalı paltaryuyan, Mac markalı fen və bir aksesuara( Flash 16GB San Disc SDCZ73- 016G-G46(005421) satın alınması barədə müqavilə bağlanmışdır.
7. Həmçinin 8 mart 2024-cü il tarixli, ********* nömrəli müqavilə və həmin müqaviləyə Əlavə №1-dən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında Honor X7b 8GB/128GB Midnight Black markalı telefon və dörd aksesuara ( Sticker Honor X7B HD Black Glass(013104),X2 Baseus 2 X6 CCALLP-01 Black(012410), Honor X7B Hard case Silicone TPU X1 (Nat)(013037), X5 X4 Vent SUGX-A0V Gold(011369) satın alınması barədə müqavilə bağlanmışdır.
8. İş materiallarında olan Müqavilənin ayrılmaz tərkib hissəsi olan Ödəniş Cədvəlindən görünür ki, tərəflər müqavilə üzrə aylıq ödənişlərin xx.xx.2023-cü ildən başlayaraq, hər ay 49 manat olmaqla 18 ay ərzində ödənilməsinə, xx.xx.2024-cü ildən başlayaraq, hər ay 32 manat olmaqla 18 ay ərzində ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar.
9. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********* nömrəli təhvil-təslim aktından görünür ki, iş üzrə Cavabdeh MİDEA markalı paltaryuyan, Mac markalı fen və bir aksesuara (Flash 16GB San Disc SDCZ73-016G-G46(005421), həmçinin iş materialında olan 8 mart 2024-cü il tarixli, ********* nömrəli təhvil təslim aktından görünür ki, iş üzrə Cavabdeh Honor X7b 8GB/128GB Midnight Black markalı telefon və dörd aksesuara ( Sticker Honor X7B HD Black Glass(013104),X2 Baseus 2 X6 CCALLP-01 Black(012410), Honor X7B Hard case Silicone TPU X1 (Nat)(013037), X5 X4 Vent SUGX-A0V Gold(011369) təhvil alaraq bu barədə müvafiq imza etmişdir.
10. İş materiallarında olan 11 sentyabr 2025-ci il tarixli Maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış ********* nömrəli 30 oktyabr 2023-cü il tarixli müqavilə üzrə, müqavilənin müddəti 18 ay olmuş, müqavilə üzrə məbləğ 874.9 manat, aylıq ödəmə 49 manat, ödənilən məbləğ 737.8 manat olmuş, qrafik üzrə son ödəmə xx.xx.2025ci il tarixdə 20 manat, əsas borc qalığı 137.1 manat olmuş, cərimə xx.xx.2025-ci il tarixdən hesablanmağa başlanılmış, cərimə məbləği 205.00 manat təşkil etmiş, gecikdirilən günlərin sayı 165 gün olmuş, İddiaçı MMC-yə olan cəmi borc 342.10 manat olmuşdur.
11. İş materiallarında olan 11 sentyabr 2025-ci il tarixli Maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış ********* nömrəli 8 mart 2024-cü il tarixli müqavilə üzrə, müqavilənin müddəti 18 ay olmuş, müqavilə üzrə məbləğ 573.4 manat, aylıq ödəmə 32 manat, ödənilən məbləğ 352 manat olmuş, qrafik üzrə son ödəmə xx.xx.2025-ci il tarixdə 32 manat, əsas borc qalığı 221.4 manat olmuş, cərimə xx.xx.2025-ci il tarixdən hesablanmağa başlanılmış, cərimə məbləği 332.00 manat təşkil etmiş, gecikdirilən günlərin sayı 246 gün olmuş, İddiaçı MMC-yə olan cəmi borc 553.40 manat olmuşdur.
12. İş materiallarında olan 17 sentyabr 2025-ci il tarixli Xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh pretenziya göndərilmiş və borcun ödənilməsinə dair xəbərdarlıq edilmişdir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsi
13. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
14. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 15.Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 16.Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 17.Maddə 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 18.Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 19.Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 20.Maddə 442. öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 21.Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 22.Maddə 448.1. Əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
23. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 24.Maddə 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.
25. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
Tətbiq edilən prosessual hüquq normaları:
Mülki Prosessual Məcəllə
26. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
27. Maddə 284-5.1. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir.
28. Maddə 284-5.2.Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.
29. Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
30. Maddə 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin, qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi:
33. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir.
34. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə Cavabdeh xx.xx.2023-cü il tarixli, ********* Müddətli (Nisyə) alqı-satqı Müqaviləsi üzrə 137,10 ( yüz otuz yeddi manat, on qəpik) manat əsas, 20,50 (iyirmi manat, əlli qəpik) manat gecikdirilmiş dəbbə borcu olmaqla ümumilikdə 157,60 (yüz əlli yeddi manat, altmış qəpik) manat borc, xx.xx.2024-cü il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı Müqaviləsi üzrə 221.4 ( iki yüz iyirmi bir manat, qırx qəpik) manat əsas, 33,20 (otuz üç manat iyirmi qəpik) manat gecikdirilmiş dəbbə borcu olmaqla ümumilikdə 254,60 (iki yüz əlli dörd manat, altmış qəpik) manat olmaqla, ümumilikdə iki müqavilə üzrə 412.20(dörd yüz on iki manat, iyirmi qəpik) manat borc İddiaçı MMC-nin xeyrinə tutulmalıdır.
35. Belə ki, iş materiallarından göründüyü kimi, tərəflər mülki qanunvericiliyin müqavilə azadlığı prinsipləri çərçivəsində Honor X7b 8GB/128GB Midnight Black markalı telefon və dörd aksesuar, MİDEA markalı paltaryuyan, Mac markalı fen və bir aksesuarın nisyə alqısatqı müqaviləsini bağlamış və iddiaçı müqavilə öhdəliyini yerinə yetirərək, malı cavabdehə təhvil vemişdir. Lakin, cavabdeh müqavilənin şərtlərini lazımi qaydada yerinə yetirməmiş, müqaviləyə Əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki əsasında ödənişlərini vaxtında yerinə yetirməmişdir.
36. Məhkəmə hesab edir ki, cavabdeh öhdəliyini lazımi qaydada yerinə yetirmədiyindən iddiaçı 358,50 (üç yüz əlli səkkiz manat, əlli qəpik) əsas borcu tələb etməkdə haqlı olmuşdur.
37. Məhkəmə dəbbə puluna münasibətdə qeyd edir ki, İddiaçı MMC iki alqı-satqı müqaviləsi üzrə dəbbə pulu olaraq cavabdehdən ümumilikdə 53,7 (əlli üç manat yetmiş qəpik) manat tutulmasını xahiş etmişdir.
38. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 53,7 (əlli üç manat yetmiş qəpik) manat məbləğində dəbbə pulu kreditorun həm əmlak, həm də bütun əsaslı mənafelərinə uyğundur, tənasübsüz surətdə yüksək deyil. Bu səbəbdən iddia həmin hissədə də təmin edilməlidir.
39. MPM Maddə 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir.
40. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X3 Portalına xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır.
41. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216, 284-1, 284-5, 284-6, 358.0.3-cü maddələrini rəhbər tutaraq
qətetdi:
İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, ********* Müddətli (Nisyə) alqı-satqı Müqaviləsi üzrə 137,10 ( yüz otuz yeddi manat, on qəpik) manat əsas, 20,50 (iyirmi manat, əlli qəpik) manat gecikdirilmiş dəbbə borcu olmaqla ümumilikdə 157,60 (yüz əlli yeddi manat, altmış qəpik) manat borc, xx.xx.2024-cü il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı Müqaviləsi üzrə 221.4 ( iki yüz iyirmi bir manat, qırx qəpik) manat əsas, 33,20 (otuz üç manat iyirmi qəpik) manat gecikdirilmiş dəbbə borcu olmaqla ümumilikdə 254,60 (iki yüz əlli dörd manat, altmış qəpik) manat olmaqla, ümumilikdə iki müqavilə üzrə 412.20 (dörd yüz on iki manat, iyirmi qəpik) manat borc İddiaçı MMC-nin xeyrinə tutulsun. İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X3 Portalına xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Aslan Heydarov.