Məhkəmə qərarları › İş №e-2(078)-1476/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-1476/2023

11.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-1476/2023 11.12.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, İddiaçı “İcbari Sığorta Bürosu” X2 Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı “İcbari Sığorta Bürosu” X5 ərizə ilə məhkəməyə müraciət edərək subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə Cavabdeh 1240 manat və ödənilmiş dövlət rüsumuna görə 32.4 manat olmaqla, ümumilikdə 1272.4 (bir min iki yüz yetmiş iki manat qırx qəpik) manat pulun iddiaçı “İcbari Sığorta Bürosu” HŞİnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı təşkilat “İcbari Sığorta Bürosu” X5 ərizəsini onunla əsaslandırmışdır ki, LPO ASC "xxxx" Sığorta Şirkəti tərəfindən PST********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə X3 adına sığortalanmış VAZ 2109 markalı, 02BT654 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixində Bakı şəhəri, Masazır qəs., Qurtuluş 93 ünvanında Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X4 əmlakına maddi zərər vurulmuşdur. Cavabdeh yol-nəqliyyat hadisəsini törətdikdən sonra hadisə yerindən yayınmışdır. Sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar tərtib edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli “inzibati tənbeh vermə haqqında” Qərardan (əlavə olunur) məlum olur ki, cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin327.6-cı maddəsinin dispozisiyasında göstərilən inzibati xətanı törətmiş (hadisə yerindən yayınmış) və bu səbəbdən də onun barəsində 100 (yüz) manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. “İcbari Sığortalar haqqında” Qanunun 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. “İcbari sığortalar haqqında” Qanunun 32.4-cü maddəsinə əsasən Büro bu Qanunun 25.4-cü və 63.3-cü maddələrində nəzərdə tutulmuş subroqasiya hüququnun həyata keçirilməsi ilə bağlı sığortaçılara aid bütün hüquqlarından istifadə edir. Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsi üzrəBakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ASC "xxxx" Sığorta Şirkətinin müflis elan edilməsi qət olunmuşdur. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçı təşkilata rəsmi qaydada məlumat verilməsinə baxmayaraq təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin iddiaçı təşkilatın nümayəndəsi Nümayəndə sonuncu dəfə məhkəmənin elektron ünvanına xx.xx.2023-cü il tarixli ərizə göndərərək iddianı müdafiə etdiyini, məhkəmə iclasında iştirak edə bilməyəcəyini, buna görə də işə onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclaslarına gəlməmiş, lakin o, xx.xx.2023-cü il tarixdə telefonoqram vasitəsilə məlumatlandırıldıqda iddianı qəbul etmədiyini, bu işi iddiaçı təşkilatla araşdıracağını, məhkəmə iclasında iştirak edə bilməyəcəyini, növbəti məhkəmə iclasına etiraz təqdim edəcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iddia ərizəsini və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. LPO ASC "xxxx" Sığorta Şirkəti tərəfindən PST********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə X3 adına sığortalanmış VAZ 2109 markalı, 02BT654 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixində Bakı şəhəri, Masazır qəs., Qurtuluş 93 ünvanında Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində X4 əmlakına maddi zərər vurulmuşdur. Cavabdeh yolnəqliyyat hadisəsini törətdikdən sonra hadisə yerindən yayınmışdır. Sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar tərtib edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli “inzibati tənbeh vermə haqqında” Qərardan (əlavə olunur) məlum olur ki, cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin327.6-cı maddəsinin dispozisiyasında göstərilən inzibati xətanı törətmiş (hadisə yerindən yayınmış) və bu səbəbdən də onun barəsində 100 (yüz) manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Nəqliyyat vasitəsinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərər 1240 manat həcmində qiymətləndirilmişdir. xx.xx.2020-ci il tarixli sığorta aktından görünür ki, xx.xx.2019-cu il tarixli sığorta müqaviləsi üzrə sığortalanmış VAZ 2109 markalı, 02BT654 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixində baş vermiş avtonəqliyyat hadisəsində dəymiş zərər üzrə cəmi 1240 manat məbləğində sığorta odənişi ödənilməsi nəzərdə tutulmuşdur. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 927.1-ci maddəsinə əsasən, əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz. Həmin Məcəllənin 931-ci maddəsinə əsasən, bir sığorta hadisəsi üzrə dəyən zərərin və (və ya) yaranan itkilərin əvəzinin ödənilməsi üçün iki və ya daha çox sığorta müqaviləsi ilə bir və ya bir neçə sığortaçının öhdəlikləri yarandıqda,əvvəlcə icbari sığorta müqavilələri üzrə sığorta ödənişləri verilməlidir. Bu zaman könüllü sığorta müqaviləsi bağlamış sığortaçı sığortalı (sığorta olunan və ya faydalanan şəxs) qarşısındakı öhdəliklərini öz istəyi ilə icbarisığorta müqaviləsi bağlamış sığortaçıdan əvvəl yerinə yetirə bilər. Bundan başqa, “Avtonəqliyyat vasitələrinin tam sığortası Qaydaları”nın 13.5-ci maddəsinə əsasən, avtonəqliyyat vasitəsinin sığorta hadisəsi baş verdiyi zaman bu sığorta ilə əvəzi ödənilməli olan hüquqi məsuliyyətə görə Azərbaycan Respublikasının qanunları ilə tələb olunan icbari məsuliyyət sığortasının sığorta məbləğinin həddindən artıq olan məbləğə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşızərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər 916.1-ci maddəsinə əsasən, əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun; 936-cı maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmçinin, “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən, sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortalı sığorta ödənişini aldıqda göstərilən hüququn həyata keçirilməsi üçün onda olan bütün lazımi sənədləri sığortaçıya verməlidir. Sığorta ödənişini həyata keçirikdən sonra sığorta şirkətinin subroqasiya hüququ yarandığından, “İcbari Sığorta Bürosu” X5 hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə əsasən, Cavabdeh yol nəqliyyat hadisəsi törətdiyindən və bu hadisənin törədilməsində təqsirli bilindiyindən, bununla da əlaqədar nəqliyyat vasitələrinə dəymiş zərərə görə mülki məsuliyyət daşıdığından, ödənilmiş sığorta ödənişi ilə bağlı cavabdehə qarşı reqress-subroqasiya qaydasında iddiası əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçı “İcbari Sığorta Bürosu” X2 Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası təmin olunmalı, Cavabdeh 1240 (bir min iki yüz qırx) manat məbləğində pul tutularaq iddiaçı “İcbari Sığorta Bürosu” X2 xeyrinə ödənilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, iddiaçı “İcbari Sığorta Bürosu” X2 tərəfindən Azərbaycan Respublikası Mərəzi X1 xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzlə ödənilmiş 32.4 (otuz iki manat qırx qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin olunsun. Cavabdeh 1240 (bir min iki yüz qırx) manat məbləğində pul tutularaq iddiaçı “İcbari Sığorta Bürosu” X2 xeyrinə ödənilsin. “İcbari Sığorta Bürosu” X2 tərəfindən Azərbaycan Respublikası Mərəzi X1 xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzlə ödənilmiş 32.4 (otuz iki manat qırx qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar