Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-1539/2025 04.12.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iş üzrə QƏTNAMƏ (Açar sözlər: nisyə alğı-satqı müqaviləsi üzrə pul tələbi) Naxçıvan Şəhər Məhkəməsinin hakimi Heydarov Aslan Nazim oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İşin halları:
1. "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********71479 OPPO A60 markalı telefon, QİZİL ZƏMANƏT ULTRA 1 İL XİDMƏTİ üçün, 532,16 (beş yüz otuz iki manat, on altı qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 53,22 (əlli üç manat, iyirmi iki qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********59709 XİAOMİ REDMİ NOTE 13 markalı telefon, ZƏMANƏT + 1 İL XİDMƏTİ üçün 385,04 (üç yüz səksən beş manat, dörd qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 38,50 (otuz səkkiz manat, əlli qəpik) manat cərimə, olmaqla ümumilikdə 1056,12 manat borc, 60,40 manat ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. "xxxx" MMC ərizəni onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, müqavilələrə əsasən, İmei kod **********71479 OPPO A60 markalı telefon, QİZİL ZƏMANƏT ULTRA 1 İL XİDMƏTİ, İMEİ KODU **********59709 XİAOMİ REDMİ NOTE 13 markalı telefon, ZƏMANƏT + 1 İL XİDMƏTİ cavabdeh tərəfindən alınmış və nəticədə 1056,12 (min əlli altı manat, on iki qəpik) manat borc yaranmışdır.
3. Cavabdeh müqavilənin şərtlərini pozmuş və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 769,92 (yeddi yüz altmış doqquz manat, doxsan iki qəpik) manat (18 ay x 39,44 manat + 60 manat ilkin ödəniş) olan , İMEİ KODU **********59709 XİAOMİ REDMİ NOTE 13 markalı telefon, ZƏMANƏT + 1 İL XİDMƏTİ üçün ümumilikdə, 608,98 (altı yüz səkkiz manat, doxsan səkkiz qəpik) manat olmaqla ondan, 532,16 (beş yüz otuz iki manat, on altı qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 (iyirmi üç manat, altmış qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 53,22 (əlli üç manat, iyirmi iki qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 473,34 (dörd yüz yetmiş üç manat, otuz dörd qəpik) manat (18 ay x 24,13 manat + 39 manat ilkin ödəniş) olan İMEİ KODU **********59709 XİAOMİ REDMİ NOTE 13 markalı telefon, ZƏMANƏT + 1 İL XİDMƏTİ üçün ümumilikdə, 447,14 (dörd yüz qırx yeddi manat, on dörd qəpik) manat olmaqla ondan, 385,04 (üç yüz səksən beş manat, dörd qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 (iyirmi üç manat, altmış qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 38,50 (otuz səkkiz manat, əlli qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 326,06 manat təşkil edir.
4. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir.
5. Cavabdehlə bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli Müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır.
6. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.
7. Məhkəmə xx.xx.2025-ci il tarixdə daxil olmuş ərizə üzrə xx.xx.2025-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin Cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Sübutların tədqiqi:
8. İş materiallarında olan 05 sentyabr 2024-cü il tarixli, 00143209 nömrəli müqavilədən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında İmei kod **********71479 OPPO A60 markalı telefon, QİZİL ZƏMANƏT ULTRA 1 İL XİDMƏTİ , 22 dekabr 2024-cü il tarixli, ********** nömrəli müqavilə üzrə , İMEİ KODU **********59709 XİAOMİ REDMİ NOTE 13 markalı telefon, ZƏMANƏT + 1 İL XİDMƏTİ–nin satılması barədə müqavilələr bağlanmışdır.
9. İş materiallarında olan Maliyyə arayışından görünür ki, tərəflər xx.xx.2024-cü il tarixli müqavilə üzrə aylıq ödənişlərin hər ay 39,44 manat olmaqla 18 ay ərzində ödənilməsinə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə aylıq ödənişlərini hər ay 24,13 manat olmaqla 18 ay ərzində ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar.
10. İş materiallarında olan 05 sentyabr 2024-cü il, 22 dekabr 2024-cü il tarixli təhviltəslim aktlarından görünür ki, iş üzrə cavabdeh Cabbarov X1 **********71479 OPPO A60 markalı telefon, QİZİL ZƏMANƏT ULTRA 1 İL XİDMƏTİ, İMEİ KODU **********59709 XİAOMİ REDMİ NOTE 13 markalı telefon, ZƏMANƏT + 1 İL XİDMƏTİ-ni qüsursuz şəkildə təhvil alaraq bu barədə müvafiq imza etmişdir.
11. İş materiallarında olan 07 oktyabr 2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh nisyə alğı-satqı müqaviləsi əsasında İmei kod **********71479 OPPO A60 markalı telefon, QİZİL ZƏMANƏT ULTRA 1 İL XİDMƏTİ, İMEİ KODU **********59709 XİAOMİ REDMİ NOTE 13 markalı telefon, ZƏMANƏT + 1 İL açılıb-bağlanması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə hər bir telefon üçün 23.60 manat, ümumilikdə 47.20 manat pul ödənilmişdir.
12. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh pretenziya göndərilmiş və borcun ödənilməsinə dair xəbərdarlıq edilmişdir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsi
13. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
14. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 15.Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 16.Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 17.Maddə 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 18.Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 19.Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 20.Maddə 442. öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 21.Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 22.Maddə 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
23. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 24.Maddə 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.
25. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
Tətbiq edilən prosessual hüquq normaları:
Mülki Prosessual Məcəllə
26. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
27. Maddə 284-5.1. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir.
28. Maddə 284-5.2.Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.
29. Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
30. Maddə 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin, qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi:
33. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir.
34. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia qismən təmin edilməklə Cavabdeh xx.xx.2024-cü il tarixli 00143209 nömrəli X3 Müqaviləsi üzrə 532.16 (beş yüz otuz iki manat, on altı qəpik) manat əsas borc, 26,60 (iyirmi altı manat, altmış qəpik) manat gecikdirilmiş dəbbə borcu, 22 dekabr 2024-cü il tarixli ********** nömrəli müqavilə üzrə 385,04 (üç yüz səksən beş manat, dörd qəpik) manat əsas borc, 19,25 (on doqquz manat, iyirmi beş qəpik) manat gecikdirilmiş dəbbə borcu olmaqla ümumilikdə 963,05 (doqquz yüz altmış üç manat, beş qəpik) manat borc İddiaçı MMC-nin xeyrinə tutulmalıdır.
35. Belə ki, iş materiallarından göründüyü kimi, tərəflər mülki qanunvericiliyin müqavilə azadlığı prinsipləri çərçivəsində “Oppo A60”, “XİAOMİ REDMİ NOTE 13” markalı telefonlar üçün nisyə alqı-satqı müqaviləsini bağlamış və iddiaçı müqavilə öhdəliyini yerinə yetirərək, malları cavabdehə təhvil vemişdir. Lakin, cavabdeh müqavilənin şərtlərini lazımi qaydada yerinə yetirməmiş, müqaviləyə Əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki əsasında ödənişlərini vaxtında yerinə yetirməmişdir.
36. Məhkəmə hesab edir ki, cavabdeh öhdəliyini lazımi qaydada yerinə yetirmədiyindən 05 sentyabr 2024-cü il müqavilə üzrə 532,16 manat əsas borc, 22 dekabr 2024-cü il tarixli müqavilə üzrə 385,04 manat əsas borcu iddiaçı tələb etməkdə haqlı olmuşdur.
37. Məhkəmə dəbbə puluna münasibətdə qeyd edir ki, İddiaçı MMC alqı-satqı müqaviləsi üzrə dəbbə pulu olaraq cavabdehdən 05 sentyabr 2024-cü il müqavilə üzrə 53,22 manat, 22 dekabr 2024-cü il tarixli müqavilə üzrə 38,50 manat tutulmasını xahiş etmişdir.
38. Yuxarıda qeyd olunan normalar baxımından məhkəmə hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu əsas borca münasibətdə tənasübsüz olduğundan azaldılaraq, əsas borcun 5% miqdarında 05 sentyabr 2024-cü il müqavilə üzrə 26,60 (iyirmi altı manat, altmış qəpik) manat, 22 dekabr 2024-cü il tarixli müqavilə üzrə 19,25 (on doqquz manat, iyirmi beş qəpik) manat məbləğində müəyyən olunmalıdır. Tələb dəbbə pulunun qalan hissəsində rədd edilməlidir.
39. Məhkəmə iddia tələbinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh İnnovativ Layihələr Mərkəzinə ödənilən 47.20 (qırx yeddi manat, iyirmi qəpik) manat rüsumun cavabdehdən alınıb ona verilməsi ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının İnnovativ Layihələr Mərkəzi rüsumunu malın istifadəsini mümkünsüz etdiyi və ya cihazın İmei kodunun deaktiv olunması ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq etdiyi, məhdudiyyətin aradan qaldırılması üçün ödənildiyi halda tələb edə bilər. Hazırki vəziyyətdə isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin malın istifadəsini mümkünsüz etdiyini və ya cihazın İmei kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq etdiyini təsdiq edən sübutlar məhkəməyə təqdim etməmişdir və iddiaçının sözügedən işlə bağlı əlavə xərci çəkməsi müəyyən edilməmişdir. Bu səbəbdən də məhkəmə iddia tələbini həmin hissədə əsaslı hesab etmir.
40. Belə ki, işə əlavə olunmuş İnnovativ Layihələr Mərkəzi tərəfindən verilmiş təhviltəslim aktında alıcıya verilən malın istifadəsinin mümkünsüz edilməsi və ya cihazın İmei kodunun deaktiv olunması ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq edilməsi, məhdudiyyətin aradan qaldırılması hallarını müəyyən etmək mümkün olmur. Təhvil-təslim aktında sadəcə İnnovativ Layihələr Mərkəzi tərəfindən aparılan əməliyyatların sayı göstərilmişdir.
41. MPM Maddə 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir.
42. Məhkəmə həmçinin hesab edir ki, ərizə qismən təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X4 Portalına xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 30,57 (otuz manat, əlli yeddi qəpik) manat dövlət rüsumunun 27,87 (iyirmi yeddi manat, səksən yeddi qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır.
43. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216, 284-1, 284-5, 284-6, 358.0.3-cü maddələrini rəhbər tutaraq
qətetdi:
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli 00143209 nömrəli X3 Müqaviləsi üzrə 532.16 (beş yüz otuz iki manat, on altı qəpik) manat əsas borc, 26,60 (iyirmi altı manat, altmış qəpik) manat gecikdirilmiş dəbbə borcu, 22 dekabr 2024-cü il tarixli ********** nömrəli müqavilə üzrə 385,04 (üç yüz səksən beş manat, dörd qəpik) manat əsas borc, 19,25 (on doqquz manat, iyirmi beş qəpik) manat gecikdirilmiş dəbbə borcu olmaqla ümumilikdə 963,05 (doqquz yüz altmış üç manat, beş qəpik) manat borc İddiaçı MMC-nin xeyrinə tutulsun. İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X4 Portalına xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 30,57 (otuz manat, əlli yeddi qəpik) manat dövlət rüsumunun 27,87 (iyirmi yeddi manat, səksən yeddi qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. İddia qalan hissə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Aslan Heydarov