Məhkəmə qərarları › İş №e-2(078)-1541/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-1541/2025

04.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-1541/2025 04.12.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iş üzrə QƏTNAMƏ (Açar sözlər: nisyə alğı-satqı müqaviləsi üzrə pul tələbi) Naxçıvan Şəhər Məhkəməsinin hakimi Heydarov Aslan Nazim oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İşin halları:

1. "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İmei kod 51528/65PR01790 XİAOMİ REDMİ PAD SE planşet, NAQİLSİZ TOZSORAN DYSON, 2 ƏDƏD XƏMANƏT +2 İL XİDMƏTİ üçün 2761,02 (iki min yeddi yüz altmış bir manat, iki qəpik) manat ödənilməmiş hissə, 276,10 (iki yüz yetmiş altı manat, on qəpik) manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 2 ƏDƏD PS5 DUALSENSE OYUN PULTU, SAMSUNG TV ZƏMANƏT + 2 İL XİDMƏTİ üçün 911,04 (doqquz yüz on bir manat, dörd qəpik) manat ödənilməmiş hissə, 91,10 (doxsan bir manat, on qəpik) manat cərimə, olmaqla ümumilikdə 4039,27 manat borc, 60,40 manat ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. "xxxx" MMC ərizəni onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən, İmei kod 51528/65PR01790 XİAOMİ REDMİ PAD SE planşet, NAQİLSİZ TOZSORAN DYSON, 2 ƏDƏD XƏMANƏT +2 İL XİDMƏTİ , 2 ƏDƏD PS5 DUALSENSE OYUN PULTU, SAMSUNG TV ZƏMANƏT + 2 İL XİDMƏTİ cavabdeh tərəfindən alınmış və nəticədə 4039,27 (dörd min otuz doqquz manat, iyirmi yeddi qəpik) manat borc yaranmışdır.

3. Cavabdeh müqavilənin şərtlərini pozmuş və xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2881,02 (iki min səkkiz yüz səksən bir manat, iki qəpik) manat (18 ay x 153,39 manat + 120 manat ilkin ödəniş) olan İmei kod 51528/65PR01790 XİAOMİ REDMİ PAD SE planşet, NAQİLSİZ TOZSORAN DYSON, 2 ƏDƏD XƏMANƏT +2 İL XİDMƏTİ üçün ümumilikdə, 3037,12 (üç min otuz yeddi manat, on iki qəpik) manat olmaqla ondan, 2761,02 (iki min yeddi yüz altmış bir manat, iki qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 276,10 (iki yüz yetmiş altı manat, on qəpik) manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1211,04 (min iki yüz on bir manat, dörd qəpik) manat (12 ay x 75,92 manat + 300 manat ilkin ödəniş) olan 2 ƏDƏD PS5 DUALSENSE OYUN PULTU, SAMSUNG TV ZƏMANƏT + 2 İL XİDMƏTİ üçün ümumilikdə, 1002,14 ( min iki manat, on dörd qəpik) manat olmaqla ondan, 911,04 (doqquz yüz on bir manat, dörd qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 91,10 (doxsan bir manat,on qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 420 manat təşkil edir.

4. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir.

5. Cavabdehlə bağlanılmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il, tarixli Müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır.

6. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.

7. Məhkəmə xx.xx.2025-ci il tarixdə daxil olmuş ərizə üzrə xx.xx.2025-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin Cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir.

Sübutların tədqiqi:

8. İş materiallarında olan 20 aprel 2025-ci il tarixli, ********** nömrəli müqavilədən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında İmei kod 51528/65PR01790 XİAOMİ REDMİ PAD SE planşet, NAQİLSİZ TOZSORAN DYSON, 2 ƏDƏD XƏMANƏT +2 İL XİDMƏTİ , 27 aprel 2025-ci il tarixli, ********** nömrəli müqavilə üzrə 2 ƏDƏD PS5 DUALSENSE OYUN PULTU, SAMSUNG TV ZƏMANƏT + 2 İL XİDMƏTİ –nin satılması barədə müqavilələr bağlanmışdır.

9. İş materiallarında olan Maliyyə arayışından görünür ki, tərəflər xx.xx.2025-ci il tarixli müqavilə üzrə aylıq ödənişlərin hər ay 153,39 manat olmaqla 18 ay ərzində ödənilməsinə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə aylıq ödənişlərini hər ay 75,92 manat olmaqla 12 ay ərzində ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar.

10. İş materiallarında olan 20 aprel 2025-ci il, 27 aprel 2025-ci il tarixli təhvil-təslim aktlarından görünür ki, iş üzrə cavabdeh Nəsirov X1 51528/65PR01790 XİAOMİ REDMİ PAD SE planşet, NAQİLSİZ TOZSORAN DYSON, 2 ƏDƏD XƏMANƏT +2 İL XİDMƏTİ və 2 ƏDƏD PS5 DUALSENSE OYUN PULTU, SAMSUNG TV ZƏMANƏT + 2 İL XİDMƏTİ-ni qüsursuz şəkildə təhvil alaraq bu barədə müvafiq imza etmişdir.

11. İş materiallarında olan 29 sentyabr 2025-ci il tarixli Xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh pretenziya göndərilmiş və borcun ödənilməsinə dair xəbərdarlıq edilmişdir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsi

12. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

13. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 14.Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 15.Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 16.Maddə 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 17.Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 18.Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 19.Maddə 442. öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 20.Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 21.Maddə 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

22. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 23.Maddə 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.

24. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

Tətbiq edilən prosessual hüquq normaları:

Mülki Prosessual Məcəllə

25. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.

26. Maddə 284-5.1. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir.

27. Maddə 284-5.2.Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.

28. Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

29. Maddə 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin, qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Məhkəmənin mövqeyi:

32. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir.

33. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia qismən təmin edilməklə Cavabdeh xx.xx.2025-ci il tarixli ********** nömrəli X3 Müqaviləsi üzrə 2761,02 (iki min yeddi yüz altmış bir manat, iki qəpik) manat əsas borc, 138,05 (yüz otuz səkkiz manat, beş qəpik) manat gecikdirilmiş dəbbə borcu, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 911,04 (doqquz yüz on bir manat, dörd qəpik) manat əsas borc, 45,55 (qırx beş manat, əlli beş qəpik) manat gecikdirilmiş dəbbə borcu olmaqla ümumilikdə 3855,66 (üç min səkkiz yüz əlli beş manat, altmış altı qəpik) manat borc İddiaçı MMC-nin xeyrinə tutulmalıdır.

34. Belə ki, iş materiallarından göründüyü kimi, tərəflər mülki qanunvericiliyin müqavilə azadlığı prinsipləri çərçivəsində İmei kod 51528/65PR01790 XİAOMİ REDMİ PAD SE planşet, NAQİLSİZ TOZSORAN DYSON, 2 ƏDƏD XƏMANƏT +2 İL XİDMƏTİ, 2 ƏDƏD PS5 DUALSENSE OYUN PULTU, SAMSUNG TV ZƏMANƏT + 2 İL XİDMƏTİ üçün nisyə alqı-satqı müqaviləsini bağlamış və iddiaçı müqavilə öhdəliyini yerinə yetirərək, malları cavabdehə təhvil vemişdir. Lakin, cavabdeh müqavilənin şərtlərini lazımi qaydada yerinə yetirməmiş, müqaviləyə Əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki əsasında ödənişlərini vaxtında yerinə yetirməmişdir.

35. Məhkəmə hesab edir ki, cavabdeh öhdəliyini lazımi qaydada yerinə yetirmədiyindən xx.xx.2025-ci il tarixli müqavilə üzrə 2761,02 manat əsas borc, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 911,04 manat əsas borcu iddiaçı tələb etməkdə haqlı olmuşdur.

36. Məhkəmə dəbbə puluna münasibətdə qeyd edir ki, İddiaçı MMC alqı-satqı müqaviləsi üzrə dəbbə pulu olaraq cavabdehdən xx.xx.2025-ci il tarixli müqavilə üzrə 276,10 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 91,10 manat tutulmasını xahiş etmişdir.

37. Yuxarıda qeyd olunan normalar baxımından məhkəmə hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu əsas borca münasibətdə tənasübsüz olduğundan azaldılaraq, əsas borcun 5% miqdarında xx.xx.2025-ci il tarixli müqavilə üzrə 138,05 (yüz otuz səkkiz manat, beş qəpik) manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 45,55 (qırx beş manat əlli beş qəpik) manat məbləğində müəyyən olunmalıdır. Tələb dəbbə pulunun qalan hissəsində rədd edilməlidir.

38. MPM Maddə 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir.

39. Məhkəmə həmçinin hesab edir ki, ərizə qismən təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X4 Portalına xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 60.40 (otuz doqquz manat, otuz qəpik) manat dövlət rüsumunun 57,65 (əlli yeddi manat, altmış beş qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır.

40. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216, 284-1, 284-5, 284-6, 358.0.3-cü maddələrini rəhbər tutaraq

qətetdi:

İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli ********** nömrəli X3 Müqaviləsi üzrə 2761,02 (iki min yeddi yüz altmış bir manat, iki qəpik) manat əsas borc, 138,05 (yüz otuz səkkiz manat, beş qəpik) manat gecikdirilmiş dəbbə borcu, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 911,04 (doqquz yüz on bir manat, dörd qəpik) manat əsas borc, 45,55 (qırx beş manat, əlli beş qəpik) manat gecikdirilmiş dəbbə borcu olmaqla ümumilikdə 3855,66 (üç min səkkiz yüz əlli beş manat, altmış altı qəpik) manat borc İddiaçı MMC-nin xeyrinə tutulsun. İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X4 Portalına xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 60.40 (otuz doqquz manat, otuz qəpik) manat dövlət rüsumunun 57,65 (əlli yeddi manat, altmış beş qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. İddia qalan hissə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Aslan Heydarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar