Məhkəmə qərarları › İş №e-2(078)-1583/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-1583/2025

11.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-1583/2025 11.12.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında baxaraq müəyyənetdi: İddiaçı Naxçıvan Şəhər Məhkəməsinə ərizə ilə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, APPLE MACBOOK AİR 15, ZƏMANƏT + 3 İL xidməti üçün, 2400.35 (iki min dörd yüz manat otuz beş qəpik) manat ödənilməmiş hissə, 240.04 (iki yüz qırx manat dörd qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ Kod **********25023 İPHONE 13, APPLE ADAPTER üçün, 1480.38 (bir min dörd yüz səksən manat otuz səkkiz qəpik) manat ödənilməmiş hissə, 148.04 (bir yüz qırx səkkiz manat dörd qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ Kod **********64166 XİAOMİ REDMİ NOTE 13 PRO, üçün 333.14 (üç yüz otuz üç manat on dörd qəpik) manat ödənilməmiş hissə, 33.31 (otuz üç manat otuz bir qəpik) manat cərimə olmaqla, ümumilikdə, 4635.26 (dörd min altı yüz otuz beş manat iyirmi altı qəpik) manat borc, 66.36 (altmış altı manat otuz altı qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçınə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2025-ci il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, APPLE MACBOOK AİR 15, ZƏMANƏT + 3 İL xidməti, İMEİ Kod **********25023 İPHONE 13, APPLE ADAPTER, İMEİ Kod **********64166 XİAOMİ REDMİ NOTE 13 PRO almış və nəticədə 4635.26 (dörd min altı yüz otuz beş manat iyirmi altı qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 5280 (beş min iki yüz səksən manat) manat (24 ay x 205 manat + 360 manat ilkin ödəniş) olan APPLE MACBOOK AİR 15, ZƏMANƏT + 3 İL xidməti üçün ümumilikdə, 2640.39 (iki min altı yüz qırx manat otuz doqquz qəpik) manat olmaqla ondan, 2400.35 (iki min dörd yüz manat otuz beş qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 240.04 (iki yüz qırx manat dörd qəpik) manat cərimə, xx.xx.2025-ci il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1614.96 (bir min altı yüz on dörd manat doxsan altı qəpik) manat (24 ay x 67.29 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kod **********25023 İPHONE 13, APPLE ADAPTER üçün ümumilikdə, 1628.42 (bir min altı yüz iyirmi səkkiz manat qırx iki qəpik) olmaqla ondan, 1480.38 (bir min dörd yüz səksən manat otuz səkkiz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 148.04 (bir yüz qırx səkkiz manat dörd qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 860.04 (səkkiz yüz altmış manat dörd qəpik) manat (18 ay x 47.78 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kod **********64166 XİAOMİ REDMİ NOTE 13 PRO üçün ümumilikdə, 366.45 (üç yüz altmış altı manat qırx beş qəpik) manat olmaqla ondan, 333.14 (üç yüz otuz üç manat on dörd qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 33.31 (otuz üç manat otuz bir qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3541.13 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2025-ci il, xx.xx.2024-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə qeyd edir ki, iddianın qiyməti beş min manatdan aşağı olduğundan mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat formasında baxılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə iddianı qismən əsaslı sayıb qismən təmin edərkən iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş və məhkəmə tərəfindən tədqiq olunmuş yazılı sübutlara istinad edir. İddia ərizəsinə əlavə edilən sənədlərdən aydın olur ki, iddiaçı öz tələbini əsaslandıran halları təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmənin yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə isə onu qeyd edir ki, iş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından aydın olur ki, iş üzrə cavabdeh Məmmədov X1 şəhəri, İstiqlal küçəsi, ev 85, mənzil 10 ünvanında rəsmi qeydiyyatdadır. Cavabdeh hazırki mülki iş üzrə məhkəmə sənədləri, yəni iddia ərizəsinin surəti, məhkəmənin 04 noyabr 2025-ci il tarixli, e-2(078)-1583/2025 nömrəli məhkəmə bildirişi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq rəsmi qaydada göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehə göndərilmiş bildirişdə cavabdehə iddiaçının tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 10 iş günü müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, cavabdehin onlara qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdır. Məhkəmə cavabdehin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətləri olmuş və onlar arasında alğı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixli, 10736719 nömrəli, xx.xx.2024-cü il tarixli, 03476111 nömrəli və xx.xx.2024-cü il tarixli, 731603 nömrəli müqavilələr bağlanmışdır. xx.xx.2024-cü il tarixli 10736719 nömrəli müqavilənin 1.1 və 2.1-ci bəndlərinə əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti özünə məxsus olan əşyanı, yəni İMEİ Kod **********64166 XİAOMİ REDMİ NOTE 13 PRO markalı telefon, qızıl zəmanət ultra 1 il xidmətini Cavabdeh verir, sonuncu isə malı müqavilədə göstərilən şərtlərlə qəbul edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, xx.xx.2024-cü il tarixli 10736719 nömrəli müqavilədə qeyd olunan əşya iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli 10736719 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2024-cü il tarixli ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə cavabdehin ilkin ödənişsiz, 18 ay ərzində hər ay 47.78 (qırx yeddi manat yetmiş səkkiz qəpik) manat ödəməsi nəzərdə tutulmuş və həmin ödəniş cədvəli Cavabdeh tərəfindən imzalanmışdır. xx.xx.2024-cü il tarixli, 03476111 nömrəli müqavilənin 1.1 və 2.1-ci bəndlərinə əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti özünə məxsus olan əşyanı, yəni APPLE MACBOOK AİR 15, ZƏMANƏT + 3 İL xidmətini Cavabdeh verir, sonuncu isə malı müqavilədə göstərilən şərtlərlə qəbul edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, xx.xx.2024-cü il tarixli, 03476111 nömrəli müqavilədə qeyd olunan əşya iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 03476111 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2024-cü il tarixli ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə cavabdehin ilkin ödəniş 360 (üç yüz altmış) manat olmaqla, 24 ay ərzində hər ay 205 (iki yüz beş) manat ödəməsi nəzərdə tutulmuş və həmin ödəniş cədvəli Cavabdeh tərəfindən imzalanmışdır. xx.xx.2024-cü il tarixli, 731603 nömrəli müqavilənin 1.2-ci bəndinə əsasən müştəri bu müqavilənin qüvvədə olduğu müddət ərzində, onun üçün “ABC” tərəfindən müəyyənləşdirilən məbləğ limiti həddində mal(lar)ı\xidmət(lər)i “ABC”yə sifariş verir, “ABC” həmin malı müqavilədə (onun ayrılmaz tərkib hissəsi olan müvafiq əlavə(lər)də) göstərilən şərtlərlə müştəriyə təqdim edir, müştəri isə həmin malın dəyərini razılaşdırılmış qaydada “ABC”yə ödəyir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən bu Müqavilə imzalandığı andan qüvvəyə minir və 10 (on) il müddətinə qüvvədədir. Müqavilənin qüvvədə olduğu bütün müddət ərzində müştərinin bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə “ABC”-dən mal və (və ya) xidmət əldə etmək hüququ var. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli təhvil-təslim aktından görünür ki, İMEİ Kod **********25023 İPHONE 13, APPLE ADAPTER adlı əşya iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli ödəniş cədvəlindən görünür ki, ödəniş cədvəlində cavabdehin ilkin ödəniş 0 (sıfır) manat olmaqla, 24 ay ərzində hər ay 67.29 (altmış yeddi manat iyirmi doqquz qəpik) manat ödəməsi nəzərdə tutulmuş və həmin ödəniş cədvəli Cavabdeh tərəfindən imzalanmışdır. Ərizəyə əlavə edilmiş 22 oktyabr 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçınə İMEİ Kod **********64166 XİAOMİ REDMİ NOTE 13 PRO üçün 333.14 (üç yüz otuz üç manat on dörd qəpik ) manat ödənilməmiş hissə, 33.31 (otuz üç manat otuz bir) manat cərimə borcu, APPLE MACBOOK AİR 15, ZƏMANƏT + 3 İL xidməti üçün 2400.35 (iki min dörd yüz manat otuz beş qəpik) manat ödənilməmiş hissə, 240.04 (iki yüz qırx manat dörd qəpik) manat cərimə borcu və İMEİ Kod **********25023 İPHONE 13, APPLE ADAPTER üçün 1480.38 (bir min dörd yüz səksən manat otuz səkkiz qəpik) manat ödənilməmiş hissə, 148.04 (bir yüz qırx səkkiz manat dörd qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 4635.26 (dörd min altı yüz otuz beş manat iyirmi altı qəpik) manat borcu mövcuddur. İş materiallarından görünür ki, 14 oktyabr 2025-ci il tarixdə cavabdehə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq göndərilmişdir. Tərəflər arasında olan razılaşmadan aydın olur ki, onlar arasında əşyanın dəyərinin hissə-hissə ödənilməsi şərtilə nisyə alğı-satqı müqaviləsi bağlanılıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600-cü maddəsində nisyə satılmış əşyanın ödənilməsi qaydaları müəyyən edilmişdir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601-ci maddəsinin tələbinə görə isə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə Mülki Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsi ilə həmçinin müəyyən edilir ki, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən də göründüyü kimi iş üzrə tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilənin predmeti qismində avadanlığı cavabdehə təhvil verməyi, cavabdeh isə həmin müqaviləyə əsasən hər ay ödəniş cədvəli üzrə ödənişlər etməklə həmin malın dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Göründüyü kimi iddiaçı müqavilə üzrə öz öhdəliklərini icra edərək, müqavilənin predmeti olan avadanlığı cavabdehə təhvil vermiş, cavabdeh isə müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində avadanlığı əldə etməsinə, həmin malın dəyərini hissə-hissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, həmin malın dəyərini ödəməkdən yayınmışdır. Hazırda cavabdeh alğı-satqı müqaviləsi üzrə alınmış avadanlıq üçün müəyyən olunmuş ödəniş cədvəlinə uyğun ödəməli olduğu borc və müqaviləyə əsasən ona hesablanmış cərimə borcunu iddiaçıya ödəməkdən yayınmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. İddiaçının cavabdehdən cərimə tələbi ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 463.1-ci maddəsinə əsasən, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən, müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilənin 3.5-ci bəndinə əsasən, müştəri müqavilə üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2%-dək həcmində mübahisəsiz olaraq penya ödəyir. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Lakin dəbbə pulunun miqdarına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə xx.xx.2024-cü il tarixli müqavilə üzrə hesablanmış 33.31 (otuz üç manat otuz bir qəpik) manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə hesablanmış 240.04 (iki yüz qırx manat dörd qəpik) manat və xx.xx.2024-cü il tarixli müqavilə üzrə hesablanmış 148.04 (bir yüz qırx səkkiz manat dörd qəpik) manat məbləğində dəbbə pulu əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən iddia həmin hissədə qismən təmin edilməli, xx.xx.2024-cü il tarixli müqavilə üzrə hesablanmış 33.31 (otuz üç manat otuz bir qəpik) manat məbləğində tələb olunan cərimə (dəbbə pulu) 16.66 (on altı manat altmış altı qəpik) manat məbləğədək, xx.xx.2024-cü il tarixli müqavilə üzrə hesablanmış 240.04 (iki yüz qırx manat dörd qəpik) manat məbləğində tələb olunan cərimə (dəbbə pulu) 120.02 (bir yüz iyirmi manat iki qəpik) manat məbləğədək və xx.xx.2024-cü il tarixli müqavilə üzrə hesablanmış 148.04 (bir yüz qırx səkkiz manat dörd qəpik) manat məbləğində tələb olunan cərimə (dəbbə pulu) 74.02 (yetmiş dörd manat iki qəpik) manat məbləğədək azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 15 iyul 2014-cü il tarixli qərarında da Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (peniya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. İddiaçı həmçinin məhkəmədə iddia qaldırılması üçün ödədiyi 66.36 (altmış altı manat otuz altı qəpik) manat məbləğində dövlət rüsumunun da cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsaslanaraq məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 66.36 (altmış altı manat otuz altı qəpik) manat dövlət rüsumunun 63.34 (altmış üç manat otuz dörd qəpik) manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; -xx.xx.2024-cü il tarixli, 10736719 nömrəli müqavilə üzrə 333.14 (üç yüz otuz üç manat on dörd qəpik) manat əsas, 16.66 (on altı manat altmış altı qəpik) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli, 03476111 nömrəli müqaviləyə əsasən 2400.35 (iki min dörd yüz manat otuz beş qəpik) manat əsas, 120.02 (bir yüz iyirmi manat iki qəpik) manat cərimə borcu və xx.xx.2024-cü il tarixli, 731603 nömrəli müqaviləyə əsasən 1480.38 (bir min dörd yüz səksən manat otuz səkkiz qəpik) manat əsas, 74.02 (yetmiş dörd manat iki qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 4424.57 (dörd min dörd yüz iyirmi dörd manat əlli yeddi qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə verilməli; -iddia qalan hissədə əsaslı olmadığından rədd edilməli; -iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 66.36 (altmış altı manat otuz altı qəpik) manat dövlət rüsumunun 63.34 (altmış üç manat otuz dörd qəpik) manat hissəsi Cavabdeh alınaraq iş üzrə İddiaçınə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.2, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli, 10736719 nömrəli müqavilə üzrə 333.14 (üç yüz otuz üç manat on dörd qəpik) manat əsas, 16.66 (on altı manat altmış altı qəpik) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli, 03476111 nömrəli müqaviləyə əsasən 2400.35 (iki min dörd yüz manat otuz beş qəpik) manat əsas, 120.02 (bir yüz iyirmi manat iki qəpik) manat cərimə borcu və xx.xx.2024-cü il tarixli, 731603 nömrəli müqaviləyə əsasən 1480.38 (bir min dörd yüz səksən manat otuz səkkiz qəpik) manat əsas, 74.02 (yetmiş dörd manat iki qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 4424.57 (dörd min dörd yüz iyirmi dörd manat əlli yeddi qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə verilsin. İddia qalan hissədə əsaslı olmadığından rədd edilsin. İş üzrə iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 66.36 (altmış altı manat otuz altı qəpik) manat dövlət rüsumunun 63.34 (altmış üç manat otuz dörd qəpik) manat hissəsi Cavabdeh alınaraq iş üzrə İddiaçınə ödənilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar