Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-1670/2025 02.12.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Heydarov Aslan Nazim oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizəsini nəzərdən keçirib, məhkəmə müəyyən etdi:
1. "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, X1 Qalan Borc üçün 1286.10 (bir min iki yüz səksən altı manat, on qəpik) manat ödənilməmiş hissə və ödənilmiş 32.87 manat dövlət rüsumunun alınaraq "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul etməkdən imtina olunmalıdır.
3. Məhkəmə qeyd edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslarla verilmiş iddia ərizəsi Naxçıvan şəhər Məhkəməsinin e-2(078)-1071/2025 saylı, 17 iyul 2025-ci il tarixli qanuni qüvvəyə minmiş qərardadı ilə icraata qəbuldan imtina olunmuşdur.
4. Qeyd edilən qərardadda iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia qaldıra biləcəyi qeyd olunsa da, iddiaaçı təkrara həmin tələblə sadələşdirilmiş kiçik iddia qaydasında məhkəməyə müraciət etmişdir.
5. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. (Qeyd: İddia ərizəsi və ona əlavə olunmuş sənədlər məhkəməyə elektron qaydada təqdim edildiyindən, onların poçt vasitəsilə qaytarılmasına ehtiyac yoxdur).
6. MPM-nin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur.
7. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 153, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər icraata qəbul edilməsin və ərizəyə əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 gün müddətinə “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış Elektron Kabinet üzərində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Aslan Heydarov