Məhkəmə qərarları › İş №e-2(078)-1688/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-1688/2025

18.02.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-1688/2025 18.02.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X7 məhkəmə iclas katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan şəhər 3 saylı notariat ofisinə qarşı vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı cavabdeh Naxçıvan şəhər 3 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 vəfatından sonra miras qalmış Naxçıvan şəhəri, A.Cəlilov küçəsi, döngə 3-də yerləşən, 4 nömrəli fərdi yaşayış evinin və bu evin yerləşdiyi torpaq sahəsinin ½ hissəsinin faktiki qəbul edilməsi, həmin mirasa vərəsəlik hüquqları tanınmaqla payının müəyyən olunması haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, nənəsi X6 xx.xx.1991ci il tarixdə vəfat etmişdir. O, Naxçıvan şəhəri, A.Cəlilov küçəsi, döngə 3-də yerləşən, 4 nömrəli yaşayış evinin və həmin evin yerləşdiyi torpaq sahəsinin 1/2 hissəsinin mülkiyyətçisi olmuşdur. Miras qalmış həmin əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Naxçıvan şəhəri 3 saylı notariat ofisinə müraciət etmişdir. Notariat ofisinin “Notariat hərəkətlərinin aparılmasından imtina edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarı ilə vərəsəliyin açılma müddəti buraxıldığı üçün vərəsəliyin açılmasından imtina edilmişdir. X25 hələ xx.xx.1987-ci il tarixdə, yəni ölümündən 5 ilə yaxın əvvəl qeyd olunan əmlaka dair özünün və qardaşı Vidad Rəşidovun adına vəsiyyətnamə vermişdir. X16 vəfatından sonra yuxarıda qeyd olunan ünvandakı yerləşən miras əmlaka birinci dərəcəli vərəsələri xx.xx.2007-ci il tarixdə vəfat etmiş oğlu - atası X12 uşaqları özü və qardaşı X21, qızı X10r. Mülki iş üzrə təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarında iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə İddiaçı vəkil və nümayəndəsi Nümayəndə iddiaçının iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsini xahiş etməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdeh Naxçıvan şəhər 3 saylı notariat ofisinə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin cavabdehin nümayəndəsi Abbasov İlahi 04 fevral 2026-cı il tarixdə məhkəməyə ərizə göndərərək iş sıxlığı ilə əlaqədar xx.xx.2026-cı il tarixə saat 11:00-a təyin olunan məhkəmə iclasına onun iştirakı olmadan baxılmasını və müvafiq qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq cavabdeh Naxçıvan şəhər 3 saylı notariat ofisinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdeh tərəfində mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X17 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarına gəlməmiş, lakin Naxçıvan Şəhər Məhkəməsinin elekton poçt ünvanına xx.xx.2026-cı il tarixdə ərizə göndərərək İddiaçı cavabdeh Naxçıvan şəhər 3 saylı notariat ofisinə qarşı vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair mülki iş üzrə iddiasını qəbul etdiyini bildirərək qeyd olunan iş üzrə məhkəmə iclaslarının özünün iştirakı olmadan keçirilməsini xahiş etmiş, həmçinin xx.xx.2026-cı il tarixdə ərizə göndərərək İddiaçı cavabdeh Naxçıvan şəhər 3 saylı notariat ofisinə qarşı vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair mülki iş üzrə iddiasını qəbul etdiyini, xx.xx.1991-ci il tarixdə vəfat etmiş nənəsi X3 miras qalmış Naxçıvan şəhəri, A.Cəlilov küçəsi, döngə 3-də yerləşən, 4 nömrəli yaşayış evinə və həmin evin yerləşdiyi torpaq sahəsinin 1/2 hissəsinə pay tələbi olmadığını qeyd etmişdir. Məhkəmə qeyd olunan ərizələri nəzərə alaraq Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdeh tərəfində mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X13 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdeh tərəfində mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X11 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarında iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdeh tərəfində mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X9 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə izahatında iddiaçının nənəsi tərəfindən vəsiyyətnamə qoyulduğunu, həmin vəsiyyətnamə əsasında iddiaçının payının müəyyən olunmasını istədiyini, vəsiyyətnaməyə dair mübahisə də olmadığını bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X20 ifadəsində Şamillə qonşu olduqlarını, ünvan 2 ünvanında əvvəl Şamilin babasının, nənəsinin, atasının yaşadığını, nənəsi vəfat etdikdən sonra Bakıya köçdüklərini, illərdir Bakıda yaşadıqlarını, evin açarının Şəmildə olduğunu, onun nəzarət etdiyini, qonşu kimi bir şey olduğu zaman Şəmillə əlaqə saxladıqlarını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X22 ifadəsində Şəmillə qonşu olduqlarını, ünvan 2 ünvanında əvvəl Şamilin babasının, nənəsinin, atasının yaşadığını, 1996-cı ilin dekabr ayında Bakıya köçdüklərini, illərdir Bakıda yaşadıqlarını, həmin evə qonşu kimi özlərinin baxdıqlarını, hazırda Şəmilin arada gəlib-getdiyini, evə onun nəzarət etdiyini bildirdi. Mülki iş materiallarını tədqiq edən, işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadələrini dinləyən məhkəmə müəyyən edir ki, X14, X12 və X9 X1 vərəsələri olması, ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın paylı mülkiyyət hüququ üzrə 1/2 hissədə X4 və 1/2 hissədə X13 mülkiyyətində olması mülki işin mübahisəsiz hallarıdır. Bunların mülki işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan ünvan 3 ünvanında yerləşən 0.0994 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 245.3 m2 olan fərdi yaşayış evindən ibarət daşınmaz əmlakın 1/2 hissədə X4 və 1/2 hissədə X13 adına daşınmaz əmlakın dövlət reyestrində 18/64 nömrəli reyestr kitabının 12612 nömrəli vərəqində qeydiyyata alınması; -iş materiallarına əlavə olunmuş və Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən verilmiş 16 iyul 1991-ci il tarixli, İV-ЖГ seriyalı, 257592 nömrəli ölüm haqqında şəhadətnamədən X4 16 iyul 1991-ci il tarixdə beyinə qan sızma səbəbi ilə Naxçıvan şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında 143 nömrə ilə qeyd aparılması; -iş materiallarına əlavə olunmuş və Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 15 oktyabr 2025-ci il tarixli, 1260 nömrəli arayışdan X4 əri X23 (vəfat edib), oğlu X24 (vəfat edib) və qızı X18 adlı vərəsələrinin olması; -iş materiallarına əlavə olunmuş və Bakı Nərimanov Zaks Bürosu tərəfindən verilmiş 25 iyul 1972-ci il tarixli, İ-ЖГ seriyalı, 422588 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X24 və X8 birgə nikahından xx xxxx 1972-ci il tarixdə İddiaçı adlı övladlarının doğulması; -iş materiallarına əlavə olunmuş və Bakı şəhəri VVAQ Bürosu tərəfindən verilmiş 09 dekabr 1974-cü il tarixli, İİİ-ЖГ seriyalı, 331607 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X24 və X8 birgə nikahından 08 noyabr 1973-cü il tarixdə X21 adlı övladlarının doğulması; -iş materiallarına əlavə olunmuş və Binəqədi rayonu VVADQ şöbəsi tərəfindən verilmiş 14 avqust 2007-ci il tarixli, AZ-İ seriyalı, 267133 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X12 24 iyul 2007-ci il tarixdə beynin insultu səbəbi ilə Bakı şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında 817 nömrə ilə qeyd aparılması; -iş materiallarına əlavə olunmuş və Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Naxçıvan şəhər 3 saylı Notariat Ofisi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında qərardan Bakı şəhəri Yasamal rayonu ünvan 4 ünvanda qeydiyyatda olan İddiaçı xx.xx.2025-ci il tarixli ərizəsinə əsasən xx.xx.1991-ci il tarixdə vəfat etmiş, X3 miras qalmış ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə vərəsəliyin açılmasından imtina edilməsi; -iddia ərizəsinə əlavə edilmiş 27 yanvar 1987-ci il tarixli vəsiyyətnamədən X4 ona məxsus olan ünvan 5 ünvanında yerləşən yaşayış evini nəvələri İddiaçı və X17 vəsiyyət etməsi aydın olur. İddiaçı X5 məxsus ünvan 3 ünvanında yerləşən 0.0994 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 245.3 m2 olan fərdi yaşayış evindən ibarət daşınmaz əmlakın 1/2 hissəsinin onun tərəfindən vəsiyyətnamə üzrə qəbul edilməsi faktının və payının müəyyən edilməsini tələb etməsi isə mülki işin mübahisəli halıdır. Məhkəmə mülki işin mübahisəli halının araşdırılması ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. İddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən verilmiş 16 iyul 1991-ci il tarixli, İV-ЖГ seriyalı, 257592 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X6 16 iyul 1991-ci il tarixdə beyinə qan sızma səbəbi ilə Naxçıvan şəhərində vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 143 nömrə ilə qeyd aparılmışdır. Qeyd olunan hala əsasən iddiaçının X4 vəfatından sonra ondan qalmış miras əmlakın, yəni ünvan 3 ünvanında yerləşən 0.0994 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 245.3 m2 olan fərdi yaşayış evindən ibarət daşınmaz əmlakın 1/2 hissəsinin onun tərəfindən vəsiyyətnamə üzrə qəbul edilməsi faktı müəyyən olunmaqla payının müəyyən edilməsi tələbi miras qoyanın öldüyü vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun olaraq həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinin tələbinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qeyd edilən qanunvericilik normasının tələbini nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq norması kimi 1964-cü ildən 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası SSR Mülki Məcəlləsinin müvafiq normaları tətbiq edilməlidir. 1964-cü ildən 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası SSR Mülki Məcəlləsinin 527-ci maddəsinə görə vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. İddia tələbinin məhkəmədə araşdırılması zamanı miras qoyan X6 tərəfindən vəsiyyətnamə tərtib edildiyi müəyyən edilmişdir. Bu səbəbdən hazırkı vəziyyətdə vərəsəliyin vəsiyyət üzrə müəyyən edilmiş əsası tətbiq edilməlidir. 1964-cü ildən 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası SSR Mülki Məcəlləsinin 528-ci maddəsinə görə vərəsəlik miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 529-cu maddəsinə görə miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu vərəsəliyin açıldığı yer sayılır. Həmin Məcəllənin 537-ci maddəsinə əsasən hər bir vətəndaş öz əmlakının hamısını və ya onun bir hissəsini (adi ev avadanlığını və məişət predmetləri istisna edilməklə qanun üzrə vərəsələr dairəsinə həm daxil olan və həm də daxil olmayan bir və ya bir neçə vətəndaşa, habelə dövlətə və ayrı-ayrı dövlət kooperativ və sair ictimai təşkilatlara vəsiyyət üzrə verə bilər. Vəsiyyət edən vəsiyyətnamədə qanun üzrə verəsələrdən birini, bir neçəsini və ya hamısını vərəsəlik hüququndan məhrum edə bilər. Həmin Məcəllənin 552-ci maddəsinə görə mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirası yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Həmin Məcəllənin 556-cı maddəsinə görə qanun üzrə və ya vəsiyyət üzrə vərəsə vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ya ayrıca dövlət, kooperativ və ya sair ictimai təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər. Vərəsə vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüququ barədə şəhadətnamə verilməsinə dair ərizə verdikdə mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtina vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir. Həmin Məcəllənin 561-ci maddəsinə görə qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsələr vərəsəlik açılan yerin notariat kontorundan onların vərəsəlik hüququnu təsdiq edən şəhadətnamənin (vərəsəlik hüququ haqqında şəhadətnamənin) verilməsini xahiş edə bilərlər. Həmin Məcəllənin 562-ci maddəsinə görə vərəsələrə miras hüququ haqqında şəhadətnamə vərəsəlik açıldığı gündən altı ay keçdikdən sonra verilir. Notariat kontorunda şəhadətnamə almaq istədiyini bildirən şəxslərdən əlavə digər vərəsələrin olmaması barədə məlumat olduqda da istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsəlik zamanı, miras hüququ haqqında vətəndaşa şəhadətnamə vərəsəlik açıldığı gündən altı ay keçənə qədər verilə bilər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadələrini, mülki iş materiallarını bir-biri ilə əlaqəli şəkildə, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək, belə nəticəyə gəlir ki, X6 vəfatından öncə sağlığında 27 yanvar 1987-ci il tarixdə Naxçıvan şəhər 1 nömrəli Dövlət Notariat Kontorunda verdiyi vəsiyyətnamə üzrə öz miras əmlakını nəvələri İddiaçı və X17 vəsiyyət etdiyindən hazırda iddiaçı həmin miras əmlakın faktiki olaraq özü tərəfindən qəbul edilməsi faktının və payının müəyyən edilməsini tələb etməkdə haqlıdır. X2 tərəfindən tərtib edilmiş vəsiyyətnamədə X13 adı da göstərilsə də, X13 məhkəməyə göndərdiyi ərizələrdə X3 miras qalmış ünvan 3 ünvanında yerləşən 0.0994 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 245.3 m2 olan fərdi yaşayış evindən ibarət daşınmaz əmlakın 1/2 hissəsinin İddiaçı tərəfindən qəbul edilməsinə etirazı olmadığını qeyd etdiyindən məhkəmə belə hesab edir ki, həmin miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli və onun payı tam hissədə müəyyən edilməlidir. Qeyd edilənləri ümumiləşdirərək, məhkəmə belə hesab edir ki, X4 vəfatından sonra ondan qalmış miras əmlakın, yəni ünvan 3 ünvanında yerləşən 0.0994 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 245.3 m2 olan fərdi yaşayış evindən ibarət daşınmaz əmlakın 1/2 hissəsinin İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli və onun ünvan 3 ünvanında yerləşən 0.0994 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 245.3 m2 olan fərdi yaşayış evindən ibarət daşınmaz əmlakın 1/2 hissəsinə tam hissədə payı müəyyən edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən məhkəmə işin gedişində təqdim olunmuş yalnız o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarına əsasən mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia tələbi təmin edilməli; -X1 vəfatından sonra ondan qalmış miras əmlakı, yəni ünvan 3 ünvanında yerləşən 0.0994 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 245.3 m2 olan fərdi yaşayış evindən ibarət daşınmaz əmlakın 1/2 hissəsini X4 27 yanvar 1987-ci il tarixdə Naxçıvan şəhər 1 nömrəli Dövlət Notariat Kontorunda verdiyi vəsiyyətnamə üzrə İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli; -İddiaçı ünvan 3 ünvanında yerləşən 0.0994 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 245.3 m2 olan fərdi yaşayış evindən ibarət daşınmaz əmlakın mərhum X5 məxsus 1/2 hissəsinə tam hissədə payı müəyyən edilməli; -iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. X1 vəfatından sonra ondan qalmış miras əmlakı, yəni ünvan 3 ünvanında yerləşən 0.0994 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 245.3 m2 olan fərdi yaşayış evindən ibarət daşınmaz əmlakın 1/2 hissəsini X4 27 yanvar 1987-ci il tarixdə Naxçıvan şəhər 1 nömrəli Dövlət Notariat Kontorunda verdiyi vəsiyyətnamə üzrə İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. İddiaçı ünvan 3 ünvanında yerləşən 0.0994 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 245.3 m2 olan fərdi yaşayış evindən ibarət daşınmaz əmlakın mərhum X5 məxsus 1/2 hissəsinə tam hissədə payı müəyyən edilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, o, rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar