Məhkəmə qərarları › İş №e-2(078)-1696/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-1696/2025

15.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-1696/2025 15.01.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ (Açar sözlər: nisyə alğı-satqı müqaviləsi üzrə pul tələbi) Naxçıvan Şəhər Məhkəməsinin hakimi Heydarov Aslan Nazim oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İşin halları:

1. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh xx.xx.2025-ci il tarixə yaranmış xx.xx.2024-cü il tarixli, № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 813,9 manat əsas, 122 manat cərimə, ümumilikdə 935,9 manat borc, xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 244,4 manat əsas 36,6 manat cərimə cəmi 281 manat borc ümumilikdə iki müqavilə üzrə 1058,3 manat əsas, 158,6 manat cərimə, 1216,9 manat cəmi borcun və 32,17 manat ödənilmiş dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı MMC ilə bağlanmış xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən aldığı TAUBE markalı soyuducu və iki ədəd aksesuara görə hər ay 52 manat olmaqla, 24 ay müddətinə cəmi 1229,90 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, xx.xx.2024-cü il tarixli, saylı ********* müqavilə üzrə sonuncu dəfə xx.xx.2025-ci il tarixdə 32 manat ödəniş etmiş və qalıq qalmış 813,90 manat borcu, xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən aldığı SHAYESTES markalı qaz sobasına görə hər ay 15 manat olmaqla, 24 ay müddətinə cəmi 349,90 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, xx.xx.2024-cü il tarixli, saylı ********* müqavilə üzrə sonuncu dəfə xx.xx.2025-ci il tarixdə 12 manat ödəniş etmiş və qalıq qalmış 244.40 manat borcu qaytarmamışdır.

3. Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cərimə məbləğinin 90%-i İddiaçı tərəfindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 36,00 manat, ümumilikdə 281,00 (iki yüz səksən bir) manat İddiaçı MMC-yə borc yaranmışdır.

4. İddiaçı ərizəsinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1, 600.4, 600.5, 443, 445, 447, 448-ci maddələrinə istinad edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmə xx.xx.2025-ci il tarixdə daxil olmuş ərizə üzrə xx.xx.2025-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin Cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir.

Sübutların tədqiqi:

6. İş materiallarında olan 01 sentyabr 2024-cü il tarixli, ********* nömrəli müqavilə və həmin müqaviləyə Əlavə 1-dən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında TAUBE markalı soyuducu və iki ədəd aksesuara görə (Hİ-Fİ Wireless JBL by Harman Tune 720BT Purple(TL1487-JN0071979, X2 10W Wireless 10000 mAh BHR5460GL Black(35969\BYAEVF2ZM00061), xx.xx.2024-cü il tarixli ********* saylı Müddətli (nisyə) alqısatqı müqaviləsinə görə “satın alınması barədə müqavilə bağlanmışdır. Həmçinin 11 sentyabr 2024-cü il tarixli, ********* nömrəli müqavilə və həmin müqaviləyə Əlavə №1-dən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında SHAYESTES markalı qaz sobasına görə, xx.xx.2024-cü il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı müqaviləsinə görə “satın alınması barədə müqavilə bağlanmışdır.

7. İş materiallarında olan Müqavilənin ayrılmaz tərkib hissəsi olan Ödəniş Cədvəlindən görünür ki, tərəflər müqavilə üzrə aylıq ödənişlərin xx.xx.2024-cü ildən başlayaraq, hər ay 15 manat olmaqla 24 ay ərzində ödənilməsinə, xx.xx.2024-cü ildən başlayaraq, hər ay 52 manat olmaqla 24 ay ərzində ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar.

8. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********* nömrəli təhvil-təslim aktından görünür ki, iş üzrə Cavabdeh TAUBE markalı soyuducu və iki ədəd aksesuar, həmçinin iş materialında olan xx.xx.2024-cü il tarixli, ********* nömrəli təhvil təslim aktından görünür ki, iş üzrə Cavabdeh SHAYESTES markalı qaz sobasını təhvil alaraq bu barədə müvafiq imza etmişdir.

9. İş materiallarında olan 07 noyabr 2025-ci il tarixli Maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış ********* nömrəli xx.xx.2024-cü il tarixli müqavilə üzrə, müqavilənin müddəti 24 ay olmuş, müqavilə üzrə məbləğ 1229,9 manat, aylıq ödəmə 52 manat, ödənilən məbləğ 416 manat olmuş, qrafik üzrə son ödəmə xx.xx.2025-ci il tarixdə 32 manat, əsas borc qalığı 813,9 manat olmuş, cərimə xx.xx.2025-ci il tarixdən hesablanmağa başlanılmış, cərimə məbləği 1220,00 manat təşkil etmiş, gecikdirilən günlərin sayı 279 gün olmuş, İddiaçı MMC-yə olan cəmi borc 2033,90 manat olmuşdur.

10. İş materiallarında olan 07 noyabr 2025-ci il tarixli Maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış ********* nömrəli xx.xx.2024-cü il tarixli müqavilə üzrə, müqavilənin müddəti 24 ay olmuş, müqavilə üzrə məbləğ 349,9 manat, aylıq ödəmə 15 manat, ödənilən məbləğ 105,5 manat olmuş, qrafik üzrə son ödəmə xx.xx.2025ci il tarixdə 12 manat, əsas borc qalığı 244.4 manat olmuş, cərimə xx.xx.2025-ci il tarixdən hesablanmağa başlanılmış, cərimə məbləği 366.00 manat təşkil etmiş, gecikdirilən günlərin sayı 269 gün olmuş, İddiaçı MMC-yə olan cəmi borc 610.40 manat olmuşdur.

11. İş materiallarında olan 18 noyabr 2025-ci il tarixli Xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh pretenziya göndərilmiş və borcun ödənilməsinə dair xəbərdarlıq edilmişdir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsi

12. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

13. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 14.Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 15.Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 16.Maddə 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 17.Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 18.Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 19.Maddə 442. öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 20.Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 21.Maddə 448.1. Əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

Tətbiq edilən prosessual hüquq normaları:

Mülki Prosessual Məcəllə

22. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.

23. Maddə 284-5.1. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir.

24. Maddə 284-5.2.Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.

25. Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

26. Maddə 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin, qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Məhkəmənin mövqeyi:

29. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir.

30. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə Cavabdeh xx.xx.2024-cü il tarixli, ********* nömrəli Müddətli (Nisyə) alqı-satqı Müqaviləsi üzrə 813,9 (səkkiz yüz on üç manat, doxsan qəpik) manat əsas, 122 (yüz iyirmi iki) manat gecikdirilmiş dəbbə borcu, xx.xx.2024-cü il tarixli, nömrəli Müddətli (Nisyə) alqı-satqı Müqaviləsi üzrə 244,4 (iki yüz qırx dörd manat, qırx qəpik) manat əsas, 36,6 (otuz altı manat altmış qəpik) manat gecikdirilmiş dəbbə borcu, olmaqla ümumilikdə 1216,9 (bir min iki yüz on altı manat, doxsan qəpik) manat borc İddiaçı MMCnin xeyrinə tutulmalıdır.

31. Belə ki, iş materiallarından göründüyü kimi, tərəflər mülki qanunvericiliyin müqavilə azadlığı prinsipləri çərçivəsində TAUBE markalı soyuducu və iki ədəd aksesuar və SHAYESTES markalı qaz sobasına görə nisyə alqı-satqı müqaviləsini bağlamış və iddiaçı müqavilə öhdəliyini yerinə yetirərək, malı cavabdehə təhvil vemişdir. Lakin, cavabdeh müqavilənin şərtlərini lazımi qaydada yerinə yetirməmiş, müqaviləyə Əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki əsasında ödənişlərini vaxtında yerinə yetirməmişdir.

32. Məhkəmə hesab edir ki, cavabdeh öhdəliyini lazımi qaydada yerinə yetirmədiyindən iddiaçı xx.xx.2024-cü il tarixli müqavilə üzrə 813,9 AZN, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 244,4 AZN əsas borcu tələb etməkdə haqlı olmuşdur.

33. Məhkəmə dəbbə puluna münasibətdə qeyd edir ki, İddiaçı MMC alqı-satqı müqaviləsi üzrə dəbbə pulu olaraq cavabdehdən xx.xx.2024-cü il tarixli müqavilə üzrə 122 AZN, xx.xx.2024-cü il tarixli müqavilə üzrə isə 36,6 AZN tutulmasını xahiş etmişdir.

34. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış dəbbə pulu kreditorun həm əmlak, həm də bütun əsaslı mənafelərinə uyğundur, tənasübsüz surətdə yüksək deyil. Bu səbəbdən iddia həmin hissədə də təmin edilməlidir.

35. MPM Maddə 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir.

36. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 Portalına xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 32,17 (otuz iki manat, on yeddi qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır.

37. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216, 284-1, 284-5, 284-6, 358.0.3-cü maddələrini rəhbər tutaraq

qətetdi:

İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, ********* nömrəli Müddətli (Nisyə) alqı-satqı Müqaviləsi üzrə 813,9 (səkkiz yüz on üç manat, doxsan qəpik) manat əsas, 122 (yüz iyirmi iki) manat gecikdirilmiş dəbbə borcu, xx.xx.2024-cü il tarixli, nömrəli Müddətli (Nisyə) alqı-satqı Müqaviləsi üzrə 244,4 (iki yüz qırx dörd manat, qırx qəpik) manat əsas, 36,6 (otuz altı manat altmış qəpik) manat gecikdirilmiş dəbbə borcu, olmaqla ümumilikdə 1216,9 (bir min iki yüz on altı manat, doxsan qəpik) manat borc İddiaçı MMC-nin xeyrinə tutulsun. İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 Portalına xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 32,17 (otuz iki manat, on yeddi qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Aslan Heydarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar