Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-1728/2025 19.01.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ (Açar sözlər: nisyə alğı-satqı müqaviləsi üzrə pul tələbi) Naxçıvan Şəhər Məhkəməsinin hakimi Heydarov Aslan Nazim oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İşin halları:
1. "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 6 ədəd ZƏMANƏT+3 İL xidməti, FEN ROWENTA, ÜTÜ GENERATOR PHİLİP BUXARLİ TƏMİZLƏYİCİ KARCHER, HOFFMANN TV, ŞURUP BAĞLAYAN BLACK&DECKER, HAVA QURUDUCU XİAOMİ üçün 3206,34 (üç min iki yüz altı manat, otuz dörd qəpik) manat ödənilməmiş hissə, 320,63 (üç yüz iyirmi manat, altmış üç qəpik) manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, SAMSUNG CHARGER, İmei kod**********33639 SAMSUNG GALAXY A36 üçün 1018,44 ( bir min on səkkiz manat, qırx dörd qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 (iyirmi üç manat, altmış qəpik) çanat rüsum 101,84 ( bir yüz bir manat, səksən dörd qəpik) manat cərimə olmaqla, ümumilikdə 4670,86 (dörd min altı yüz yetmiş manat, səksən altı qəpik) manat məbləğində borc və ödənilmiş 66,71 manat dövlət rüsumunun alınaraq "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. "xxxx" MMC ərizəni onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən, 6 ədəd ZƏMANƏT+3 İL xidməti, FEN ROWENTA, ÜTÜ GENERATOR PHİLİP BUXARLİ TƏMİZLƏYİCİ KARCHER, HOFFMANN TV, ŞURUP BAĞLAYAN BLACK&DECKER, HAVA QURUDUCU XİAOMİ, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, SAMSUNG CHARGER, İmei kod**********33639 SAMSUNG GALAXY A36 cavabdeh tərəfindən alınmış və nəticədə 4670,86 (dörd min altı yüz yetmiş manat, səksən altı qəpik) manat borc yaranmışdır.
3. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3206,34 (üç min iki yüz altı manat, otuz dörd qəpik) manat (yəni 18 ay x 178,13 manat + 0 manat ilkin ödəniş), olan 6 ədəd ZƏMANƏT+3 İL xidməti, FEN ROWENTA, ÜTÜ GENERATOR PHİLİPS BUXARLİ TƏMİZLƏYİCİ KARCHER, HOFFMANN TV, ŞURUP BAĞLAYAN BLACK&DECKER, HAVA QURUDUCU XİAOMİ üçün ümumilikdə 3526,97 (üç min beş yüz iyirmi altı manat, doxsan yeddi qəpik) manat olmaqla ondan 3206,34 (üç min iki yüz altı manat, otuz dörd qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 320,63 (üç yüz iyirmi manat, altmış üç qəpik) manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1149,44 (bir min yüz qırx doqquz manat, qırx dörd qəpik) manat (12 ay x 84,87 manat + 131 manat ilkin ödəniş) olan QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, SAMSUNG CHARGER, İmei kod**********33639 SAMSUNG GALAXY A36 üçün ümumilikdə, 1143,88 (bir min yüz qırx üç manat, səksən səkkiz qəpik) manat olmaqla ondan, 1018,44 (bir min on səkkiz manat, qırx dörd qəpik) manat ödənilməmiş hissə,İnnovativ Layihələr mərkəzinə ödənilən 23,6 (iyirmi üç manat, altmış qəpik) manat rüsum, güzəşt olunaraq 101,84 (bir yüz bir manat, səksən dörd qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 131 manat təşkil edir.
4. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir.
5. Cavabdehlə bağlanılmış xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır.
6. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.
7. Məhkəmə xx.xx.2025-ci il tarixdə daxil olmuş ərizə üzrə xx.xx.2025-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin Cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir.
Sübutların tədqiqi:
8. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ********** nömrəli müqavilədən, xx.xx.2025-ci il tarixli, ********** nömrəli müqavilələrdən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında 6 ədəd ZƏMANƏT+3 İL xidməti, FEN ROWENTA, ÜTÜ GENERATOR PHİLİPS BUXARLİ TƏMİZLƏYİCİ KARCHER, HOFFMANN TV, ŞURUP BAĞLAYAN BLACK&DECKER, HAVA QURUDUCU XİAOMİ və QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, SAMSUNG CHARGER, İmei kod **********33639 SAMSUNG GALAXY A36 satılması barədə müqavilələr bağlanmışdır.
9. İş materiallarında olan 24 noyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, tərəflər xx.xx.2025-ci il tarixli müqavilə üzrə hər ay 178,13 manat olmaqla 18 ay, xx.xx.2025-ci il tarixli müqavilə üzrə aylıq ödənişlərin hər ay 84,87 manat olmaqla 12 ay ərzində ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar.
10. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli təhvil-təslim aktlarından görünür ki, iş üzrə Cavabdeh 6 ədəd ZƏMANƏT+3 İL xidməti, FEN ROWENTA, ÜTÜ GENERATOR PHİLİPS BUXARLİ TƏMİZLƏYİCİ KARCHER, HOFFMANN TV, ŞURUP BAĞLAYAN BLACK&DECKER, HAVA QURUDUCU XİAOMİ, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, SAMSUNG CHARGER, İmei kod**********33639 SAMSUNG GALAXY A36 telefonu tam qüsursuz şəkildə təhvil alaraq bu barədə müvafiq imza etmişdir.
11. İş materiallarında olan 03 noyabr 2025-ci il tarixli Xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh pretenziya göndərilmiş və borcun ödənilməsinə dair xəbərdarlıq edilmişdir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsi
12. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
13. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 14.Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 15.Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 16.Maddə 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 17.Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 18.Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 19.Maddə 442. öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 20.Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 21.Maddə 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
22. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 23.Maddə 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.
24. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
Tətbiq edilən prosessual hüquq normaları:
Mülki Prosessual Məcəllə
25. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
26. Maddə 284-5.1. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir.
27. Maddə 284-5.2.Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.
28. Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
29. Maddə 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin, qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi:
32. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir.
33. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia qismən təmin edilməklə Cavabdeh xx.xx.2025-ci il tarixli ********** nömrəli X1 Müqaviləsi üzrə 3206,34 (üç min iki yüz altı manat, otuz dörd qəpik) manat əsas borc, 160,31 (yüz altmış manat, otuz bir qəpik) manat gecikdirilmiş dəbbə borcu, xx.xx.2025-ci il tarixli, ********** nömrəli X1 Müqaviləsi üzrə 1018,44 ( bir min on səkkiz manat, qırx dörd qəpik) manat əsas borc, 50,92 (əlli manat, doxsan iki qəpik) manat gecikdirilmiş dəbbə borcu olmaqla, ümumilikdə 4436,01 (dörd min dörd yüz otuz altı manat, bir qəpik) manat borc İddiaçı MMC-nin xeyrinə tutulmalıdır.
34. Belə ki, iş materiallarından göründüyü kimi, tərəflər mülki qanunvericiliyin müqavilə azadlığı prinsipləri çərçivəsində 6 ədəd ZƏMANƏT+3 İL xidməti, FEN ROWENTA, ÜTÜ GENERATOR PHİLİPS BUXARLİ TƏMİZLƏYİCİ KARCHER, HOFFMANN TV, ŞURUP BAĞLAYAN BLACK&DECKER, HAVA QURUDUCU XİAOMİ, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, SAMSUNG CHARGER, İmei kod**********33639 SAMSUNG GALAXY A36 nisyə alqı-satqı müqaviləsini bağlamış və iddiaçı müqavilə öhdəliyini yerinə yetirərək, malı cavabdehə təhvil vemişdir. Lakin, cavabdeh müqavilənin şərtlərini lazımi qaydada yerinə yetirməmiş, müqaviləyə Əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki əsasında ödənişlərini vaxtında yerinə yetirməmişdir.
35. Məhkəmə hesab edir ki, cavabdeh öhdəliyini lazımi qaydada yerinə yetimədiyindən iddiaçı xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 3206,34 manat, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən isə 1018,44 manat əsas borcu tələb etməkdə haqlı olmuşdur.
36. Məhkəmə dəbbə puluna münasibətdə qeyd edir ki, iddiaçı xx.xx.2025-ci il tarixli alqısatqı müqaviləsi üzrə dəbbə pulu olaraq cavabdehdən 320,63 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə isə 101,84 manat tutulmasını xahiş etmişdir.
37. Yuxarıda qeyd olunan normalar baxımından məhkəmə hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu əsas borca münasibətdə tənasübsüz olduğundan azaldılaraq, əsas borcun 5% miqdarında xx.xx.2025-ci il tarixli müqavilə üzrə 160,31 (yüz altmış manat, otuz bir qəpik) manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 50,92 (əlli manat doxsan iki qəpik) manat məbləğində müəyyən olunmalıdır. Tələb dəbbə pulunun qalan hissəsində rədd edilməlidir.
38. MPM Maddə 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir.
39. Məhkəmə həmçinin hesab edir ki, ərizə qismən təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X2 Portalına xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 66,71 (altmış altı manat, yetmiş bir qəpik) manat dövlət rüsumunun 63,35 (altmış üç manat, otuz beş qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır.
40. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216, 284-1, 284-5, 284-6, 358.0.3-cü maddələrini rəhbər tutaraq
qətetdi:
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli ********** nömrəli X1 Müqaviləsi üzrə 3206,34 (üç min iki yüz altı manat, otuz dörd qəpik) manat əsas borc, 160,31 (yüz altmış manat, otuz bir qəpik) manat gecikdirilmiş dəbbə borcu, xx.xx.2025-ci il tarixli, ********** nömrəli X1 Müqaviləsi üzrə 1018,44 ( bir min on səkkiz manat, qırx dörd qəpik) manat əsas borc, 50,92 (əlli manat, doxsan iki qəpik) manat gecikdirilmiş dəbbə borcu olmaqla, ümumilikdə 4436,01 (dörd min dörd yüz otuz altı manat, bir qəpik) manat borc İddiaçı MMC-nin xeyrinə tutulsun. İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X2 Portalına xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 66,71 (altmış altı manat, yetmiş bir qəpik) manat dövlət rüsumunun 63,35 (altmış üç manat, otuz beş qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Aslan Heydarov