Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-188/2024 12.01.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi X1, Bakı şəhəri, Abşeron rayon Hövsan südçülük sovxozu ünvanında yerləşən İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyənetdim: İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı MMC və Cavabdeh arasında xx.xx.2023-cü il tarixində bağlanmış AP B2/1-10/R238 saylı Kirayə müqaviləsinə əsasən 4088.04 manat əsas və 500 manat cərimə borcu olmaqla cəmi 4588.04 manat məbləğində kirayə haqqı borcu, habelə 70 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixində İddiaçı MMC (“Kirayə verən”) və Cavabdeh (“Kirayəçi”) arasında bağlanan AP B-2/1-10/R238 saylı Kirayə müqaviləsinin 1-ci maddəsinə əsasən “Kirayə verən”,“Kirayəçi”yə Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisi, Hava limanı Zığ şosesi, 12-ci km, ev 20, bina 2, mənzil 10 ünvanında yerləşən, ümumi sahəsi 122 kv/m yaşayış sahəsini kirayə verir, “Kirayəçi” isə, Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavəsi ilə müəyyən edilmiş aylıq ƏDV daxil olmaqla 1427 AZN kirayə haqqı ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 2.10-cu maddəsinə əsasən, Kirayə obyektindən istifadə olunub-olunmamasından asılı olmayaraq, “Kirayəçi” Kirayə haqqını tam və vaxtında ödəməlidir. Müqavilənin 3.5-ci maddəsinə əsasən, hər növbəti ay üçün “Kirayə verən” hər cari ayın 25-də “Kirayəçi”yə növbəti ayın Kirayə haqqını və keçən ayın kommunal xərclərini özündə əks etdirən hesab-faktura təqdim edir. Müqavilənin 3.6-cı maddəsinə əsasən, “Kirayəçi” ona təqdim olunmuş hesab fakturanı hər ayın ən geci 5-dək Kirayə verənə nağd və ya bank köçürməsi yolu ilə ödəyir. Müqavilənin 4.2-ci maddəsinə əsasən, “Kirayə verən” tərəfindən təqdim olunan hesab-fakturalar bu müqavilənin 3.6-cı bəndində qeyd olunduğu tarixdə ödənilmədiyi təqdirdə hər gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin 0.5%-i (sıfır tam onda beş faizi) məbləğində dəbbə pulu tətbiq edilir. Müqavilənin 4.3-cü maddəsinə əsasən, tərəflər arasında müqavilənin icrası zamanı meydana çıxan bütün mübahisə və anlaşılmazlıqlar qarşılıqlı razılaşma və danışıqlar yolu ilə həll edilir. Qarşılıqlı razılaşma əldə edilməyən bütün mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının məhkəmələri vasitəsilə həll edilir. "xxxx" MMC müqavilə üzrə yaranan öhdəliklərini yerinə yetirib yaşayış sahəsini kirayə verməsinə baxmayaraq “Kirayəçi” Cavabdeh üzərinə düşən öhdəlikləri lazimi qaydada yerinə yetirməmiş və xx.xx.2023-cü il tarixli AP B-2/1-10/R238 saylı müqavilə üzrə 4088.04 (dörd min səksən səkkiz manat 4 qəpik) ödənilməmiş borcu yaranmışdır. Bu barədə Cavabdeh dəfələrlə məlumat verməyimizə baxmayaraq “Kirayəçi”nin hələ də müqavilə üzrə 4088.04 AZN, gecikdirilmiş kirayə haqqı üçün cərimə 500 AZN olmaqla, cəmi 4588.04 AZN borcu qalmışdır. Elektron qaimələrin siyahısından görünür ki, cavabdehlə iddiaçı arasında kirayə müqavilə münasibətləri mövcud olmuşdur və cavabdeh -0000077 saylı, xx.xx.2023-cü il tarixli invoys üzrə cavabdeh tərəfindən 2023-cü il yanvar ayı üçün 1106.45 AZN kirayə haqqı ödənilmişdir; -0000160 saylı, xx.xx.2023-cü il tarixli invoys üzrə cavabdeh tərəfindən 2023-cü il fevral ayı üçün 1416.35 AZN kirayə haqqı ödənilmişdir; -0000323 saylı, xx.xx.2023-cü il tarixli invoys üzrə cavabdeh tərəfindən 2023-cü il mart ayı üçün 1427.00 AZN kirayə haqqı ödənilmişdir; -0000548 saylı, xx.xx.2023 -cü il tarixli invoys üzrə cavabdeh tərəfindən 2023-cü il aprel ayı üçün 1427.00 AZN kirayə haqqı ödənilmişdir; -0000768 saylı, xx.xx.2023 -cü il tarixli invoys üzrə cavabdeh tərəfindən 2023-cü il may ayı üçün 1427.00 AZN kirayə haqqı ödənilmişdir; -0000842 saylı, xx.xx.2023-cü il tarixli invoys üzrə cavabdeh tərəfindən 2023-cü il iyun ayı üçün 1427.00 AZN kirayə haqqı ödənilmişdir; -0001038 saylı, xx.xx.2023-cü il tarixli invoys üzrə cavabdeh tərəfindən 2023-cü il iyul ayı üçün 1427.00 AZN kirayə haqqı ödənilmişdir. 0001209 saylı, xx.xx.2023-cü il tarixli, ******* saylı, xx.xx.2023-cü il tarixli, ******* saylı, xx.xx.2023cü il tarixli və ******* saylı, xx.xx.2023-cü il tarixli avqust-noyabr ayları üçün olan invoyslar üzrə isə cavabdeh tərəfindən hər hansı ödəniş edilməmiş və cavabdehin kirayə və kommunal ödənişləri daxil olmaqla ümumilikdə 5708 AZN (beş min yeddi yüzsəkkiz manat) (aylıq 1427 AZN) borcu qalmışdır. xx.xx.2023-cü il tarixli AP B-2/1-10/R238 saylı Kirayə Müqaviləsi xx.xx.2023-cü il tarixində tərəflərin qarılıqlı razılığı əsasında xitam verilmiş və ümumi borc məbləği tərəflər arasında üzləşmə aktı imzalanmaqla “Kirayəçi” tərəfindən qabaqcadan ödənilmiş depozit məbləği həcmində azaldılmışdır və nəticə olaraq hazırki günə qədər “Kirayəçi”nin müqavilə üzrə 4088.04 AZN (dörd min səksən səkkiz manat 4 qəpik) ödənilməmiş borcu qalmışdır. Müqavilənin 4.2.-ci maddəsinə əsasən, Kirayə verən tərəfindən təqdim olunan hesabfakturalar bu müqavilənin 3-cü bəndində qeyd olunduğu tarixdə ödənilmədiyi təqdirdə hər gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin 0.5%-i (sıfır tam onda beş faizi) məbləğində dəbbə pulu tətbiq edilir. Belə ki, Cavabdeh kirayə haqqını gecikdirməyə görə 500 (beş yüz) manat cərimə borcu vardır. Bununla bağlı cavabdehlə dəfələrlə şifahi və telefon danışıqları aparılsa da heç bir nəticəsi olmayıb. Eyni zamanda mübahisənin danışıqlar yolu ilə həll edilməsi məqsədi ilə «03» noyabr 2023-cü il tarixində iddiaçı tərəfindən cavabdehə şifahi xəbərdarlıq edilmiş və tərəflər arasında üzləşmə aktı imzalanmışdır. Həmin akt üzrə Cavabdeh müqavilə üzrə yaranmış borcu qəbul etmiş və öhdəliyini xx.xx.2023-cü il tarixinə qədər tam icra etməyi öz öhdəsinə götürmüşdür. Lakin, buna baxmayaraq bu günə kimi cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. İddiaçı təşkilat sonda iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, AP B-2/1- 10/R238 saylı Kirayə müqaviləsinin 1-ci maddəsinə əsasən “Kirayə verən”,“Kirayəçi”yə Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisi, Hava limanı Zığ şosesi, 12-ci km, ev 20, bina 2, mənzil 10 ünvanında yerləşən, ümumi sahəsi 122 kv/m yaşayış sahəsini kirayə verir, “Kirayəçi” isə, Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavəsi ilə müəyyən edilmiş aylıq ƏDV daxil olmaqla 1427 AZN kirayə haqqı ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 2.10-cu maddəsinə əsasən, Kirayə obyektindən istifadə olunubolunmamasından asılı olmayaraq, “Kirayəçi” Kirayə haqqını tam və vaxtında ödəməlidir. Müqavilənin 3.5-ci maddəsinə əsasən, hər növbəti ay üçün “Kirayə verən” hər cari ayın 25-də “Kirayəçi”yə növbəti ayın Kirayə haqqını və keçən ayın kommunal xərclərini özündə əks etdirən hesab-faktura təqdim edir. Müqavilənin 3.6-cı maddəsinə əsasən, “Kirayəçi” ona təqdim olunmuş hesab fakturanı hər ayın ən geci 5-dək Kirayə verənə nağd və ya bank köçürməsi yolu ilə ödəyir. Müqavilənin 4.2-ci maddəsinə əsasən, “Kirayə verən” tərəfindən təqdim olunan hesab-fakturalar bu müqavilənin 3.6-cı bəndində qeyd olunduğu tarixdə ödənilmədiyi təqdirdə hər gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin 0.5%-i (sıfır tam onda beş faizi) məbləğində dəbbə pulu tətbiq edilir. Müqavilənin 4.3-cü maddəsinə əsasən, tərəflər arasında müqavilənin icrası zamanı meydana çıxan bütün mübahisə və anlaşılmazlıqlar qarşılıqlı razılaşma və danışıqlar yolu ilə həll edilir. xx.xx.2023-cü il tarixli AP B-2/1-10/R238 nömrəli Kirayə Müqaviləsi üzrə Üzləşmə Aktından məlum olur ki, İddiaçı MMC-nin (VÖEN: **********) direktor müavini Ağayev Emil, (bundan sonra “Kirayə verən”) və fiziki şəxs Cavabdeh (Ş.V. Seriya: AA 2801321) arasında 03 noyabr 2023-cü il tarixdə akt imzalanıb. Aktda qeyd olunub ki, xx.xx.2023-cü il tarixli NO AP B-2/1-10/R238 nömrəli Kirayə Müqaviləsi üzrə “Kirayəçi”nin 4 ay-avqust, sentyabr, oktyabr və noyabr ayları üçün kirayə və kommunal ödənişləri daxil olmaqla ümumilikdə 5708 AZN (beş min yeddi yüz səkkiz manat) (aylıq 1427 AZN) borcu qalmışdır. “Kirayəçi” Müqavilə üzrə yaranmış borc öhdəliyini xx.xx.2023-cü il tarixinə qədər tam icra etməyi öz öhdəsinə götürür. Müqavilə üzrə yaranmış borc məbləği bu Üzləşmə Aktı ilə müəyyən olunmuş tarixədək ödənmədiyi təqdirdə, “Kirayə verən” xx.xx.2023-cü il tarixli NO AP B-2/1-10/R238 nömrəli Kirayə Müqaviləsinə birtərəfli qaydada xitam vermək və kirayə obyektini birtərəfli qaydada boşaltmaq hüququnu özündə saxlayır. Bu zaman “Kirayəçi”yə məxsus əşyalar video çəkiliş apanlmaqla və müvafiq akt tərtib edilməklə “Kirayəçi”nin təhvil alması üçün “Kirayə Verən”in anbarında saxlanılır. Tərəflər arasında yaranmış mübahisə bu Üzləşmə Aktı ilə müəyyən olunmuş tarixədək həll edilmədikdə, mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının məhkəmələri vasitəsilə həll edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 399-cu maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Mülki Məcəllənin 684.2-ci maddəsinə əsasən kirayəçi ona mənsub istifadə hüququnu hər hansı fərdi səbəblərə görə həyata keçirə bilmədiyinə görə əmlak kirayəsi haqqını ödəməkdən azad edilmir. Lakin kirayəyə verən kirayəyə verilmiş əşyadan istifadə zamanı qənaət edilmiş məsrəflərin hesabı, habelə əşyadan başqa şəkildə istifadə etsəydi,əldə edə biləcəyi faydaların hesabı ilə razılaşmalıdır. Həmin Məcəllənin 698.1-ci maddəsinə əsasən hər hansı torpaq sahəsini və ya hər hansı otaqları kirayəyə verən kirayə hüquq münasibətlərindən irəli gələn tələbləri üzrə kirayəçinin həmin torpaq sahəsində və ya həmin otaqlarda olan əşyalarının girov qoyulması hüququna malikdir. Mülki Məcəllənin 462.1-cimaddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyiandan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 465.1-ci maddəsinə əsasənəgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cərimənizərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Həmin Məcəllənin 698.3-cü maddəsinə əsasən, kirayəyə verən onun girov hüququnun şamil edildiyi əşyaların aparılmasına məhkəməyə müraciət etmədən də mane ola bilər və əgər kirayəçi torpaq sahəsini və ya otağı boşaldırsa, həmin əşyalara sahibliyə başlaya bilər. Öhdəliklərin qarşılıqlı icrasına dair Mülki Məcəllənin 441.2-ci maddəsinə əsasən,mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyiniaşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 441.3-cü maddəsinə əsasən, əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. Öhdəliyin icra edilməməsianlayışı Mülki Məcəllənin 442-cimaddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasənəgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsiəlavə müddət təyin olunmasına bərabər tutulur. Mülki Məcəllənin 448-ci maddəsində isə öhdəliyin icra edilməməsi üçün məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, həmin maddəyə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Mülki Məcəllənin 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrasıəvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin mənasına görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adimülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia qismən təmin edilməklə Cavabdeh xx.xx.2023-cü il tarixli AP B2/1- 10/R238 saylı Kirayə müqaviləsinə əsasən 4088.04 manat məbləğində kirayə haqqı borcu İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə dəbbə pulu olaraq cərimənin miqdarının tənasübsüz şəkildə yüksək olmasını nəzərə alaraq buna münasibətdə iddia tələbinin qismən təmin edilməklə əsas borcun 5% miqdarında 204.4 (iki yüz dörd manat qırx qəpik) məbləğində cərimə tutulmasını əsaslı hesab edir. Beləliklə məhkəmə iddianın qismən təmin edilməklə ümumilikdə 4088.04 (dörd min səksən səkkiz manat dörd qəpik) manat məbləğində kirayə haqqı borcu və 204.4 (iki yüz dörd manat qırx qəpik) məbləğində cərimə olmaqla 4292.44 (dörd min iki yüz doxsan iki manat qırx dörd qəpik) pulun Cavabdeh ödənilməsi nəticəsinə gəlir. Ərizə qismən təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə İddiaçı MMC tərəfindən xx.xx.2023-cü il tarixdə X3 ********** nömrəli qəbzlə ödənilmiş 70 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə xx.xx.2023-cü il tarixdə daxil olmuş ərizə üzrə xx.xx.2023-cü il tarixdə cavabdehə bildiriş göndərmişdir. Cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Azərbaycan Respublikasının MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i m: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli AP B2/1-10/R238 saylı Kirayə müqaviləsinə əsasən 4088.04 (dörd min səksən səkkiz manat dörd qəpik) manat məbləğində kirayə haqqı borcu və 204.4 (iki yüz dörd manat qırx qəpik) məbləğində cərimə olmaqla 4292.44 (dörd min iki yüz doxsan iki manat qırx dörd qəpik) pul borcu İddiaçı MMC-nin xeyrinə tutulsun. İddiaçı MMC tərəfindən xx.xx.2023-cü il tarixdə X3 ********** nömrəli qəbzlə ödənilmiş 70 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-188/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-188/2024
12.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver