Məhkəmə qərarları › İş №e-2(078)-226/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-226/2025

23.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-226/2025 23.01.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun qaytarılması tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək aşağıdakı qətnaməni qəbul etdim: Təsviri hissə: "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, «STUL NEO 6 ƏDƏD», Galaxy-Yataq-Termo üçün alqı-satqı qiyməti 1623.2 (min altı yüz iyirmi üç manat iyirmi qəpik) manat ( 20 ay x 106.84 manat+0 manat ilkin ödənişi) olan ümumilikdə, 2110.16 (iki min yüz on manat on altı qəpik) manat olmaqla ondan 1623.2 (min altı yüz iyirmi üç manat iyirmi qəpik) manat ödənilməmiş hissə müştəriyə güzəşt olunaraq 486.96 (dörd yüz səksən altı manat doxsan altı qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1965.4 (min doqquz yüz altmış beş manat qırx qəpik) manat (24 ay x 78.35 manat+ 85 manat ilkin ödəniş) olan SOYUDUCU SAMSUNG üçün ümumilikdə, 1285.4 (min altı yüz yetmiş bir manat iki qəpik) manat olmaqla ondan 1285.4 (min iki yüz səksən beş manat qırx qəpik) manat ödənilməmiş hissə müştəriyə güzəşt olunaraq 385.62 (üç yüz səksən beş manat altmış iki qəpik) manat cərimə, olmaqla ümumilikdə 3781.18 (üç min yeddi yüz səksən bir manat on səkkiz qəpik) borc, 57.82 (əlli yeddi manat səksən iki qəpik) dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" MMC ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı təşkilatla Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən, «STUL NEO 6 ƏDƏD», Galaxy-Yataq-Termo, SOYUDUCU SAMSUNG almış və nəticədə 3781.18 (üç min yeddi yüz səksən bir manat on səkkiz qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1623.2 (min altı yüz iyirmi üç manat iyirmi qəpik) manat ( 20 ay x 106.84 manat+0 manat ilkin ödənişi) olan «STUL NEO 6 ƏDƏD», Galaxy-Yataq-Termo üçün ümumilikdə, 2110.16 (iki min yüz on manat on altı qəpik) manat olmaqla ondan 1623.2 (min altı yüz iyirmi üç manat iyirmi qəpik) manat ödənilməmiş hissə müştəriyə güzəşt olunaraq 486.96 (dörd yüz səksən altı manat doxsan altı qəpik) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1965.4 (min doqquz yüz altmış beş manat qırx qəpik) manat (24 ay x 78.35 manat+ 85 manat ilkin ödəniş) olan SOYUDUCU SAMSUNG üçün ümumilikdə, 1285.4 (min altı yüz yetmiş bir manat iki qəpik) manat olmaqla ondan 1285.4 (min iki yüz səksən beş manat qırx qəpik) manat ödənilməmiş hissə müştəriyə güzəşt olunaraq 385.62 (üç yüz səksən beş manat altmış iki qəpik) manat miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3781.18 manat təşkil edir. Ödəniş cədvəlinin 2ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Tələbimizin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: Tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli Müqavilələrinin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ərizədə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə, eləcə də borcalan ilə bağlanmış müqaviləyə əsasən, borcalan öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, kreditor borcalandan kredit borcunun, hesablanmış faizlərin və cərimələrin, həmçinin bununla bağlı çəkilmiş bütün xərclərin onların hesabına, o cümlədən onların əmlakları hesabına ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən cavabdeh yuxarıda qeyd edilən pul məbləğinin (kreditin) ödənilməsinə dair öhdəlik daşıyır. İddiaçı təşkilat sonda iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qiymətləndirməsi: İş materiallarına əlavə edilmiş: İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müqavilələrdən aydın olur ki, həqiqətən iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında qeyd olunan müqavilə bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. Müqavilənin 2.1-ci bəndinə əsasən Müqavilə üzrə əşyalar və onlara məxsus fərdi əlamətlər aşağıdakı formada qeyd olunub: Model- «STUL NEO 6 ƏDƏD», Galaxy-Yataq-Termo, SOYUDUCU SAMSUNG İş materiallarına əlavə edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan Ödəmə cədvəlindən müəyyən edilir ki, tərəflər müqavilə üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli bildirişin və əşyaların təhvil-təslim aktından məlum olur ki, iş üzrə Cavabdeh Model- «STUL NEO 6 ƏDƏD» Galaxy-Yataq-Termo, SOYUDUCU SAMSUNG markalı telefonu tam qüsursuz şəkildə təhvil alaraq bu barədə müvafiq imza etmişdir. xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1623.2 (min altı yüz iyirmi üç manat iyirmi qəpik) manat ( 20 ay x 106.84 manat+0 manat ilkin ödənişi) olan «STUL NEO 6 ƏDƏD», Galaxy-Yataq-Termo üçün ümumilikdə, 2110.16 (iki min yüz on manat on altı qəpik) manat olmaqla ondan 1623.2 (min altı yüz iyirmi üç manat iyirmi qəpik) manat ödənilməmiş hissə müştəriyə güzəşt olunaraq 486.96 (dörd yüz səksən altı manat doxsan altı qəpik) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1965.4 (min doqquz yüz altmış beş manat qırx qəpik) manat (24 ay x 78.35 manat+ 85 manat ilkin ödəniş) olan SOYUDUCU SAMSUNG üçün ümumilikdə, 1285.4 (min altı yüz yetmiş bir manat iki qəpik) manat olmaqla ondan 1285.4 (min iki yüz səksən beş manat qırx qəpik) manat ödənilməmiş hissə müştəriyə güzəşt olunaraq 385.62 (üç yüz səksən beş manat altmış iki qəpik) manat cərimə miqdarında borc yaranmışdır borcu olmaqla ümumilikdə 3781.18 (üç min yeddi səksən bir manat on səkkiz qəpik manat) məbləğində borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən məlum olur ki, borclu Cavabdeh borcun ödənilməsi ilə bağlı pretenziya məktubu göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə kredit müqaviləsi üzrə borcu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu kredit müqaviləsi üzrə borc məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə kredit müqaviləsi üzrə borcu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə kredit müqaviləsi üzrə borcunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə kredit müqaviləsi üzrə borcu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə kredit müqaviləsi üzrə borcunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə kredit müqaviləsi üzrə borcu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Yuxarıda qeyd olunan normalar baxımından məhkəmə hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə kredit müqaviləsi üzrə borcu əsas borca münasibətdə tənasübsüz olduğundan azaldılaraq, əsas borcun 5% miqdarında müəyyən edilməlidir. İddiaçı təşkilat ümumilikdə iki müqavilə üzrə 1623.2 manat əsas borca münasibətdə 486.96 manat cərimə, 1285.4 manat əsas borca münasibətdə isə 385.62 manat cərimə tələb etmişdir. Məhkəmə qeyd edir ki, tələb edilən cərimə əsas borca münasibətdə tənasübsüz şəkildə yüksəkdir və azaldılaraq hər əsas borcun 5% miqdarında 81,2 manat və 64,3 manat məbləğində hesablanmaqla cəmi 145.5 (bir yüz qırx beş manat əlli qəpik) məbləğində cərimə müəyyən olunmalıdır. Cərimə borcu qalan hissədə rədd edilməlidir. Məhkəmə belə hesab edir ki, iddia qismən təmin olunmaqla Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən «STUL NEO 6 ƏDƏD», Galaxy-Yataq-Termo üçün 1623.2 (min altı yüz iyirmi üç manat iyirmi qəpik) manat, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən SOYUDUCU SAMSUNG üçün 1285.4(min iki yüz səksən beş manat qırx qəpik) manat əsas borc və hər iki müqavilə üzrə cəmi 145.5 (bir yüz qırx beş manat əlli qəpik) məbləğində cərimə borcu olmaqla ümumilikdə 3054.1 (üç min əlli dörd manat on qəpik) məbləğində borc iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. İddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə xx.xx.2024-cü il tarixdə daxil olmuş ərizə üzrə xx.xx.2024-cü il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin Cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Azərbaycan Respublikasının MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin, qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Ərizə qismən təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə "xxxx" MMC tərəfindən X2 və ya AsanPay vasitəsilə xx.xx.2024-cü il tarixdə 70159935 nömrəli qəbzlə ödənilmiş 57.82 manat dövlət rüsumunun 51 (əlli bir) manat hissəsi Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdim: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən «STUL NEO 6 ƏDƏD», Galaxy-Yataq-Termo üçün 1623.2 (min altı yüz iyirmi üç manat iyirmi qəpik) manat, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən SOYUDUCU SAMSUNG üçün 1285.4(min iki yüz səksən beş manat qırx qəpik) manat əsas borc və hər iki müqavilə üzrə cəmi 145.5 (bir yüz qırx beş manat əlli qəpik) məbləğində cərimə borcu olmaqla ümumilikdə 3054.1 (üç min əlli dörd manat on qəpik) məbləğində borc iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankı X2 və ya AsanPay vasitəsilə xx.xx.2024-cü il tarixdə 70159935 nömrəli qəbzlə ödənilmiş 57.82 manat dövlət rüsumunun 51 (əlli bir) manat hissəsi Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar