Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-247/2025 02.04.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli “İstilik sisteminin müddətli satışı” üzrə müqavilə əsasında 1107 (min yüz yeddi) manat əsas borc, 41.51 (qırx bir manat əlli bir qəpik) manat faiz borcu, ümumilikdə 1148.51 (min yüz qırx səkkiz manat əlli bir qəpik) manatın və dövlət rüsumu kimi ödənilmiş 31.60 manat vəsaitin Cavabdehdan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddi tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onunla xx.xx.2022-ci ildə şəxsi istifadə üçün istilik sisteminin müddətli satışı üzrə AR mülki qanunvericiliyi ilə nəzərdə tutulmuş forma və məzmun tələbləri əsasında xxxxxxx nömrəli alğı-satqı müqaviləsi bağlamışdır. Müqavilənin ümumi dəyəri 1107 (min yüz yeddi) manat olmuşdur. Cavabdeh bu məbləği 12 ay ərzində hər ay 92 manat olmaqla hər növbəti ayın 14-ü ödəniş etməyi öz üzərinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən, öz növbəsində həmin tarixdə isitmə sisteminin və aksesuarlarının cavabdehə satışını həyata keçirmiş və saz vəziyyətdə təhvil vermişdir. Lakin o zamandan bəri çoxsaylı xəbərdarlıqlarına və tələblərinə baxmayaq cavabdeh artıq bir il yarımdır ki müqavilə üzrə 1107 (min yüz yeddi) manat borcdan heç bir ödəniş etməmişdir. Tələblərinə cavab olaraq maddi vəziyyətinin qənaətbəxş olmadığını bəhanə gətirmiş və ümumiyyətlə heç bir ödəniş etməyəcəyini və alınmış müvafiq sadalanan avadanlıqları da geri qaytarmayacağını dəfələrlə nalayiq ifadələrlə və zorakı şəkildə bildirmişdir. Cavabdeh bu hərəkətləri ilə mübahisənin danışıqlar yolu ilə həllini mümkünsüz etmişdir Cavabdeh müqavilə ilə müəyyən olunmuş öhdəliklərini icra etməkdən boyun qaçırmış, yəni müqavilə ilə qarşılıqlı razılaşdırılmış ödəniş cədvəlinə əsasən müəyyən olunmuş tarixlərdə ödəməli olduğu toplam 1107 (min yüz yeddi) manat vəsaiti ödəməmiş, müqavilənin şərtlərini kobudca pozmuşdur. Cavabdeh müqavilə üzrə son ödənişi 14 mart 2023-cü il etməli olduğundan faizlərin hesablanmasnın başlanğıc tarixi 14 mart 2023-cü il olmalıdır. Qanun üzrə ödənilməsi nəzərdə tutulan faizin hesablanması müddəti bugünə qədər 9 ay təşkil edir. Odur ki, əsas borcdan əlavə 5%-lə hesablanan 41.51 (qırx bir manat əlli bir qəpik) manat vəsait faiz borcu kimi cavabdeh tərəfindən ona ödənilməlidir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclaslarına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iddia ərizəsini, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə olunmuş: 14 mart 2022-ci il tarixli, xxxxxxx nömrəli İstilik sisteminin müddətli satışı üzrə Müqavilədən aydın olur ki, həqiqətən həmin tarixdə İddiaçı ilə Cavabdeh arasında qeyd olunan müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, satıcı alıcıya isitmə sistemini və aksesuarlarını saz halda satır, alıcı isə həmin istilik sistemini qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada istilik sisteminin dəyərini satıcıya ödəyir. Müqavilənin ümumi dəyəri 1107 (min yüz yeddi) manat təşkil edir. Alıcı istilik sisteminin ilkin ödəniş edildikdən sonra qalıq dəyərini, 1107 manat məbləği 12 ay ərzində hər ay 92 manat olmaqla, hər növbəti ayın 14-ü ödəniş etməlidir. Ödəniş cədvəlinə əsasən, Cavabdeh 14 aprel 2022-14 mart 2023-cü il tarixləri aralığında hər ay 92.25 manat ödəməyi öhdəsinə götürmüşdür. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırki münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflər arasında olan müqavilə əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, müqavilədə müəyyən edilmiş isitmə sistemini və aksesuarlarını iddiaçı cavabdehin sərəncamına vermək öhdəliyini götürmüş, iddiaçı müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, cavabdeh isə iddiaçının müqavilə üzrə götürmüş olduğu öhdəliyə münasibətdə üzərinə götürmüş olduğu öhdəliyi lazımınca icra etməmişdir. Belə ki, iddiaçı müqavilə üzrə öhdəliyi lazımınca yerinə yetirməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməmiş və buna görə də müvafiq məsuliyyəti yaranmışdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin olunmalı, iş üzrə Cavabdeh 14 mart 2022-ci il tarixli, xxxxxxx nömrəli İstilik sisteminin müddətli satışı üzrə Müqaviləsi üzrə 1107 (min yüz yeddi) manat əsas borc və 41.51 (qırx bir manat əlli bir qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 1148.51 (min yüz qırx səkkiz manat əlli bir qəpik) manat məbləğində pul alınaraq iş üzrə İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası-Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq iddia təmin olunduğundan İddiaçı tərəfindən 08 sentyabr 2024-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 31.6 (otuzbir manat altmış qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. İş üzrə Cavabdeh 14 mart 2022-ci il tarixli, xxxxxxx nömrəli İstilik sisteminin müddətli satışı üzrə Müqaviləsi üzrə 1107 (min yüz yeddi) manat əsas borc və 41.51 (qırx bir manat əlli bir qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 1148.51 (min yüz qırx səkkiz manat əlli bir qəpik) manat məbləğində pul alınaraq iş üzrə İddiaçı verilsin. İddiaçı tərəfindən 08 sentyabr 2024-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 31.6 (otuzbir manat altmış qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-247/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-247/2025
02.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver