Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-3/2025 03.03.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı cavabdehlər “Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” X7 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı müqavilədən irəli gələn öhdəliyin cavabdehin üzərinə qoyulması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” X4rşı müqavilədən irəli gələn öhdəliyin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən "xxxx" ASC-yə ödənilmiş 27267 (iyirmi yeddi min iki yüz altmış yeddi) manat məbləğin və məhkəmə xərclərinin İddiaçı ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 22 avqust 2023-cü il tarixdə İddiaçı nümayəndəsi və vəkili Vəliyev X3 Məhkəmə İnformasiya Sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti Publik Hüquqi şəxsi ilə yanaşı "xxxx" ASC-nin də cavabdeh kimi tanınmasını məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, 2(078)-733/2023 nömrəli qərardadı ilə İddiaçı nümayəndəsi və vəkili Vəkil cavabdehin işə cəlb edilməsinə dair ərizəsi təmin edilmiş və "xxxx" ASC cavabdeh qismində mülki işə cəlb edilmişdir. 22 avqust 2023-cü il tarixdə İddiaçı nümayəndəsi və vəkili Vəliyev X3 Məhkəmə İnformasiya Sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək iddiaçı tərəfindən "xxxx" ASC-yə ödənilmiş 27267 (iyirmi yeddi min iki yüz altmış yeddi) manat məbləğin və 27267 (iyirmi yeddi min iki yüz altmış yeddi) manat məbləğində pul vəsaitini qanunsuz saxlamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən 5000 (beş min) manat faiz və məhkəmə xərclərinin İddiaçı ödənilməsi öhdəliyinin Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti Publik Hüquqi şəxsi və "xxxx" ASC üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, 2(078)-733/2023 nömrəli qərardadı ilə İddiaçı nümayəndəsi və vəkili Vəkil ərizəsi təmin edilmiş və iddia tələbinə iddiaçı tərəfindən "xxxx" ASC-yə ödənilmiş 27267 (iyirmi yeddi min iki yüz altmış yeddi) manat məbləğin və 27267 (iyirmi yeddi min iki yüz altmış yeddi) manat məbləğində pul vəsaitini qanunsuz saxlamaqla ondan faydalanmağa görə 5000 (beş min) manat faizin və məhkəmə xərclərinin İddiaçı ödənilməsi öhdəliyinin Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti Publik Hüquqi şəxsi və "xxxx" ASC-nin üzərinə qoyulması həddində baxılması qərara alınmışdır. 03 mart 2026-cı il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə İddiaçı və iddiaçının vəkili və nümayəndəsi Vəkil mülki-prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə hazırlıq iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə müvafiq olaraq, məhkəmə iddiaçının və iddiaçının vəkil və nümayəndəsinin iştirakları olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. 03 mart 2026-cı il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə cavabdehlər “Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” X7 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehlərin nümayəndələrinin iştirakları olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil 16 fevral 2026-cı il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək iddia ərizəsi və əlavə sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə İddiaçı vəkili və nümayəndəsi Vəkil ərizəsini nəzərdən keçirib bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Hazırki vəziyyətdə isə iddiaçının vəkil və nümayəndəsi iddia ərizəsinin geri qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin yuxarıda qeyd olunan normasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263.1-ci maddəsinin tələbinə görə, məhkəmə işi mahiyyəti üzrə həll etmədikdə məhkəmə aktını qərardad formasında çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1 və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, dövlət rüsumu geri qaytarılır. Qeyd olunan maddənin tələbini nəzərə alaraq hesab edirəm ki, İddiaçı tərəfindən X6 vasitəsilə 27 aprel 2023-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 171,8 (bir yüz yetmiş manat səksən qəpik) manat və 22 avqust 2023-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 15,00 (on beş manat sıfır qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılmalıdır. Məhkəmə həmçinin onu da qeyd edir ki, İddiaçı Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə müraciət etdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun özündə saxlanılmışdır. Ona görə də qeyd edilən sənədlərin iddiaçıya geri qaytarılmasına zərurət yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı cavabdehlər “Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” X7 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı müqavilədən irəli gələn öhdəliyin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən X6 vasitəsilə 27 aprel 2023-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 171,8 (bir yüz yetmiş manat səksən qəpik) manat və 22 avqust 2023-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 15,00 (on beş manat sıfır qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-3/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-3/2025
03.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver