Məhkəmə qərarları › İş №e-2(078)-305/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-305/2022

31.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-305/2022 31.03.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, ünvan 1 ünvanında yerləşən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və iddia ərizəsinə əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y yə n e t d i m: "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş 1450 (min dörd yüz əlli) manat sığorta ödənişi məbləğinin və 34.90 (otuz dörd manat doxsan qəpik) manat dövlət rüsumunun, ümumilikdə 1484.90 (min dörd yüz səksən dörd manat doxsan qəpik) manatın tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-də PME ********** nömrəli sığorta şəhadətnaməsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış Cavabdeh 09 noyabr 2021-ci il tarixdə idarə etdiyi “Renault Megane” markalı, ** NY *** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospektində hərəkət edən zaman manevretmə qaydasını pozduğunu, nəticədə “Hyundai Accent” markalı, ** UP *** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətdiyini, yol nəqliyyat hadisəsi ilə bağlı Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 3(011)-4283/2021 saylı, 15 noyabr 2021-ci il tarixli qərarına əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirkar olaraq Cavabdeh müəyyən edildiyini, həmçinin hadisə baş verən zaman Cavabdeh sürücülük vəsiqəsi olmadan avtomobili idarə etdiyinin aşkar edildiyini, yol nəqliyyat hadisəsi nəticəsində “Hyundai Accent” markalı, ** UP *** dövlət nömrə nişanlı avtomobilə 1450 (min dörd yüz əlli) manat məbləğində maddi zərər dəydiyini, PME ********** nömrəli sığorta şəhadətnaməsinə və 26 noyabr 2021-ci il tarixli, İAS211618 saylı sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən zərərçəkənə 1450 (min dörd yüz əlli) manat məbləğində sığorta ödənişinin həyata keçirildiyini, beləliklə, Cavabdeh bu iş üzrə cavabdeh qismində cəlb edilməli və sığorta hadisəsi nəticəsində zərərçəkənə ödənilmiş 1450 (min dörd yüz əlli) sığorta ödənişinin subroqasiya hüququ əsasında Cavabdeh geri tələb olunmalı olduğunu, bunları nəzərə alaraq, Cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş 1450 (min dörd yüz əlli) manat sığorta ödənişi məbləğinin və 34.90 (otuz dörd manat doxsan qəpik) manat dövlət rüsumunun, ümumilikdə 1484.90 (min dörd yüz səksən dörd manat doxsan qəpik) manatın tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: 09 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokola əsasən, Cavabdeh 09 noyabr 2021-ci il tarixdə idarə etdiyi “Renault Megane” markalı, ** NY *** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospektində hərəkət edən zaman manevretmə qaydasını pozmuş və nəticədə “Hyundai Accent” markalı, ** UP *** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs Cavabdeh müəyyən olunmuşdur. PME********** saylı sığorta müqaviləsinə və 26 noyabr 2021-ci il tarixli, İAS211618 saylı sığorta ödənişi aktına əsasən, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən zərərçəkənə 1450 (min dörd yüz əlli) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Məhkəmə sübutları obyektiv, qərəzsiz, qanunauyğun olaraq araşdırıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən 11 fevral 2022-ci il tarixdə daxil olmuş iddia ərizəsi üzrə 11 fevral 2022-ci il tarixdə cavabdehə bildiriş göndərilmişdir. Lakin cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən və əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə, Cavabdeh 1450 (min dörd yüz əlli) manat sığorta ödənişi məbləği və 34.90 (otuz dörd manat doxsan qəpik) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1484.90 (min dörd yüz səksən dörd manat doxsan qəpik) manat məbləğində pul alınaraq, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Belə ki, 09 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokola əsasən, Cavabdeh 09 noyabr 2021-ci il tarixdə idarə etdiyi “Renault Megane” markalı, ** NY *** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospektində hərəkət edən zaman manevretmə qaydasını pozmuş və nəticədə “Hyundai Accent” markalı, ** UP *** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs Cavabdeh müəyyən olunmuşdur. PME********** saylı sığorta müqaviləsinə və 26 noyabr 2021-ci il tarixli, İAS211618 saylı sığorta ödənişi aktına əsasən, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən zərərçəkənə 1450 (min dörd yüz əlli) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216- 220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1450 (min dörd yüz əlli) manat sığorta ödənişi məbləği və 34.90 (otuz dörd manat doxsan qəpik) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1484.90 (min dörd yüz səksən dörd manat doxsan qəpik) manat məbləğində pul alınaraq, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tərəflər qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar