Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-327/2025 16.01.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, İddiaçı MMC-nin Cavabdeh Fərhad qızına qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixinə yaranmış xx.xx.2022-ci il tarixli ********* nömrəli, müddətli(nisyə) alqı-satqı müqaviləsi üzrə 89.9 manat əsas 13.4 manat cərimə ümumilikdə 103.3 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh Fərhad qızından tutularaq İddiaçı MMC-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, belə nəticəyə gəlir ki, İddiaçı MMC-nin Cavabdeh Fərhad qızına qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir, lakin ərizə verilərkən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin müvafiq normalarına əsasən aidiyyat qaydaları pozulmuşdur. Belə ki, iş üzrə cavabdeh Əliyeva X1 rayonu, Şıxlinski küçəsi, ev 32 ünvanında qeydiyyatdadırlar. Bu fakt iddia ərizəsi ilə və elektron məhkəmə informasiya sistemində olan şəxsiyyət vəsiqəsi məlumatları ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə görə, aidiyyət qaydalarının pozulmasına yol verilmir. 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 152.1 və 152.1.3-cü maddələrinin tələbinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı MMC izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən kiçik mübahisələr üzrə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Kiçik mübahisələr üzrə iddia ərizəsi qaytarıldığına görə, İddiaçı MMC tərəfindən 10 yanvar 2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Çünki Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2,152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı MMC-nin Cavabdeh Fərhad qızına qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı MMC tərəfindən 10 yanvar 2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçı MMC-yə izah olunsun ki, kiçik mübahisələr üzrə iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət edə bilər. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №e-2(078)-327/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-327/2025
16.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver