Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-332/2023 17.03.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, ünvan 1 ünvanında yerləşən İddiaçı Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və iddia ərizəsinə əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y yə n e t d i m: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış BL226696 saylı, 26 dekabr 2018-ci il tarixli X1 əsasən yaranmış 196.30 (yüz doxsan altı manat otuz qəpik) manat əsas borcun, 19.63 (on doqquz manat altmış üç qəpik) manat cərimə borcunun, ümumilikdə 215.93 (iki yüz on beş manat doxsan üç qəpik) manat borcun və 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında BL226696 saylı, 26 dekabr 2018-ci il tarixli X2 bağlandığını, cavabdehin həmin müqavilənin 1 saylı əlavəsində göstərilən əşyaya görə 8 ay müddətinə hər ayın 26-dan gec olmamaqla, 50 (əlli) manat ödəməyi öhdəsinə götürdüyünü, cavabdehin qeyd olunan müqavilənin öhdəliklərini lazımınca icra etməyərək, aylıq ödənişləri vaxtında ödəmədiyini və bununla da, müqavilə şərtlərini pozduğunu, cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, onun müqavilə üzrə götürdüyü öhdəlikləri könüllü yerinə yetirmədiyini, borca dair arayışdan Cavabdeh İddiaçı 196.30 (yüz doxsan altı manat otuz qəpik) manat əsas borc, 19.63 (on doqquz manat altmış üç qəpik) manat hesablanmış cərimə borcu, ümumilikdə 215.93 (iki yüz on beş manat doxsan üç qəpik) manat borcunun olduğunun göründüyünü, bunları nəzərə alaraq, İddiaçı ilə Cavabdeh arasında bağlanmış BL226696 saylı, 26 dekabr 2018-ci il tarixli X1 əsasən yaranmış 196.30 (yüz doxsan altı manat otuz qəpik) manat əsas borcun, 19.63 (on doqquz manat altmış üç qəpik) manat cərimə borcunun, ümumilikdə 215.93 (iki yüz on beş manat doxsan üç qəpik) manat borcun və 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: İddiaçı ilə Cavabdeh arasında 26 dekabr 2018-ci il tarixdə bağlanmış BL226696 nömrəli X1 əsasən, satıcı bu müqaviləyə əsasən qiyməti 519 AZN olan avadanlığı alıcıya verməyi, alıcı isə onu qəbul edib, avadanlığın qiymətini satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, alıcı ödənişini gecikdirdiyi halda hər gün üçün gecikdirilən məbləğin 0.2%-i həcmində cərimə ödəyir. 25 oktyabr 2022-ci il tarixli borca dair arayışa əsasən, Cavabdeh İddiaçınə 196.30 (yüz doxsan altı manat otuz qəpik) manat əsas borc, 19.63 (on doqquz manat altmış üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 215.93 (iki yüz on beş manat doxsan üç qəpik) manat borcu vardır. Məhkəmə sübutları obyektiv, qərəzsiz, qanunauyğun olaraq araşdırıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 06 fevral 2023-cü il tarixdə daxil olmuş iddia ərizəsi üzrə 07 fevral 2023-cü il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə, Cavabdeh 196.30 (yüz doxsan altı manat otuz qəpik) manat əsas borc və 19.63 (on doqquz manat altmış üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 215.93 (iki yüz on beş manat doxsan üç qəpik) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumunun əvəzi alınaraq, İddiaçı xeyrinə tutulmalıdır. Belə ki, cavabdeh müqavilənin şərtlərini pozmuşdur. 25 oktyabr 2022-ci il tarixli borca dair arayışa əsasən, Cavabdeh İddiaçınə 196.30 (yüz doxsan altı manat otuz qəpik) manat əsas borc, 19.63 (on doqquz manat altmış üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 215.93 (iki yüz on beş manat doxsan üç qəpik) manat borcu vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 196.30 (yüz doxsan altı manat otuz qəpik) manat əsas borc və 19.63 (on doqquz manat altmış üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 215.93 (iki yüz on beş manat doxsan üç qəpik) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumunun əvəzi alınaraq, İddiaçı xeyrinə tutulsun. Tərəflər qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №e-2(078)-332/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-332/2023
17.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver