Məhkəmə qərarları › İş №e-2(078)-343/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-343/2024

20.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-343/2024 20.02.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, ünvan 1 ünvanında qeydiyyatda olub, ünvan 2 ünvanında yaşayan İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyənetdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2022-ci il tarixli “İstilik sisteminin müddətli satışı” üzrə müqavilə əsasında 1107 (bir min bir yüz yeddi) manat əsas, 41.51 (qırx bir manat əlli bir qəpik) manat faiz borcu olmaqla ümumilikdə 1148.51 (bir min bir yüz qırx səkkiz manat əlli bir qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 31.49 manat pulun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, Cavabdeh onunla xx.xx.2022-ci il tarixdə şəxsi istifadə üçün istilik sisteminin müddətli satışı üzrə Azərbaycan Respublikası Mülki Qanunvericiliyi ilə nəzərdə tutulmuş forma və məzmun tələbləri əsasında xxxxxxx nömrəli alqı-satqı müqaviləsi bağlamışdır. Müqavilənin ümumi dəyəri 1107 (bir min bir yüz yeddi) manat olmuşdur. Cavabdeh bu məbləği 12 ay ərzində hər ay 92 manat olmaqla hər növbəti ayın 14-ü ödəniş etməyi öz üzərinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən, iddiaçı həmin tarixdə isitmə sisteminin və aksesuarlarının cavabdehə satışını həyata keçirmiş və saz vəziyyətdə təhvil vermişdir. Lakin cavabdehə çoxsaylı xəbərdarlıqlar edilməsinə baxmayaq cavabdeh artıq bir il yarımdır ki, müqavilə üzrə 1107 (bir min bir yüz yeddi) manat borcdan heç bir ödəniş etməmişdir. Cavabdeh maddi vəziyyətinin qənaətbəxş olmadığını bəhanə gətirmiş və ümumiyyətlə heç bir ödəniş etməyəcəyini və alınmış müvafiq sadalanan avadanlıqları da geri qaytarmayacağını dəfələrlə nalayiq ifadələrlə və zorakı şəkildə bildirmişdir. Cavabdeh bu hərəkətləri ilə mübahisənin danışıqlar yolu ilə həllini mümkünsüz etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən,öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Əlavə olaraq, Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 600.1 və 600.4-cü maddəlrinə əsasən isə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişimüqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir, əks halda yəni əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmirsə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək Mülki Məcəllənin 445-ci maddəsinə uyğun faizlər ödənilməlidir. Mülki Məcəllənin 445.7-ci maddəsində qeyd olunub ki, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Cavabdeh müqavilə ilə müəyyən olunmuş öhdəliklərini icra etməkdən boyun qaçırmış, yəni müqavilə ilə qarşılıqlı razılaşdırılmış ödəniş cədvəlinə əsasən müəyyən olunmuş tarixlərdə ödəməli olduğu ümumilikdə 1107 (bir min bir yüz yeddi) manat vəsaiti ödəməmiş, müqavilənin şərtlərini kobudca pozmuşdur. Cavabdeh müqavilə üzrə son ödənişi 14 mart 2023-cü il tarixində etməli olduğundan faizlərin hesablanmasnın başlanğıc tarixi 14 mart 2023-cü il tarixdən olması qənaətindədir. Qanun üzrə ödənilməsi nəzərdə tutulan faizin hesablanması müddəti bugünə qədər 9 ay təşkil edir. Odur ki, əsas borcdan əlavə 5%-lə hesablanan 41.51 (qırx bir manat əlli bir qəpik) manat vəsait faiz borcu kimi cavabdeh tərəfindən ona ödənilməlidir. İddiaçı sonda iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş: xx.xx.2022-ci il tarixli xxxxxxx nömrəli “İstilik sisteminin müddətli satışı” müqaviləsindən aydın olur ki, İddiaçı ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən borclu kreditlə ümumi dəyəri 1107 (bir min bir yüz yeddi) manat olan isitmə sisteminin və aksesuarlarını almış və 12 ay ərzində hər ay 92 manat olmaqla hər növbəti ayın 14-ü ödəniş etməyi öz üzərinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən, iddiaçı həmin tarixdə isitmə sisteminin və aksesuarlarının cavabdehə satışını həyata keçirmiş və saz vəziyyətdə təhvil vermişdir. Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavədən müəyyən edilir ki, tərəflər müqavilə üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. Borcalan Cavabdeh pretenziya göndərilməmiş və borcun ödənilməsinə dair xəbərdarlıq edilməmişdir. İddiaçı tərəfindən qanunda nəzərdə tutulmuş qaydada mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət edilməsinə dair sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Bu səbəbdən də, İddiaçı tərəfindən Hökümət ödəniş portalında xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 31.60 (otuz bir manat altmış qəpik) manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən Hökümət ödəniş portalında xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 31.60 (otuz bir manat altmış qəpik) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar