Məhkəmə qərarları › İş №e-2(078)-382/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-382/2022

20.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-382/2022 20.04.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 73 A ünvanında yerləşən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 28 may 2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********62191 olan Xiaomi Redmi 8A markalı telefon üçün 197.6 (yüz doxsan yeddi manat altmış qəpik) manat ödənilməmiş hissənin, 19.4 (on doqquz manat qırx qəpik) manat cərimənin, 28 may 2020-ci il tarixli müqaviləyə əsasən LG LED TV üçün 747 (yeddi yüz qırx yeddi) manat ödənilməmiş hissənin, 74 (yetmiş dörd) manat cərimənin, 22 avqust 2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********10755 olan Samsung Galaxy A30s markalı telefon üçün 450 (dörd yüz əlli) manat ödənilməmiş hissənin, 45 (qırx beş) manat cərimənin, ümumilikdə 1533 (min beş yüz otuz üç) manat borcun və 35.33 (otuz beş manat otuz üç qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ərizəni onunla əsaslandırmışdır ki, cavabdehin "xxxx" MMC ilə bağladığı 28 may 2020-ci il, 28 may 2020-ci il və 22 avqust 2020-ci il tarixli müqavilələrə əsasən İMEİ kodu **********62191 olan Xiaomi Redmi 8A markalı telefon, LG LED TV və İMEİ kodu **********10755 olan Samsung Galaxy A30s markalı telefon aldığını və nəticədə 1533 (min beş yüz otuz üç) manat borcun yarandığını, cavabdehin müqavilənin şərtlərini pozduğunu və nəticədə 28 may 2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 281.6 (iki yüz səksən bir manat altmış qəpik) manat (12 ay x 19.8 manat + 44 manat ilkin ödəniş) olan İMEİ kodu **********62191 olan Xiaomi Redmi 8A markalı telefon üçün ümumilikdə 217 (iki yüz on yeddi) manat olmaqla, ondan 197.6 (yüz doxsan yeddi manat altmış qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 19.4 (on doqquz manat qırx qəpik) manat cərimə pulu, 28 may 2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1070.4 (min yetmiş manat qırx qəpik) manat (12 ay x 74.7 manat + 174 manat ilkin ödəniş) olan LG LED TV üçün ümumilikdə 821 (səkkiz yüz iyirmi bir) manat olmaqla, ondan 747 (yeddi yüz qırx yeddi) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 74 (yetmiş dörd) manat cərimə pulu, 22 avqust 2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 578 (beş yüz yetmiş səkkiz) manat (12 ay x 37.5 manat + 128 manat ilkin ödəniş) olan İMEİ kodu **********10755 olan Samsung Galaxy A30s markalı telefon üçün ümumilikdə 495 (dörd yüz doxsan beş) manat olmaqla, ondan 450 (dörd yüz əlli) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 45 (qırx beş) manat cərimə pulu borcunun yarandığını, cavabdehin cəmi ödədiyi məbləğin 535.4 manat təşkil etdiyini, cavabdehlə aralarında bağlanmış 28 may 2020-ci il, 28 may 2020-ci il və 22 avqust 2020-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından cavabdehin əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil aldığının göründüyünü, cavabdehlə aralarında olan telefon danışığından, həmçinin göndərdikləri 23 mart 2021-ci il tarixli xəbərdarlıq məktubundan mübahisənin məhkəmədənkənar həll olunmasını, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəfin müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etmədiyini, bunları nəzərə alaraq, 28 may 2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********62191 olan Xiaomi Redmi 8A markalı telefon üçün 197.6 (yüz doxsan yeddi manat altmış qəpik) manat ödənilməmiş hissənin, 19.4 (on doqquz manat qırx qəpik) manat cərimənin, 28 may 2020-ci il tarixli müqaviləyə əsasən LG LED TV üçün 747 (yeddi yüz qırx yeddi) manat ödənilməmiş hissənin, 74 (yetmiş dörd) manat cərimənin, 22 avqust 2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********10755 olan Samsung Galaxy A30s markalı telefon üçün 450 (dörd yüz əlli) manat ödənilməmiş hissənin, 45 (qırx beş) manat cərimənin, ümumilikdə 1533 (min beş yüz otuz üç) manat borcun və 35.33 (otuz beş manat otuz üç qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: Tərəflər arasında bağlanmış 28 may 2020-ci il tarixli, 20315135 nömrəli, 28 may 2020-ci il tarixli, 20315065 nömrəli və 22 avqust 2020-ci il tarixli, 21101328 nömrəli Müqavilələrin 2.3, 2.4 və 2.5-ci bəndlərinə əsasən, "xxxx" MMC malı müştəriyə təqdim edir. Müştəri malı qəbul edir və malı istifadə etmək hüququ ona keçir. Müqavilənin bütün şərtləri tam və vaxtında yerinə yetirildiyi təqdirdə mala tam sahiblik hüququ müştəriyə keçir. 21 fevral 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh 28 may 2020-ci il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 281.6 manat olan İMEİ kodu **********62191 olan Xiaomi Redmi 8A markalı telefon üçün ilkin ödəniş 44 manat olmaqla, 12 ay müddətinə ayda 19.8 manat, 28 may 2020-ci il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 1070.4 manat olan LG LED TV üçün ilkin ödəniş 174 manat olmaqla, 12 ay müddətinə ayda 74.7 manat, 22 avqust 2020-ci il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 578 manat olan İMEİ kodu **********10755 olan Samsung Galaxy A30s markalı telefon üçün ilkin ödəniş 128 manat olmaqla, 12 ay müddətinə ayda 37.5 manat ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə sübutları obyektiv, qərəzsiz, qanunauyğun olaraq araşdırıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 03 mart 2022-ci il tarixdə daxil olmuş ərizə üzrə 04 mart 2022-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə, Cavabdeh 28 may 2020-ci il tarixli müqaviləyə əsasən 197.60 (yüz doxsan yeddi manat altmış qəpik) manat ödənilməmiş hissə, 19.40 (on doqquz manat qırx qəpik) manat cərimə, 28 may 2020-ci il tarixli müqaviləyə əsasən 747 (yeddi yüz qırx yeddi) manat ödənilməmiş hissə, 74 (yetmiş dörd) manat cərimə, 22 avqust 2020-ci il tarixli müqaviləyə əsasən 450 (dörd yüz əlli) manat ödənilməmiş hissə, 45 (qırx beş) manat cərimə borcu olmaqla, cəmi 1533 (min beş yüz otuz üç) manat borc və 35.33 (otuz beş manat otuz üç qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Belə ki, tərəflər arasında bağlanmış 28 may 2020-ci il tarixli, 20315135 nömrəli, 28 may 2020-ci il tarixli, 20315065 nömrəli və 22 avqust 2020-ci il tarixli, 21101328 nömrəli Müqavilələrin 2.3, 2.4 və 2.5-ci bəndlərinə əsasən, "xxxx" MMC malı müştəriyə təqdim edir. Müştəri malı qəbul edir və malı istifadə etmək hüququ ona keçir. Müqavilənin bütün şərtləri tam və vaxtında yerinə yetirildiyi təqdirdə mala tam sahiblik hüququ müştəriyə keçir. 21 fevral 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh 28 may 2020-ci il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 281.6 manat olan İMEİ kodu **********62191 olan Xiaomi Redmi 8A markalı telefon üçün ilkin ödəniş 44 manat olmaqla, 12 ay müddətinə ayda 19.8 manat, 28 may 2020-ci il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 1070.4 manat olan LG LED TV üçün ilkin ödəniş 174 manat olmaqla, 12 ay müddətinə ayda 74.7 manat, 22 avqust 2020-ci il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 578 manat olan İMEİ kodu **********10755 olan Samsung Galaxy A30s markalı telefon üçün ilkin ödəniş 128 manat olmaqla, 12 ay müddətinə ayda 37.5 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilələrin qeyd olunan şərtlərini pozaraq borcunun ödənilməsini təmin etməməklə, müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 28 may 2020-ci il tarixli müqaviləyə əsasən 197.60 (yüz doxsan yeddi manat altmış qəpik) manat ödənilməmiş hissə, 19.40 (on doqquz manat qırx qəpik) manat cərimə, 28 may 2020-ci il tarixli müqaviləyə əsasən 747 (yeddi yüz qırx yeddi) manat ödənilməmiş hissə, 74 (yetmiş dörd) manat cərimə, 22 avqust 2020-ci il tarixli müqaviləyə əsasən 450 (dörd yüz əlli) manat ödənilməmiş hissə, 45 (qırx beş) manat cərimə borcu olmaqla, cəmi 1533 (min beş yüz otuz üç) manat borc və 35.33 (otuz beş manat otuz üç qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Tərəflər qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar