Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-41/2025 10.01.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı və iddiaçılar İddiaçı3 Firudin qızının, İddiaçı5 və İddiaçı4 nümayəndəsi İddiaçı1, İddiaçı1 vəkili Vəkil, iddiaçılar İddiaçı2 və İddiaçı3 Firudin qızının, cavabdeh təşkilat Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin nümayəndəsi X14, Cavabdeh1, Cavabdeh1 nümayəndələri X54 və X43 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Firudin qızının, İddiaçı5 və İddiaçı4 cavabdehlər Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə, Naxçıvan “Asan Xidmət Mərkəzi”ndə Notariat Ofisinə və Cavabdeh1 qarşı qanun üzrə vərəsəlik hüququ haqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi və miras əmlaka payların müəyyən edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Firudin qızı, İddiaçı5 və İddiaçı4 cavabdehlər Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə, Naxçıvan “Asan Xidmət Mərkəzi”ndə Notariat Ofisinin xüsusi notariusu X55 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan şəhər ikinci Dövlət Notariat Kontorunun notariusu C.Ə.Eyvazov tərəfindən verilmiş 26 iyul 2007-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Naxçıvan ASAN Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X68 tərəfindən verilmiş 11 mart 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Naxçıvan şəhər ikinci Dövlət Notariat Kontorunun notariusu C.Ə.Eyvazov tərəfindən verilmiş 26 iyul 2007-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmiş, ünvan 1 ünvanında yerləşən reyestr nömrəsi **********85-10301, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın 9/14 hissəsi üzərində X24, 1/14 hissəsi üzərində İddiaçı2, 1/14 hissəsi üzərində İddiaçı3 Firudin qızının, 1/14 hissəsi üzərində X9, 1/14 hissəsi üzərində X19 və 1/14 hissəsi üzərində X15 mülkiyyət hüququnun olduğuna dair xx.xx.2024-cü il tarixdə verilmiş çıxarışın ləğv edilməsi, Naxçıvan ASAN Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X68 tərəfindən verilmiş 11 mart 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmiş, ünvan 1 ünvanında yerləşən reyestr nömrəsi **********85-10301, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın 9/14 hissəsi üzərində Cavabdeh1, 1/14 hissəsi üzərində İddiaçı2, 1/14 hissəsi üzərində İddiaçı3 Firudin qızının, 1/14 hissəsi üzərində X9, 1/14 hissəsi üzərində X19 və 1/14 hissəsi üzərində X15 mülkiyyət hüququnun olduğuna dair xx.xx.2024-cü il tarixdə verilmiş çıxarışın ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən reyestr nömrəsi **********85-10301, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlak üzərində Cavabdeh1 1/6 hissə, İddiaçı2 1/6 hissə, İddiaçı3 Firudin qızının 1/6 hissə, İddiaçı1 1/6 hissə, İddiaçı4 1/6 hissə və X16 1/6 hissə paya malik olduğuna dair qanun üzər vərəsəlik hüququ haqqında şəhadətnamələr verilməsi vəzifəsinin Naxçıvan ASAN Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X56 həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Firudin qızı, İddiaçı5 və İddiaçı4 iddia tələbini onunla əsaslandırmışlar ki, 29 mart 2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən, reyestr nömrəsi **********85-10301, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın 9/14 hissəsi üzərində Cavabdeh1, 1/14 hissəsi üzərində İddiaçı2, 1/14 hissəsi üzərində İddiaçı3 Firudin qızının, 1/14 hissəsi üzərində X9, 1/14 hissəsi üzərində X19 və 1/14 hissəsi üzərində X15 mülkiyyət hüququ qeydiyyata alınmışdır. Qeyd edilən əmlak X4nun tam mülkiyyətində olmuş və nikahdan əvvəl əldə edilmiş əmlak olmuşdur. X44 02 sentyabr 1997-ci ildə vəfat etmişdir və 15 oktyabr 1997-ci ildə 276 nömrə ilə qeydə alınmışdır. X25 həyat yoldaşı, yəni anaları X50 17 noyabr 2011-ci ildə vəfat etmişdir və 18 aprel 2013-cü ildə 114 nömrə ilə qeydə alınmışdır. Cavabdeh1 atalarının və analarının nəvələrindən biridir. X4 və anaları X29 birgə nikahlarından 6 övladı olmuşdur ki, onlardan beşi bu iddia ərizəsi üzrə iddiaçılardır. Cavabdeh1 daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışda beş vərəsənin hər birinin atalarına məxsus əmlak üzərində 1/14 hissə paya malik olduğu öz əksini tapmışdır. Daşınmaz əmlakın sadəcə atalarının tam mülkiyyətində olduğu halda, 5 vərəsənin hər birinə sadəcə 1/14 payın müəyyən edilməsi düzgün olmayıb. Cavabdeh1 atalarına məxsus əmlak üzərində 9/14 hissə paya malik olmasının hansı sənədlər əsasında qeydə alındığına dair Naxçıvan MR Ədliyyə Nazirliyinin Notariat və Qeydiyyat Şöbəsinə və Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinə verilmiş sorğular əsasında əldə edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, atalarına öz atasından, yəni babalarından qalmış miras əmlak heç bir hüquqi əsas olmadan ata və analarının birgə nikah dövründə əldə edilmiş əmlak kimi qiymətləndirilmişdir. Bunun nəticəsində, atalarına məxsus əmlakın ½ hissəsinin anaları Tutu Quliyevaya məxsus olduğu hesab edilmiş və atalarının həmin əmlakda payı ½ hesab edilərək, vərəsələrin - 6 uşaq və anaları da daxil olmaqla 7 nəfər vərəsənin payı hesablanmışdır. Beləliklə, hesab edilmişdir ki, anaları Tutu Qulyevanın mübahisəli miras əmlakda ½ hissə payı və atalarından miras qalan ½ hissədə də 1/7 hissə payı vardır. Bunlar bu şəkildə müəyyən edilərək, heç bir digər vərəsələrə xəbər verilmədən məlum olmayan tarixdə anaları Tutu Quliyevadan ərizə alınmışdır ki, o, miras əmlakdan özünə məxsus ½ hissə və atalarından miras olaraq aldığı 1/14 (1/2 : 1/7) hissədən digər vərəsə, yəni X66nın xeyrinə imtina edir. Halbuki, Cavabdeh1 heç miras əmlakda yaşamır. Həmin miras əmlaka evin dağılmaması üçün vərəsələrdən Fəxrəddin Qulizadə tərəfindən mütəmadi qulluq edilir, köklü yaxşılaşdırmalar aparılıb və aparılır. Sorğu əsasında onlara təqdim edilmiş sənədlərə əsasən müəyyən edilir ki, ataları 1997-ci ilin sentyabrında vəfat etsə də, analarının miras əmlakda payı 2007-ci ildə müəyyən edilib və bu zaman atalarının digər vərəsələrinə notarius tərəfindən heç bir məlumat verilməmişdir və miras payın məhkəmə qaydasında müəyyən edilməsi həyata keçirilməmişdir. Bundan başqa, anaları Tutu Quliyevanın atalarından qalan miras payından Zəhra Quliyevanın xeyrinə imtina etməsi barəsində ərizəsində atalarının ölüm tarixi xx.xx.1997-ci il tarix olduğu halda, xx.xx.1997-ci il tarixi kimi qeyd edilmişdir. Ərizənin yazılma şəkli həmin 75 yaşında olan və xəstə olan anaları Tutu Quliyevanın ərizəni yazdığı və imzaladığı vaxt hadisələri doğrudürüst qavraya bilmədiyini təsdiq edir. Lakin təəssüf ki, analarının bu vəziyyətini görən notarius digər vərəsələrin də vərəsəliyə çağırılmasını təmin etməli olduğu halda, bunu etməmişdir. Bunun əvəzində iki nəfər – Samir Quliyev (əmi oğlu) və Cəmilə Seyidova (əmi oğlunun arvadı) adlı qohumlardan anaları Tutu Quliyevanın ərizələrini təsdiq etdiklərinə dair yazılı ərizə almışdır. Halbuki, atalarının digər vərəsələri həmin vaxt Naxçıvan şəhərində yaşadıqları və olduqları halda, onlardan heç biri çağırılmamışdır. Üstəlik, qohumların ərizələrindən də onların bu ərizələri nə vaxt və hansı şəraitdə yazdıqları bəlli olmur. X66 isə anaları Tutu Quliyevanın yuxarıda müəyyən edilmiş qaydada hesablanmış paylarından (1/2 + 1/7) onun xeyrinə imtina etməsi nəticəsində nəticə olaraq miras əmlakdan 9/14 hissə pay hüququ ( 1/2 + 1/7 + 1/7) əldə etmiş və sonradan onun bu payı da vərəsəlik qaydasında oğlu Cavabdeh1 keçmişdir. Yuxarıda qeyd edilənlərə əsasən hesab edirlər ki, atalarının miras əmlakından paylar müəyyən edilərkən qanunsuzluğu yol verildiyindən, Naxçıvan şəhər ikinci Dövlət Notariat Kontorunun notariusu C.Ə.Eyvazov tərəfindən verilmiş 26 iyul 2007-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, onun əsasında verilmiş çıxarışlar ləğv edilməli və atalarına məxsus miras əmlakdan payların yenidən müəyyən edilməsi təmin edilməlidir. Ataları rəhmətə gedən zaman onun qanun üzrə birinci dərəcədən 7 vərəsəsi - anaları və 6 uşaq olub. Atalarının 7 vərəsəsi olduğu üçün və onların payları bərabər olduğu üçün deməli, hər bir vərəsə 2007-ci ildə atalarının əmlakından 1/7 hissə pay əldə edə bilərdi. Bundan başqa, anaları Tutu Quliyeva 2011-ci ildə rəhmətə gedib. Anaları rəhmətə gedən zaman onun birinci dərəcədən 6 nəfər qanun üzrə vərəsəsi olub. Analarının da atalarının əmlakında 1/7 hissə payı olduğu üçün anaları rəhmətə getdikdən sonra onun da 1/7 hissə əmlak payı birinci dərəcədən olan 6 nəfər vərəsə arasında bərabər şəkildə bölünməli idi. Bu zaman ananın əmlakından 6 nəfər vərəsə hər biri 1/42 pay almalıdır. Atadan qalan 1/7 hissə payla anadan qalan 1/42 payı toplasalar, nəticədə, ananın ölümündən sonra hər bir uşağın, yəni, 6 nəfərin atalarının tam mülkiyyətində olmuş əmlakındakı payı 1/6 hissə olmalı idi. 2012-ci ildə ata və analarının vərəsələrindən biri Zəhra Quliyeva rəhmətə gedib. Bu zaman onun 1/6 hissə payı olduğu üçün onun yalnız 1/6 hissə payı vərəsələrinə, məsələn Cavabdeh1 keçə bilərdi. Lakin Cavabdeh1 verilmiş Çıxarışdan və sorğu əsasında notariusdan təqdim edilmiş sənədlərdən göründüyü kimi, pozuntuya yol verilərək, 2012-ci ildə rəhmətə getmiş Zəhra Quliyevanın atalarının əmlakından 9/14 hissəsi üzərində mülkiyyət hüququ olduğuna dair xx.xx.2024-cü il tarixdə Çıxarış verilib. Analarının atalarından qalan miras əmlakda payı müəyyən edilərkən, digər vərəsələr notarius tərəfindən çağırılmamışdır. Nə notarius, nə də digər vərəsələr anaları və X66 qanunvericiliyin bu tələbinə zidd olaraq, onlara bildiriş göndərməyib. 6 aylıq müddət ötürülmüşsə mirasın qəbulu məhkəmə qaydasında həll edilməlidir. Lakin nə notarius, nə də digər vərəsələr miras əmlakın bölüşdürülməsi barədə bildiriş verməyib, üstəlik, mirasın açıldığı gündən nəinki 6 ay, hətta 10 il keçdikdən sonra məhkəməyə müraciət etmədən digər vərəsələrin xəbəri olmadan mirası qəbulu həyata keçirilərək, qanun üzrə vərəsəlik haqqında 26 iyul 2007-ci ildə şəhadətnamə verilib. Bundan başqa, qeyd etdikləri kimi, miras əmlak ataları tərəfindən nikahdan əvvəl əldə edildiyi üçün həmin əmlakda anaları ½ hissə paya malik olmayıb. Hətta fərz etsələr ki, həmin əmlakın ½ hissəsi analarının mülkiyyəti olub, bu zaman həmin əmlakdan digər vərəsələrin məcburi pay əldə etmək hüququna da riayət edilməyib. Beləliklə, analarının qanunsuz olaraq öz payından imtina etməsi barədə yazılı ərizəsinin alınması, digər vərəsələrin mənafeyinə də ciddi şəkildə zərər vurduğu üçün digər vərəsələrin də analarının əmlakında məcburi pay hüququ müəyyən edilməli idi. Bundan başqa, Cavabdeh1 verilmiş X28 hazırda soyadı Quluzadə olduğu halda, həmin Çıxarışda Quliyev kimi, Səkinə Quliyevanın soyadı İddiaçı4 olduğu halda, Səkinə Quliyeva kimi və bacıları İddiaçı5 olduğu halda, Tünzalə Quliyeva kimi yazılmışdır. Bunlar bir daha mülkiyyət hüququna dair qeydiyyat aparılarkən bir çox pozuntulara yol verildiyini təsdiq edir. Cavabdeh1 17 avqust 2024-cü il tarixdə məhkəməyə etiraz ərizə göndərərək, Naxçıvan Şəhər Məhkəməsində hazırki iş üzrə iddiaçılara qarşı “paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi (ayrılması), payın dəyərinin ödənilməsi və ya əmlakın açıq hərracda satılaraq payın dəyərinin ödənilməsi” tələbinə dair iddia qaldırmışdır. İddiaçılar iddia ərizəsinin 2-ci səhifəsində mübahisə predmeti olan ünvan 2 ünvanında 0.0604 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 59 kv. m olan fərdi yaşayış evinin mərhum X30 tam mülkiyyət hüququ ilə məxsus olduğunu qeyd etmiş, həmin fərdi yaşayış evinin mərhuma atasında (hazırki iddiaçıların babalarından) qaldığını, notariusun hansı əsaslarla həmin əmlakda mərhum X29 miras əmlaka daxil olmayan 1/2 pay hüququnun müəyyən olunduğunun bəlli olmadığını və məhz bu səbəbə görə də notariat orqanı tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qanunvericiliyin tələblərinə uyğun verilmədiyi və qanunsuz olduğu qeyd edilmişdir. Bu iddia ərizəsində qeyd edilən bu əsaslar tamamilə yalan və əsassız fikirlərdir. Belə ki, hazırki mübahisə predmeti olan daşınmaz əmlak mərhumlar X44 və X29 ailəli, yəni birgə nikahda olduqları müddətdə əldə etdikləri əmlakdır. Mərhum və mərhumə xx.xx.1947-ci ildə Babək rayonu, Yarımca K.İ.N-də rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdurlar. Fərdi yaşayış evi də 1955-ci ildə tikilmiş və həmin fərdi yaşayış evinə dair texniki papsortda da bu öz təsdiqini tapmışdır. X6 xx.xx.1947-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçmiş, ailə həyatı qurmuş, sonra hər iki şəxs qeyd edilən daşınmaz əmlakı tikmiş (birgə nikah dövründə) və məhz buna görə də bu fərdi yaşayış evi hər iki mərhumun birgə nikah dövründə qazandıqları əmlak hesab olunmaqla əmlakın qanuni rejimi tətbiq olunmuşdur. Məhz buna görə də vərəsəlik icraatı açan müvafiq notarius X6nın həmin fərdi yaşayış evinə münasibətdə özünəməxsus olan 1/2 payı miras kütləsindən ayırmış, digər 1/2 hissəyə münasibətdə fərdi yaşayış evinin hüquqi talehinə miras hüququ baxımından ayıdınlıq gətirmiş və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Məlumdur ki, AR Mülki Məcəlləsinin müvafiq maddəsinə görə də miras əmlaka miras qoyanın öldüyü günədək malik olduğu aktivlər (daşınmaz, əmlak və.) və passivlər aid edilir. Vərəsəlik icraatı açan müvafiq notarius haqlı olaraq mərhuma mülkiyyət hüququ ilə məxsus olmayan, məxususluğu ona aid oimayan 1/2 payı miras kütləsindən ayırmış və X6nın həmin payda mülkiyyət hüququnu açıq-aşkar bəyan etmişdir. Həmin paya münasibətdə istər AR Ailə Məcəlləsi, istərsə də AR Mülki Məcəlləsinin müvafiq normaları mərhumənin payını tanıyır və birgə mülkiyyət hüququnun olduğunu açıq-aşkar bəyan edir. İkinci bir hal ondan ibarətdir ki, iddiaçılar iddia ərizəsində “həmin vərəsələrdən Fəxrəddin Qulizadə tərəfindən mütəmadi olaraq qulluq edilir və köklü yaxşılaşdırmalar aparılıb və aparılır” deyə qeyd etmişdirlər. Bununla bağlı olaraq onu bildirmək istəyir ki, vərəsəlik icraatı açılıb, pay müəyyən edilən və müvafiq şəhadətnamə verilən zaman bütün vəsələrin miras əmlakda payları bərabər müəyyən edilmişdir. Yəni bütün vərəsələrin mirasdakı payı müəyyən edilmişdirsə, artıq mirasın faktiki qəbulunu ehtiva edən istinad edilən o cümlənin artıq heç bir hüquqi əhəmiyyəti qalmır. Belə ki, müvafiq notarius bütün vərəsələrə münasibətdə qəbul faktını payı müəyyən etməklə artıq təsdiqləmişdir. Həmçinin onu qeyd etmək istəyir ki, iddia ərizəsində notarius tərəfindən digər vərəsələrə vərəsəlik icraatı ilə bağlı heç bir məlumatın verilmədiyi qeyd edilmişdir. Notaroiusa müraciət edilən zaman notariat haqqına təlimata və AR Mülki Məcəlləsinə uyğun olaraq bütün sənədlər, o cümlədən vərəsəlik arayışı təqdim edilmişdir. Məhz notarius ona təqdim edilmiş əsas sənədlərdən sayılan vərəsəlik arayışı nəticəsində bütün vərəsələrin (7 vərəsə) bərabər payının olduğunu müəyyən etmiş, nəticə etibarilə qeyd edilən şəhadətnamə verilmişdir. Yəni digər vərəsələrin miras əmlakdakı paylar ilə bağlı heç bir hüquq pozuntusu olmamış, onların miras kütləsindəki payına toxunulmamış, vərəsələrin dairəsi gizlədilməmiş və heç bir vərəsənin payı mənimsənilməmişdir. Məhz bu baxımdan notairusun məlumat verməsi məsələsi əsasızdır. Həmçinin notarius məlum olmayan vərəsəsin tapılması üçün müvafiq addımlar atmalıdır. Bütün vərəsələr məlumdursa, artıq notarius əlavə vərəsələr barədə axtarış aparmağa borclu deyildir. Əlavə olaraq onu qeyd etmək istəyir ki, iddiaçılar anaları X29 çox yaşlı olmasını, ərizələr verən zaman baş verən hadisələri doğru və dürüst anlamadığını qeyd etmişdirlər. Bu barədə onu qeyd edir ki, mərhumə o vaxt tam anlaqlı və fəaliyyət qabiliyyətli olmuş, öz imzası və öz iradə ifadəsi ilə müvafiq sənədləri imzalamış, notarius isə əlavə olaraq (haqlı olaraq) əlavə iki nəfər şahidin mərhumənin öz imzasını təsdiqləmək üçün ərizələr almışdır. İddiaçılar bir sıra maddi hüquq normalarına istinad edərək qeyd edilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin düzgün olaraq verilmədiyini qeyd etmişdir. Belə ki, məlumdur ki, artıq qüvvədən düşmüş AR Mülki Məcəlləsinin müvafiq maddəsinə görə miras əmlak 3 ay ərzində qəbul edilməli idi və 6 aydan sonra mirasın qəbuluna yol verilmirdi. Lakin notariusun bu müddətdən xeyli sonra da mirasın talehinin notariusda həll edilməsi səlahiyyəti vardır. Belə ki, əgər 10 vərəsə varsa, onlardan biri miras əmlakı faktiki qəbul etmişsə və buna dair sübutlar varsa, notarius digər vərəsələrin payını saxlamaqla (həmin paylara toxunmamaqla) müraciət etmiş vərəsəyə şəhadətnamə verə bilər. Hazırki mübahisə predmeti olan miras əmlakda da mirası faktiki qəbul etmiş vərəsələr notariusa müraciət etmiş, notarius da qanua müvafiq olaraq hüquqi addımlar atmış, müraciət edənlərin payını müyyən etmiş, birgə nikah dövründə əldə edilmiş payı miras kütləsindən çıxmış, digər vərəsələrin payını saxlamaqla qanu üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Yəni burada heç bir vərəsənin payına (miras açıldığı andan vərəsənin mülkiyyəti sayılır normasına müvafiq olaraq mülkiyyətinə) toxunmamışdır. İddiaçılar eyni zamanda Çıxarışda qeyd edilən soyadlardakı texniki səhvliklərə toxunmuşdur ki, bunlar texniki səhvlər (hərf səhvləri) düzəldilə biləndir və hüquq haqqında mübahisə deyildir. Həmçinin onu qeyd etmək istəyir ki, qeyd edilən fərdi yaşayış evinə münasibətdə paylar müəyyən edilməklə həmin fərdi yaşayış evində paylı mülkiyyətçi olan X50 öz 1/2 və miras əmlakda olan 1 (1/7) payını anası Quliyeva Zəhranın xeyrinə imtina etmiş, iradə ifadəsi nümayiş etdirməklə özünün mülkiyyətində olan payları anasına bağışlamışdır. Daha sonra isə anası da həmin payları bağışlama müqaviləsi əsasında ona hədiyyə etmiş və qeyd edilən fərdi yaşayış evi paylı mülkiyyət formasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. AR Konstitusiya Məhkəməsi bir sıra qərarlarında mülki dövriyyənin sabitliyinin qorunmasını xüsusilə vurğulayır və mülkiyyətçinin mülkiyyət hüquqları-nın toxunulmaz olduğuna daima diqqət çəkir. Əlavə olaraq onuq eyd edir ki, iddiaçılar iddia tələblərində 2 vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsini xahiş edir. Bildirmək istəyir ki, müvafiq notariusda 1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə 26 iyul 2007-ci il tarixdə verilmiş, 24 yanvar 2024-cü il tarixdə isə notariusun möhürü və imzası ilə təsdiq olunmaqla qeyd edilən şəhadətnamədə edilmiş texniki yanlışlığa düzəliş edilmişdir. Həmin düzəliş miras payçılarının paylarının kütləsinin miqdarına təsir etməmiş və ikinci bir şəhadətnamə verilməmişdir. Həmçinin qeyd etmək istəyir ki, hazırki mübahisə predmeti olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı üçün heç bir hüquqi əsas da yoxdur. Məlumdur ki, etibrasızlıq üçün ciddi hüquqi səbəblər mövcud olmalıdır. Hazırki mübahisədə isə belə bir əsaslar mövcdu deyildir. İddiaçılar iddia ərizəsində məcburi pay məsələsinə toxunmuş və ümvafiq plenum qərarına istinad olmasını qeyd etmişdirlər. Məlumdur ki, məcburi payın anlayışı AR Mülki Məcəlləsində verilmiş və buna dair Plenum qərarları da mövcuddur. Məlumdur ki, ilk növbədə vəsiyyətnamə mövcud olduqda, həmin vəsiyyətnamə üzrə vərəsəlik icraatı açıldıqda məcburi pay hüququ məsələsi ortaya çıxır. Məcburi payın kimlər tərəfindən alına bilməsi də qanunla dəqiq müəyyən edilmişdir. İddia ərizəsində qeyd olunan plenum qərarında da qeyd olunduğu kimi mülkiyyətçinin öz əmlakına dair sərəncam verməsi, bağışlaması onun konstutsiya hüquqlarından biridir. X6 da hələ öz sağlığında özünə /12 pay hüququ ilə məxsus olan əmlakı barəsində müstəqil sərəncam vermişdir. İstinad olunan AR Mülki Məcəlləsinin 1200-cü maddəsi o vaxt tətbiq oluna bilər ki, hazırki mübahisədə vəsiyyətnamə olsun, vəsiyyətnamə ilə onlara məcburi pay az çatsın, həmin vəsiyyətnamə ilə ötürülmüş miras əmlakda bağışlama olsun və məcburi payda azalma baş versin. Belə olan təqdirdə bu maddi hüquq normasına istinad etmək olardı. Hazırki mübahisədə isə bunlardan ümumiyyətlə söhbət gedə bilməz. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddiaçılar X20, İddiaçı2, İddiaçı3 Firudin qızı, İddiaçı4 və İddiaçı5 mənə, Naxçıvan “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusuna və Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışların ləğv edilməsi və miras əmlakda payların müəyyən edilməsi” tələbinə dair iddialarının əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar tərəfindən iddia tələbi dəqiqləşdirilərək Naxçıvan “Asan Xidmət Mərkəzi”ndə Notariat Ofisinin xüsusi notariusu X69 əvəzinə Naxçıvan Asan Xidmət Mərkəzində Notariat Ofisinin cavabdeh olaraq işə cəlb edilməsini xahiş etmişlər və bununla bağlı ərizəni təqdim etmişlər. Məhkəmə tərəfindən ərizə nəzərə alınaraq cavabdeh olaraq Naxçıvan Asan Xidmət Mərkəzində Notariat Ofisi cəlb edilərək nümayəndə məhkəmə iclasında iştirak etmişdir. İddiaçı4 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilmiş, məhkəmə iclasında iştirak etməmiş, nümayəndə vasitəsilə təmsil olunmuşdur. Məhkəmə İddiaçı4 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı və iddiaçılar İddiaçı3 Firudin qızının, İddiaçı5 və İddiaçı4 nümayəndəsi qismində izahat verən İddiaçı1 iddianı müdafiə edərək bildirmişdir ki, iddia ərizələrində hər şeyi qeyd edilmişdir. 10 il ərzində onlara vərəsəlik şəhadətnaməsi barədə nə notariat orqanı, nə də mərhum bacısı və ailəsi tərəfindən heç bir məlumat verilməyib. Onların ata evi anasının adına keçməyib ki, anası da Zəhra bacısına bağışlasın. Anası savadsız olub, o heç vaxt bacısına bağılaya bilməzdi. Atasının evində qala-qala rəhmətlik bacısının əri və uşaqları atasına aid bütün sənədləri götürüblər. Niyə vərəsələr həmin vaxt notariusa çağırmayıblar. Notarius və daşınmaz əmlak burada birbaşa cavabdehdirlər. Bu ilin aprel ayının 29-da onların 2007-ci ildə vərəsəlik şəhadətnaməsi verilməsini bilmişdir. Həmin evin yarısı anasının olmayıb, birgə əmlak olmayıb. Keçmiş dövrlərdə insanlar öz vəsaitləri hesabına evləri neçə qaydada gəldi tikirdilər və qeydiyyata salmırdılar. İndi əksər köhnə evlər belə hazırda qeydiyyata salınmayıb. Babası 1969-cu ildə vəfat edib. İstər atası olsun, istərsə də babası olsun, onlar neçə illər Naxçıvan sakinləri olublar. Özü bir oğlan övladı olduğu üçün heç vaxt baba əmlakını öz adına keçirtməyi düşünməmişdir. Sənədləşməni yubatmışlar, ancaq evi öz evi bilib və təmir işlərini aparmışlar. Bu dəqiqə hazırda bacısı Tünzalə 2014-cü ildən orada yaşayır. Atası öldükdən sonra rəsmi olaraq notariat ofisinə ərizə yazıb mirası qəbul etməmişlər. 1997-ci ilin avqustun 29-da atası vəfat edib, mirası özü idarə etmişdir. Pəncərələr qoymuşdur. Kommunal ödənişlərin çoxunu özü ödəmişdir. Zəhra bacısı atasının sağlığından ailəsi ilə orada yaşayır. Zəhranın evdə yaşamasının səbəbi isə həmin vaxt ailəsi ilə yaşadığı ev uçmuşdu və yaşamaq üçün evləri yox idi. Atası bildirdi ki, qalsınlar orada. Zəhra orada olduğu müddətdə bir neçə təmir işləri aparılmışdır, lakin bütün maddi xərci o qarşılamışdır. Hasar çəkdirmişdir. O evdə heç vaxt kirayə olmayıb. Bacısının ailəsinin orada yaşamasına etiraz etməmişlər. Bacısı vəfat etdikdən sonra bacısının ərinə görə onları o evdən çıxarmışlar. Həyətdə bir otaq ayrılmışdır və Nihada anasından nə çatırsa verilsin və həmin otaqda qala bilərdi. Ancaq bacısının övladlarının bu hərəkətini qəbul edə bilmirlər. Ona görə də qanuni qərar nədirsə o verilsin. İddianın təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında İddiaçı1 vəkili Vəkil izahatında iddianı müdafiə edərək bildirmişdir ki, heç bir vərəsəlik işi açılmayıb. Çıxarışda 9/14 pay Cavabdeh1 aid olub. Həmin əmlak baba miras əmlakdır. Mərhum Firudin kişiyə atadan qalıb. Heç ərizəni yazan şəxsin özünün yazıb yazmadığı da ciddi şübhələr yaradır. Çünki iddiaçıların mərhum anası Tutu xanım savadsız bir qadın olub. Əlavə olaraq Tutu xanımın adından bir ərizədə də bildirilir ki, guya əri Firudin kişindən miras qalmış payının yarısını Zəhraya verir. Hətta Samir və Cəmilə adlı şahidlərin də təsdiqli ərizələri vardır. Heç bilinmir ki, hansı ərizələrdən söhbət gedir. Həmin ərizələrin hüquqi əhəmiyyəti varmı? Bu əsaslı şübhələr doğurur. Şahidlər belə qeyd ediblər ki, heç bir həmin ərizələri xatırlamırlar və görməmişlər. Əgər cavabdehlər vaxtında bu vərəsəliklə bağlı məlumat versəydilər heç məsələ bu yerə gəlməzdi. Miras əmlakın bölüşdürülməsi ilə bağlı da qarşı tərəf heç bir məlumat verməyib. Əmlak üzərində vərəsəlik payları təzədən müəyyən edilib. Çıxarış ləğv edilməlidir. Həmin mülk Firudin kişinin babası Kalbalı Hacı adlı şəxsin mülkləri olub. Sonra həmin mülklər tədricən zamanla rəsmi qaydada alınıb və bir neçə obyektlər tikilib. Həmin əmlak birgə nikah dövründə əldə olunma kimi qiymətlədirilə bilməz. Yəqin ki, iddiaçılar payın 1/7 hissəyə münasibətdə Cavabdeh1 xeyrinə qəbul edərlər. 1955-ci ildə ev tikilməyib. Sadəcə tikintiyə rəsmiləşdirilmə aparılıb. Bu əmlak 1947-ci ildən mövcud olmuş bir əmlakdır. Bu gün iddiaçıların bibisi oğlu da çox yaşlıdır və hətta o da qeyd edir ki, ev Firudin kişinin atasından qalma bir köhnə evdir. Onlar çox yaşlıdır və onları şahid qismində dəvət edə bilməmişlər. İddiaçı4 əslində həmin razılıq ərizəsini verərkən nəzərdə tutub ki, öz payını qardaşı Fəxrəddin Quliyevə verib. Amma ərizənin məzmunu doğru yazılmayıb. İddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı5 izahatında iddianı müdafiə edərək bildirmişdir ki, o heç bir notariusa getməmişdir. Anası ilə həmişə danışandad deyirdi ki, Həcər bizə müdaxilə edir. Anam deyirdi ki, “Zəhra məndən pay istəyir.” O da deyirdi ki, “ana sənin bir oğlun var, belə etmə”. O vaxt Zəhranın ailə qurub getdiyi evləri uçurdu. Anası dedi ki, “gəlin qalın hələlik nə vaxt düzələr qayıdarsınız evinizə”. O notarius Cavid müəllimə də dedi ki, nəyə görə onlar evdəki sənədləri xəbərsiz aparıblar. Anası 2011-ci ildə rəhmətə getdi. Anası arada xəstələnirdi. Gedib qış fəslində qardaşının yanında qalırdı. Anası deyəndə ki, istəyir öz payını versin qızına, anası deyirdi ki Zəhra onu məcbur edir ki, ona pay ver. O həmin əmlakla bağlı heç bir iş görməmişdir. Qardaşı qabaqda olub ona görə bütün maddi vəsaiti o qoyubdur. 2012-ci ildə bacısının övladları evi tamam talayıb aparmışdılar. Hətda evin su krantlarını da söküb aparmışdılar. Yoxsa onları evdən qovan olmayıb. 2014-cü ildən həmin evdə o yaşayır. Qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı2 iddianı müdafiə edərək bildirmişdir ki, öz iddia ərizələrində hər şeyi qeyd etmişdir. Nihad çıxarışı gətirib Tünzaləyə təqdim edib deyib ki, evin 65%-i ona məxsusdur. Onda bunu bilmişlər. 1957- 1963-cü ilə qədər atası Şahbuzda işlədiyi üçün Şahbuzda qalmışlar. Həmin ev nənəsinin atasının mülküdür. Yəni babasının mülküdür. Atası ilə anasının birgə nikahında mülk olmayıb. Həmin ev babasının vaxtından 1 otaq, 1 dəhliz olub. Çox köhnə evdir. Həmin mülk valideynlərinin mülkü deyil. Bu ilin aprel ayının 2-də bilmişlər ki, anası öz payını Zəhra bacısına bağışlayıb. Guya evin 65%-i Nihada çatır. Hamısının səbəbi Nihadın atası edib. Bütün saxta sənədlər hazırlayıb. Zəhra bacısı və ailəsi 15 il həmin evdə qalıblar. 1971-ci ildə özü ailə qurmuşlar. Ailəsi ilə kirayə yaşayıb. Sonra ev almışlar. Atası 1997-ci ildə vəfat etdikdən sonra ata evi üçün heç nə etməmişdir. Atasının və anasının cənazə və yas mərasim xərclərini ancaq qardaşı Fəxrəddin edib. 1997-ci ildə atası vəfat edənsən sonra Zəhra bacısı ailəsi ilə həmin həyətə köçmüşdür. 15 il orada qalmışlar. Anasını ziyarət etmək üçün gedib gəlmişlər. Ancaq daimi qalmamışlar. İddianın təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı3 Firudin qızı iddianı müdafiə edərək bildirmişdir ki, öz iddia ərizələrində hər şeyi qeyd etmişlər. Qardaşı qabaqda olub və hər şeyi qardaşı edib, balkon, dəhliz düzəldib. Pəncərələrini dəyişib. Özü maddi xərc qoymamışdır. Özü 1975-ci ildə ailə qurmuşdur. Evlə bağlı heç bir ödəniş etməmişdir. Ata yurdu olub və daim gəlib getmişlər. Ora onların ata ocağı olub. Ora onlara pir kimi müqəddəs olub. Atasının qırx mərasiminə qədər gəlib getmişlər. Ancaq bütün xərcləri qardaşı Fəxrəddin edib. Atasının özü öz əli ilə vəsiyyətnamə yazmışdır ki, yaşadığı evi nəvəsi Məhəmmədə, maşınını isə digər nəvəsi Fəxrimə verir. Onlar heç düşünməmişlər ki, həmin vəsiyyətnaməni notariusa aparmaq lazımdır. Ancaq evin bütün sənədləri itəndə həmin vəsiyyətnamə də götürülmüşdür. İddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh təşkilat Naxçıvan Asan Xidmət Mərkəzində Notariat Ofisinin nümayəndəsi X45 izahatında bildirmişdir ki, paylar müəyyən edilərək əmlakın birgə nikah dövründə əldə olduğu nəzərə alınmışdır. Texniki pasportlar vardı notarius tərəfindən şəhadətnamə verilmişdir, texniki pasporta baxıb şəhadətnamə verilmişdir. 2007ci ildəki şəhadətnamədə artıq bölgü aparılmışdır. Sənədlərdə texniki səhvlik düzəldilib ki, əmlak birgə nikah dövründə əldə edilib. Texniki pasport əməlakda payın müəyyən edilməsi üçün kifayət edib. Birgə nikah dövründə əldə edilmiş əmlak hesab edib sənədləşmə aparılmıdşır. Doğru olub-olmamasını məhkəmə öz qərarını verəcək. Bəlkə də onlarda da haradasa gözdən qaçan mühüm şeylər olub. Şəhadətnamə verilərkən, əsasən müddətin buraxılmasını nəzərə alıb, araşdırma aparılır Nikah haqqında şəhadətnaməni araşdırıb ½ pay araşdırılır. Miras qoyan bağışlayanda əlbətdə ki, şəxsin imzası olmalıdr. İşin mahiyyəti və nəticəsi pay verənə izah edilirdi. Bəlkə də işin çoxluğu ilə bağlı vacibli hissələrə baxılmayıb. Digər vərəslərin çağırılıb-çağırılması ilə bağlı məlumatı yoxdur. İkinci vərəsəlik şəhadətnaməsi verilərkən Zəhra xanımın vərəsələrinə məlumat verilib. Zəhra xanımın mirasına baxdıqları üçün Tutu xanımın vərəsələrinə həmin vaxt məlumat verilməsinə ehtiyac bilməmişlər. Birinci şəhadətnamədə paylar münasibətdə düzəliş 2024-cü ilin əvvəlində aparılıbdır. Əvvəlki şəhadətnamədə paylar 1/7 və 2/7 kimi aparılmışdır, lakin sonra düzəliş edildi, əmlakın birgə nikah olması nəzərə alındı və 14/9 və 14/1 kimi düzəliş aparıldı. Düzəliş aparılan zaman vərəsələrin çağırılıb-çağırılmadığından məlumatı yoxdur. Qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında cavabdeh təşkilat Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin nümayəndəsi qismində izahat verən X31 iddianı qəbul etməyərək bildirmişdir ki, sadəcə vərəsəlik şəhadətnaməsi əsasında təmsil etdiyi orqan çıxarış vermişdir. Ölən şəxsin adına çıxarış verilməsi vərəslələr tərəfindən müraciət edilən zaman verilə bilər və hər hansı qeyri-qanuni hal yoxdur. İki dəfə notariat orqanı tərəfindən onlara şəhadətnamə göndərilmişdir, onlar da şəhadətnamə əsasında çıxarış vermişlər. Qanuni qərar verilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh qismində izahat verən Cavabdeh1 iddianı qəbul etməyərək bildirmişdir ki, evin əvvəlki texniki pasportu ondadır. Evin texniki pasportu 1963-cü ildə çıxıb. Ev isə 1955-ci ildə tikilib. Nənəsi ilə babasının nikahı 1947-ci ildə bağlanıb. 9/14 hissədən anasına verilməsini və öz paylarının 1/14 hissəsi olmasından iddiaçıların məlumatı olubdur. Sənədlərdən bilirdilər ki, evin 70%-i onlarındır. 2024-cü ilin aprel ayında özü xalasına məlumat veribdir. İdidaçıların da məlumatı olub. 2007-2024-cü ilədək iddiaçılar həmin evə gəlib gediblər. Onların evi uçmuşdur. Dayısı da anasına demişdir ki, “bu evdə siz qalırsız və sizindir.” Nənəsi öz iradəsinin ifadəsi ilə notariusa gedib. İnanmır ki, nənəsi digər övladlarına bu barədə deməsin. Kəsici müddət də ona görə qeyd edir ki, iddiaçıların məlumatı vardı. Həmin əmlak babası ilə nənəsinin birgə nikahında əldə olunub. Nikah nənəsi ilə babası arasında 1955-ci ildə baş tutub. Həmin daşınmaz əmlakın sənədləri onlarda var. Neçə illər atası nənəsinə baxıb o həyətə qulluq edib. Vərəsəlik şəhadətnaməsi tam və əsaslıdır. Analarına verilən qanuni sənədin tam qanuniliyini təsdiq edirlər. Bölgü ilə bağlı həmişə Tünzalə xalası problem yaradıb. Özləri də məlumatlı olub. Anasının 40 mərasimi günü xalaları və dayısı onları evdən çıxarmışlar. Anası Babək rayonu, Şəkərabad kəndində yaşayırdı. Ora gəlin köçmüşdü. Onların evi tamamilə demək olar ki, dağılmışdır. Tutu nənəsi özü demişdir ki, “gəlin qalın yanımda.” Onlar oraya köçmüşlər və bütün kommunal xərcləri özləri ödəmişlər. Qanuni qərar verilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında Cavabdeh1 nümayəndəsi qismində izahat verən X76 iddianı qəbul etməyərək bildirmişdir ki, qardaşı təhsil alanda həmin ev kirayə verilmişdi. O kirayə pulunu dayısı Nihada verirdi. Atası pis idi. Onların günahı nə idi. Qanuni qərar verilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında Cavabdeh1 nümayəndəsi qismində izahat verən X61 iddianı qəbul etməyərək bildirmişdir ki, Cavabdeh1 onun qardaşıdır. Nənəsi şüurlu və yazıb oxumağı bilən xanım idi. Notarius qaydasını deyib, onlar da o proseslərə əməl etmişlər. Həmin vaxt da o da orada olmuşdur. Şahidlərin özləri orada olub və deyiblər ki, bu proseslərdə heç bir qeyri-qanunilik yoxdur. Anası sağ olsaydı özü bu iddiaçıların cavabını verərdi. Fəxrəddin dayısı həmişə anasını arxayn edirmiş ki, “ata evimiz sənindir heç bir problem yoxdur.” Anasının da həmişə atası ilə dalaşmağı dayısının və xalalarının ucbatından olub. Onun o zaman 16 yaşı vardı. Anası digər xalalarına vərəsəlik barədə məlumat vermişdi. Telefon vasitəsilə anası hətta iddiaçılara bildirmişdir. Nənəsi də anasına demişdir ki, “nəyə görə sən onlara yalvarırsan mən öz payımı bağışlayacam sənə”. Babası öləndə kənddə yaşayırdılar. 1997-ci ildən 2012-ci ilə qədər orada yaşayıblar. Nənəsi demişdir ki, gəlin bizimlə qalın. O 1997-ci ilin sentyabr ayında nənəsigildən orta məktəbə gedibdir. Anası Dəmiryolunda işləyirdi, bütün kommunal ödənişlər, təmir-tikinti işlərini özü aparıbdır. Heç bir bacı-qardaşı maddi xərc qoymayıbdır. Çünki anası elə bilirdi ki, həmin ev ona çatıbdır. Anasının öz əl yazısı ilə yazdığı məktubu o dayısına veribdir. Onları anasının qırxı günü evdən çıxardılar. Bibilərinin köməyi ilə orda-burda qala-qala çətinliklə özlərinə ev düzəltdirlər. Qanuni qərar verilməsini xahiş etdi. Məhkəmənin qiymətləndirməsi: İş materiallarına əlavə olunmuş: 18 iyul 2007-ci il tarixli, 655273 nömrəli və 16 yanvar 2024-ci il tarixli çıxarışlara əsasən, X32 ilə X37 arasında 18 oktyabr 1947-ci il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına “Quliyeva” soyadı verilmişdir. V-JQ 285663 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən, X44 02 sentyabr 1997-ci il tarixdə vəfat etmişdir. 21 iyun 2007-ci il tarixli arayışa əsasən, mərhum X10 aşağıdakı vərəsələri vardır:
1. Həyat yoldaşı X50;
2. Qızı İddiaçı2;
3. Qızı İddiaçı3 Firudin qızı;
4. X5;
5. X12;
6. X7;
7. X17. 25 avqust 2005-ci il tarixli ərizənin surətinə əsasən, X50 həyat yoldaşı X21 miras qalmış əmlakda 1/2 hissə payından və qanun üzrə vərəsəlik hüququ əsasında ona çatan 1/7 hissə payından X17nın xeyrinə imtina etmişdir. 20 fevral 2003-cü il tarixli ərizənin surətinə əsasən, X46 X13ndan miras qalmış əmlakdan ona çatan payı qəbul edir və onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. 26 iyul 2007-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətinə əsasən, 02 sentyabr 1997-ci il tarixdə vəfat etmiş X10 vərəsələri 1/7 hissədə İddiaçı2, 1/7 hissədə İddiaçı3 Firudin qızı, 1/7 hissədə X26, 1/7 hissədə X38, 1/7 hissədə X33 və X34r (ona çatan pay 1/2 hissə və qanun üzrə vərəsəlik payı 2/7 hissə). Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş MH ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətinə əsasən, ünvan 3 ünvanında yerləşən, torpaq sahəsinin ölçüsü 0.0804 ha, ümumi sahəsi 59 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X25 adına qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********85- 10301, qeydiyyat nömrəsi: 4469, qeydiyyat tarixi: xx.xx.2007). AZ-İ 434464 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən, X50 17 noyabr 2011-ci il tarixdə vəfat etmişdir. Naxçıvan “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 798 nömrəli, 04 mart 2024-cü il tarixli arayışın surətinə əsasən, X46 05 aprel 1965-ci il tarixdə anadan olmuşdur. X13, anası X39r. Nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən, X77 ilə X46 arasında 09 avqust 1988-ci il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına “Həsənova” soyadı verilmişdir. Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş 378966 nömrəli, 16 fevral 2024-cü il tarixli çıxarışın surətinə əsasən, Cavabdeh1 xx xxxxxx 1996-cı il tarixdə anadan olmuşdur. X41, anası X35r. AZ-İ 493220 nömrəli, 12 fevral 2024-cü il tarixli çıxarışın surətinə əsasən, X46 26 iyul 2012-ci il tarixdə vəfat etmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 445 nömrəli, 12 fevral 2024-cü il tarixli arayışın surətinə əsasən, X8nın aşağıdakı vərəsələri vardır:
1. X51 1963-cü il təvəllüdlü;
2. X47 1989-cu il təvəllüdlü;
3. X42 1991-ci il təvəllüdlü;
4. Oğlu Cavabdeh1 1996-cı il təvəllüdlü. 24 yanvar 2024-cü il tarixli düzəlişin surətinə və Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportun təsdiqlənmiş surətinə əsasən, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən paylar 1/14 hissədə İddiaçı2, 1/14 hissədə İddiaçı3 Firudin qızının, 1/14 hissədə X9, 1/14 hissədə X19, 1/14 hissədə X15 və 9/14 hissədə X24 adınadır. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətinə və arayışın surətinə əsasən, ünvan 5 ünvanında yerləşən, torpaq sahəsinin ölçüsü 0.0804 ha, ümumi sahəsi 59 kv.m olan fərdi yaşayış evi 9/14 hissədə X24, 1/14 hissədə İddiaçı2, 1/14 hissədə İddiaçı3 Firudin qızının, 1/14 hissədə X9, 1/14 hissədə X19 və 1/14 hissədə X15 adına qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********85-10301, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2024). 18 fevral 2024-cü il tarixli ərizənin surətinə əsasən, X61 anası X24 ölümündən miras qalmış bütün əmlakdan imtina etmişdir. 03 mart 2024-cü il tarixli ərizənin surətinə əsasən, X76 anası X24 ölümündən miras qalmış bütün əmlakdan imtina etmişdir. 03 mart 2024-cü il tarixli ərizənin surətinə əsasən, X18 Zəhra Firudin qızının ölümündən miras qalmış bütün əmlakdan imtina etmişdir. 11 mart 2024-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətinə əsasən, 26 iyul 2012-ci il tarixdə vəfat etmiş X24 vərəsəsi 9/14 hissədə Cavabdeh1dur. Ərizənin surətinə əsasən, Cavabdeh1 anası X22 ona çatan paya dair onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətinə əsasən, ünvan 5 ünvanında yerləşən, torpaq sahəsinin ölçüsü 0.0804 ha, ümumi sahəsi 59 kv.m olan fərdi yaşayış evi 9/14 hissədə Cavabdeh1, 1/14 hissədə İddiaçı2, 1/14 hissədə İddiaçı3 Firudin qızının, 1/14 hissədə X9, 1/14 hissədə X19 və 1/14 hissədə X15 adına qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********85-10301, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2024). Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş 24 iyun 2024-cü il tarixli məktubun surətinə əsasən, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi X10 adına olmuşdur. 26 iyun 2007-ci il tarixdə Naxçıvan şəhər 2-ci DNKda qeydiyyata alınan 24-01-66 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə əsasında fərdi yaşayış evi 05 fevral 2024-cü il tarixdə paylı mülkiyyət hüququ üzrə 9/14 hissədə X24, 1/14 hissədə İddiaçı2, 1/14 hissədə İddiaçı3 Firudin qızının, 1/14 hissədə X9, 1/14 hissədə X19 və 1/14 hissədə X15 adına qeydiyyata alınmışdır. Naxçıvan Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 24 may 2024-cü il tarixli məktubunun surətinə əsasən, mərhum X25 və mərhum X29 adına elektron notariat sistemində vərəsəlik işinə və əmlakın özgəninkiləşdirilməsinə dair məlumat aşkar edilməmişdir. 2018-ci ildən Naxçıvan şəhər 1 saylı və 2 saylı Notariat Ofisləri xüsusi fəaliyyətə keçdiyi üçün arxivdə olan sənədlər Naxçıvan MR Ədliyyə Nazirliyinin Notariat və Qeydiyyat Şöbəsinin arxivinə təhvil verilmişdir. Həmçinin 11 mart 2024-cü il tarixli, 2V-93 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən Cavabdeh1 vəfat etmiş anası X22 miras qalmış 9/14 payına dair Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmişdir. “Elektron notariat” X1 Çıxarışın surətinə əsasən, 11 mart 2024-cü il tarixdə Cavabdeh1 vəfat etmiş anası X22 miras qalmış paya dair Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmişdir. 26 iyul 2007-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən, 02 sentyabr 1997-ci il tarixdə vəfat etmiş X10 vərəsələri 1/14 hissədə İddiaçı2, 1/14 hissədə İddiaçı3 Firudin qızı, 1/14 hissədə X26, 1/14 hissədə X38, 1/14 hissədə X33 və 9/14 hissədə X34r. Naxçıvan MR-in Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa və 16 iyul 2007-ci il tarixli, 1672 nömrəli arayışa əsasən, Naxçıvan şəhəri, Şahtaxtınski küçəsi, döngə 3-də 804.9 kv.m torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 47.0 kv.m yaşayış, 77.4 kv.m qeyri-yaşayış, 12.0 kv.m köməkçi sahəsən ibarət 21 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X10 adına daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 1275 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********64-1031275, qeydiyyat nömrəsi: 4469, qeydiyyat tarixi: xx.xx.2007). 11 iyun 2024-cü il tarixli notarial təsdiqli ərizəyə əsasən, İddiaçı4 X13ndan miras qalmış əmlakdan imtina etmişdir. 05 may 2022-ci il tarixli notarial təsdiqli ərizələrə əsasən, İddiaçı3 Firudin qızı və İddiaçı2 X4ndan miras qalmış əmlakdan imtina etmişlər. Məhkəmə iddia ərizəsini, izahatları və toplanmış sübutları əlaqəli şəkildə təhlil edərək iddia tələbinin qismən təmin edilməsi nəticəsinə gəlir və gəldiyi nəticəni aşağıdakı hallarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə оlan maddi hüquq nоrmalarına və işin baхılması zamanı qüvvədə оlan prоsessual hüquq nоrmalarına uyğun çıхarılmalıdır. Mülki prosessual qanunvericiliyin bu normasını rəhbər tutaraq məhkəmə belə hesab edir ki, hazırki iddia tələbinə həm qüvvədə olan, həm də qüvvədən düşmüş mülki qanunvericiliyin əmlak və vərəsəlik hüquq normalarına əsaslanmaqla hüquqi qiymətləndirmə aparılmalıdır. İstər iddia tələbi, istərsə də iddia tələbinə etiraz üzrə mübahisələndirilən ilkin hal miras əmlakın ər-arvadın birgə nikahı dövründə əldə edilmiş əmlak olub-olmamasıdır. Məhkəmə bu halın qiymətləndirilməsi üçün qeyd edir ki, iddia tələbinin bu hissədə əsasını həmin vaxt qüvvədə olan Azərbaycan SSRİ Nikah və Ailə Məcəlləsinin 23-cü maddəsi təşkil edir. Azərbaycan SSRİ Nikah və Ailə Məcəlləsinin 23-cü maddəsinə görə ər-arvadın nikah müddətində qazandıqları əmlak, o cümlədən mənzil tikintisi və bağ tikintisi kooperativlərinə verdikləri paylar onların ümumi birgə mülkiyyətidir. əmlakın ər və ya arvadın qazancı (gəliri) hesabına əldə edilib-edilməməsindən asılı olmayaraq ər-arvad bu əmlaka bərbaər sahiblik, istifadə və sərəncam hüququna malikdir. Azərbaycan SSRİ Mülki Məcəlləsinin 101-ci maddəsinə görə bir yerdə yaşayan ərarvadın və onların yetkinlik yaşına çatmayan uşaqlarının şəxsi mülkiyyətində şəxsi mülkiyyət hüququ və onların birinə məxsus və ya onların ümumi mülkiyyətində olan bir yaşayış evi (və ya evin bir hissəsi) ola bilər. İş materiallarında olan sənədlərdən aydın olur ki, X32 ilə X37 arasında 18 oktyabr 1947-ci il tarixdə nikah bağlanmışdır. Hazırda mübahisə predmeti olan daşınmaz əmlakın texniki pasportundan aydın olur ki, həmin texniki pasport 1963-cü ilin dekabr ayında təsdiq edilmişdir. Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin arxivində ünvan 6 ünvanının (keçmiş Azizbekova t.6) 1963-cü il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportdan əvvəl həmin fərdi yaşayış evinin hüquqmüəyyənedici sənədinin olub-olmaması barədə məlumat verilməsi barədə sorğu verilmiş, sorğuya cavab olaraq şəhər daxilində olan torpaqdan istifadə etmək ixtiyarı üçün 31 nömrəli torpaq qeydi məhkəməyə göndərilmişdir. Təqdim edilən torpaq qeydindən aydın olur ki, Torpaq Kodeksinin 192-ci maddəsi və şəhərlərdə torpaqları qaydaya salmaq xüsusunda əsasnamənin 8-ci maddəsinə əsasən X44 adına 1952-ci ilin 13 fevral tarixində 19/24 nömrəli torpaq qeydinin rəsmiləşdirilmişdir. İddiaçılar izahatlarında həmin torpaq sahəsi və üzərində olan daşınmaz əmlakın X30 atasından miras qaldığını qeyd etsələr də, məhkəmənin verdiyi suala cavab olaraq babasının 1969cu ildə vəfat etdiyini bildirmişlər. Buradan belə aydın olur ki, daşınmaz əmlak üzərində X25 adına torpaq qeydi rəsmiləşdirilən zaman yəni 1952-ci ildə onun atası sağ olmuşdur və həmin əmlak vərəsəlik qaydasında keçən əmlak kimi qiymətləndirilə bilməz. İddiaçı1 tərəfindən arxiv arayışı təqdim edilmiş, həmin arayışda 1949-cu ildə keçiriləcək icbari sığorta üzrə etdirənlərin adlı siyahısında mərhum X2 adı qeyd edilmiş, sığorta etdiyi məbləğ qeyd edilmişdir. Lakin həmin şəxsin hazırki miras əmlaka hüquqi bağlığı, statusu, hansı ünvan üzrə ödəmə aparması və bu əmlakın birgə nikah dövründə əldə edilməməsi əsasın ilə nə kimi əlaqəsi olmasına dair dübut təqdim edilməmişdir. Eləcə də sözügedən əmlakın nikahdan əvvəl və babasının mülkiyyətində olmasına dair iddiaçı tərəf bununla bağlı şahidlərin iştiraklarını təmin edə biləcəklərini bildirmişlər. Halbuki daşınmaz əmlakın hüquqmüəyyənedici sənədi texniki pasportudur. Həmin texniki pasportun həqiqiliyi mübahisələndirilmədiyi halda yəni etibarsızlığı ilə bağlı iddia tələbi olmadığı halda şahid ifadələri ilə həmin əmlakın nikahdan əvvəl mövcud olması-vərəsəlik qaydasında keçməsi barədə hər hansı sübutun hüquqi əhəmiyyəti də yoxdur. Buna görə də məhkəmə iddiaçıların iddia tələbinin ilk hissəsinə qiymət verərək belə hesab edir ki, ünvan 7 ünvanında yerləşən daşınmaz əmlak mərhumlar X44 ilə X29 birgə nikahı dövründə əldə edilmiş əmlakdır və həmin əmlak üzrə vərəsəlik hüququ müəyyən edilərkən hər birinin bərabər paylarına münasibətdə hüquqi qiymətləndirmə aparılmalıdır. İddia tələbində və iddia tələbinə etirazda mübahisələndirilən ikinci hal 26 iyul 2007-ci il tarixdə Naxçıvan Şəhər Notariat Kontorunda tərtib edilən vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız olub-olmaması məsələsidir. Məhkəmə həmin mübahisələndirilən hala hüquqi qiymət verilməsi üçün aşağıdakıları qeyd eməyi zəruri hesab edir. Mülki qanunvericilikdə vərəsəliyin açılması anı miras qoyan şəxsin ölümü ilə şərtləndirilmişdir. Miras qoyan X44 02 entyabr 1997-ci il tarixdə vəfat etmişdir. Belə olan halda hazırki tələbə 01 sentyabr 2000-ci ilə qədər qüvvədə olan Mülki Məcəllənin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının qüvvədən düşmüş Mülki Məcəlləsinin 527-ci maddəsinə görə vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Həmin Məcəllənin 528-ci maddəsinə görə vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 529-cu maddəsinə görə vərəsəliyin açıldığı yer miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir. Həmin Məcəllənin 552-ci maddəsinə görə mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirası yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Həmin Məcəllənin 556-cı maddəsinə görə qanun üzrə və ya vəsiyyət üzrə vərəsə vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ya ayrıca dövlət, kooperativ və ya sair ictimai təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər. Vərəsə vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüququ barədə şəhadətnamə verilməsinə dair ərizə verdikdə mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtina vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir. Həmin Məcəllənin 561-ci maddəsinə görə qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsələr vərəsəlik açılan yerin notariat kontorundan onların vərəsəlik hüququnu təsdiq edən şəhadətnamənin (vərəsəlik hüququ haqqında şəhadətnamənin) verilməsini xahiş edə bilərlər. Həmin Məcəllənin 562-ci maddəsinə görə vərəsələrə miras hüququ haqqında şəhadətnamə vərəsəlik açıldığı gündən altı ay küçdikdən sonra verilir. Notariat kontorunda şəhadətnamə almaq istədiyini bildirən şəxslərdən əlavə digər vərəsələrin olmaması barədə məlumat olduqda da istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsəlik zamanı, miras hüququ haqqında vətəndaşa şəhadətnamə vərəsəlik açıldığı gündən altı ay keçənə qədər verilə bilər. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 95-ci bəndinə görə vərəsəlik şəhadətnaməsi tərtib edilərkən mirasın tərkibinə əmlak daxildirsə, şəhadətnamənin mətnində onun ümumi sahəsi (yaşayış və yardımçı sahələr, yaşayış otağının sayı), ünvanı, ümumi mülkiyyətdən ölənə çatası pay (hissə), hansı hüquq müəyyənedici sənədə əsasən miras qoyana məxsus olması, eləcə də həmin əmlakın yüklü olub-olmamasına dair arayış barədə məlumatlar (tarixi, nömrəsi və s.), qeyri-yaşayış və torpaq sahələrinə dair müvafiq məlumatlar göstərilməlidir. Vərəsəlik şəhadətnaməsində hər bir vərəsəyə çatası pay (hissə), yetkinlik yaşına çatmayan vərəsə olduqda isə onun doğum tarixi göstərilməlidir. Bir neçə vərəsə olduqda əgər onların payı bərabərdirsə “...mirasdan bərabər hissələrdə irs almalıdırlar.”, yeganə vərəsə olduqda “...mirasdan irs almalıdır.”, vərəsələrə çatası paylar (hissələr) fərqli olduqda isə “...1/3 hissə, yaxud ...2/3 hissə” kimi ifadə olunmalıdır. Təlimanın 96-cı bəndinə görə vərəsəlik hüququ haqqında şəhadətnamə vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra verilir. Əgər notariusda şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik hüququ haqqında şəhadətnamə altı aydan tez də verilə bilər. Qanunla müəyyənləşdirilmiş müddətdə mirası qəbul etməyən vərəsələr mirası qəbul etmiş vərəsələrin hamısının razılığı ilə vərəsəlik şəhadətnaməsinə yazıla bilərlər. Razılıq vərəsəlik şəhadətnaməsi verilənədək yazılı surətdə ifadə edilməli və notariat qaydasında təsdiq olunmalıdır. Təlimatın 99-cu bəndinə görə vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Əgər vərəsələrdən biri miras payını qəbul etməkdən başqa vərəsənin xeyrinə imtina edərsə, belə hərəkət mirasın qəbul olunmaması sayılır. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: -vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; -mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; -mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; -mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; -miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Yuxarıda qeyd edilən normalardan da göründüyü kimi qüvvədən düşmüş Azərbaycan Respublikasının mülki qanunvericliyində vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirir: formal və qeyri-formal üsulunu. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə vərəsənin notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Qeyri-formal üsulun özü iki cür olur. 1.Miras əmlaka sahiblik etmək üsulu. 2.Miras əmlakı faktiki idarə etmək üsulu. Miras əmlaka faktiki sahiblik etmək üsulu odur ki, bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirib və ona sahib durur, onun üzərində fiziki “ağalıq edir”. Bu hərəkətlərdən vərəsənin mirası qəbul etmək niyyəti açıq-aşkar görünür və bəlli olur. Qeyri-formal üsulun ikinci növü miras əmlakı faktiki idarə etmək adlanır. Bir qayda olaraq vərəsə əmlaka yiyələndikdən sonra onu idarə etməyə başlayır. Miras əmlakın faktiki idarə edilməsi dedikdə vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımi vəziyyətdə saxlamaq, təmir etmək və ya saxlanılması üçün çəkilən xərcləri ödəmək, vergi ödəmək, sığorta haqqı və digər ödənişlər vermək və s. Naxçıvan Şəhər Məhkəməsinin müvafiq sorğusu əsasında Naxçıvan MR Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat şöbəsi tərəfindən Naxçıvan şəhər ikinci Dövlət Notariat Kontorunda rəsmiləşdirilmiş 26 iyul 2007-ci il tarixli2/V-01-66 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və rəsmiləşdirilən zaman toplanmış sənədlərin əks olunduğu notariat işi məhkəməyə göndərilmişdir. Həmin şəhadətnamədən aydın olur ki, X46 20 fevral 2003-cü ildə Naxçıvan şəhər İkinci Dövlət Notariat Kontoruna ərizə ilə müraciət edərək X81 M.o-dan miras qalmış Naxçıvan şəhər Şahtaxtınski küçəsi döngə 3/21 əmlakda ona çatan payı qəbul etdiyini və adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə vərəsəliyi qəbul edən şəxslərin X10 bütün vərəsələri göstərilmiş, həmin şəhadətnamədə xx.xx.1997-ci ildə vəfat etmiş X10 əmlakına vərəsələr ünvan 10-də yaşayanlar İddiaçı2 1/14, X38 1/14, X26 1/14, İddiaçı3 Firudin qızı 1/14, X33 1/14, X46 9/14 hissəsindən pay almalı olması, miras əmlakın ünvan 12-də torpaq sahəsində yerləşən bir mərtəbəli üç otaqlı 47 kv.m yaşayış 77.4 kv.m qeyri-yaşayış 12 kv.m köməkçi sahədən ibarətdir. Həmin şəhadətnamədə əvvəlcədən aparılmış bölgü ağardıcı ilə pozularaq mürəkkəb yazı ilə fərqli pay bölgüsü qeyd edilmiş, daha sonra şəhadətnamənin sonunda X24 9/14 hissə, digər vərəsələr 1/14 hissə pay almalıdır düzəlişinə inanılmalı yazılmış və imzalanmışdır. Qeyd edilən şəhadətnamədə əvvəlcədən aparılmış bölgünün nədən ibarət olması qeyd edilməmişdir. Halbuki məhkəməyə təqdim edilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə surət deyil əslidir. Sözügedən şəhadətnamə üzrə düzəlişdən əvvəlki bölgünün hansı qaydada aparılması yalnız cavabdeh təşkilat Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin nümayəndəsinin təqdim etdiyi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən aydın olmuşdur. Həmin şəhadətnamədən görünür ki, şəhadətnamədə bölgü İddiaçı2 1/7, X38 1/7, X26 1/7, İddiaçı3 Firudin qızı 1/7, X33 1/7, X36 çatan pay ½ hissə və qanun üzrə vərəsəlik payı 2/7 hissədən ibarətdir. Şəhadətnamənin surətinin arxa vərəqində düzəlişə inanmalı qeydi aparılmış, payların müəyyən edilməsi aşağıdakı kimi oxunsun İddiaçı2 1/14, X38 1/14, X26 1/14, İddiaçı3 Firudin qızı 1/14, X33 1/14, X46 9/14. Notariat işinin əslində Naxçıvan şəhər Şahtaxtınski 3/21 ünvanında yaşayan X50 tərəfindən Naxçıvan şəhər ikinci Dövlət Notariat Kontoruna ünvanlanmış ərizədən aydın olur ki, X50 həyat yoldaşı Quliyev F.M. oğlunun adına olan Naxçıvan şəhər Şahtaxtınski küçəsi ev 2/21-də birgə mülkiyyətdə olan əmlaklarından ona çatan pay hissəsini ½ payını və qanun üzrə vərəsəlik hüququ əsasında ona çatan 1/7 hissə miras payından X87nın xeyrinə imtina etmişdir. Cavabdeh1 12 avqust 2024-cü il tarixdə kəsici müddətin tətbiqinə dair ərizə ilə məhkəməyə üraciət etmişdir. Cavabdeh1 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1272-ci maddəsini qeyd etmiş, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2001-ci il tarixli 27 dekabr tarixli Qərarına istinad edərək Mülki Məcəllənin 375, 379-cu maddələri ilə vərəsələrin 17 il müddətində susması, şəhadətnaməniin varlığından məlumatları və xəbərləri olması, heç bir addım atmaması, özünün artıq mülkiyyətçi olmasına istina edərək iddiaçıların subyektiv hüquqlarını itirdiklərinin iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işin yuxarıda şərh olunmuş hallarına əsasən 16 iyul 2007-ci il tarixdə Naxçıvan şəhər ikinci Dövlət Notariat Kontorunda rəsmiləşdirilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsız hesab edilməsi nəticəsinə gəlir. Belə ki, iddia tələbi üzrə ilkin olaraq mübahsiələndirilən hala məhkəmə uyğun hüquqi qiymət verərək belə hesab etmişdir ki, mübahisəli əmlak ər-arvadın birgə nikahı dövründə əldə edilən əmlak olaraq qiymətləndirilməlidir. Belə olan halda 02 sentyabr 1997-ci ildə vəfat etmiş X21 qalan miras əmlakın həcmi ünvan 10 ünvanında yerləşən daşınmaz əmlakın ½ hissəsindən ibarətdir. Daşınmaz əmlakın qalan ½ hissəsi ümumi birgə mülkiyyət hüququ əsasında X40 məxsus olmuşdur. Notariat orqanı vərəsə X24 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizəsi əsasında şəhadətnamə verərkən miras qoyanın bütün vərəsələrini çağırmalı, onların mirası qəbul edib-etməmələri halını araşdırmalı, miras əmlakın kütləsini müəyyən etməli olduğu halda səthi formada yalnız mövcud sənədlər əsasında şəhadətnamə vermişdir. Eləcə də notariat orqanı tərəfindən mülki qanunvericiliyin və notariat hərəkətlərinin aparılması barədə Təlimatın tələbləri kobud formada pozularaq miras əmlakın kütləsinin bölüşdürülməsi məsələsini həll edərkən sağ olan vərəsənin-arvadın öz mülkiyyəti ilə bağlı məsələni də həll etmiş, vərəsə Tutu Quliyevanın ərizəsi nəzərə alınaraq ona məxsus ½ hissə digər vərəsə X36 münasibətdə pay verilərkən nəzərə alınmışdır. Halbuki mülkiyyətçinin öz mülkiyyəti üzərində sərəncam hüququnun rəsmiləşdirilməsi qaydası mülki qanunvericilikdə aydın şəkildə qeyd edilmişdir. Mülkiyyətçinin mülkiyyəti üzərində sərbəst sərəncam vermək hüququ daşınmaz əmlakla bağlı bağışlama, alqı-satqı müqavilələri ilə həyata keçirilməli və bu cür müqavilələr yazılı qaydada notariat qaydasında təsdiq edilməlidir. Yəni mülkiyyətdən ərizə verilməklə başqasının xeyrinə imtina edilməsi mülki qanunvericilikdə nəzərdə tutulmamışdır. Buna görə də qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə həmin hissədə etibarsız hesab edilməlidir. Eləcədə də qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin əslində Təlimata uyğun olmayan düzəlişin aparılması, pay bölgüsünün dəyişdirilməsi ilə bağlı qeydin aparılması notariat hərəkətlərinin həyata keçirilməsi zamanı daha bir kobud pozuntunun olmasına səbəb olmuşdur. İstər 2007-ci il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamə verilən zaman, istərsə də şəhadətnaməyə düzəliş ediən zaman vərəsələr notariat kontoruna çağırılmamışdır. Onların çağırılmaması notariat işinin materialları ilə təsdiq edilir. Məhkəmə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə edilən düzəlişin hər hansı hüquqi əhəmiyyəti olmaması əsası ilə əhəmiyyətsiz hesab edir. Lakin 2007-ci il tarixdə rəsmiləşdirilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə üzrə hər bir vərəsə üçün 1 payın müəyyyən edilməsini, X24 isə 2 payın müəyyən edilməsini əsaslı hesab edir. Belə ki, həmin vaxt sağ olmuş miras qoyan X25 vərəsəsi X50 ona vərəsəlik qaydasında keçən payın X17nın xeyrinə imtina etdiyini bildirmişdir. Tərəflərin izahatlarından X29 ərinin vəfatından sonra 1997-ci ildən vərəsəlik şəhadətnaməsi rəsmiləşdirilən vaxt da daxil olmaqla vəfat ediyi 2011-ci ilə qədər həmin ünvanda yaşaması təsdiq edilir. X23 ərindən qalan miras əmlakı qəbul etmiş, bir neçə müddət həmin əmlakdan yaşamaqla onu idarə etmiş, daha sonra ona çatan paydan qızının xeyrinə imtina etmişdir. X3 2007-ci il tarixdə yazdığı ərizə ilə öz iradə ifadəsini bəyan etdiyindən onun imtina etdiyi miras payı həcmində digər vərəsə X24 payının daha çox olması qanuni və əsaslıdır. Lakin mərhum X29 ona çatan əmlakın ½ hissəsindən ərizə qaydasında imtinasının heç bir hüquqi əsası olmamışdır. Bütün bunlara əsasən məhkəmə belə hesab edir ki, 2007-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən mərhum X25 mirası ünvan 11 ünvanında yerləşən daşınmaz əmlakın ½ hissəsi olmuşdur və şəhadətnamə rəsmiləşdirilən zaman həmin hissə üzrə miras əmlaka dair vərəsələr nəzərə alınmaqla paylar müəyyən edilməli idi. Buna görə də məhkəmə hesab edir ki, 2007-ci il tarixdə aparılmış notariat rəsmiləşdirilməsi zamanı bütün vərəsələrə pay müəyyən edilməsi və bir vərəsənin öz payından digər vərəsənin xeyrinə imtina etməsinə dair hərəkətləri qanunidir, digər hərəkətləri-miras əmlakdan başqa sağ olan vərəsənin mülkiyyətinin miras əmlak kütləsinə daxil edilməklə ümumi payın həcminin həmin kütləyə münasibətdə müəyyən edilməsi isə etibarsızdır. Məhkəmənin ünvanına X62 tərəfindən teleqram göndərilərək teleqramda qeyd edilmişdir ki, notariusun diqtəsi ilə qohumu X29 yazdığı ərizəni və imzasını təsdiq etdiyinə dair ərizə yazmışdır. Həmin ərizədə qeyd etdiyi X29 yazdığı ərizənin özünün görməmişdir və onun məzmunundan tarixindən xəbəri yoxdur. X50 təhsilsiz qadın olub və 2007-ci ildə kifayət qədər yaşlı və xəstə qadın idi. Lakin məhkəmə sözügedən teleqramın hər hansı proses tərəflərindən daxil olmadığı nəzərə alır eləcə də, həmin teleqramın şahid ifadəsi kimi qəbul edilməsi ilə bağlı məhkəmə mülki prosessual qanunvericilikdə şahidin statusunu və onun dinirilməsi qaydasını nəzərə alıb həmin teleqramın iş üzrə hər hansı hüquqi əhəmiyyət kəsb etməməsi kimi qiymətləndirir. Eləcə də məhkəmə kəsici müddətin hazırki vəziyyətdə tətbiq edilməməsi nəticəsinə gəlir və bu nəticəni aşağıdakı hallarla əsaslandırır. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarında qeyd edilir edir ki, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqd kimi hüquqi nəticələr yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisələndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Konstiusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Hazırki mübahisə üzrə məhkəmə iddiaçıların müvafiq vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi üçün “kəsici müddət”in keçməməsi nəticəsinə gəlir. Belə ki, 2007-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən vərəsələrin notariat orqanına çağırılmaması işin mübahisəsiz halıdır. Eləcə də istər miras qoyan Firudin Quliyevin vəfatından sonra Tutu Quliyevanın sağlılığında, istərsə də Tutu Quliyevanın və Zəhra Quliyevanın vəfatında sonra həmin əmlakla bağlı məhkəmə qaydasında hər hansı hüquqi mübahisənin olması işə baxılarkən müəyyən edilməmişdir. X49 vəfatından sonra sözügedən əmlak üzərində idarəçiliyi İddiaçı1 həyata keçirməsi, İddiaçı5 anasının və bacısının vəfatında sonra həmin əmlakda yaşayaraq onu mühafizə etməsi, digər iddiaçıların həmin əmlakla bağlı İddiaçı1 ilə bir mövqedə olması (buna münasibətdə notarial qaydada ərizə vermələri nəzərə alındıqda) da işin mübahisəsiz halıdır. Bu halda isə həmin əmlak üzərində hələ 2007-ci il tarixdə müvafiq qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsi barədə iddiaçıların 2024-cü ilə qədər məlumatlı olması işə baxılan zaman öz təsdiqini tapmır. Cavabdeh1 izahatında 2024-cü ildə xalasına bu barədə məlumat verdiyini bildirmişdir. Bundan sonra hüquqi çərçivədə müəyyən hərəkətlərin aparılması-notariat orqanına müraciət edilməsi, iddia ərizəsi verilməsi kimi hərəkətlərin nəticəsində məhkəmə iddiaçıların hüquqlarının pozulması barədə məlumat əldə etdikləri halın məhz 2024-cü il tarix olması nəticəsin gəlir və hesab edir ki, bu halda hər hansı müddətin tətbiqi müzakirə edilməməlidir və bunun nəticəsində cavabdehin ərizəsini əsaslı hesab etmir. Məhkəmə iddia tələbinin 26 iyul 2007-ci il tarixdə tərtib edilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinin qismən təmin edilərək şəhadətnamənin qismən etibarsız hesab edilməsi nəticəsinə gəlir və daşınmaz əmlak üzərində payın müəyyən edilməsi tələbinə münasibətdə isə hesab edir ki, ünvan 12 ünvanında yerləşən daşınmaz əmlakın mərhum X30 məxsus ½ hissə payına münasibətdə onun vərəsələrinin-iddiaçılar İddiaçı2 1/14, X38 1/14, X26 1/14, İddiaçı3 Firudin qızı 1/14, X33 1/14 hissə, və X8nın payı 2/14 hissə (1/7) hissə müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Məhkəmə iddiaçılar İddiaçı2, İddiaçı4 və İddiaçı3 Firudin qızının miras əmlakdan imtina etmələrinə dair notarial qaydada verilmiş ərizələrə münasibət bildirərək qeyd edir ki, həmin ərizələr miras qoyan şəxsin vəfatından sonra mülki qanunvericiliyin qeyd olunan normasında müəyyən edilmiş müddət ərzində verilmədiyindən onun hər hansı hüquqi əhəmiyyəti yoxdur. Məhkəmə hesab edir ki, 26 iyul 2007-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qismən etibarsız hesab edildiyindən onun əsasında verilmiş ünvan 5 ünvanında yerləşən reyestr nömrəsi **********85-10301, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın 9/14 hissəsi üzərində X24, 1/14 hissəsi üzərində İddiaçı2, 1/14 hissəsi üzərində İddiaçı3 Firudin qızının, 1/14 hissəsi üzərində X9, 1/14 hissəsi üzərində X19 və 1/14 hissəsi üzərində X15 mülkiyyət hüququnun olduğuna dair xx.xx.2024-cü il tarixdə verilmiş çıxarış ləğv edilməlidir. Mülki Prosessual Məcəllənin 218.1 və 218.3-cü maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunan maddələrin mənasına görə, işə baxan məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq edən, işin həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. Eyni zamanda, məhkəmə qətnamə çıxararkən iddia tələblərindən kənara çıxmamalı və iddiaçının dispozitiv hüququnu pozmamalıdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini aydın göstərməlidir (S.Əliyevanın şikayəti ilə əlaqədar 31 may 2006-cı il tarixli Qərar). Dispozitivlik prinsipinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik adlanan bu prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri gütürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərar). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qeyd etmişdir ki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır, xüsusilə məhkəmə təcrübəsində vahid qaydada tətbiq edilməlidir. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə olunacağına, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir (N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli qərarları) Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2016-cı il 12 iyul tarixli Qərar). Məhkəmə Konstitusiya Məhkəməsinin adları yuxarıda qeyd edilmiş Qərarlarında formalaşmış mövqeyini qeyd etməkdə məqsədi ondan ibarətdir ki, sözügedən daşınmaz əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak olmamaqla mərhum X25 əmlakı olması ilə əsaslandırılması və daşınmaz əmlak üzərində payların müəyyən edilməsi kimi iddia tələbi irəli sürlümüşdür. Məhkəmənin yuxarıda gəldiyi nəticədə sözügedən əmlakın birgə nikah dövründə əldə edilməsi hüquqmüəyyənedici sənədlə öz təsdiqini tapması qeyd edilmişdir. Həmin əmlakın mərhum X40 məxsus ½ hissəsi üzərində vərəsələrin payının müəyyən edilməsi iddia tələbindən kənara çıxılması hesab edilməməlidir. Ona görə ki, hüquqi müəyyənlik prinsipinə əsaslanmaqla miras əmlakın hüquqi taleyi ilə vərəslər arasında olan bütün məsələlərin bir iddia çərçivəsində həll edilməsi prosessual qənaət prinsipinə də uyğun hesab edilir. Məhkəmə mərhum X27 miras qalan mübahisə predmeti olan daşınmaz əmlakın ½ hissəsi üzərində vərəslərin payını müəyyən edərkən bu hissədə tələbin hüquqi əsasını miras qoyanın vəfat etdiyi qüvvədə olan yəni hazırki Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüquq normaları əsasında müəyyən edilməli olmasını nəzərə alır. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyul 2014-cü il tarixli Plenum Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin notariat kontoruna miras qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Mülki qanunvericiliyə görə miras əmlak açıldığı andan vərəsənin mülkiyyəti hesab edilir. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə miras qoyan X29 vərəsələrinin mirasın faktiki və formal əsaslarla qəbul edib-etməmələrini iş materiallarında olan sübutlarla araşdırmışdır. Araşadırılmış sübutlarla, tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, mərhum X29 vəfatından sonra həmin miras əmlak üç vərəsə tərəfindən qəbul edilmişdir. X8 anasının vəfatından sonra həmin miras əmlakda yaşamaqla mirası faktiki qəbul etmiş, iddiaçı X26 miras əmlakın idarəçiliyini həyata keçirməklə mirası faktiki qəbul etmiş, iddiaçı X33 isə uzun müddətdir həmin əmlakda yaşamaqla miras əmlakı faktiki qəbul etmişdir. Digər vərəsələrin izahatlarından mərhum analarının vəfatından sonra həmin əmlakın formal olaraq-notarial qaydada ərizə verməklə qəbul etməmələri aydın olmuş, faktiki olaraq miras əmlakı qəbul etmələri isə sübuta yetirilməmişdir. İşə baxılarkən kommunal ödənişlərin İddiaçı1 tərəfindən həyata keçirilməsi barədə qəbzlər təqdim edilmişdir. Buna görə də mərhum X27 miras qalan ünvan 11 ünvanında yerləşən daşınmaz əmlakın ½ hissəsi üzrə miras əmlak üç vərəsə arasında bərabər bölünməklə (1/2:3=1/6) hər birinin payı 1/6 hissədə müəyyən edilməlidir. Yəni İddiaçı1 mərhum anası X27 miras qalan daşınmaz əmlak üzərində payı 1/6 hissə, iddiaçı X15 mərhum anası X27 miras qalan daşınmaz əmlak üzərində payı 1/6 hissə və X8nın mərhum anası X27 miras qalan daşınmaz əmlak üzərində payı 1/6 hissə olaraq müəyyən edilməlidir. Bunların nəticəsində ünvan 13 ünvanında yerləşən mərhum X21 miras qalan daşınmaz əmlakın ½ hissəsi üzərində İddiaçı1 payı 1/14 hissə, ünvan 13 ünvanında yerləşən mərhum İddiaçı3 İsmayıl qızından miras qalan daşınmaz əmlakın ½ hissəsi üzərində 1/6 hissə olmaqla ümumi daşınmaz əmlak üzərində payı 10/42 hissə, İddiaçı2 ünvan 13 ünvanı üzrə mərhum X21 miras qalan daşınmaz əmlakın ½ hissəsi üzərində payı 1/14 hissə, İddiaçı3 Firudin qızının ünvan 13 ünvanında yerləşən mərhum X21 miras qalan daşınmaz əmlakın ½ hissəsi üzərində payı 1/14 hissə, İddiaçı4 ünvan 13 ünvanında yerləşən mərhum X21 miras qalan daşınmaz əmlakın ½ hissəsi üzərində payı 1/14 hissə, iddiaçı X15 ünvan 13 ünvanında yerləşən mərhum X21 miras qalan daşınmaz əmlakın ½ hissəsi üzərində payı 1/14 hissə, ünvan 13 ünvanı üzrə mərhum İddiaçı3 İsmayıl qızından miras qalan daşınmaz əmlakın ½ hissəsi üzərində payı 1/6 hissə olmaqla ümumi daşınmaz əmlak üzərində 10/42 hissə, X8nın ünvan 13 ünvanında yerləşən mərhum X21 miras qalan daşınmaz əmlakın ½ hissəsi üzərində 2/14 (1/7) hissə, ünvan 13 ünvanında yerləşən mərhum İddiaçı3 İsmayıl qızından miras qalan daşınmaz əmlakın ½ hissəsi üzərində payı 1/6 hissə olmaqla ümumi daşınmaz əmlak üzərində payı 13/42 hissə müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin Naxçıvan ASAN Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X68 tərəfindən verilmiş 11 mart 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə hissəsini mülki işin materiallarında mövcud olan sübutlar və işin araşdırılmış halları ilə müqayisəli təhlil edərək həmin hissədə tələbin qismən əsaslı olmaqla qismən təmin edilməsi nəticəsində gəlir və sözügedən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsız hesab edir. Belə ki, daşınmaz əmlak üzərində miras qoyan şəxslər X44 və X27 qalan ½ hissələr üzrə X8nın ümumi miras payının 13/42 hissə olması yuxarıda qeyd edilmişdir. Belə olan halda 2024-cü il tarixdə rəsmiləşdirilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə miras qoyan X24 payı düzgün müəyyən edilmədiyindən həmin hissədə şəhadətnamə etibarsızdır. Lakin qalan hissədə-yəni X24 digər vərəsələrinin mirasdan bir nəfərin-Cavabdeh1 xeyrinə imtina etmələri barədə ərizələrin və digər rəsmiləşdirilmə aparılması üçün zəruri olan sənədlərlə bağlı aparılmış notariat hərəkətlərinin etibarsızlığı işə baxılarkən sübut olunmamaqla yanaşı iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Firudin qızı, İddiaçı4 və İddiaçı5 həmin hissələrdə şəhadətnamənin etibarsızlığı üçün tələb irəli sürmək kimi subyektiv hüquqları da olmamışdır. Miras əmlak mülki qanunvericilikdə nəzərdə tutulan qalydada miras qoyanın birinci dərəcəli vərəsələri arasında vərəsəlik hüququ haqqında şəhadətnamə tərtib edilməklə rəsmiləşdirilmişdir. Tərtib edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qismən etibarsız hesab edilməklə X8ndan miras qalan ünvan 13 ünvanında yerləşən mərhum X21 miras qalan daşınmaz əmlakın ½ hissəsi üzərində 2/14 (1/7) hissə, ünvan 13 ünvanında yerləşən mərhum İddiaçı3 İsmayıl qızından miras qalan daşınmaz əmlakın ½ hissəsi üzərində payı 1/6 hissə olmaqla ümumi daşınmaz əmlak üzərində payı 13/42 hissə payına vərəsə Cavabdeh1 nəzərə alındığından cavabdehin mərhum anasından qalan miras əmlakda-ünvan 13 ünvanı üzrə payı 13/42 hissə olaraq müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, 11 mart 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qismən etibarsız hesab edildiyindən onun əsasında verilmiş ünvan 5 ünvanında yerləşən reyestr nömrəsi **********5-10301, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın 9/14 hissəsi üzərində Cavabdeh1, 1/14 hissəsi üzərində İddiaçı2, 1/14 hissəsi üzərində İddiaçı3 Firudin qızının, 1/14 hissəsi üzərində X9, 1/14 hissəsi üzərində X19 və 1/14 hissəsi üzərində X15 mülkiyyət hüququnun olduğuna dair xx.xx.2024-cü il tarixdə verilmiş çıxarış ləğv edilməlidir. Məhkəmə iddia tələbinin sonuncu hissəsi üzrə qeyd edir ki, işin yuxarıda şərh olunmuş halları ilə daşınmaz əmlak üzərində hər bir vərəsənin payı müəyyən edildiyindən və həmin paylar konkret olaraq göstərildiyindən vərəsələr qətnamə ilə müəyyən edilmiş qaydada vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün notariat orqanlarına müraciət etmək hüquqlarına malikdirlər. Nəticə: Yuxarıda qeyd edilən halları ümumiləşdirib məhkəmə aşağıdakı nəticəyə gəlir: -İddia qismən əsaslı olduğundan qismən təmin edilməli, - Naxçıvan şəhər İkinci Dövlət Notariat Kontorunun notariusu C.Ə.Eyvazov tərəfindən verilmiş 26 iyul 2007-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qismən etibarsız hesab edilməli, - Naxçıvan şəhər ikinci Dövlət Notariat Kontorunun notariusu C.Ə.Eyvazov tərəfindən verilmiş 26 iyul 2007-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmiş, ünvan 5 ünvanında yerləşən reyestr nömrəsi **********85- 10301, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın 9/14 hissəsi üzərində X24, 1/14 hissəsi üzərində İddiaçı2, 1/14 hissəsi üzərində İddiaçı3 Firudin qızının, 1/14 hissəsi üzərində X9, 1/14 hissəsi üzərində X19 və 1/14 hissəsi üzərində X15 mülkiyyət hüququnun olduğuna dair xx.xx.2024-cü il tarixdə verilmiş çıxarış ləğv edilməli, - Naxçıvan ASAN Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X68 tərəfindən verilmiş 11 mart 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qismən etibarsız hesab edilməli, -Naxçıvan ASAN Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X68 tərəfindən verilmiş 11 mart 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmiş, ünvan 5 ünvanında yerləşən reyestr nömrəsi **********85- 10301, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın 9/14 hissəsi üzərində Cavabdeh1, 1/14 hissəsi üzərində İddiaçı2, 1/14 hissəsi üzərində İddiaçı3 Firudin qızının, 1/14 hissəsi üzərində X9, 1/14 hissəsi üzərində X19 və 1/14 hissəsi üzərində X15 mülkiyyət hüququnun olduğuna dair xx.xx.2024-cü il tarixdə verilmiş çıxarış ləğv edilməli- - ünvan 13 ünvanı üzrə mərhum X21 miras qalan daşınmaz əmlakın ½ hissəsi üzərində İddiaçı1 payı 1/14 hissə, həmin ünvan üzrə mərhum İddiaçı3 İsmayıl qızından miras qalan daşınmaz əmlakın ½ hissəsi üzərində payı 1/6 hissə olmaqla ümumi daşınmaz əmlak üzərində payı 10/42 hissə, İddiaçı2 ünvan 13 ünvanında yerləşən mərhum X21 miras qalan daşınmaz əmlakın ½ hissəsi üzərində payı 1/14 hissə, İddiaçı3 Firudin qızının ünvan 13 ünvanında yerləşən mərhum X21 miras qalan daşınmaz əmlakın ½ hissəsi üzərində payı 1/14 hissə, İddiaçı4 ünvan 13 ünvanında yerləşən mərhum X21 miras qalan daşınmaz əmlakın ½ hissəsi üzərində payı 1/14 hissə, iddiaçı X15 ünvan 13 ünvanında yerləşən mərhum X21 miras qalan daşınmaz əmlakın ½ hissəsi üzərində payı 1/14 hissə, həmin ünvanda mərhum İddiaçı3 İsmayıl qızından miras qalan daşınmaz əmlakın ½ hissəsi üzərində payı 1/6 hissə olmaqla ümumi daşınmaz əmlak üzərində payı 10/42 hissə, X8nın ünvan 13 ünvanında yerləşən mərhum X21 miras qalan daşınmaz əmlakın ½ hissəsi üzərində 2/14 (1/7) hissə, həmin ünvan üzrə mərhum İddiaçı3 İsmayıl qızından miras qalan daşınmaz əmlakın ½ hissəsi üzərində payı 1/6 hissə olmaqla ümumi daşınmaz əmlak üzərində payı 13/42 hissə, X8ndan miras qalan ünvan 13 ünvanı üzrə 13/42 hissə payına münasibətdə həmin 13/42 hissədə Cavabdeh1 payı müəyyən edilməli, -İddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə məsrəflərinə münasibət bildirərək məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən İddiaçı1 tərəfindən Hökümət ödəniş portalında və ya AsanPay vasitəsilə ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun 50 (əlli) manat hissə Cavabdeh1 tutularaq İddiaçı1 ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
qətetdi:
İddia qismən təmin edilsin. Naxçıvan şəhər ikinci Dövlət Notariat Kontorunun notariusu C.Ə.Eyvazov tərəfindən verilmiş 26 iyul 2007-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qismən etibarsız hesab edilsin. Naxçıvan şəhər ikinci Dövlət Notariat Kontorunun notariusu C.Ə.Eyvazov tərəfindən verilmiş 26 iyul 2007-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmiş, ünvan 5 ünvanında yerləşən reyestr nömrəsi **********85-10301, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın 9/14 hissəsi üzərində X24, 1/14 hissəsi üzərində İddiaçı2, 1/14 hissəsi üzərində İddiaçı3 Firudin qızının, 1/14 hissəsi üzərində X9, 1/14 hissəsi üzərində X19 və 1/14 hissəsi üzərində X15 mülkiyyət hüququnun olduğuna dair xx.xx.2024-cü il tarixdə verilmiş çıxarış ləğv edilsin. Naxçıvan ASAN Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X68 tərəfindən verilmiş 11 mart 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qismən etibarsız hesab edilsin. Naxçıvan ASAN Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X68 tərəfindən verilmiş 11 mart 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmiş, ünvan 5 ünvanında yerləşən reyestr nömrəsi **********85- 10301, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın 9/14 hissəsi üzərində Cavabdeh1, 1/14 hissəsi üzərində İddiaçı2, 1/14 hissəsi üzərində İddiaçı3 Firudin qızının, 1/14 hissəsi üzərində X9, 1/14 hissəsi üzərində X19 və 1/14 hissəsi üzərində X15 mülkiyyət hüququnun olduğuna dair xx.xx.2024-cü il tarixdə verilmiş çıxarış ləğv edilsin. ünvan 13 ünvanında yerləşən mərhum X21 miras qalan daşınmaz əmlakın ½ hissəsi üzərində İddiaçı1 payı 1/14 hissə, həmin ünvanda mərhum İddiaçı3 İsmayıl qızından miras qalan daşınmaz əmlakın ½ hissəsi üzərində payı 1/6 hissə olmaqla ümumi daşınmaz əmlak üzərində payı 10/42 hissə, İddiaçı2 ünvan 14 ünvanında yerləşən mərhum X21 miras qalan daşınmaz əmlakın ½ hissəsi üzərində payı 1/14 hissə, İddiaçı3 Firudin qızının ünvan 13 ünvanında yerləşən mərhum X21 miras qalan daşınmaz əmlakın ½ hissəsi üzərində payı 1/14 hissə, İddiaçı4 ünvan 13 ünvanında yerləşən mərhum X21 miras qalan daşınmaz əmlakın ½ hissəsi üzərində payı 1/14 hissə, iddiaçı X15 ünvan 13 ünvanında yerləşən mərhum X21 miras qalan daşınmaz əmlakın ½ hissəsi üzərində payı 1/14 hissə, həmin ünvanda mərhum İddiaçı3 İsmayıl qızından miras qalan daşınmaz əmlakın ½ hissəsi üzərində payı 1/6 hissə olmaqla ümumi daşınmaz əmlak üzərində payı 10/42 hissə, X8nın ünvan 13 ünvanında yerləşən mərhum X21 miras qalan daşınmaz əmlakın ½ hissəsi üzərində 2/14 (1/7) hissə, həmin ünvanda mərhum İddiaçı3 İsmayıl qızından miras qalan daşınmaz əmlakın ½ hissəsi üzərində payı 1/6 hissə olmaqla ümumi daşınmaz əmlak üzərində payı 13/42 hissə, X8ndan miras qalan ünvan 14 ünvanında yerləşən 13/42 hissə payına münasibətdə isə həmin 13/42 hissədə Cavabdeh1 payı müəyyən edilsin. İddia qalan hissədə rədd olunsun. İddiaçı1 tərəfindən Hökümət ödəniş portalı vasitəsilə ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun 50 (əlli) manat hissəsi Cavabdeh1 tutularaq İddiaçı1 ödənilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Gülnar Səfərəliyeva.