Məhkəmə qərarları › İş №e-2(078)-415/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-415/2023

07.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-415/2023 07.04.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, ünvan 1 ünvanında yerləşən İddiaçı Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və iddia ərizəsinə əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y yə n e t d i m: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış BL147247 saylı, 24 may 2018-ci il tarixli X2 əsasən yaranmış 167.59 (yüz altmış yeddi manat əlli doqquz qəpik) manat əsas borcun, 16.75 (on altı manat yetmiş beş qəpik) manat cərimə borcunun, ümumilikdə 184.34 (yüz səksən dörd manat otuz dörd qəpik) manat borcun, BL073303 saylı, 24 sentyabr 2017-ci il tarixli X2 əsasən yaranmış 84.72 (səksən dörd manat yetmiş iki qəpik) manat əsas borcun, 8.47 (səkkiz manat qırx yeddi qəpik) manat cərimə borcunun, ümumilikdə 93.19 (doxsan üç manat on doqquz qəpik) manat borcun, cəmi 277.53 (iki yüz yetmiş yeddi manat əlli üç qəpik) manat borcun və 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında BL073303 saylı, 24 sentyabr 2017-ci il tarixli və BL147247 saylı, 24 may 2018-ci il tarixli X3 bağlandığını, cavabdehin BL147247 saylı, 24 may 2018-ci il tarixli müqavilənin 1 saylı əlavəsində göstərilən əşyaya görə 12 ay müddətinə hər ayın 24-dən gec olmamaqla, 55 manat ödəməyi öhdəsinə götürdüyünü, cavabdehin BL073303 saylı, 24 sentyabr 2017-ci il tarixli müqavilənin 1 saylı əlavəsində göstərilən əşyaya görə 18 ay müddətinə hər ayın 24-dən gec olmamaqla, 27 manat ödəməyi öhdəsinə götürdüyünü, cavabdehin qeyd olunan müqavilələrin öhdəliklərini lazımınca icra etməyərək, aylıq ödənişləri vaxtında ödəmədiyini və bununla da, müqavilə şərtlərini pozduğunu, cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, onun müqavilə üzrə götürdüyü öhdəlikləri könüllü yerinə yetirmədiyini, borca dair arayışlardan BL073303 saylı, 24 sentyabr 2017-ci il tarixli və BL147247 saylı, 24 may 2018-ci il tarixli X3 üzrə Cavabdeh İddiaçı MMC-yə 252.31 (iki yüz əlli iki manat otuz bir qəpik) manat əsas borc, 25.22 (iyirmi beş manat iyirmi iki qəpik) manat hesablanmış cərimə borcu, ümumilikdə 277.53 (iki yüz yetmiş yeddi manat əlli üç qəpik) manat borcunun olduğunun göründüyünü, bunları nəzərə alaraq, İddiaçı ilə Cavabdeh arasında bağlanmış BL147247 saylı, 24 may 2018-ci il tarixli X2 əsasən yaranmış 167.59 (yüz altmış yeddi manat əlli doqquz qəpik) manat əsas borcun, 16.75 (on altı manat yetmiş beş qəpik) manat cərimə borcunun, ümumilikdə 184.34 (yüz səksən dörd manat otuz dörd qəpik) manat borcun, BL073303 saylı, 24 sentyabr 2017-ci il tarixli X2 əsasən yaranmış 84.72 (səksən dörd manat yetmiş iki qəpik) manat əsas borcun, 8.47 (səkkiz manat qırx yeddi qəpik) manat cərimə borcunun, ümumilikdə 93.19 (doxsan üç manat on doqquz qəpik) manat borcun, cəmi 277.53 (iki yüz yetmiş yeddi manat əlli üç qəpik) manat borcun və 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: İddiaçı ilə Cavabdeh arasında 24 sentyabr 2017-ci il tarixdə bağlanmış BL073303 nömrəli X1 1.1-ci bəndinə əsasən, satıcı bu müqaviləyə əsasən qiyməti 497 AZN olan avadanlığı alıcıya verməyi, alıcı isə onu qəbul edib, avadanlığın qiymətini satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, alıcı ödənişini gecikdirdiyi halda hər gün üçün gecikdirilən məbləğin 0.2%-i həcmində cərimə ödəyir. 06 fevral 2023-cü il tarixli borca dair arayışa əsasən, Cavabdeh İddiaçınə 84.72 (səksən dörd manat yetmiş iki qəpik) manat əsas borc, 8.47 (səkkiz manat qırx yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 93.19 (doxsan üç manat on doqquz qəpik) manat borcu vardır. İddiaçı ilə Cavabdeh arasında 24 may 2018-ci il tarixdə bağlanmış BL147247 nömrəli X1 1.1-ci bəndinə əsasən, satıcı bu müqaviləyə əsasən qiyməti 658 AZN olan avadanlığı alıcıya verməyi, alıcı isə onu qəbul edib, avadanlığın qiymətini satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, alıcı ödənişini gecikdirdiyi halda hər gün üçün gecikdirilən məbləğin 0.2%-i həcmində cərimə ödəyir. 06 fevral 2023-cü il tarixli borca dair arayışa əsasən, Cavabdeh İddiaçınə 167.59 (yüz altmış yeddi manat əlli doqquz qəpik) manat əsas borc, 16.75 (on altı manat yetmiş beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 184.34 (yüz səksən dörd manat otuz dörd qəpik) manat borcu vardır. Məhkəmə sübutları obyektiv, qərəzsiz, qanunauyğun olaraq araşdırıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 17 fevral 2023-cü il tarixdə daxil olmuş iddia ərizəsi üzrə 20 fevral 2023-cü il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə, Cavabdeh BL147247 nömrəli, 24 may 2018-ci il tarixli X4 üzrə 167.59 (yüz altmış yeddi manat əlli doqquz qəpik) manat əsas borc və 16.75 (on altı manat yetmiş beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 184.34 (yüz səksən dörd manat otuz dörd qəpik) manat borc, BL073303 nömrəli, 24 sentyabr 2017-ci il tarixli X4 üzrə 84.72 (səksən dörd manat yetmiş iki qəpik) manat əsas borc və 8.47 (səkkiz manat qırx yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 93.19 (doxsan üç manat on doqquz qəpik) manat borc, ümumilikdə isə 277.53 (iki yüz yetmiş yeddi manat əlli üç qəpik) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumunun əvəzi alınaraq, İddiaçı xeyrinə tutulmalıdır. Belə ki, cavabdeh müqavilələrin şərtlərini pozmuşdur. 06 fevral 2023-cü il tarixli borca dair arayışa əsasən, Cavabdeh İddiaçınə 84.72 (səksən dörd manat yetmiş iki qəpik) manat əsas borc, 8.47 (səkkiz manat qırx yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 93.19 (doxsan üç manat on doqquz qəpik) manat borcu vardır. 06 fevral 2023-cü il tarixli borca dair arayışa əsasən, Cavabdeh İddiaçınə 167.59 (yüz altmış yeddi manat əlli doqquz qəpik) manat əsas borc, 16.75 (on altı manat yetmiş beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 184.34 (yüz səksən dörd manat otuz dörd qəpik) manat borcu vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh BL147247 nömrəli, 24 may 2018-ci il tarixli X4 üzrə 167.59 (yüz altmış yeddi manat əlli doqquz qəpik) manat əsas borc və 16.75 (on altı manat yetmiş beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 184.34 (yüz səksən dörd manat otuz dörd qəpik) manat borc, BL073303 nömrəli, 24 sentyabr 2017-ci il tarixli X4 üzrə 84.72 (səksən dörd manat yetmiş iki qəpik) manat əsas borc və 8.47 (səkkiz manat qırx yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 93.19 (doxsan üç manat on doqquz qəpik) manat borc, ümumilikdə isə 277.53 (iki yüz yetmiş yeddi manat əlli üç qəpik) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumunun əvəzi alınaraq, İddiaçı xeyrinə tutulsun. Tərəflər qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar