Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-468/2024 14.02.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsini nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, paltaryuyan LG, çaydan Bianco 2-li, hoffmann Siac kondisioner üçün 1568.8 (bir min beş yüz altmış səkkiz manat səksən qəpik) manat ödənilməmiş hissə, 156.2 (yüz əlli altı manat iyirmi qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Toshiba LED TV üçün, 326.4 (üç yüz iyirmi altı manat qırx qəpik) manat ödənilməmiş hissə, 32.6 (otuz iki manat altmış qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, soyuducu Hoffmann üçün 848 (səkkiz yüz qırx səkkiz) manat ödənilməmiş hissə, 84 (səksən dörd) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, mikrodalğalı soba Hoffmann, şirə çəkən Gorenje, metbext Destirondell Deya, İMEİ kodu **********75100 Eları Nanophone C markalı telefon, İMEİ kodu **********68774 Eları Nanophone C markalı telefon üçün 655.6 (altı yüz əlli beş manat altmış qəpik) manat ödənilməmiş hissə, 65.4 (altmış beş manat qırx qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 3737 (üç min yeddi yüz otuz yeddi) manat borc və 57.37 (əlli yeddi manat otuz yeddi qəpik) manat ödənilmiş dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Yuxarıda qeyd olunan iddia ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı "xxxx" MMC məhkəməyə təqdim etdiyi iddia ərizəsində cavabdeh kimi Cavabdeh göstərmişdir. Belə ki, Elektron portaldan alınmış məlumatdan məlum olmuşdur ki, Cavabdeh 24 noyabr 2022-ci il tarixdə vəfat etmişdir. Bu isə o deməkdir ki, iddia tələbi hazırda sağ olmayan şəxsə qarşı qaldırılıb. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunur ki, barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Qanunvericiliyin yuxarıda qeyd olunan normasında aydın olur ki, prosessual hüquq varisliyinə iş məhkəmənin icraatına daxil olduqdan sonra yol verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə iddia ərizəsinin forma və məzmunu müəyyən edilmişdir. Həmin maddəyə əsasən iddia ərizəsində göstərilməli olan məlumatlardan biri də işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanlarıdır. Həmin Məcəllənin 46-cı maddəsinə əsasən işdə iştirak edən şəxslər dedikdə tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar başa düşülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 50.1-ci maddəsində isə qeyd olunur ki, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1 və 152.1.1-ci maddələrinin tələbinə görə iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarır. Yuxarıda qeyd olunan prosessual hüquq normalarının ümumi təhlilindən aydın olur ki, hazırki vəziyyətdə iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsinin forma və məzmununa əməl edilməmişdir. İddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı olduğundan Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsini rəhbər tutaraq məhkəmə iddiaçıya izah edir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrində bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılmalı olması nəzərdə tutulduğundan, iddiaçı təşkilat "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 57.37 (əlli yeddi manat otuz yeddi qəpik) manat dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı təşkilat "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 57.37 (əlli yeddi manat otuz yeddi qəpik) manat dövlət rüsumu geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə verilə bilər. Hakim: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №e-2(078)-468/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-468/2024
14.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver