Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-470/2022 17.05.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 73 A ünvanında yerləşən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 03 iyul 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********72996 olan Xiaomi Mi 9 SE markalı telefon üçün 200 (iki yüz) manat ödənilməmiş hissənin, 20 (iyirmi) manat cərimənin, 04 yanvar 2020-ci il tarixli müqaviləyə əsasən Samsung LED televizor üçün 121.2 (yüz iyirmi bir manat iyirmi qəpik) manat ödənilməmiş hissənin, 12 (on iki) manat cərimənin, 28 fevral 2020-ci il tarixli müqaviləyə əsasən Dect Panasonic ev telefonu üçün 32.6 (otuz iki manat altmış qəpik) manat ödənilməmiş hissənin, 3 (üç) manat cərimənin, 23 may 2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********21978 olan X1 9S markalı telefon üçün 425.2 (dörd yüz iyirmi beş manat iyirmi qəpik) manat ödənilməmiş hissənin, 42 (qırx iki) manat cərimənin, ümumilikdə 856 (səkkiz yüz əlli altı) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ərizəni onunla əsaslandırmışdır ki, cavabdehin "xxxx" MMC ilə bağladığı 03 iyul 2019-cu il, 04 yanvar 2020-ci il, 28 fevral 2020-ci il və 23 may 2020-ci il tarixli müqavilələrə əsasən İMEİ kodu **********72996 olan Xiaomi Mi 9 SE markalı telefon, Samsung LED televizor, Dect Panasonic ev telefonu və İMEİ kodu **********21978 olan X1 9S markalı telefon aldığını və nəticədə 856 (səkkiz yüz əlli altı) manat borcun yarandığını, cavabdehin müqavilənin şərtlərini pozduğunu və nəticədə 03 iyul 2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 950 (doqquz yüz əlli) manat (18 ay x 50 manat + 50 manat ilkin ödəniş) olan İMEİ kodu **********72996 olan Xiaomi Mi 9 SE markalı telefon üçün ümumilikdə 220 (iki yüz iyirmi) manat olmaqla, ondan 200 (iki yüz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 20 (iyirmi) manat cərimə pulu, 04 yanvar 2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 500.4 (beş yüz manat qırx qəpik) manat (12 ay x 41.7 manat + 0 manat ilkin ödəniş) olan Samsung LED televizor üçün ümumilikdə 133.2 (yüz otuz üç manat iyirmi qəpik) manat olmaqla, ondan 121.2 (yüz iyirmi bir manat iyirmi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 12 (on iki) manat cərimə pulu, 28 fevral 2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 74.4 (yetmiş dörd manat qırx qəpik) manat (12 ay x 6.2 manat + 0 manat ilkin ödəniş) olan Dect Panasonic ev telefonu üçün ümumilikdə 35.6 (otuz beş manat altmış qəpik) manat olmaqla, ondan 32.6 (otuz iki manat altmış qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 3 (üç) manat cərimə pulu, 23 may 2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 649.8 (altı yüz qırx doqquz manat səksən qəpik) manat (18 ay x 36.1 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********21978 olan X1 9S markalı telefon üçün ümumilikdə 467.2 (dörd yüz altmış yeddi manat iyirmi qəpik) manat olmaqla, ondan 425.2 (dörd yüz iyirmi beş manat iyirmi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 42 (qırx iki) manat cərimə pulu borcunun yarandığını, cavabdehin cəmi ödədiyi məbləğin 1395.6 manat təşkil etdiyini, cavabdehlə aralarında bağlanmış 03 iyul 2019-cu il, 04 yanvar 2020-ci il, 28 fevral 2020-ci il və 23 may 2020-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından cavabdehin əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil aldığının göründüyünü, cavabdehlə aralarında olan telefon danışığından, həmçinin göndərdikləri 18 dekabr 2021-ci il tarixli xəbərdarlıq məktubundan mübahisənin məhkəmədənkənar həll olunmasını, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəfin müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etmədiyini, bunları nəzərə alaraq, 03 iyul 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********72996 olan Xiaomi Mi 9 SE markalı telefon üçün 200 (iki yüz) manat ödənilməmiş hissənin, 20 (iyirmi) manat cərimənin, 04 yanvar 2020-ci il tarixli müqaviləyə əsasən Samsung LED televizor üçün 121.2 (yüz iyirmi bir manat iyirmi qəpik) manat ödənilməmiş hissənin, 12 (on iki) manat cərimənin, 28 fevral 2020-ci il tarixli müqaviləyə əsasən Dect Panasonic ev telefonu üçün 32.6 (otuz iki manat altmış qəpik) manat ödənilməmiş hissənin, 3 (üç) manat cərimənin, 23 may 2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********21978 olan X1 9S markalı telefon üçün 425.2 (dörd yüz iyirmi beş manat iyirmi qəpik) manat ödənilməmiş hissənin, 42 (qırx iki) manat cərimənin, ümumilikdə 856 (səkkiz yüz əlli altı) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: Tərəflər arasında bağlanmış 03 iyul 2019-cu il tarixli, 00757501 nömrəli, 04 yanvar 2020-ci il tarixli, 20011237 nömrəli, 28 fevral 2020-ci il tarixli, 20133130 nömrəli və 23 may 2020-ci il tarixli, 20301874 nömrəli Müqavilələrin 2.3, 2.4 və 2.5-ci bəndlərinə əsasən, "xxxx" MMC malı müştəriyə təqdim edir. Müştəri malı qəbul edir və malı istifadə etmək hüququ ona keçir. Müqavilənin bütün şərtləri tam və vaxtında yerinə yetirildiyi təqdirdə mala tam sahiblik hüququ müştəriyə keçir. 29 mart 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh 03 iyul 2019cu il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 950 manat olan İMEİ kodu **********72996 olan Xiaomi Mi 9 SE markalı telefon üçün ilkin ödəniş 50 manat olmaqla, 18 ay müddətinə ayda 50 manat, 04 yanvar 2020-ci il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 500.4 manat olan Samsung LED televizor üçün ilkin ödənişsiz 12 ay müddətinə ayda 41.7 manat, 28 fevral 2020-ci il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 74.4 manat olan Dect Panasonic ev telefonu üçün ilkin ödənişsiz 12 ay müddətinə ayda 6.2 manat, 23 may 2020-ci il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 649.8 manat olan İMEİ kodu **********21978 olan X1 9S markalı telefon üçün ilkin ödənişsiz 18 ay müddətinə ayda 36.1 manat ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə sübutları obyektiv, qərəzsiz, qanunauyğun olaraq araşdırıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 04 aprel 2022-ci il tarixdə daxil olmuş ərizə üzrə 06 aprel 2022-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə, Cavabdeh 03 iyul 2019-cu il tarixli müqaviləyə əsasən 200 (iki yüz) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə, 04 yanvar 2020-ci il tarixli müqaviləyə əsasən 121.2 (yüz iyirmi bir manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 12 (on iki) manat cərimə, 28 fevral 2020-ci il tarixli müqaviləyə əsasən 32.6 (otuz iki manat altmış qəpik) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə, 23 may 2020-ci il tarixli müqaviləyə əsasən 425.2 (dörd yüz iyirmi beş manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 42 (qırx iki) manat cərimə borcu olmaqla, cəmi 856 (səkkiz yüz əlli altı) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Belə ki, tərəflər arasında bağlanmış 03 iyul 2019-cu il tarixli, 00757501 nömrəli, 04 yanvar 2020-ci il tarixli, 20011237 nömrəli, 28 fevral 2020-ci il tarixli, 20133130 nömrəli və 23 may 2020-ci il tarixli, 20301874 nömrəli Müqavilələrin 2.3, 2.4 və 2.5-ci bəndlərinə əsasən, "xxxx" MMC malı müştəriyə təqdim edir. Müştəri malı qəbul edir və malı istifadə etmək hüququ ona keçir. Müqavilənin bütün şərtləri tam və vaxtında yerinə yetirildiyi təqdirdə mala tam sahiblik hüququ müştəriyə keçir. 29 mart 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh 03 iyul 2019-cu il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 950 manat olan İMEİ kodu **********72996 olan Xiaomi Mi 9 SE markalı telefon üçün ilkin ödəniş 50 manat olmaqla, 18 ay müddətinə ayda 50 manat, 04 yanvar 2020-ci il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 500.4 manat olan Samsung LED televizor üçün ilkin ödənişsiz 12 ay müddətinə ayda 41.7 manat, 28 fevral 2020-ci il tarixli Müqavilə üzrə alqısatqı qiyməti 74.4 manat olan Dect Panasonic ev telefonu üçün ilkin ödənişsiz 12 ay müddətinə ayda 6.2 manat, 23 may 2020-ci il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 649.8 manat olan İMEİ kodu **********21978 olan X1 9S markalı telefon üçün ilkin ödənişsiz 18 ay müddətinə ayda 36.1 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilələrin qeyd olunan şərtlərini pozaraq borcunun ödənilməsini təmin etməməklə, müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 03 iyul 2019-cu il tarixli müqaviləyə əsasən 200 (iki yüz) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə, 04 yanvar 2020-ci il tarixli müqaviləyə əsasən 121.2 (yüz iyirmi bir manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 12 (on iki) manat cərimə, 28 fevral 2020-ci il tarixli müqaviləyə əsasən 32.6 (otuz iki manat altmış qəpik) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə, 23 may 2020-ci il tarixli müqaviləyə əsasən 425.2 (dörd yüz iyirmi beş manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 42 (qırx iki) manat cərimə borcu olmaqla, cəmi 856 (səkkiz yüz əlli altı) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Tərəflər qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №e-2(078)-470/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-470/2022
17.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver