Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-470/2025 10.03.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun qaytarılması tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək aşağıdakı qətnaməni qəbul etdim: Təsviri hissə: "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, Apple Macbook AİR 15 komputer üçün 2377 (iki min üç yüz yetmiş yeddi) manat ödənilməmiş hissə, 713.1 (yeddi yüz on üç manat on qəpik) manat cərimə, PS5 DUALSENSE oyun pultu, PLAYSTATİON 5, PS 5 PULSE 3D WİRELESS HEADS qulaqlıq üçün ümumilikdə, 1007.8 (min yeddi manat səksən qəpik) manat ödənilməmiş hissə, 302.34 (üç yüz iki manat otuz dörd qəpik) manat cərimə, SAMSUNG LED TV üçün 419.4 (dörd yüz on doqquz manat qırx qəpik) manat ödənilməmiş hissə müştəriyə güzəşt olunaraq 125.82 (yüz iyirmi beş manat səksən iki qəpik) manat cərimə borcunun ümumilikdə 4945,46 manat borc və 69.46 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "xxxx" MMC ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı təşkilatla Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən, APPLE MACKBOOK AİR 15 KOMPÜTER, PS5 DUALSENSE OYUN PULTU, PLAYSTATİON 5, PS 5 PULSE 3D WİRELESS HEADS QULAQLİQ, SAMSUNG LED TV, almış və nəticədə 4945.46 (dörd min doqquz yüz qırx beş manat qırx altı qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2377 (iki min üç yüz yetmiş yeddi) manat ( 24 ay x 134.75 manat+1076 manat ilkin ödənişi) olan APPLE MACKBOOK AİR 15 KOMPÜTER üçün ümumilikdə, 3090.1 (üç min doxsan manat on qəpik) manat olmaqla ondan 2377 (iki min üç yüz yetmiş yeddi) manat ödənilməmiş hissə müştəriyə güzəşt olunaraq 713.1 (yeddi yüz on üç manat on qəpik) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2092.14 (iki min doxsan iki manat on dörd qəpik) manat (18 ay x 106.23 manat+ 180 manat ilkin ödəniş) olan PS5 DUALSENSE oyun pultu, PLAYSTATİON 5, PS 5 PULSE 3D WİRELESS HEADS qulaqlıq üçün ümumilikdə, 1310.14 (min üç yüz on manat on dörd qəpik) manat olmaqla ondan 1007.8 (min yeddi manat səksən qəpik) manat ödənilməmiş hissə müştəriyə güzəşt olunaraq 302.34 (üç yüz iki manat otuz dörd qəpik) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1760.04 (min yeddi yüz altmış manat dörd qəpik) manat (18 ay x 96.16 manat+29.16 manat ilkin ödənişi) olan SAMSUNG LED TV üçün, ümumilikdə 545.22 (beş yüz qırx beş manat iyirmi iki qəpik) manat olmaqla ondan, 419.4 (dörd yüz on doqquz manat qırx qəpik) manat ödənilməmiş hissə müştəriyə güzəşt olunaraq 125.82 (yüz iyirmi beş manat səksən iki qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 4357.98 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Tələbimizin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: Tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il xx.xx.2023-cü il, tarixli Müqavilələrinin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ərizədə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə, eləcə də borcalan ilə bağlanmış müqaviləyə əsasən, borcalan öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, kreditor borcalandan kredit borcunun, hesablanmış faizlərin və cərimələrin, həmçinin bununla bağlı çəkilmiş bütün xərclərin onların hesabına, o cümlədən onların əmlakları hesabına ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən cavabdeh yuxarıda qeyd edilən pul məbləğinin (kreditin) ödənilməsinə dair öhdəlik daşıyır. İddiaçı təşkilat sonda iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qiymətləndirməsi: İş materiallarına əlavə edilmiş: İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il, xx.xx.2023-cü il xx.xx.2023-cü il, tarixli müqavilələrdən aydın olur ki, həqiqətən iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında qeyd olunan müqavilə bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. Müqavilənin 2.1-ci bəndinə əsasən Müqavilə üzrə əşyalar və onlara məxsus fərdi əlamətlər aşağıdakı formada qeyd olunub: Model- APPLE MACKBOOK AİR 15 KOMPÜTER, PS5 DUALSENSE OYUN PULTU, PLAYSTATİON 5, PS 5 PULSE 3D WİRELESS HEADS QULAQLİQ, SAMSUNG LED TV. İş materiallarına əlavə edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan Ödəmə cədvəlindən müəyyən edilir ki, tərəflər müqavilə üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, tarixli bildirişin və əşyaların təhvil-təslim aktından məlum olur ki, iş üzrə Cavabdeh Model- APPLE MACKBOOK AİR 15 KOMPÜTER, PS5 DUALSENSE OYUN PULTU, PLAYSTATİON 5, PS 5 PULSE 3D WİRELESS HEADS QULAQLİQ, SAMSUNG LED TV, tam qüsursuz şəkildə təhvil alaraq bu barədə müvafiq imza etmişdir. xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2377 (iki min üç yüz yetmiş yeddi) manat ( 24 ay x 134.75 manat+1076 manat ilkin ödənişi) olan APPLE MACKBOOK AİR 15 KOMPÜTER üçün ümumilikdə, 3090.1 (üç min doxsan manat on qəpik) manat olmaqla ondan 2377 (iki min üç yüz yetmiş yeddi) manat ödənilməmiş hissə müştəriyə güzəşt olunaraq 713.1 (yeddi yüz on üç manat on qəpik) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2092.14 (iki min doxsan iki manat on dörd qəpik) manat (18 ay x 106.23 manat+ 180 manat ilkin ödəniş) olan PS5 DUALSENSE oyun pultu, PLAYSTATİON 5, PS 5 PULSE 3D WİRELESS HEADS qulaqlıq üçün ümumilikdə, 1310.14 (min üç yüz on manat on dörd qəpik) manat olmaqla ondan 1007.8 (min yeddi manat səksən qəpik) manat ödənilməmiş hissə müştəriyə güzəşt olunaraq 302.34 (üç yüz iki manat otuz dörd qəpik) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 1760.04 (min yeddi yüz altmış manat dörd qəpik) manat (18 ay x 96.16 manat+29.16 manat ilkin ödənişi) olan SAMSUNG LED TV üçün, ümumilikdə 545.22 (beş yüz qırx beş manat iyirmi iki qəpik) manat olmaqla ondan, 419.4 (dörd yüz on doqquz manat qırx qəpik) manat ödənilməmiş hissə müştəriyə güzəşt olunaraq 125.82 (yüz iyirmi beş manat səksən iki qəpik) manat cərimə miqdarında borc yaranmışdır borcu olmaqla ümumilikdə 4945.46 (dörd min doqquz yüz qırx beş manat qırx altı qəpik) manat məbləğində borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən məlum olur ki, borclu Cavabdeh borcun ödənilməsi ilə bağlı pretenziya məktubu göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia qismən təmin edilməklə Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı APPLE MACKBOOK AİR 15 KOMPÜTER üçün 2377 (iki min üç yüz yetmiş yeddi) manat ödənilməmiş hissə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən PS5 DUALSENSE oyun pultu, PLAYSTATİON 5, PS 5 PULSE 3D WİRELESS HEADS qulaqlıq üçün 1007.8 (min yeddi manat səksən qəpik) manat ödənilməmiş hissə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, SAMSUNG LED TV üçün, 419.4 (dörd yüz on doqquz manat qırx qəpik) manat ödənilməmiş hissə olmaqla cəmi 3804.2 manat əsas borc iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Əsas borcun ümumi məbləğinin 3804.2 (üç min səkkiz yüz dörd manat iyirmi qəpik) manatın 5% məbləğində 190 (bir yüz doxsan) manat dəbbə pulucərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə kredit müqaviləsi üzrə borcu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu kredit müqaviləsi üzrə borc məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə kredit müqaviləsi üzrə borcu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə kredit müqaviləsi üzrə borcunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə kredit müqaviləsi üzrə borcu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə kredit müqaviləsi üzrə borcunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə kredit müqaviləsi üzrə borcu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Yuxarıda qeyd olunan normalar baxımından məhkəmə hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə kredit müqaviləsi üzrə borcu əsas borca münasibətdə tənasübsüz olduğundan azaldılaraq, əsas borcun 5% miqdarında 18 manat məbləğində müəyyən olunmalıdır. Cərimə borcu qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə xx.xx.2025-ci il tarixdə daxil olmuş ərizə üzrə xx.xx.2025-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin Cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Azərbaycan Respublikasının MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Ərizə qismən təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə "xxxx" MMC tərəfindən X2 və ya AsanPay vasitəsilə xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 69.46 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdim: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı APPLE MACKBOOK AİR 15 KOMPÜTER üçün 2377 (iki min üç yüz yetmiş yeddi) manat ödənilməmiş hissə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən PS5 DUALSENSE oyun pultu, PLAYSTATİON 5, PS 5 PULSE 3D WİRELESS HEADS qulaqlıq üçün 1007.8 (min yeddi manat səksən qəpik) manat ödənilməmiş hissə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, SAMSUNG LED TV üçün, 419.4 (dörd yüz on doqquz manat qırx qəpik) manat ödənilməmiş hissə olmaqla cəmi 3804.2 manat əsas borc, əsas borcun 5% məbləğində 190 (bir yüz doxsan) manat dəbbə pulu-cərimə olmaqla cəmi 3994.41 (üç min doqquz yüz doxsan dörd manat qırx bir qəpik) manat borc iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankı X2 və ya AsanPay vasitəsilə xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 69.46 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-470/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-470/2025
10.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver