Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-486/2024 14.10.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq obyektinə dəymiş zərərin ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh lizinq obyekti olan “Khazar SD” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 15700 (on beş min yeddi yüz) manat məbləğində pul və ödənilmiş 137.1 (bir yüz otuz yeddi manat on qəpik) manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı təşkilat İddiaçı MMC ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış10 iyun 2022-ci il tarixli MAS-5322 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən lizinq alanın sifarişi ilə 2022-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFNE440848 ban nömrəli, ağ rəngli avtomobil 17000 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illik 17.5 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 407.60 manat, ümumilikdə isə 22565 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh “Daxili lizinq” müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə əməl etmədiyi üçün onun iddiaçı qarşısında öhdəliyi yaranmış və İddiaçı MMC borclu Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 24 iyul 2023-cü il tarixli e-2(078)-767/2023 saylı qətnaməsi ilə İddiaçı MMC-nin iddasını təmin edilərək, müqavilənin ləğv edilməsi, “Khazar SD” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı MMC-yə geri qaytarılması və cavabdehdən ümumilikdə 1764.75 manat pulun tutulması qət edilmişdir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” markalı, 77-PU829 dövlət qeydiyyat nişanlı avtomobil 02 dekabr 2023-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib edilmiş zərərin qiymətləndirilməsinə dair akta əsasən avtomobil tam yararsız vəziyyətdə olduğu, avtomobilin real bazar dəyəri 16000 manat təşkil etdiyi və qalıq dəyərinin isə 300 manat olduğu müəyyən edilmişdir. Aşağıda göstərilənləri nəzərə alaraq hesab edirik ki, avtomobilin qalıq dəyəri olan 300 manat avtomobilin real bazar dəyəri olan 16000 manatdan çıxıldıqdan sonra qalan 15700 manat məbləğində pul İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. İddiaçı təşkilat sonda qanunvericiliyin müvafiq normalarına istinad edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçı təşkilata rəsmi qaydada məlumat verilməsinə baxmayaraq təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin iddiaçı təşkilatın direktoru Nümayəndə məhkəmənin elektron ünvanına sonuncu dəfə xx.xx.2024cü il tarixdə ərizə göndərərək mülki işə onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə digər Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə digər Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iddiaçı təşkilatın ərizəsini, iş üzrə toplanmış materialları nəzərdən keçirib, sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Mülki işin məhkəmə araşdırması zamanı iş materiallarına əlavə olunmuş İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış 10 iyun 2022-ci il tarixli MAS-5322 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən lizinq alanın sifarişi ilə 2022-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFNE440848 ban nömrəli, ağ rəngli avtomobil 17000 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 17.5 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 407.60 manat, ümumilikdə isə 22565 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 10 dekabr 2022-ci il tarixdə 408 manat məbləğində olmuşdur. “Daxili lizinq” müqaviləsinin 4.4.2-ci bəndinə əsasən lizinq Alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. “Daxili lizinq” müqaviləsinin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan müqaviənin bütün müddəti ərzində Lizinq Obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski Lizinq alana keçir. “Daxili lizinq” müqaviləsinin 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. Naxçıvan Şəhər Məhkəməsinin 24 iyul 2023-cü il tarixli e-2(078)-767/2023 saylı qətnaməsi ilə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 10 iyun 2022-ci il tarixli MAS- 5322 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilməsi, Lizinq obyekti olan 2022-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFNE440848 ban nömrəli, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-nə geri qaytarılması, Cavabdeh 10 iyun 2022-ci il tarixli MAS-5322 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 905.57 (doqquz yüz beş manat əlli yeddi qəpik) manat gecikdirilmiş əsas, 723.19 (yeddi yüz iyirmi üç manat on doqquz qəpik) manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 135.99 (bir yüz otuz beş qəpik doxsan doqquz qəpik) manat dəbbə pulu olmaqla, ümumilikdə 1764.75 (bir min yeddi yüz altmış dörd manat yetmiş beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobil 02 dekabr 2023-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib edilmiş zərərin qiymətləndirilməsinə dair akta əsasən avtomobil tam yararsız vəziyyətdə olduğu, avtomobilin real bazar dəyəri 16000 manat təşkil etdiyi və qalıq dəyərinin isə 300 manat olduğu müəyyən edilmişdir. Cavabdeh borcun ödənilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə 156 nömrəli pretenziya məktubu göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən lizinq müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etməmişdir. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsi ləğv edildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. 748-1.12-ci maddəsinə əsasən, lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. 748-7.11-ci maddəsinə əsasən, Lizinq ödənişlərinin ümumi məbləğinə (Lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, Lizinq verənin mükafatının məbləği, Lizinq verənin əlavə xidmətlərinin haqqı və s.) daxildir. İddiaçı təşkilat tərəfindən mülki iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 1812/829 nömrəli arayışda qeyd olunmuşdur ki, “Khazar SD” minik markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobil tam yararsız vəziyyətdədir. 2022-ci il buraxılışlı “Khazar SD” minik markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin normal vəziyyətdə respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 16000 manat təşkil edir. Hal –hazırda 2022-ci il buraxılışlı “Khazar SD” minik markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin qalıq dəyəri 300 manat müəyyən edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 02 aprel 2024-cü il tarixli e-2(078)-486/2024 nömrəli qərardadı ilə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspert qarşısında İddiaçı MMC-yə məxsus olan 2022-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFNE440848 ban nömrəli, ağ rəngli avtomobil tam, yoxsa qismən yararsız olması, İddiaçı MMC-yə məxsus olan 2022-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFNE440848 ban nömrəli, ağ rəngli avtomobil tam yarasızdırsa real bazar qiymətinin nə qədər olması, İddiaçı MMCyə məxsus olan 2022-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFNE440848 ban nömrəli, ağ rəngli avtomobil qismən yarasızdırsa, yararsız olan ehtiyat hissələrinin qiymətinin nə qədər olması barədə suallar qoyulmuş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 iyul 2024-cü il tarixli, 9/3153 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, İddiaçı MMC-nin təqdim etdiyi xx.xx.2023-cü il tarixli aktda həmin avtomobilin tam məhv olmasının nəzərə alınaraq 2022-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin dəyəri təxminən 16000 manat və həmçinin qalıq dəyərinin isə 400 manat (300-500) olduğu müəyyən edilmişdir. Məhkəmə təqdim edilmiş ekspert rəyini iddia tələbi ilə əlaqəli şəkildə təhlil edib belə hesab edir ki, verilmiş tələb üzrə işə baxıldığından və qanunla müəyyən edilmiş müstəsna hallarda iddia tələbindən kənara çıxılmasına yol verildiyindən işdə müstəsna halların olması müəyyən edilməmişdir. Ona görə də dəymiş zərər müvafiq ekspert rəyində müəyyənləşdirilmiş məbləğdə deyil, iddia tələbində müəyyən edilmiş məbləğdə müəyyən edilməli, dəymiş zərərin 15700 (on beş min yeddi yüz) manat məbləğində olması qəbul edilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq obyektinə dəymiş zərərin ödənilməsi tələbinə dair iddiası təmin olunmalı, Cavabdeh lizinq obyekti olan “Khazar SD” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 15700 (on beş min yeddi yüz) manat məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, İddiaçı MMC tərəfindən Hökümət Ödəniş portalında və ya AsanPay vasitəsilə xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 137.1 (bir yüz otuz yeddi manat on qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılması üçün ekspertiza xərci olan 50 (əlli) manat Cavabdeh tutularaq X1 Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir (Kod: 210005 VÖEN: **********, Müxbir hesab № AZ41NABZ********************). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq obyektinə dəymiş zərərin ödənilməsi tələbinə dair iddiası təmin olunsun. Cavabdeh lizinq obyekti olan “Khazar SD” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 15700 (on beş min yeddi yüz) manat məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddiaçı MMC tərəfindən tərəfindən Hökümət Ödəniş portalında və ya AsanPay vasitəsilə xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 137.1 (bir yüz otuz yeddi manat on qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılması üçün ekspertiza xərci olan 50 (əlli) manat Cavabdeh tutularaq X1 Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin (Kod: 210005 VÖEN: **********, Müxbir hesab № AZ41NABZ********************). Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №e-2(078)-486/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-486/2024
14.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver