Məhkəmə qərarları › İş №e-2(078)-489/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-489/2023

19.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-489/2023 19.04.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 37 ünvanında yerləşən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y yə n e t d i m: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə YK15311 saylı, 09 mart 2022-ci il tarixli Nisyə Alqı-satqı Müqaviləsi üzrə 1099.99 AZN əsas borcun, 0. AZN cərimə borcunun, 31 AZN məbləğində ödənilmiş dövlət rüsumunun və 0.40 AZN dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında YK15311 saylı, 09 mart 2022-ci il tarixli Nisyə Alqısatqı Müqaviləsi bağlandığını, həmin müqaviləyə əsasən cavabdehin 1781.99 manat dəyərində nisyə aldığı mala görə 132 manat ilkin ödəniş olaraq ödədiyini, qalıq 1649.99 manat borcu isə müqaviləyə əlavə olunan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 6 ay müddətində ödəməyi öhdəsinə götürdüyünü, İddiaçı MMC ilə "xxxx" MMC arasında imzalanan Faktoring Müqaviləsi və həmin Faktoring Müqaviləsinə əlavə olunan Sazişə əsasən "xxxx" MMC-nin Cavabdeh qarşı olan 1649.99 manat məbləğindəki tələb hüququnun İddiaçı MMC-yə keçdiyini, eyni zamanda tələb hüququnun İddiaçı MMC-yə keçməsi barədə Nisyə Alqı-satqı Müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edildiyini, İddiaçı MMC-nin 18 noyabr 2020-ci il tarixdə təşkilati hüquqi formasını dəyişərək QSC-yə çevrildiyini, cavabdehin müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyini, cavabdehin bu günə 1099.99 AZN əsas borcunun, 0. AZN cərimə borcunun yarandığını, yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı tərəflərindən cavabdehə bildiriş göndərildiyini, lakin borclu tərəfindən ödənilməli olan vəsaitin ödənilmədiyini, bu səbəbdən də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldıqlarını, bunları nəzərə alaraq, Cavabdeh İddiaçı QSC-nin xeyrinə YK15311 saylı, 09 mart 2022-ci il tarixli Nisyə Alqı-satqı Müqaviləsi üzrə 1099.99 AZN əsas borcun, 0. AZN cərimə borcunun, 31 AZN məbləğində ödənilmiş dövlət rüsumunun və 0.40 AZN dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 09 mart 2022-ci il tarixli, YK15311 nömrəli Nisyə Alqı-satqı Müqaviləsinə əsasən, satıcı alıcıya malları satır, alıcı isə həmin malları qəbul edir və bu müqavilə ilə razılaşdırılmış qaydada malların dəyərini satıcıya ödəyir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında imzalanan 28 fevral 2019-cu il tarixli, R-16/19 nömrəli Faktoring Müqaviləsi və həmin Faktoring Müqaviləsinə əlavə olunan 14 aprel 2022-ci il tarixli, R-xx/xx-0200 nömrəli Sazişə əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbetmə hüququnu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə güzəşt edir. 20 fevral 2023-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 20 fevral 2023-cü il tarixə 1099.99 (min doxsan doqquz manat doxsan doqquz qəpik) AZN əsas borcu, 0 (sıfır) AZN cərimə borcu, cəmi 1099.99 (min doxsan doqquz manat doxsan doqquz qəpik) AZN borcu yaranmışdır. Məhkəmə sübutları obyektiv, qərəzsiz, qanuna uyğun olaraq araşdırıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 02 mart 2023-cü il tarixdə daxil olmuş iddia ərizəsi üzrə 03 mart 2023-cü il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə, Cavabdeh 1099.99 (min doxsan doqquz manat doxsan doqquz qəpik) manat məbləğində borc, 31 (otuz bir) manat məbləğində dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqının əvəzi alınaraq, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Belə ki, cavabdeh 09 mart 2022-ci il tarixli, YK15311 nömrəli Nisyə Alqı-satqı Müqaviləsinin şərtlərini pozmuşdur. 20 fevral 2023-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 20 fevral 2023-cü il tarixə 1099.99 (min doxsan doqquz manat doxsan doqquz qəpik) AZN əsas borcu, 0 (sıfır) AZN cərimə borcu, cəmi 1099.99 (min doxsan doqquz manat doxsan doqquz qəpik) AZN borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1099.99 (min doxsan doqquz manat doxsan doqquz qəpik) manat məbləğində borc, 31 (otuz bir) manat məbləğində dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqının əvəzi alınaraq, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tərəflər qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar