Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-489/2025 31.07.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı Ağalarivna qızının vəkili və nümayəndəsi Vəkil və maraqlı şəxs X21 iştirakları ilə, İddiaçı Ağalarivna qızının cavabdehlər Cavabdeh1 və Naxçıvan Şəhər Asan Xidmət Mərkəzində Notariat Ofisinə qarşı miras payın müəyyən edilib vərəsəlik şəhadətnaməsi verilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Ağalarivna qızı nənəsi X4 Daşınmaz əmlakın reyestr nömrəsi **********88- 10301 olan,yaşayış məntəqələrinin torpaqlarına yerləşən ölçüsü 0.098 olan,xüsusi mülkiyyət qaydasında olan yaşayış evi olan əmlakından özünə çatacaq miras payın müəyyən edilib vərəsəlik şəhadətnaməsi verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o özünə vərəsəlik şəhadətnaməsinin verilməsi ilə əlaqədar xx.xx.2019-cu il tarixdə Naxçıvan MR Ədliyyə Nazirliyi Naxçıvan “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisinə (keçmiş Naxçıvan MR Ədliyyə Nazirliyi Naxçıvan şəhər 1 saylı Notariat Ofisi) müraciət etmişdir. Ona təqdim edilən xx.xx.2024-cü il tarixli, № V-101/2024 saylı Vərəsəlik Şəhadətnaməsində yalnız 1 əmlaka münasibətdə vərəsəlik payı müəyyən edilmişdir. X40 Ağalorovnanın nənəsi X6 Naxçıvan şəhəri,Xətai məhəlləsi,döngə 5,ev 17 ünvanında yerləşən, 67.1 kvm ümumi sahəyə malik, Daşınmaz əmlakın reyestr nömrəsi **********88-10301 olan,Yaşayış məntəqələrinin torpaqları olub ölçüsü 0.098 olan,xüsusi mülkiyyət qaydasında olan yaşayış evi daha bir əmlakı da vardır. Lakin buna baxmayaraq, X18 münasibətdə miras açılmış, lakin qeyd edilən əmlakla bağlı X18 çatacaq paya vərəsəlik şəhadətnaməsi verilməmiş, yalnız vəsiyyətnamə üzrə ona çatacaq əmlaka miras şəhadətnaməsi verilmişdir. X13 nənəsi X6 qeyd edilən əmlakından da X18 çatacaq payı müəyyən edilib ona çatacaq miras payına miras şəhadətnaməsinin verilməsi üçün xx.xx.2024-cü il tarixində Naxçıvan MR Ədliyyə Nazirliyi Naxçıvan “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisinin (keçmiş Naxçıvan MR Ədliyyə Nazirliyi Naxçıvan şəhər 1 saylı Notariat Ofisi) notariusu Cavid Eyvazova ərizə vermiş,xx.xx.2024 tarixli, №1800 saylı məktubla cavab verilmişdir ki, “X6 mülkiyyətində olan Naxçıvan şəhəri,Xətai məhəlləsi,döngə 5,ev 17 ünvanında yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə dair vəsiyyətnamə olması barədə məlumatımız var.X13 payını müəyyən etmək üçün vəsiyyətnamə və tələb olunan digər sənədlər notariat ofisinə təqdim olunmalıdır. Lakin vəsiyyət edilən şəxs tərəfindən notariat Ofisinə heç bir müraciət daxil olmamışdır. Tərəflər arasında razılaşma olmadıqda, mübahisə olduqda məhkəməyə müraciət etməniz tövsiyə olunur. Hesab edirik ki, X25 nənəsi X6 vərəsəsidir, qeyd olunan əmlakından X19 çatacaq miras payın müəyyən edilib vərəsəlik şəhadətnaməsi verilməlidir”. Məhkəmə hazırlıq iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil tələbinin dəqiqləşməsi barədə ərizə verərək cavabdeh X34 Naxçıvan “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisi ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin 03 iyun 2025-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşməsi barədə ərizə nəzərə alınmışdır. Maraqlı şəxs X35 11 mart 2025-ci il tarixdə ərizə göndərmişdir. Maraqlı şəxs ərizəsində bildirmişdir ki, X16 2019-cu ildə Naxçıvan Şəhər Məhkəməsində iddia qaldıraraq mərhum atasına çatacaq payın qəbul edilməsi ilə bağlı buraxılmış müddətin bərpası barədə iddiası 23 aprel 2019-cu il tarixli, 2(078)-486/2019 nömrəli qətnamə ilə rədd edilmişdir. İddiaçı X25 tərəfindən apellyasiya şikayəti verilərək Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 29 avqust 2019-cu il tarixli, 2(108)-134/2019 nömrəli qətnaməsi ilə qərar tamamilə ləğv edilərək idida təmin edilmişdir. Bununla da müddət bərpa olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 2(108)— 32/2024 nömrəli qərardadına əsasən, X13 mərhum atasına çatacaq payın yarısı X18 verilməsi müəyyən olunmuşdur. Anası mərhumə X8 2 övladı var. O da anasının övladı vərəsəsi olaraq ona düşən payın müəyyən edilib vərəsəlik şəhadətnaməsi verilməsi barədə köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X14 nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, iddiaçı Svitlana Əliyevanın nümayəndəsi olaraq, bütün sübutları və sənədləri məhkəmənin ünvanına göndərmişdir. Notariat Ofisinə müraciət edərək vərəsəlik şəhadətnaməsini almışdır. Həmin şəhadətnamə Svitlana xanımın 4/6 hissədə, Cavabdeh1 və X21 1/6 hissə hər birinin məcburi payı müəyyən edilmişdir. Ev iki ayrıayrı ünvanlarda yerləşir. Biri Svitlana xanımın atasına, biri Cavabdeh1 vəsiyyət edilib. O, bununla bağlı Cavabdeh1lə bir neçə dəfə danışıb ki, o, Svitlana xanımın adına verilən vərəsəlik şəhadətnaməsində qeyd edilən miras əmlak üzrə öz miras payından imtina etsin, onlar da Rövşənə vəsiyyət edilən miras əmlak üzrə məcburi paylarından imtina etsinlər. Lakin qarşı tərəf əvvəl fikirləşəcəyini bildirmiş, daha sonra isə razılıq verməmişdir. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında maraqlı şəxs X35 bildirmişdir ki, sözügedən həyət valideynlərinə məxsus olub. Anası vaxtında vəsiyyətnamə qoyub. Rəhmətlik qardaşının qızının da orada payı var. Qardaşı Cavabdeh1 və onun həyat yoldaşı X42 anası X9 heç yola verməyiblər. O anasını gətirib saxladı, Rövşən gəlib səs-küy saldı, apardı. Anası yıxılıb vəfat edib. O işdə idi. Çağırdılar getdi ki, təcili gəlib. Böyük qardaşı mərhum X38 isə əsgərlik xidmətini Rusiyada keçirib və orada evlənib. Orada qaldığı müddətdə işləyib pul göndərib, burda mərhum atası Xətai məhəlləsində yerləşən torpaqda ev tikdirmişdi. Sonralar mərhum qardaşı Əliyev Ağalar ailəsi ilə birlikdə həmin evdə yaşamış, yoldaşı Naxçıvanda əczaxanada işləmiş, qızı Svetlana isə rus məktəbində təhsil almışdır. Svetlana məktəbi bitirdikdən sonra ali məktəbi Rusiyada davam etdirmiş və ailə Rusiyaya köçdülər. Buna bütün qonşular da şahiddir, hamı bilir. Mərhum qardaşı öz atasının mülkünü tələb edib və alıbdır. Rövşənin əlində olan vəsiyyətnaməni arvadı dedi ki, anası ölənə yaxın məcburi halda yazdırıblar. Eyni vəsiyyətnamədən mərhum qardaşı Ə. Ağalarada verib. Hətta öz əl yazısıyla ona da yazıb, ancaq o istəməyib. O da ona çatan payını tələb edir. Anası vəfat etdikdən sonra həmin evdə Rövşən qardaşı qalıb. Anasının ona vəsiyyətnaməsi təsdiq edilməyib, həmin sənəddən başqa o heç bir yerə mirasla bağlı müraciət etməmişdir. Çünki qardaşından çəkinmişdir. Qardaşı həmişə deyirdi ki, “sənin payını verəcəm”. Qardaşı Ağalar anasının vəfatından sonra rəhmətə getdi. Heç Rövşən imkan vermədi ki, həyətdə yas məclisi olsun. Yası onun evində tutmuşdur. O anasından hər hansı əşya qəbul etməyib. Çünki anası bütün vaxt Ağalar qardaşının evində olurdu, yatanda Rövşəngilə gəlib yatırdı. Bir həyətdir. Anasından miras qızıl qalmayıb. 1-2 qızılı var idi, gəlin götürdü. 2-3 qızılı da sağlığında ona vermişdi. Elə bir əşyası olmayıb. Samovarı olub, onu aparıb həyətində işlədir. Bir paltarı var onda arada geyinir. O anadan qalan mirası tələb edir. Məhkəmə iclaslarının vaxtı və yeri qaydada Cavabdeh1 rəsmi qaydada məlumat verilmiş, 07 may 2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iştirak etmiş, iddianı qəbul etmədiyini, tələbə baxılmasının qanunsuz olduğunu, Əliyeva Svetlananın vərəsəlik hüququna xitam verildiyini, vəsiyyətnamənin düzgün olmadığını, əl yazısının anasına məxsus olmadığını, ünvanların fərqli olduğunu, bu işə baxılmasına etiraz etdiyini bildirmiş, sonrakı məhkəmə iclaslarında iştirak etməmişdir və iştirak etməməsi barədə üzürlü səbəblərini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasları Cavabdeh1 iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdeh Naxçıvan “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə rəsmi qaydada məlumat verilmiş, nümayəndə X26 07 may 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak etmiş, hər iki əmlak üzrə vəsiyyətnamə olduğunu bildirmiş, birinci vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsi verildiyini, ikinci əmlak üzrə vərəsəlik şəhadətnaməsi verilməsi üçün şəxsin müraciət etmədiyini bildirmişdir. Sonrakı məhkəmə iclaslarında iştirak etməmişdir və iştirak etməməsi barədə üzürlü səbəblərini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasları cavabdeh Naxçıvan “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmənin qiymətləndirməsi: Luqansk vilayəti Ədliyyə idarəsinin Severodonetsk şəhər X20 Qeydiyyat Şöbəsinin xx.xx.2018-ci il tarixli, № 1010 nömrəli ölüm haqqında şəhadətnaməsindən aydın olur ki, X38 11 fevral 1953-cü il tarixində Azərbaycan Respublikası, Naxçıvan MR, Naxçıvan şəhərində doğulmuş, 30 may 2018-ci il ildə,65 yaşında vəfat etmişdir. Ölüm yeri kimi Ukrayna, Luqansk vilayəti, Severodonetsk şəhəri göstərilmişdir. xx.xx.1986-cı il təvəllüdlü, Ukrayna vətəndaşı, vergi nömrəsi **********, Ukraynanın Luqansk vilayətində DİNİ Severodonetsk ŞŞ tərəfindən xx.xx.2003-cü ildə verilmiş, seriyası ME 314930 saylı pasport, 4439 orqan tərəfindən xx.xx.2011-ci ildə verilmiş pasportu, Ukrayna, Luqansk vilayəti, Severodonetsk şəhəri, Qvardeyski prospekti, ev 8, mənzil 8 ünvanında yaşayan və qeydiyyatında olan X25 tərəfindən yazılmış ərizəyə əsasən, Ukrayna, Luqansk vilayəti, Severodonetsk şəhəri, Qvardeyski prospekti, ev 8, mənzil 8 ünvanında öldüyü günə qədər yaşamış , ölümündən sonra miras əmlak qoymuş atası X39 30 may 2018-ci ildə ölmüşdür. Bu ərizə ilə o, atası X27 ölümündən sonra özünə çatası mirası qəbul etdiyini bildirmişdir. -Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Naxçıvan “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisinin xx-xx-2024-cü il tarixli, № 1800 saylı məktubuna əsasən, X13 nümayəndəsi Vəkil ərizəsinə cavab olaraq bildirilmişdir ki, X6 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə dair vəsiyyətnamə olması barədə məlumatları var. X13 payını müəyyən etmək üçün vəsiyyətnamə və tələb olunan digər sənədlər notariat ofisinə təqdim olunmalıdır. Lakin vəsiyyət edilən şəxs tərəfindən notariat ofisinə heç bir müraciət daxil olmamışdır. İş materiallarına əlavə olunmuş nikah haqqında şəhadətnamədə göstərilir ki, xx.xx.1953cü il təvəllüdlü, Naxçıvan MSSR, Naxçıvan rayonu, Sovetobad kəndində doğulmuş X39 və xx.xx.1964-cü il təvəllüdlü, Krasnodar diyarı,Eysk şəhərində doğulmuş X15 xx.xx.1984-cü il tarixində nikah bağlamışlar. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər Polis İdarəsinin xx.xx.2021-ci il tarixli 2/260 nömrəli məktuba cavab olaraq göndərdiyi X7 məlumatlarından görünür ki, onun şəxsiyyət vəsiqəsinin nömrəsi №01899528,FİN kodu isə 2CZUYJ1-dir,xx.xx.1931-ci ildə Naxçıvan MR, Şahbuz rayonu, Çay-Şahbuz kəndində doğulmuşdur, cinsiyyəti qadındır, Azərbaycanlıdır, Naxçıvan MR, Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 5,ev 17 ünvanında yaşayıb, gözlərinin rəngi qəhvəyidir, qan qrupu O(İ)RH+ -dir,boyu 150 smdir,hərbi vəziyyəti yoxdur, evlidir. İş materiallarına əlavə olunmuş Daşınmaz əmlaka dair əşya hüquqlarının dövlət reyestrindən və daşınmaz əmlaka dair mülkiyyət hüquqlarının reyestrindən, İpotekaların dövlət reyestrindən, Subyektə dair daşınmaz əmlak obyektlərinin özgəninkiləşdirilməsinə qadağaların vahid reyestrinin ********* nömrəli,xx.xx.2018-ci il tarixli məlumat arayışına əsasən, qeyd edilmiş sorğunun parametrləri üzrə Daşınmaz əmlaka dair əşya hüquqları, mülkiyyət hüquqları, ipotekaların dövlət reyestrində, daşınmaz əmlak obyektlərinin özgəninkiləşdirilməsinə qadağaların vahid reyestrində məlumat yoxdur, X11 məlumat arayışını tərtib edib. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan şəhər 1 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 181 nömrəli məktubuna əsasən, xx.xx.2023-cü il tarixli ərizəyə cavab olaraq, X13 nümayəndəsi X36 tərəfindən Naxçıvan şəhər 1 saylı notariat ofisinə xx.xx.2019-cu il tarixdə mirasın qəbulu ilə bağlı təqdim edilmiş ərizə və əlavə edilən etibarnamənin surəti göndərilmişdir. İş materiallarına əlavə olunmuş X13 nümayəndəsi Vəkil tərəfindən Naxçıvan MR Ədliyyə Nazirliyi Naxçıvan şəhər 1 saylı Notariat Ofisinin notariusu Cavid Eyvazova yazılmış, xx.xx.2024-cü il tarixli, 343 nömrəli ərizədə bildirilir ki, X12 məxsus vərəsəlik şəhadətnaməsinin verilməsi ilə əlaqədar xx.xx.2019-cu il tarixdə müraciət etmiş,xx.xx.2024-cü il tarixli,№ V-101/2024 saylı vərəsəlik şəhadətnaməsində yalnız bir əmlaka münasibətdə vərəsəlik payı müəyyən edilmişdir. Lakin X13 nənəsi X6 Naxçıvan şəhəri,Xətai məhəlləsi,döngə 5,ev 17 ünvanında yerləşən,67.1 kvm ümumi sahəyə malik, Daşınmaz əmlakın reyestr nömrəsi **********88-10301 olan,Yaşayış məntəqələrinin torpaqları olub ölçüsü 0.098 olan,xüsusi mülkiyyət qaydasında olan yaşayış evi daha bir miras əmlakının olduğu müəyyən olunmuş, lakin buna baxmayaraq, X18 münasibətdə miras açılmışdır, ancaq qeyd olunan əmlakla bağlı əmlakdan X18 çatacaq pay barədə vərəsəlik şəhadətnaməsi verilməmişdir. X13 nümayəndəsi Vəkil X13 nənəsi X6 qeyd edilən əmlakından da X18 çatacaq payı müəyyən edib miras şəhadətnaməsini vermələrini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti “Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən” Çıxarışa əsasən, Daşınmaz əmlak 18/50 nömrəli reyestr kitabının 9796 nömrəli vərəqində qeydə alınmışdır. Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 5,ev 17 ünvanında yerləşən 0.098 ha torpaq sahəsi tam mülkiyyət hüquqi üzrə Fərzalıyeva Məleykə M.Məhəmməd qızının mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Vəsiyyətnamə üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnaməyə əsasən, xx.xx.2016-ci il tarixdə vəfat etmiş-FƏRZALİYEVA MƏLEYKƏ M.MƏHƏMMƏD QİZİNİN vərəsələri: ünvanında qeydiyyatda olan X38 (İ-ED518967, xx.xx.2018 - LUQANSK VİLAYƏTİ, ƏDLİYYƏ İDARƏSİ, FİN:, d/t:xx.xx.1953, vet: )UKRAYNA RESPUBLİKASİ ünvanında qeydiyyatda olan ALİEVA SVİTLANA (P UKRFY******, xx.xx.2020 - UKRAYNA RESPUBLİKASİ, FİN:, d/t:xx.xx.1986, vət: Ukrayna Respublikası) və o miras əmlakdan 4/6 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak -NMR DƏTMDX tərəfindən xx.xx.2020 tarixdə FƏRZALİYEVA MƏLEYКƏ М.МƏHƏMMƏD QİZİNA verilmiş **********71-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 104.7 kv/m olan fərdi yaşayış evindən -NMR DƏTMDX tərəfindən xx.xx.2020 tarixdə FƏRZALİYEVA MƏLEYKƏ М.МƏНƏMMƏD QİZİNA verilmiş **********71-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0.0669 ha olan torpaq sahəsindən ibarətdir. - Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2024 tarixli qeydiyyat nömrəsi **********DW93301 olan arayışa əsasən, vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır.Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2024 tarixli qeydiyyat nömrəsi **********DW93301 olan arayışa əsasən vərəsəlik hüququ haqqinda şəhadətnamə verilənədək ünvan 4 ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. İş materiallarına əlavə olunmuş 11 mart 2025-ci il tarixli ərizəyə əsasən,iş üzrə maraqlı şəxs qismində çıxış edən Maraqlı şəxs tərəfindən yazaraq xahiş edilmişdir ki,ona da anası X8(övladı) vərəsəsi olaraq,ona düşən payın müəyyən edilib vərəsəlik şəhadətnaməsi verilməsi barədə köməklik edilsin. İş materiallarında olan sənədlərlə və tərəflərin izahatları ilə müəyyən edilən işin mübahisəsiz halları aşağıdakılardır: -X1 iki ədəd fərdi yaşayış evi miras qalmışdır; -X3 iki övladı üçün hər birinə ayrı ünvanlar üzrə iki vəsiyyətnamə qoymuşdur; -X3 tərəfindən 20 iyun 2003-cü il tarixdə tərtib edilmiş vəsiyyətnamə üzrə vərəsə mirası qəbul etmişdir, əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. -X2 miras qalan ünvan 5 ünvanında iddiaçı Cavabdeh1 mərhumun sağlığında və vəfatından sonra yaşamış və yaşamaqda davam edir. İşin mübahisələndirilən halları aşağıdakılardır: Cavabdeh, ümumiyyətlə, hazırki tələbə baxılmasının mümkün olmadığını, miras əmlaka xitam verilməsini qeyd edərək iddianın rədd edilməli olduğunu bildirir. Məhkəmə işin mübahisəli halları üzrə gəldiyi nəticə üzrə aşağıdakı halları qeyd etməyi zəruri hesab edir. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyul 2014-cü il tarixli Plenum Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri, adətən, mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Mülki qanunvericiliyə görə miras əmlak açıldığı andan vərəsənin mülkiyyəti hesab edilir. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 06 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 05 oktyabr 2012-ci il tarixli Qərarında qeyd edir ki, vərəsə miras əmlakın bir hissəsini mülki qanunvericilikdə nəzərdə tutulmuş əsasla (qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik) qəbul etdikdə o, mirasın (nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq) hamısını və ya ona çatası payı qəbul edilməsi kimi qiymətləndirilməlidir. Bu, vərəsələrin miras qalmış əmlakın qəbul edilməsi üçün əvvəl ifadə edilmiş iradəsini təsdiq edir, həmçinin həmin əmlaka onların qanuni əsaslarla əldə olunmuş mülkiyyət hüquqlarının davamlılığını və əsassız məhdudiyyətlər qoyulmadan həyata keçirilməsini təmin edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 yanvar 2021-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir. Mirasda məcburi pay – vərəsəlik hüququnun sosial-iqtisadi və əxlaqi yükü (dəyəri) olan ənənəvi hissəsidir. Mirasda məcburi payın anlayışı və ona hüququ olan subyektlərin dairəsi Azərbaycan Respublikası Mülki Məcəllənin 1193-cü maddəsində öz əksini tapmışdır. Həmin maddəyə müvafiq olaraq, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Məcburi payı tələb etmək hüququ isə mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər (Azərbaycan Respublikası Mülki Məcəllənin 1194-cü maddəsi). Konstitusiya Məhkəməsi, dəfələrlə, vərəsəlikdə məcburi pay institutu ilə bağlı normaları ətraflı şəkildə təhlil edərək bu institutun mahiyyətinin və cəmiyyətin həyatında rolunun açıqlanmasına dair bir sıra qərarlar qəbul etmişdir. Plenumun formalaşdırdığı hüquqi mövqeyə görə, məcburi pay institutunun göstərilən qaydada təsbit olunması vəsiyyət etmə və varis olma hüququnun sosial ədalət baxımından hədlərinin (sərhədlərinin) olması ilə əlaqədardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edən vəsiyyətnamə əsasında bu şəxsləri mirasdan məcburi pay almaq hüququndan məhrum edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 1193-cü maddəsində məcburi pay hüququ olan şəxslərin dairəsini bu cür müəyyən etməklə, yəni qanun üzrə vərəsələrdən məhz birinci növbə vərəsələri göstərməklə qanunverici ailə münasibətlərinin qorunub saxlanması və himayə edilməsi məqsədini güdür (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli Qərar). Beləliklə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanun üzrə vərəsələrdən, birinci növbə vərəsələrin mirasda məcburi pay hüququ – vəsiyyətnamə ilə bağlı deyil və onların hüquqlarının pozulması nəticəsində yaranan, birtərəfli qaydada dəyişdirilməsi mümkün olmayan, icrası məcburi xarakter daşıyan subyektiv hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1196-cı maddəsinə görə vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Həmin Məcəllənin 1202.2-ci maddəsinə görə, məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. Həmin Məcəllənin 1203.2-ci maddəsinə görə, məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Məhkəmə, ilk olaraq, qeyd edir ki, vərəsəlik institutunu tənzimləyən mülki qanunvericiliyin normalarının və bununla bağlı qəbul edilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarlarının mahiyyəti bundan ibarətdir ki, istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə mirası qanunla müəyyən edilmiş müddət ərzində qəbul etməlidir. Bu cür miras qəbulu ya formal qaydada-notariat orqanına ərizə verməklə, ya da faktiki şəkildə mirası faktiki olaraq qəbul etməklə həyata keçirilir. Bir vərəsənin miras əmlakı qəbul etməsi digər vərəsələri bu hüquqdan məhrum etmir. Hazırki vəziyyətdə miras qoyan X6 vəfat etməsi ilə miras əmlak açılmışdır. Miras qoyanın üç övladı miras açıldığı vaxt sağ olmuşdur. Onlardan biri Ağalar Əliyevlə bağlı miras qoyanın vəsiyyətnaməsi olmuş və sonradan onun vərəsəsi tərəfindən mirasın vəsiyyətnamə üzrə qəbulu müddəti uzadılmışdır və həmin müddətdə mirasın qəbul edilməsi barədə notariat kontoruna ərizə verilmişdir. Eyni zamanda vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, miras əmlakın bölgüsü aparılmış miras payı 4/6 hissədə müəyyən edilmiş, digər vərəsələrin hər birinin 1/6 hissə məcburi pay hüququ saxlanılmışdır. İkinci miras əmlak üzrə vəsiyyət üzrə vərəsə miras əmlak üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün notariat ofisinə müraciət etməmiş, lakin həmin mirası Cavabdeh1 yaşamaqla qəbul etmişdir. X3 onun hazırda yaşadığı ünvanı vəsiyyətnamə ilə ona vəsiyyət etmişdir və miras əmlakı faktiki olaraq qəbul etmişdir. İş üzrə iki vəsiyyətnamə və mirası qəbul edən iki vərəsə vardır. Digər vərəsə X35 qanun üzrə vərəsədir, onunla bağlı miras qoyan tərəfindən notarial qaydada təsdiq edilən vəsiyyətnamə mövcud deyil və hazırki müddətə qədər mirasın qəbulu ilə nə notariat ofisinə, nə də məhkəməyə müraciət etmədiyini bildirmişdir. Eyni zamanda, X21 mirası faktiki qəbul etməsi işə baxılan zaman təsdiq edilməmişdir. 15 iyul 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında X35, ümumiyyətlə, anasından vəfatından sonra ondan miras qalan heç bir əmlakı qəbul etmədiyini bildirmiş, 31 iyul 2025-ci il tarixdə isə izahatını dəyişərək anasından qalan samovarı apardığını, bir ədəd paltarını apardığını və istifadə etdiyini bildirmişdir. Lakin həmin əmlakların miras əmlak olub-olmaması, miras qoyana məxsus olub-olmaması, miras qoyanın sağlığında ona verilib-verilməməsi və ya miras qoyanın vəfatından sonra ondan qalan əmlakı qəbul etməsi üçün alması işə baxılan zaman təsdiq edilməmişdir. Bu halda sübut təqdim etmək vəzifəsi məhz X24 məxsus olmuşdur. Bir vərəsə vəsiyyətnamə üzrə mirası formal qaydada- notariat kontoruna ərizə verməklə qəbul etmiş, digər vərəsə isə mirası faktiki qaydada-miras əmlaka sahiblik etməklə qəbul etmişdir. Məhkəmə miras əmlakda payın müəyyən edilməsinə münasibətdə vəsiyyətnamənin mövcudluğunu və paya münasibətdə onun nəzərə alınmasını zəruri hesab edir. İşə baxılan zaman təqdim edilən vəsiyyətnamədən aydın olur ki, mövcud mübahisəli əmlak Cavabdeh1 vəsiyyət edilmişdir. Eyni zamanda, digər vəsiyyətnamə ilə iddiaçının mirası qəbul edilməsi təsdiqini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, mirası qəbul edən vərəsə X28 anası Fərzəliyeva Məleykədən miras qalan digər əmlakda məcburi pay almaq hüququ vardır və onun məcburi payı vəsiyyətnamə olmadığı halda bütün vərəsələr nəzərə alınmaqla ona çatası payın yarısı həcmində müəyyən edilməlidir. Vəsiyyətnamə üzrə mirası qəbul edən vərəsə Cavabdeh1 miras əmlakda payı miras əmlakı qəbul etməyən vərəsənin payı da ona keçməklə müəyyən edilməlidir və bu mülki qanunvericiliyin tələbidir. Eyni zamanda məhkəmə miras şərikliyinə son qoyan məhkəmə aktı qəbul etməklə hesab edir ki, Cavabdeh1 payının müəyyən edilməsi iddia tələbindən kənara çıxma olaraq qiymətləndirilməməlidir. Belə olan halda miras qoyanın üç vərəsəsi olması, həmçinin, həmin vərəslərdən X21 miras əmlakı qəbul etməsi təsdiq edilmədiyindən onun mümkün payının vəsiyyət üzrə vərəsə Cavabdeh1 keçməsi nəzərə alınmaqla, İddiaçı Ağalarivnanın payı 1/6 hissə-atası X37 çatacaq məcburi pay üzrə, Cavabdeh1 payı isə 5/6 hissədə müəyyən edilməlidir. Nəticə: Beləliklə, toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, 07 aprel 2016-cı il tarixdə vəfat etmiş Fərzəliyeva Məleykə M.Məhəmməd qızından miras qalmış ünvan 6 ünvanında yerləşən miras əmlakda İddiaçı Ağalarivnanın payı 1/6 hissə-atası X37 çatacaq məcburi pay üzrə, Cavabdeh1 payı isə 5/6 hissədə müəyyən edilməlidir. Məhkəmə məsrəflərinə münasibətdə iddia təmin edildiyindən iddiaçı Svitlana Əliyeva tərəfindən Hökümət Ödəniş portalında xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilən 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh1 alınıb iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. 07 aprel 2016-cı il tarixdə vəfat etmiş Fərzəliyeva Məleykə M.Məhəmməd qızından miras qalmış ünvan 6 ünvanında yerləşən miras əmlakda İddiaçı Ağalarivnanın məcburi payı 1/6 hissə-atası X37 çatacaq məcburi pay üzrə, həmçinin, Cavabdeh1 payı 5/6 hissədə müəyyən edilsin. İddiaçı Svitlana Əliyeva tərəfindən Hökümət Ödəniş portalında xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilən 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh1 alınıb iddiaçıya qaytarılsın. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №e-2(078)-489/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-489/2025
31.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver