Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-491/2022 14.04.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən e t d i m: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh 02.06.2019-cu il tarixli müqaviləsinə əsasən, Kyocera markalı printer üçün 310 (üç yüz on) manat ödənilməmiş hissə, 31 (otuz bir) manat cərimə, 16.02.2019-cu il tarixli müqaviləyə əsasən, Gaming Headphone markalı qulaqlıq və Speakers Edifier markalı səsucaldıcı üçün 53.8 (əlli üç manat, səksən qəpik) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə, 19.05.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********31320 olan HOFFMANN T110 markalı telefon üçün 42 (qırx iki) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə, 19.05.2019-cu il tarixli müqaviləsinə əsasən, Antivirus Kaspersky və TP-LİNK aksesuar üçün 28 (iyirmi səkkiz) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə, 30.04.2019-cu il tarixli müqaviləsinə əsasən, İP Player üçün 21.9 (iyirmi bir manat, doxsan qəpik) manat ödənilməmiş hissə, 2 (iki) manat cərimə, 08.01.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********34930 olan Meizu C9 Pro markalı telefon üçün 74.5 (yetmiş död manat, əlli qəpik) manat ödənilməmiş hissə, 7.8 (yeddi manat, səksən qəpik) manat cərimə, 20.07.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung markalı televizor və İMEİ Kodu **********59157 olan Samsung Galaxy A10 markalı telefon üçün 551 (beş yüz əlli bir) manat ödənilməmiş hissə, 55 (əlli beş) manat cərimə, 23.06.2019-cu il tarixli müqaviləsinə əsasən, Canon markalı fotoaparat üçün 519 (beş yüz on doqquz) manat ödənilməmiş hissə, 51 (əlli bir) manat cərimə ümumilikdə, 1759 manat borc və 37.59 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-4-cü maddəsinin tələblərinə əsasən iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, iddia ərizəsi daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən zaman müəyyən edilmişdir ki, tələbi təsdiq edən sənədlər iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-4.1 və 284-4.1.3-cü maddələrinin tələbinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. İş üzrə iddiaçı "xxxx" MMC-yə izah edilsin ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Məhkəmə həmçinin onu da qeyd edir ki, "xxxx" MMC Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə müraciət etdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun özündə saxlanılmışdır. Ona görə də qeyd edilən sənədlərin iddiaçıya geri qaytarılmasına zərurət yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 263, 264 və 284-4-cü maddələrini rəhbər tutaraq qərara aldım: "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair ərizənin icraata qəbul edilməsindən imtina olunsun. "xxxx" MMC-yə izah olunsun ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-491/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-491/2022
14.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver