Məhkəmə qərarları › İş №e-2(078)-509/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-509/2022

18.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-509/2022 18.04.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun qaytarılması tələbi barədə kiçik iddialara dair işlər üzrə elektron ərizəyə və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdim: "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 07.01.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********26433 olan Samsung Galaxy S20 markalı telefon üçün 1773.7 (bir min yeddi yüz yetmiş üç manat əlli qəpik) manat ödənilməmiş hissə, 177.5 (bir yüz yetmiş yeddi manat əlli qəpik) manat cərimə olmaqla ümumilikdə 1951 manat borc və 39.51 manat ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinin tələbinə əməl olunmadan verilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 151-ci maddəsinin tələbinə uyğun olaraq iddia ərizəsinin mümkünlüyünə dair məsələ tərəfimdən araşdırılarkən müəyyən etdim ki, iş üzrə Cavabdeh Şərur rayon, Kosacan kəndində qeydiyyatdadır. Bu fakt ərizəyə əlavə olunmuş 03.11.2021-ci il tarixdə Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışda da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinin tələbinə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Həmin maddəyə görə iş ərazi aidiyyətinə görə həmin məhkəmədə baxılmalı deyilsə iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddiaçı "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 26.11.2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzi ilə ödənilmiş 39.51 (otuz doqquz manat əlli bir) manat dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun qaytarılması tələbi barədə kiçik iddialara dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 26.11.2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzi ilə ödənilmiş 39.51 (otuz doqquz manat əlli bir) manat dövlət rüsumu geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10(on) gün müddətində qərardadı qəbul edən məhkəməyə verilə bilər. Hakim: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar