Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-534/2022 26.04.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ (Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat haqqında iddia ərizəsinin qəbul olunmasından imtina barədə) Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı (“Era Electronics”-in) xeyrinə 514.80 manat əsas və 50 manat cərimə borcu olmaqla ümumilikdə 564.80 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlt rüsumunun, ümumilikdə 594.80 manat pulun tutulması barədə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151-ci maddəsinə əsasən iddia ərizəsinin mümkünlüyünə dair məsələ tərəfimdən araşdırılarkən ərizəni nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələbinə əsasən iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, 10.05.2020-ci il tarixli 22101 saylı müqavilə Cavabdeh ilə “Era Electronics” arasında imzalandığı üçün cavabdehə qaldırılmış iddia ərizəsində də iddiaçı kimi “Era Electronics” göstərilməli, İddiaçı isə iddiaçı təşkilatın nümayəndəsi qismində çıxış etməli idi. Eyni tələb eyni əsas üzrə Naxçıvan Şəhər Məhkəməsinin 20 aprel 2022-ci il tarixli e- 2(078)-516/2022 nömrəli qərardadı ilə icraata qəbul edilməkdən imtina edilmiş, lakin iddia ərizəsində heç bir düzəliş aparılmadan yenidən məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə yenidən iddia verməsinə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 264 və 276.2.2-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi icraata qəbul olunmaqdan imtina olunsun. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №e-2(078)-534/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-534/2022
26.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver