Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-54/2023 16.02.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, İddiaçı, cavabdeh və eyni zamanda digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 nümayəndəsi Cavabdeh2 və cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X27 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 1112.3 kv.metr torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin miras əmlak olaraq onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, atası X45 27 may 2007-ci ildə, birinci həyat yoldaşı X42 02 yanvar 2013-cü ildə, ikinci həyat yoldaşı Yüzbaşıyeva Tərlan Talıb qızı isə 10 yanvar 1997-ci il tarixlərdə ölmüşlər. Mərhum atası Yadulla Həsənovun hər iki nikahından o da daxil olmaqla 8 nəfər uşağı X28 (xx.xx.2010-cu il tarixdə ölüb), X38 (xx.xx.2022-cu il tarixdə ölüb), X39, X29 (xx.xx.2017-ci il tarixdə ölüb), İddiaçı, Cavabdeh2, Özalay (Həsənova) Sevinc Yadulla qızı, Cavabdeh3 doğulmuşdur. Mərhum atası X45 27 may 2007-ci il öləndən sonra onun ünvan 1 ünvanında yerləşən 1112.3 kv.metr torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi miras qalmışdır. Mərhum atası Yadulla Həsənov həmin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 1112.3 kv.metr torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evini 16 mart 2007-ci il tarixdə Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində **********39-103883 nömrəli reyestr və 3163 qeydiyyat nömrə ilə rəsmiləşdirib, adına çıxarış almışdır. O atasının sağlığında iki uşaqla boşandığı üçün məcburiyyət qarşısında qaldığından atası evinə qayıdıb orada yaşamalı olmuşdur. Atası 27 may 2007-ci il tarixdə öləndən sonra iki ilə yaxın iki övladı ilə birlikdə orada yaşayaraq atasından qalan miras əmlakı faktiki olaraq qəbul edib, burada iş tapa bilmədiyi üçün uşaqlarını da özü ilə birlikdə götürüb Sumqayıt şəhərinə getmişdir. İndi uşaqları ilə birlikdə Sumqayıt şəhərində kirayə mənzil tutub orada yaşayır. Hal-hazırda həmin ata mülkündə mərhum qardaşı Həsənov Qüdrətin ailə üzvləri və atasının qeyri rəsmi ailə qurduğu 3-cü həyat yoldaşı X40 yaşayırlar, kommunal ödənişləri və əmlaka görə bələdiyyə vergisini onlar ödəyir. Onun mirası faktiki olaraq qəbul etməyini onlarla yanaşı digər şahidlər də məhkəmədə gəlib təsdiq edə bilərlər. X2 27 ildir ki, Türkiyə Respublikasında yaşayır və orada qeydiyyata düşüb, artıq oranın vətəndaşıdır. Uzun müddətdir ki, əlaqələri yoxdur, heç atasının da yas mərasiminə gəlməmişdir. Nə telefon əlaqələri var, nə də ki, harada yaşaması barədə hər hansı bir məlumat var. O miras əmlakı faktiki olaraq qəbul etdiyi üçün adına rəsmiləşdirmək istəmiş, buna görə də mirasın qəbulu ilə bağlı müvafiq şəhadətnamə verilməsi üçün Naxçıvan şəhər 1 saylı Notariat Ofisinə müraciət etmişdir . Naxçıvan şəhər 1 saylı Notariat Ofisinin 22 sentyabr 2022-ci il tarixli, 171 nömrəli məktubunda mirasın faktiki qəbulunun məhkəmə tərəfindən müəyyən olunduğu üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Məhkəmə 21 noyabr 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında X11, X12 və X6 cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb etmişdir. Məhkəmə 09 yanvar 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında X30 cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb etmişdir. 11 yanvar 2023-cü il tarixdə Cavabdeh2, Özalay (Həsənova) Sevinc Yadulla qızı, Cavabdeh3, X31 və X43 İddiaçı qarşı qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək mərhum ataları (babası) X27 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 1112.3 kv.metr torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin, ümumi miras əmlak olaraq tərəflərindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Naxçıvan Şəhər Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli, e-2(078)-54/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Cavabdeh2, Özalay (Həsənova) Sevinc Yadulla qızının, Cavabdeh3, X7 və X21 verdiyi qarşılıqlı iddia ərizəsi və ona ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. Mülki iş üzrə 16 fevral 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında iştirak etməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 nümayəndəsi Cavabdeh2 onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Mülki iş üzrə 16 fevral 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X13, X14 və X32 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında iştirak etməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X7, X8 və X21 iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. 16 fevral 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçının vəkil və nümayəndəsi Vəkil mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının vəkil və nümayəndəsi məhkəmə iclasına gəlməmiş məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə İddiaçı özünün hüquqlarını müdafiə edəcəyini bildirməsini, vəkil və nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməsini nəzərə alıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq iddiaçının vəkil və nümayəndəsi Vəkil iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün saymışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Hakim işdə iştirak edən şəxsin vəsatəti ilə onun nümayəndəsinin, yaxud vəkilinin üzürlü səbəbdən gəlməməsi ilə əlaqədar işin baxılmasını təxirə sala bilər. Məhkəmə iclasları zamanı izahat verən İddiaçı izahatında iddia ərizəsinə uyğun izahat verməklə əlavə olaraq atasının ölümündən sonra ondan miras qalmış daşınmaz əmlakda özünün, qardaşları Qəribin, Bəxtiyarın, Qüdrətin və Həsənin yaşadığını, mirası qəbul edən hər kəsin öz payına uyğun qaydada mirasdan payın verilməsinə narazı olmadığını bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasları zamanı izahat verən cavabdeh və eyni zamanda digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 nümayəndəsi Cavabdeh2 izahatında atası X27 27 mart 2007-ci ildə öldüyünü, atasının birinci dəfə nikahda olduğu X22 02 yanvar 2013-cü ildə, ikinci dəfə nikahda olduğu Yüzbaşıyeva Tərlan Talıb qızının isə 10 yanvar 1997-ci il tarixlərdə vəfat etdiklərini, mərhum atası Yadulla Həsənovun hər iki nikahından özü də daxil olmaqla 8 nəfər uşağının doğulduğunu, atasının övladlarından X9 xx.xx.2010-cu il tarixdə, X15 xx.xx.2022-ci il tarixdə və X10 xx.xx.2017-cu il tarixdə vəfat etdiklərini, atasının ölümündən sonra atasından miras qalmış daşınmaz əmlakda özünün, bacısı Fatmanın, qardaşları Həsən, Qüdrət və Qəribin yaşadıqlarını, bacısı Sevincin isə ara-sıra Türkiyədən gələrək həmin evə yaşadığını, bacısı Arzunun isə ümumiyyətlə heç atasının yasında belə iştirak etmədiyini, haızrda həmin həyətdə qardaşı Qüdrətin ailəsinin və atasının qeyri-rəsmi nikahda olduğu Laləzarın yaşadığını, özünün kiaryədə yaşadığını, atasından miras qalan evə ehtiyacı olduğunu, atasından qalan mirasın onu qəbul edən vərəsələr arasında bərabər bölünməli olduğunu bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasları zamanı izahat verən cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X23 izahatında onun X10 arvadı olduğunu, X10 xx.xx.2017-ci il tarixdə vəfat etdiyini, qayınatası X27 27 mart 2007-ci ildə öldüyünü, qayınatasının ölümündən sonra ondan miras qalmış daşınmaz əmlakda Qüdrətin, özünün, uşaqlarının, baldızı Fatmanın, qayınları Bəxtiyar, Həsən və Qəribin yaşadıqlarını, hazırda yaşadığı evi qayınatası onlara bağışlasa da , ayrı ünvanı olsa da, həmin evin həyəti olmadığını, ona görə də qayınatasından miras qalan torpaqdan istifadə etdiklərini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclası zamanı izahat verən Cavabdeh1 izahatında atası X27 27 mart 2007-ci ildə öldüyünü, atasının birinci dəfə nikahda olduğu X22 02 yanvar 2013-cü ildə, ikinci dəfə nikahda olduğu Yüzbaşıyeva Tərlan Talıb qızının isə 10 yanvar 1997-ci il tarixlərdə vəfat etdiklərini, mərhum atası Yadulla Həsənovun hər iki nikahından özü də daxil olmaqla 8 nəfər uşağının doğulduğunu, atasının övladlarından X9 xx.xx.2010-cu il tarixdə, X15 xx.xx.2022-ci il tarixdə və X10 xx.xx.2017-cu il tarixdə vəfat etdiklərini, atasının ölümündən sonra atasından miras qalmış daşınmaz əmlakda bacısı Fatmanın, qardaşları Həsən, Bəxtiyar, Qüdrət və Qəribin yaşadıqlarını, özünün isə ara-sıra Türkiyədən gələrək həmin evə yaşadığını, bacısı Arzunun isə ümumiyyətlə heç atasının yasında belə iştirak etmədiyini bildirdi. Məhkəmə hazırlıq iclası zamanı izahat verən Cavabdeh3 izahatında atası X27 27 mart 2007-ci ildə öldüyünü, atasının birinci dəfə nikahda olduğu X22 02 yanvar 2013-cü ildə, ikinci dəfə nikahda olduğu Yüzbaşıyeva Tərlan Talıb qızının isə 10 yanvar 1997-ci il tarixlərdə vəfat etdiklərini, mərhum atası Yadulla Həsənovun hər iki nikahından özü də daxil olmaqla 8 nəfər uşağının doğulduğunu, atasının övladlarından X9 xx.xx.2010-cu il tarixdə, X15 xx.xx.2022-ci il tarixdə və X10 xx.xx.2017-cu il tarixdə vəfat etdiklərini, atasının ölümündən sonra atasından miras qalmış daşınmaz əmlakda özünün, bacısı Fatmanın, qardaşları Həsən, Qüdrət və Bəxtiyarın yaşadıqlarını, bacısı Sevincin isə ara-sıra Türkiyədən gələrək həmin evə yaşadığını, bacısı Arzunun isə ümumiyyətlə heç atasının yasında belə iştirak etmədiyini, hazırda həmin həyətdə qardaşı Qüdrətin ailəsinin və atasının qeyri-rəsmi nikahda olduğu Laləzarın yaşadığını, özünün isə arvadı ilə birlikdə Türkiyədə işlədiyi üçün müvəqqəti olaraq orada yaşadığını, atasından qalan mirasın onu qəbul edən vərəsələr arasında bərabər bölünməli olduğunu bildirdi. Məhkəmə hazırlıq iclası zamanı izahat verən cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X33 izahatında onun X10 qızı olduğunu, X10 xx.xx.2017-ci il tarixdə vəfat etdiyini, babası X27 27 mart 2007-ci ildə öldüyünü, babasının ölümündən sonra ondan miras qalmış daşınmaz əmlakda atası Qüdrətin və onların, bibisi Fatmanın, əmiləri Bəxtiyar, Həsən və Qəribin yaşadıqlarını, hazırda anasıgilin yaşadığı evi babası onlara bağışlasa da, ayrı ünvanı olsa da, həmin evin həyəti olmadığını, ona görə də babasından miras qalan torpaqdan istifadə etdiklərini bildirdi. Məhkəmə hazırlıq iclası zamanı izahat verən cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X31 izahatında onun X10 oğlu olduğunu, X10 xx.xx.2017-ci il tarixdə vəfat etdiyini, babası X27 27 mart 2007-ci ildə öldüyünü, babasının ölümündən sonra ondan miras qalmış daşınmaz əmlakda atası Qüdrətin və onların, bibisi Fatmanın, əmiləri Bəxtiyar, Həsən və Qəribin yaşadıqlarını, hazırda yaşadıqları evi babası onlara bağışlasa da, ayrı ünvanı olsa da, həmin evin həyəti olmadığını, ona görə də babasından miras qalan torpaqdan istifadə etdiklərini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində özünün iddiaçı və cavabdehlərlə qonşu olduğunu, mərhum Yadulla Həsənov vəfat etdikdən sonra ondan miras qalmış fərdi yaşayış evində onun övladları Fatma, Bəxtiyar, Qüdrət, Qərib və Həsənin yaşadıqlarını, hazırda həmin həyətdə Qüdrətin ailəsinin və Yadullanın qeyri rəsmi nikahda olduğu arvadı Laləzarın yaşadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X34 ifadəsində özünün iddiaçı və cavabdehlərlə qonşu olduğunu, mərhum Yadulla Həsənov vəfat etdikdən sonra ondan miras qalmış fərdi yaşayış evində onun övladları Fatma, Bəxtiyar, Qüdrət, Qərib və Həsənin yaşadıqlarını, hazırda həmin həyətdə Qüdrətin ailəsinin və Yadullanın qeyri rəsmi nikahda olduğu arvadı Laləzarın yaşadığını bildirdi. Mülki iş materiallarını tədqiq edən, işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadələrini dinləyən məhkəmə müəyyən edir ki, İddiaçı, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, X16, X9, X15 və X10 mərhum X27 vərəsələri olması, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın X27 mülkiyyətində olması mülki işin mübahisəsiz hallarıdır. Bunların mülki işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iddia ərizəsinə əlavə olunmuş ******* nömrəli NMR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X37 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın təsdiq olunmuş surətindən Naxçıvan şəhəri, Lermantov küçəsi, döngə 4-də olan 1112.3 kvm torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 20.9 kv.metr yaşayış, 9.5 kv.m köməkçi sahədən ibarət 68 nömrəli fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə X27 adına Daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 883 nömrəli vərəqində qeydiyyata alınması; -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş arayışlarda Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 Lermantov küçəsi, döngə 4, ev 68 ünvanında, qeydiyyatda olması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan Şəhər İcra Hakimiyyəti Şıxmahmud kənd sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 809 nömrəli arayışdan İddiaçı Naxçıvan şəhəri, Şıxmahmud kəndində qeydiyyatda olması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli AZ-İ seriyalı, 702548 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X10 xx.xx.2017-ci il tarixdə diyabetik koma, şəkərli diabet xəstəliyi səbəbi ilə Naxçıvan şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında 73 nömrə ilə qeyd aparılması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş xx.xx.2010cu il tarixli AZ-İ seriyalı, 435189 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X9 xx.xx.2010-cu il tarixdə miokart, infarkt səbəbi ilə Naxçıvan şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında 271 nömrə ilə qeyd aparılması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli AZ-İ seriyalı, 164943 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X27 xx.xx.2007-ci il tarixdə ürək damar çatmamazlığı səbəbi ilə Naxçıvan şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında 110 nömrə ilə qeyd aparılması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 632 nömrəli arayışdan X27 İddiaçı, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, X39, X28, X38 və X29 adlı vərəsələrinin olması; -iş materiallarında olan və Naxçıvan şəhər 2 saylı Nikah evi tərəfindən verilmiş 07 aprel 2022-ci il tarixli, ******* nömrəli çıxarışdan X45 və X22 birgə nikahından xx xxx 1967-ci il tarixdə İddiaçı adlı övladlarının doğulması; -iş materiallarında olan və Naxçıvan şəhər 2 saylı Nikah evi tərəfindən verilmiş 05 may 2022-ci il tarixli, 551104 nömrəli çıxarışdan X45 və X22 birgə nikahından 15 sentyabr 1963cü il tarixdə X39 adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər 2 saylı Nikah evi tərəfindən verilmiş 07 aprel 2022-ci il tarixli çıxarışdan X45 və X42 arasında 25 may 1957-cı il tarixdə nikahın bağlanması və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 110 nömrə ilə qeyd edilməsi; -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər 2 saylı Nikah evi tərəfindən verilmiş 07 aprel 2022-ci il tarixli çıxarışdan X45 və X42 arasında 07 yanvar 1975-ci il tarixdə nikahın pozulması və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 01 nömrə ilə qeyd edilməsi; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.1978-ci il tarixli 481669 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X27 Yüzbaşıyeva Tərlan Talıb qızı ilə nikahının xx.xx.1978-ci il tarixdə bağlanması və bu barədə akt qeydləri kitabında 214 nömrə ilə qeyd aparılması; -iş materiallarında olan və Naxçıvan şəhər VVADQ şöbəsi tərəfindən verilmiş XİV-ЖГ seriyalı, 425301 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X45 və X17 birgə nikahından 13 avqust 1972-ci il tarixdə Cavabdeh2 adlı övladlarının doğulması; -iş materiallarında olan və Naxçıvan şəhər VVADQ şöbəsi tərəfindən verilmiş 10 oktyabr 1978-ci il tarixli, XV-ЖГ seriyalı, 496759 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X45 və X17 birgə nikahından 17 iyun 1977-ci il tarixdə Cavabdeh3 adlı övladlarının doğulması; -iş materiallarında olan və Naxçıvan şəhər VVADQ şöbəsi tərəfindən verilmiş 10 oktyabr 1978-ci il tarixli, V-ЖГ seriyalı, 496758 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X45 və X17 birgə nikahından 23 avqust 1975-ci il tarixdə X24 adlı övladlarının doğulması; -iş materiallarında olan və Naxçıvan zaks bürosu tərəfindən verilmiş 10 fevral 1965-ci il tarixli, 571456 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X45 və X22 birgə nikahından 27 yanvar 1965-ci il tarixdə X29 adlı övladlarının doğulması; -iş materiallarında olan və Naxçıvan şəhər VVADQ şöbəsi tərəfindən verilmiş 14 oktyabr 1982-ci il tarixli, 282632 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X38 ilə X41 arasında xx.xx.1982-ci il tarixdə nikah bağlanması və bu barədə akt qeydləri kitabında 339 nömrə ilə qeyd aparılması; -iddia ərizəsinə əlavə olunmuş və Babək rayon Qaraxanbəyli kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli AZ-İ seriyalı, 164575 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X18 xx.xx.2008-ci il tarixdə Qaraxanbəyli kəndində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında 14 nömrə ilə qeyd aparılması; -iş materiallarında olan və Naxçıvan şəhər 2 saylı Nikah evi tərəfindən verilmiş 05 may 2022-ci il tarixli, 401741 nömrəli çıxarışdan X45 və X22 birgə nikahından 24 oktyabr 1961-ci il tarixdə X35 adlı övladlarının doğulması; -iş materiallarında olan və Naxçıvan şəhər 2 saylı Nikah evi tərəfindən verilmiş 22 avqust 2022-ci il tarixli, 270179 nömrəli çıxarışdan X38 və X19 birgə nikahından 04 fevral 1984-cü il tarixdə X43 adlı övladlarının doğulması; -iş materiallarında olan və Naxçıvan şəhər 2 saylı Nikah evi tərəfindən verilmiş 05 may 2022-ci il tarixli, 926491 nömrəli çıxarışdan X45 və X22 birgə nikahından 15 iyul 1960-cı il tarixdə X28 adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 631 nömrəli arayışdan X10 X31, X23 və X33 adlı vərəsələrinin olması; -iş materiallarında olan və Naxçıvan şəhər VVADQ şöbəsi tərəfindən verilmiş 07 noyabr 2003-cü il tarixli, AZ-İ seriyalı, 381448 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X29 və X3 birgə nikahından 16 sentyabr 2003-cü il tarixdə X31 adlı övladlarının doğulması; -iş materiallarında olan və Naxçıvan şəhər VVADQ şöbəsi tərəfindən verilmiş 15 oktyabr 1999-cu il tarixli, İ-AZ seriyalı, 092627 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X29 və X3 birgə nikahından 21 noyabr 1998-ci il tarixdə X33 adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə olunmuş və Şahbuz rayon Keçili kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli 309697 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X29 və X20 arasında xx.xx.1997-ci il tarixdə nikahın bağlanması və bu barədə akt qeydləri kitabında 17 nömrə ilə qeyd aparılması; -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər 2 saylı Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan X9 nikahı haqqında akt qeydi aşkar edilmədiyi məlum olur. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsini tələb etməsi isə mülki işin mübahisəli halıdır. Məhkəmə mülki işin mübahisəli halının araşdırılması ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. İddia tələbinin məhkəmədə araşdırılması zamanı miras qoyan X45 tərəfindən vəsiyyətnamə tərtib edilmədiyi müəyyən edilmişdir. Buna görə də hazırkı vəziyyətdə vərəsəliyin qanunla müəyyən edilmiş əsası tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı qanun üzrə vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-ci maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1160-cı maddəsinin tələbinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Qeyd olunan normaların tələbindən də göründüyü kimi İddiaçı, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, X39, X38 və X1 Yadulla Rza oğlunun qanun üzrə vərəsələridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Həmçinin həmin qərarda qeyd olunmuşdur ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu maddəsində əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübutların aşağıdakılar ola biləcəyi qeyd edilmişdir: -vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; -mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; -mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; -mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; -miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadələrini, mülki iş materiallarını bir-biri ilə əlaqəli şəkildə, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, İddiaçı mərhum X27 vəfatından sonra ondan qalmış miras əmlakı mərhumun öldüyü gündən faktiki idarə etmiş, bununla da faktiki idarə etmək üsulu ilə mirası qəbul etmişdir. Məhkəmə qeyd olunan nəticəyə gələrkən cavabdehlərin və cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərin izahatlarını da nəzərə alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3- cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən məhkəmə işin gedişində təqdim olunmuş yalnız o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarına əsasən mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə cavabdehlərə izah edir ki, iddiaçının miras əmlakı faktiki qəbul etməsi, miras qoyanın digər vərəsələrinin bu hüquqdan məhrum edilməsi hesab edilmir. Mirası qəbul etmiş hər bir vərəsə mirasın qəbulu ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -İddia tələbi təmin edilməli; -27 mart 2007-ci il tarixdə ölən X25 miras qalmış ünvan 1 ünvanında yerləşən 1112.3 kv.metr torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli; -iddia təmin edildiyindən 100 (yüz) manat miqdarında dövlət rüsumu iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. 27 mart 2007-ci il tarixdə ölən X25 miras qalmış ünvan 1 ünvanında yerləşən 1112.3 kv.metr torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. İddia təmin edildiyindən 100 (yüz) manat miqdarında dövlət rüsumu iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva
Məhkəmə qərarları › İş №e-2(078)-54/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-54/2023
16.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver