Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-541/2022 03.06.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, ünvan 1 ünvanında yerləşən İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqısatqı müqaviləsi üzrə pul tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyə n etdim: İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada müqavilə üzrə 2777.21 (iki min yeddi yüz yetmiş yeddi manat iyirmi bir qəpik) manat qalıq borcu və 634.03 (altı yüz otuz dörd manat üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 3411.24 (üç min dörd yüz on bir manat iyirmi dörd qəpik) manat borcun, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 54.11 (əlli dörd manat on bir qəpik) manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı təşkilatla Cavabdeh1 arasında arasında bağlanmış 14.09.2019-cu il tarixli XK08703 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, borcluya 4135.40 manat (borclu tərəfindən edilmiş ilkin ödəniş məbləği daxil olmaqla) dəyərində məişət məhsulu nisyə satılmışdır və məhsul cavabdehə təhvil verilmişdir. Öhdəliyin təminatı olaraq zamin Cavabdeh2 ilə 14.09.2019-cu il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Ərizədə qeyd edilmişdir ki, cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirməmişdir. Müqavilənin 6.1-ci bəndi və 6.1.1-ci yarımbəndinə əsasən, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yertirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə, kreditor nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malikdir. Cavabdehin iddiaçı qarşısında müqavilə üzrə qalıq borcu 2777.21 manat təşkil edir. Müqavilənin 5.6-cı bəndinə əsasən, borcun ödənişi gecikdirildikdə, hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0,3 %-i həcmində cərimə (dəbbə pulu) ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. Cavabdehin kreditor qarşısında müqavilə üzrə cərimə borcu 6340.35 manat təşkil edir. Hazırda cavabdehlərə qarşı güzəşt siyasəti tətbiq edildiyi üçün hesablanmış cərimə məbləğinin yalnız 10%-ni ödəməyi borcludan tələb edir. Belə olan halda, hesablanmış cərimə məbləğinin 10%-i 634.03 manat təşkil edir. Ərizədə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə, eləcə də borcalan ilə bağlanmış müqaviləyə əsasən, borcalan öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, kreditor borcalandan kredit borcunun, hesablanmış faizlərin və cərimələrin, həmçinin bununla bağlı çəkilmiş bütün xərclərin onların hesabına, o cümlədən onların əmlakları hesabına ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən cavabdeh yuxarıda qeyd edilən pul məbləğinin (kreditin) ödənilməsinə dair öhdəlik daşıyır. İddiaçı təşkilat sonda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada müqavilə üzrə 2777.21 (iki min yeddi yüz yetmiş yeddi manat iyirmi bir qəpik) manat qalıq borcu və 634.03 (altı yüz otuz dörd manat üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 3411.24 (üç min dörd yüz on bir manat iyirmi dörd qəpik) manat borcun, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 54.11 (əlli dörd manat on bir qəpik) manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: İddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsidir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərtilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İş materiallarına əlavə olunmuş 14.09.2019-cu il tarixli XK08703 nömrəli müqavilədən aydın olur ki, həqiqətən İddiaçı MMC ilə Cavabdeh1 arasında qeyd olunan nisyə satış müqaviləsi bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhdəliklər götürmüşlər. Müqavilənin şərtinə əsasən Cavabdeh1 dəyəri 799 manat olan 1 ədəd Vestel W 7B104TDS markalı paltaryuyanı, dəyəri 169 manat olan 1 ədəd Simfer 7502X markalı aspiratoru, dəyəri 699 manat olan 1 ədəd Vestel markalı soyuducunu, dəyəri 999 manat olan 1 ədəd Vestel 49UD8800T markalı televizoru, dəyəri 288.90 manat olan 1 ədəd Mirado 50/18-seksiya markalı radiatoru, dəyəri 160.60 manat olan 3 ədəd Mirado 50/10seksiya markalı radiatoru və dəyəri 699 manat olan 1 ədəd Vestel VTKC9W markalı kondisioneri almış, 15 ay müddətinə hər ay 259 manat ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2-ci maddəsinin şərtinə əsasən borcun ödənişi gecikdirildikdə hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0.3 % həcmində cərimə (dəbbə pulu) ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1-dən müəyyən edilir ki, tərəflər müqavilə üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. 14.09.2019-cu il tarixli XK08703-Z nömrəli Zaminlik Müqaviləsinin surətindən məlum olur ki, Cavabdeh1 ilə İddiaçı MMC arasında bağlanmış nisyə satış müqaviləsinin üzrə kredit öhdəliyinin təmin edilməsi şərtilə "xxxx" MMM QBKT ilə Cavabdeh2 arasında qeyd olunan Zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə olunmuş 14.09.2019-cu il tarixli təhvil-təslim aktnın surətindən məlum olur ki, iş üzrə Cavabdeh1 aktda qeyd olunan malları təhvil alaraq bu barədə müvafiq imza etmişdir. 16.03.2022-ci il tarixli maliyyə arayışına əsasən 14.09.2019-cu il tarixli XK08703 nömrəli müqaviləyə əsasən Cavabdeh1 2777.21 (iki min yeddi yüz yetmiş yeddi manat iyirmi bir qəpik) manat qalıq borcu və 634.03 (altı yüz otuz dörd manat üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 3411.24 (üç min dörd yüz on bir manat iyirmi dörd qəpik) manat məbləğində borcu vardır. Gecikmə günlərinin sayı 761-dir. İş materiallarına əlavə edilmiş bildiriş məktubunun surətindən məlum olur ki, həmin tarixdə borclu Cavabdeh1 və Cavabdeh2 borcun ödənilməsi ilə bağlı pretenziya məktubu göndərilmişdir. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 14.09.2019-cu il tarixli XK08703 nömrəli müqaviləyə əsasən 2777.21 (iki min yeddi yüz yetmiş yeddi manat iyirmi bir qəpik) manat qalıq borcu və 634.03 (altı yüz otuz dörd manat üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 3411.24 (üç min dörd yüz on bir manat iyirmi dörd qəpik) manat məbləğində borc İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Ərizə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 Portalına 28.03.2022-ci il tarixdə ********* nömrəli mədaxil qəbzi ilə ödənilmiş 54.11 (əlli dörd manat on bir qəpik) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 27.04.2022-ci il tarixdə daxil olmuş ərizə üzrə 29.04.2022-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir Azərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Azərbaycan Respublikasının MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdim: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 14.09.2019-cu il tarixli XK08703 nömrəli müqaviləyə əsasən 2777.21 (iki min yeddi yüz yetmiş yeddi manat iyirmi bir qəpik) manat qalıq borcu və 634.03 (altı yüz otuz dörd manat üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 3411.24 (üç min dörd yüz on bir manat iyirmi dörd qəpik) manat məbləğində borc İddiaçı MMC-nin xeyrinə tutulsun. İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 Portalına 28.03.2022-ci il tarixdə ********* nömrəli mədaxil qəbzi ilə ödənilmiş 54.11 (əlli dörd manat on bir qəpik) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-541/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-541/2022
03.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver