Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-556/2024 18.04.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 73 A ünvanında yerləşən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 fevral 2023-cü il tarixli müqaviləyə əsasən Acer Extensa komputer, İMEİ kodu **********88065 olan İPhone markalı telefon, Apple 20W USB-C adapter üçün 1263.57 (min iki yüz altmış üç manat əlli yeddi qəpik) manat ödənilməmiş hissənin, 126.43 (yüz iyirmi altı manat qırx üç qəpik) manat cərimənin, 11 iyun 2023-cü il tarixli müqaviləyə əsasən Apple Watch 8 saat üçün 1096.20 (min doxsan altı manat iyirmi qəpik) manat ödənilməmiş hissənin, 109.80 (yüz doqquz manat səksən qəpik) manat cərimənin, ümumilikdə 2596 (iki min beş yüz doxsan altı) manat borcun və 45.96 (qırx beş manat doxsan altı qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehin "xxxx" MMC ilə bağladığı 14 fevral 2023-cü il və 11 iyun 2023-cü il tarixli müqavilələrə əsasən Acer Extensa komputer, İMEİ kodu **********88065 olan İPhone markalı telefon, Apple 20W USB-C adapter və Apple Watch 8 saat aldığını və nəticədə 2596 (iki min beş yüz doxsan altı) manat borcun yarandığını, cavabdehin müqavilənin şərtlərini pozduğunu və nəticədə 14 fevral 2023-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 4190.99 (dörd min yüz doxsan manat doxsan doqquz qəpik) manat (12 ay x 307 manat + 506.99 manat ilkin ödəniş) olan Acer Extensa komputer, İMEİ kodu **********88065 olan İPhone markalı telefon, Apple 20W USB-C adapter üçün ümumilikdə 1390 (min üç yüz doxsan) manat olmaqla, ondan 1263.57 (min iki yüz altmış üç manat əlli yeddi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 126.43 (yüz iyirmi altı manat qırx üç qəpik) manat cərimə pulu, 11 iyun 2023-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1323 (min üç yüz iyirmi üç) manat (12 ay x 99.75 manat + 126 manat ilkin ödəniş) olan Apple Watch 8 saat üçün ümumilikdə 1206 (min iki yüz altı) manat olmaqla, ondan 1096.20 (min doxsan altı manat iyirmi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 109.80 (yüz doqquz manat səksən qəpik) manat cərimə pulu borcunun yarandığını, cavabdehin cəmi ödədiyi məbləğin 226.80 manat təşkil etdiyini, cavabdehlə aralarında bağlanmış 14 fevral 2023-cü il və 11 iyun 2023-cü il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından cavabdehin əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil aldığının göründüyünü, cavabdehlə aralarında olan telefon danışığından, həmçinin göndərdikləri 06 fevral 2024-cü il tarixli xəbərdarlıq məktubundan mübahisənin məhkəmədənkənar həll olunmasını, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəfin müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etmədiyini, bunları nəzərə alaraq, 14 fevral 2023-cü il tarixli müqaviləyə əsasən Acer Extensa komputer, İMEİ kodu **********88065 olan İPhone markalı telefon, Apple 20W USB- C adapter üçün 1263.57 (min iki yüz altmış üç manat əlli yeddi qəpik) manat ödənilməmiş hissənin, 126.43 (yüz iyirmi altı manat qırx üç qəpik) manat cərimənin, 11 iyun 2023-cü il tarixli müqaviləyə əsasən Apple Watch 8 saat üçün 1096.20 (min doxsan altı manat iyirmi qəpik) manat ödənilməmiş hissənin, 109.80 (yüz doqquz manat səksən qəpik) manat cərimənin, ümumilikdə 2596 (iki min beş yüz doxsan altı) manat borcun və 45.96 (qırx beş manat doxsan altı qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: Tərəflər arasında bağlanmış 14 fevral 2023-cü il tarixli, 13753799 nömrəli və 11 iyun 2023-cü il tarixli, 03304583 nömrəli Müqavilələrin 2.3, 2.4 və 2.5-ci bəndlərinə əsasən, "xxxx" MMC malı müştəriyə təqdim edir. Müştəri malı qəbul edir və malı istifadə etmək hüququ ona keçir. Müqavilənin bütün şərtləri tam və vaxtında yerinə yetirildiyi təqdirdə mala tam sahiblik hüququ müştəriyə keçir. 15 fevral 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh 14 fevral 2023-cü il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 4190.99 manat olan Acer Extensa komputer, İMEİ kodu **********88065 olan İPhone markalı telefon, Apple 20W USB-C adapter üçün ilkin ödəniş 506.99 manat olmaqla, 12 ay müddətinə ayda 307 manat, 11 iyun 2023-cü il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 1323 manat olan Apple Watch 8 saat üçün ilkin ödəniş 126 manat olmaqla, 12 ay müddətinə ayda 99.75 manat ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə sübutları obyektiv, qərəzsiz, qanunauyğun olaraq araşdırıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 01 mart 2024-cü il tarixdə daxil olmuş iddia ərizəsi üzrə 04 mart 2024-cü il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə, Cavabdeh 14 fevral 2023-cü il tarixli müqaviləyə əsasən 1263.57 (min iki yüz altmış üç manat əlli yeddi qəpik) manat ödənilməmiş hissə, 126.43 (yüz iyirmi altı manat qırx üç qəpik) manat cərimə borcu və 11 iyun 2023-cü il tarixli müqaviləyə əsasən 1096.20 (min doxsan altı manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 109.80 (yüz doqquz manat səksən qəpik) manat cərimə borcu olmaqla, cəmi 2596 (iki min beş yüz doxsan altı) manat məbləğində borc və 45.96 (qırx beş manat doxsan altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Belə ki, 15 fevral 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh 14 fevral 2023-cü il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 4190.99 manat olan Acer Extensa komputer, İMEİ kodu **********88065 olan İPhone markalı telefon, Apple 20W USB-C adapter üçün ilkin ödəniş 506.99 manat olmaqla, 12 ay müddətinə ayda 307 manat, 11 iyun 2023-cü il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 1323 manat olan Apple Watch 8 saat üçün ilkin ödəniş 126 manat olmaqla, 12 ay müddətinə ayda 99.75 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilələrin qeyd olunan şərtlərini pozaraq borcunun ödənilməsini təmin etməməklə, müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 14 fevral 2023-cü il tarixli müqaviləyə əsasən 1263.57 (min iki yüz altmış üç manat əlli yeddi qəpik) manat ödənilməmiş hissə, 126.43 (yüz iyirmi altı manat qırx üç qəpik) manat cərimə borcu və 11 iyun 2023-cü il tarixli müqaviləyə əsasən 1096.20 (min doxsan altı manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 109.80 (yüz doqquz manat səksən qəpik) manat cərimə borcu olmaqla, cəmi 2596 (iki min beş yüz doxsan altı) manat məbləğində borc və 45.96 (qırx beş manat doxsan altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Tərəflər qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №e-2(078)-556/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-556/2024
18.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver