Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-623/2022 07.07.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 73 A ünvanında yerləşən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 21 sentyabr 2019-cu il tarixli müqaviləyə 20 mart 2021-ci il tarixli əlavəyə əsasən İMEİ kodu **********53478 olan Samsung Galaxy A10, 2 ədəd aksesuar üçün 39 (otuz doqquz) manat ödənilməmiş hissənin, 3 (üç) manat cərimənin, ümumilikdə 42 (qırx iki) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ərizəni onunla əsaslandırmışdır ki, cavabdehin "xxxx" MMC ilə bağladığı 21 sentyabr 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********53478 olan Samsung Galaxy A10, 2 ədəd aksesuar aldığını, 21 sentyabr 2019-cu il tarixli müqavilənin 20 mart 2021-ci il tarixli, 01 saylı əlavəyə əsasən restrukturizasiya edildiyini və nəticədə 42 (qırx iki) manat borcun yarandığını, cavabdehin müqavilənin şərtlərini pozduğunu və nəticədə 21 sentyabr 2019-cu il tarixli müqaviləyə 20 mart 2021-ci il tarixli əlavəyə əsasən alqı-satqı qiyməti 113.12 (yüz on üç manat on iki qəpik) manat (7 ay x 14.14 manat + 14.14 manat ilkin ödəniş) olan İMEİ kodu **********53478 olan Samsung Galaxy A10, 2 ədəd aksesuar üçün ümumilikdə 42 (qırx iki) manat olmaqla, ondan 39 (otuz doqquz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 3 (üç) manat cərimə pulu borcunun yarandığını, cavabdehin cəmi ödədiyi məbləğin 74.12 manat təşkil etdiyini, cavabdehlə aralarında bağlanmış 21 sentyabr 2019-cu il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından cavabdehin əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil aldığının göründüyünü, cavabdehlə aralarında olan telefon danışığından, həmçinin göndərdikləri 07 aprel 2022-ci il tarixli xəbərdarlıq məktubundan mübahisənin məhkəmədənkənar həll olunmasını, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəfin müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etmədiyini, bunları nəzərə alaraq, 21 sentyabr 2019-cu il tarixli müqaviləyə 20 mart 2021-ci il tarixli əlavəyə əsasən İMEİ kodu **********53478 olan Samsung Galaxy A10, 2 ədəd aksesuar üçün 39 (otuz doqquz) manat ödənilməmiş hissənin, 3 (üç) manat cərimənin, ümumilikdə 42 (qırx iki) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: Tərəflər arasında bağlanmış 21 sentyabr 2019-cu il tarixli, 00929936 nömrəli Müqavilənin 2.3, 2.4 və 2.5-ci bəndlərinə əsasən, "xxxx" MMC malı müştəriyə təqdim edir. Müştəri malı qəbul edir və malı istifadə etmək hüququ ona keçir. Müqavilənin bütün şərtləri tam və vaxtında yerinə yetirildiyi təqdirdə mala tam sahiblik hüququ müştəriyə keçir. 21 sentyabr 2019-cu il tarixli müqaviləyə 20 mart 2021-ci il tarixli, 01 saylı əlavə sazişə əsasən, Müqavilənin ayrılmaz hissəsi olan ödəmə cədvəli ləğv edilir, müştəri ödənişləri 01 may, 31 may, 01 iyul, 31 iyul, 31 avqust, 01 oktyabr və 31 oktyabr 2021-ci il tarixlərində aylıq 14.14 manat ödəməlidir. 21 may 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, 21 sentyabr 2019-cu il tarixli müqaviləyə 20 mart 2021-ci il tarixli əlavəyə əsasən alqı-satqı qiyməti 113.12 manat olan İMEİ kodu **********53478 olan Samsung Galaxy A10, 2 ədəd aksesuar üçün ilkin ödəniş 14.14 manat olmaqla, 7 ay müddətinə ayda 14.14 manat ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə sübutları obyektiv, qərəzsiz, qanunauyğun olaraq araşdırıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 26 may 2022-ci il tarixdə daxil olmuş ərizə üzrə 27 may 2022-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə, Cavabdeh 39 (otuz doqquz) manat ödənilməmiş hissə və 3 (üç) manat cərimə borcu olmaqla, cəmi 42 (qırx iki) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Belə ki, tərəflər arasında bağlanmış 21 sentyabr 2019-cu il tarixli, 00929936 nömrəli Müqavilənin 2.3, 2.4 və 2.5-ci bəndlərinə əsasən, "xxxx" MMC malı müştəriyə təqdim edir. Müştəri malı qəbul edir və malı istifadə etmək hüququ ona keçir. Müqavilənin bütün şərtləri tam və vaxtında yerinə yetirildiyi təqdirdə mala tam sahiblik hüququ müştəriyə keçir. 21 sentyabr 2019-cu il tarixli müqaviləyə 20 mart 2021-ci il tarixli, 01 saylı əlavə sazişə əsasən, Müqavilənin ayrılmaz hissəsi olan ödəmə cədvəli ləğv edilir, müştəri ödənişləri 01 may, 31 may, 01 iyul, 31 iyul, 31 avqust, 01 oktyabr və 31 oktyabr 2021-ci il tarixlərində aylıq 14.14 manat ödəməlidir. 21 may 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, 21 sentyabr 2019-cu il tarixli müqaviləyə 20 mart 2021-ci il tarixli əlavəyə əsasən alqı-satqı qiyməti 113.12 manat olan İMEİ kodu **********53478 olan Samsung Galaxy A10, 2 ədəd aksesuar üçün ilkin ödəniş 14.14 manat olmaqla, 7 ay müddətinə ayda 14.14 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilənin qeyd olunan şərtlərini pozaraq borcunun ödənilməsini təmin etməməklə, müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 39 (otuz doqquz) manat ödənilməmiş hissə və 3 (üç) manat cərimə borcu olmaqla, cəmi 42 (qırx iki) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Tərəflər qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №e-2(078)-623/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-623/2022
07.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver