Məhkəmə qərarları › İş №e-2(078)-651/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-651/2022

14.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-651/2022 14.07.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 73 A ünvanında yerləşən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 23 oktyabr 2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********92869 olan Samsung Galaxy A10s markalı telefon üçün 436.2 (dörd yüz otuz altı manat iyirmi qəpik) manat ödənilməmiş hissənin, 43.8 (qırx üç manat səksən qəpik) manat cərimənin, 26 oktyabr 2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********09540 olan Samsung Galaxy A01 Core markalı telefon üçün 288.2 (iki yüz səksən səkkiz manat iyirmi qəpik) manat ödənilməmiş hissənin, 28.8 (iyirmi səkkiz manat səksən qəpik) manat cərimənin, 02 noyabr 2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********91776 olan Nokia 150 markalı telefon üçün 64.4 (altmış dörd manat qırx qəpik) manat ödənilməmiş hissənin, 6.6 (altı manat altmış qəpik) manat cərimənin, ümumilikdə 868 (səkkiz yüz altmış səkkiz) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ərizəni onunla əsaslandırmışdır ki, cavabdehin "xxxx" MMC ilə bağladığı 23 oktyabr 2020-ci il, 26 oktyabr 2020-ci il və 02 noyabr 2020-ci il tarixli müqavilələrə əsasən İMEİ kodu **********92869 olan Samsung Galaxy A10s markalı telefon, İMEİ kodu **********09540 olan Samsung Galaxy A01 Core markalı telefon və İMEİ kodu **********91776 olan Nokia 150 markalı telefon aldığını və nəticədə 868 (səkkiz yüz altmış səkkiz) manat borcun yarandığını, cavabdehin müqavilənin şərtlərini pozduğunu və nəticədə 23 oktyabr 2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 462.6 (dörd yüz altmış iki manat altmış qəpik) manat (18 ay x 25.7 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********92869 olan Samsung Galaxy A10s markalı telefon üçün ümumilikdə 480 (dörd yüz səksən) manat olmaqla, ondan 436.2 (dörd yüz otuz altı manat iyirmi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 43.8 (qırx üç manat səksən qəpik) manat cərimə pulu, 26 oktyabr 2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 309 (üç yüz doqquz) manat (15 ay x 20.6 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********09540 olan Samsung Galaxy A01 Core markalı telefon üçün ümumilikdə 317 (üç yüz on yeddi) manat olmaqla, ondan 288.2 (iki yüz səksən səkkiz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 28.8 (iyirmi səkkiz manat səksən qəpik) manat cərimə pulu, 02 noyabr 2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 100.2 (yüz manat iyirmi qəpik) manat (3 ay x 32.4 manat + 3 manat ilkin ödəniş) olan İMEİ kodu **********91776 olan Nokia 150 markalı telefon üçün ümumilikdə 71 (yetmiş bir) manat olmaqla, ondan 64.4 (altmış dörd manat qırx qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 6.6 (altı manat altmış qəpik) manat miqdarında cərimə pulu borcunun yarandığını, cavabdehin cəmi ödədiyi məbləğin 83 manat təşkil etdiyini, cavabdehlə aralarında bağlanmış 23 oktyabr 2020-ci il, 26 oktyabr 2020-ci il və 02 noyabr 2020-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından cavabdehin əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil aldığının göründüyünü, cavabdehlə aralarında olan telefon danışığından, həmçinin göndərdikləri 04 aprel 2022-ci il tarixli xəbərdarlıq məktubundan mübahisənin məhkəmədənkənar həll olunmasını, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəfin müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etmədiyini, bunları nəzərə alaraq, 23 oktyabr 2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********92869 olan Samsung Galaxy A10s markalı telefon üçün 436.2 (dörd yüz otuz altı manat iyirmi qəpik) manat ödənilməmiş hissənin, 43.8 (qırx üç manat səksən qəpik) manat cərimənin, 26 oktyabr 2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********09540 olan Samsung Galaxy A01 Core markalı telefon üçün 288.2 (iki yüz səksən səkkiz manat iyirmi qəpik) manat ödənilməmiş hissənin, 28.8 (iyirmi səkkiz manat səksən qəpik) manat cərimənin, 02 noyabr 2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********91776 olan Nokia 150 markalı telefon üçün 64.4 (altmış dörd manat qırx qəpik) manat ödənilməmiş hissənin, 6.6 (altı manat altmış qəpik) manat cərimənin, ümumilikdə 868 (səkkiz yüz altmış səkkiz) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: Tərəflər arasında bağlanmış 23 oktyabr 2020-ci il tarixli, 21269700 nömrəli, 26 oktyabr 2020-ci il tarixli, 21275104 nömrəli və 02 noyabr 2020-ci il tarixli, 22010834 nömrəli Müqavilələrin 2.3, 2.4 və 2.5-ci bəndlərinə əsasən, "xxxx" MMC malı müştəriyə təqdim edir. Müştəri malı qəbul edir və malı istifadə etmək hüququ ona keçir. Müqavilənin bütün şərtləri tam və vaxtında yerinə yetirildiyi təqdirdə mala tam sahiblik hüququ müştəriyə keçir. 20 may 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh 23 oktyabr 2020-ci il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 462.6 manat olan İMEİ kodu **********92869 olan Samsung Galaxy A10s markalı telefon üçün ilkin ödənişsiz 18 ay müddətinə ayda 25.7 manat, 26 oktyabr 2020-ci il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 309 manat olan İMEİ kodu **********09540 olan Samsung Galaxy A01 Core markalı telefon üçün ilkin ödənişsiz 15 ay müddətinə ayda 20.6 manat, 02 noyabr 2020-ci il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 100.2 manat olan İMEİ kodu **********91776 olan Nokia 150 markalı telefon üçün ilkin ödəniş 3 manat olmaqla, 3 ay müddətinə ayda 32.4 manat ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə sübutları obyektiv, qərəzsiz, qanunauyğun olaraq araşdırıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 02 iyun 2022-ci il tarixdə daxil olmuş ərizə üzrə 02 iyun 2022-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə, Cavabdeh 23 oktyabr 2020-ci il tarixli müqaviləyə əsasən 436.20 (dörd yüz otuz altı manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 43.80 (qırx üç manat səksən qəpik) manat cərimə, 26 oktyabr 2020-ci il tarixli müqaviləyə əsasən 288.20 (iki yüz səksən səkkiz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 28.80 (iyirmi səkkiz manat səksən qəpik) manat cərimə, 02 noyabr 2020-ci il tarixli müqaviləyə əsasən 64.40 (altmış dörd manat qırx qəpik) manat ödənilməmiş hissə, 6.60 (altı manat altmış qəpik) manat cərimə borcu olmaqla, cəmi 868 (səkkiz yüz altmış səkkiz) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Belə ki, tərəflər arasında bağlanmış 23 oktyabr 2020-ci il tarixli, 21269700 nömrəli, 26 oktyabr 2020-ci il tarixli, 21275104 nömrəli və 02 noyabr 2020ci il tarixli, 22010834 nömrəli Müqavilələrin 2.3, 2.4 və 2.5-ci bəndlərinə əsasən, "xxxx" MMC malı müştəriyə təqdim edir. Müştəri malı qəbul edir və malı istifadə etmək hüququ ona keçir. Müqavilənin bütün şərtləri tam və vaxtında yerinə yetirildiyi təqdirdə mala tam sahiblik hüququ müştəriyə keçir. 20 may 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh 23 oktyabr 2020-ci il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 462.6 manat olan İMEİ kodu **********92869 olan Samsung Galaxy A10s markalı telefon üçün ilkin ödənişsiz 18 ay müddətinə ayda 25.7 manat, 26 oktyabr 2020-ci il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 309 manat olan İMEİ kodu **********09540 olan Samsung Galaxy A01 Core markalı telefon üçün ilkin ödənişsiz 15 ay müddətinə ayda 20.6 manat, 02 noyabr 2020-ci il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 100.2 manat olan İMEİ kodu **********91776 olan Nokia 150 markalı telefon üçün ilkin ödəniş 3 manat olmaqla, 3 ay müddətinə ayda 32.4 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilələrin qeyd olunan şərtlərini pozaraq borcunun ödənilməsini təmin etməməklə, müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 23 oktyabr 2020-ci il tarixli müqaviləyə əsasən 436.20 (dörd yüz otuz altı manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 43.80 (qırx üç manat səksən qəpik) manat cərimə, 26 oktyabr 2020-ci il tarixli müqaviləyə əsasən 288.20 (iki yüz səksən səkkiz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 28.80 (iyirmi səkkiz manat səksən qəpik) manat cərimə, 02 noyabr 2020-ci il tarixli müqaviləyə əsasən 64.40 (altmış dörd manat qırx qəpik) manat ödənilməmiş hissə, 6.60 (altı manat altmış qəpik) manat cərimə borcu olmaqla, cəmi 868 (səkkiz yüz altmış səkkiz) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Tərəflər qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar