Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-696/2022 25.08.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun qaytarılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 140 manat məbləğində əsas borc, 42 manat məbləğində cərimə borcu və 30 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 212 manat məbləğində pulun tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxış iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə ilə müraciət edərək, səhhəti ilə əlaqədar olaraq məhkəmə baxışına üzrlü səbəbdən gələ bilməyəcəyini, bu halın üzrlü hesab edilməsini və məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmiş və iddia ərizəsində göstərilənləri müdafiə etdiyini bildirmişdir. Məhkəmə baxış iclası iddiaçının iştirakı olmadan keçirilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh1 arasında 12 iyul 2014-cü il tarixdə 15882 saylı alqı-satqı müqaviləsi bağlandığını, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin icrasını təmin etmək üçün onunla digər Cavabdeh2 arasında 12 iyul 2014-cü il tarixdə 15882/1 saylı zaminlik müqaviləsi bağlandığını, müqavilənin şərtlərinə görə Cavabdeh1 aldığı 1896 manat dəyərində malın (soyuducu, televizor) dəyərini 12 ay ərzində hər ay 158 manat olmaqla ödəməli olduğunu, lakin ödəniş cədvəli üzrə Cavabdeh1 (müqavilə rəsmiləşdirilərkən əvvəlcədən ödənilmiş komisyon xidmət haqqını çıxmaq şərtilə) tam şəkildə ödəniş etmədiyini, sonuncu dəfə 11 noyabr 2019-cu ildə 20 manat ödəniş etdiyini, 12 iyul 2014-cü il tarixdə bağlanmış 15882 saylı alqı-satqı müqaviləsinin şərtlərinə müvafiq olaraq bu günə kimi Cavabdeh1 140 manat məbləğində əsas borc, 42 manat məbləğində cərimə borcunun yarandığını, cavabdehlərə pulları ödəmələri barədə dəfələrlə xəbərdarlıq edilsə də, heç bir nəticə əldə edilmədiyini, cavabdehlərin bu hərəkətləri nəticəsində ona maddi ziyan dəydiyini, uzun müddətdir ki, əldə edəcəyi pul cavabdehlər tərəfindən verilmədiyi üçün dövriyyəsini çoxalda bilmədiyini, bu səbəbdən də, pozulmuş hüquqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək qərarına gəldiyini, bundan başqa cavabdehlərin məhkəməyə verilməsi məqsədilə 31 manat məbləğində dövlət rüsumu ödədiyini, bunları nəzərə alaraq, cavabdehlərdən 140 manat məbləğində əsas borc, 42 manat məbləğində cərimə borcu və 30 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 212 manat məbləğində pulun tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, оnlar məhkəmə baxış iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə baxış iclası cavabdehlərin iştirakı olmadan keçirilmişdir. İş materiallarına əlavə edilmiş: İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 12 iyul 2014-cü il tarixli, 15882 nömrəli Alqı-satqı Müqaviləsinə əsasən, satıcı malları alıcının mülkiyyətinə verməyi, alıcı isə malları qəbul etməyi və 1896 (min səkkiz yüz doxsan altı) AZN məbləği ödəməyi öhdəsinə götürür. Alıcı malları qəbul etdikdən sonra 1896 (min səkkiz yüz doxsan altı) AZN məbləği 12 (on iki) ay müddətinə ödəniş etməyi öhdəsinə götürür. Alıcı ödənişi 15 gündən artıq gecikdirərsə, satıcının malları geri tələb etmək və ya malların dəyərinin tam şəkildə ödənilməsini tələb etmək hüququ vardır. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 12 iyul 2014-cü il tarixli, 15882/1 nömrəli Zaminlik Müqaviləsinə əsasən, borclunun müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin satıcı qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə satıcı qarşısında birgə məsuliyyət daşıyır. 07 iyun 2022-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 140 manat məbləğində əsas borc, 42 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 182 manat məbləğində borcu vardır. Məhkəmə iddia ərizəsinin dəlillərini, işdə olan sübutları, işin bütün faktiki hallarını hərtərəfli və obyektiv araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ, İV hissəsi), ədalət mühakiməsinin vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilməsi təsbit edilmişdir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli və açıq araşdırılması hüququna malik olması təsbit edilmişdir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normaların məzmunundan göründüyü kimi həmin normalar sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 433.1-ci maddəsinə əsasən, borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları– fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının öhdəliyini yerinə yetirilməsi tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, bu prinsip Mülki Məcəllənin ayrı-ayrı normalarında mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalarda nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə görə, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 14 iyul 2015-ci il tarixli qərarı). “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, nonnegantiincumbitprobation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə tədqiq edilmiş iş materiallarını yuxarıda sadalanan maddi və prosessual normalarla əlaqəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Beləliklə, yuxarıda göstərilmiş xüsusatlara görə, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 140 (yüz qırx) manat məbləğində əsas borc, 42 (qırx iki) manat məbləğində cərimə borcu və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 212 (iki yüz on iki) manat məbləğində pul alınaraq, İddiaçı qaytarılmalıdır. Belə ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 12 iyul 2014-cü il tarixli, 15882 nömrəli Alqı-satqı Müqaviləsinə əsasən, satıcı malları alıcının mülkiyyətinə verməyi, alıcı isə malları qəbul etməyi və 1896 (min səkkiz yüz doxsan altı) AZN məbləği ödəməyi öhdəsinə götürür. Alıcı malları qəbul etdikdən sonra 1896 (min səkkiz yüz doxsan altı) AZN məbləği 12 (on iki) ay müddətinə ödəniş etməyi öhdəsinə götürür. Alıcı ödənişi 15 gündən artıq gecikdirərsə, satıcının malları geri tələb etmək və ya malların dəyərinin tam şəkildə ödənilməsini tələb etmək hüququ vardır. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 12 iyul 2014-cü il tarixli, 15882/1 nömrəli Zaminlik Müqaviləsinə əsasən, borclunun müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin satıcı qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə satıcı qarşısında birgə məsuliyyət daşıyır. 07 iyun 2022-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 140 manat məbləğində əsas borc, 42 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 182 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmişhаllаrа və tərəflərin qаrşılıqlımünаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 140 (yüz qırx) manat məbləğində əsas borc, 42 (qırx iki) manat məbləğində cərimə borcu və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 212 (iki yüz on iki) manat məbləğində pul alınaraq, İddiaçı qaytarılsın. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №e-2(078)-696/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-696/2022
25.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver