Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-699/2022 21.07.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 73 A ünvanında yerləşən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 31 mart 2021-ci il tarixli müqaviləyə əsasən Acer komputer üçün 1296 (min iki yüz doxsan altı) manat ödənilməmiş hissənin, 129 (yüz iyirmi doqquz) manat cərimənin, 17 yanvar 2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********42239 olan X1 9S markalı telefon üçün 639 (altı yüz otuz doqquz) manat ödənilməmiş hissənin, 63 (altmış üç) manat cərimənin, ümumilikdə 2127 (iki min yüz iyirmi yeddi) manat borcun və 41.27 (qırx bir manat iyirmi yeddi qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ərizəni onunla əsaslandırmışdır ki, cavabdehin "xxxx" MMC ilə bağladığı 31 mart 2021-ci il və 17 yanvar 2021-ci il tarixli müqavilələrə əsasən Acer komputer və İMEİ kodu **********42239 olan X1 9S markalı telefon aldığını və nəticədə 2127 (iki min yüz iyirmi yeddi) manat borcun yarandığını, cavabdehin müqavilənin şərtlərini pozduğunu və nəticədə 31 mart 2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1625 (min altı yüz iyirmi beş) manat (24 ay x 54 manat + 329 manat ilkin ödəniş) olan Acer komputer üçün ümumilikdə 1425 (min dörd yüz iyirmi beş) manat olmaqla, ondan 1296 (min iki yüz doxsan altı) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 129 (yüz iyirmi doqquz) manat cərimə pulu, 17 yanvar 2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 768.6 (yeddi yüz altmış səkkiz manat altmış qəpik) manat (18 ay x 42.7 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********42239 olan X1 9S markalı telefon üçün ümumilikdə 702 (yeddi yüz iki) manat olmaqla, ondan 639 (altı yüz otuz doqquz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 63 (altmış üç) manat cərimə pulu borcunun yarandığını, cavabdehin cəmi ödədiyi məbləğin 458.6 manat təşkil etdiyini, cavabdehlə aralarında bağlanmış 31 mart 2021-ci il və 17 yanvar 2021-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından cavabdehin əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil aldığının göründüyünü, cavabdehlə aralarında olan telefon danışığından, həmçinin göndərdikləri 01 aprel 2022-ci il tarixli xəbərdarlıq məktubundan mübahisənin məhkəmədənkənar həll olunmasını, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəfin müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etmədiyini, bunları nəzərə alaraq, 31 mart 2021ci il tarixli müqaviləyə əsasən Acer komputer üçün 1296 (min iki yüz doxsan altı) manat ödənilməmiş hissənin, 129 (yüz iyirmi doqquz) manat cərimənin, 17 yanvar 2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********42239 olan X1 9S markalı telefon üçün 639 (altı yüz otuz doqquz) manat ödənilməmiş hissənin, 63 (altmış üç) manat cərimənin, ümumilikdə 2127 (iki min yüz iyirmi yeddi) manat borcun və 41.27 (qırx bir manat iyirmi yeddi qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: Tərəflər arasında bağlanmış 17 yanvar 2021-ci il tarixli, 22216503 nömrəli və 31 mart 2021-ci il tarixli, 22434598 nömrəli Müqavilələrin 2.3, 2.4 və 2.5-ci bəndlərinə əsasən, "xxxx" MMC malı müştəriyə təqdim edir. Müştəri malı qəbul edir və malı istifadə etmək hüququ ona keçir. Müqavilənin bütün şərtləri tam və vaxtında yerinə yetirildiyi təqdirdə mala tam sahiblik hüququ müştəriyə keçir. 04 iyun 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh 17 yanvar 2021-ci il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 768.6 manat olan İMEİ kodu **********42239 olan X1 9S markalı telefon üçün ilkin ödənişsiz 18 ay müddətinə ayda 42.7 manat, 31 mart 2021-ci il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 1625 manat olan Acer komputer üçün ilkin ödəniş 329 manat olmaqla, 24 ay müddətinə ayda 54 manat ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə sübutları obyektiv, qərəzsiz, qanunauyğun olaraq araşdırıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 09 iyun 2022-ci il tarixdə daxil olmuş ərizə üzrə 10 iyun 2022-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə, Cavabdeh 17 yanvar 2021-ci il tarixli müqaviləyə əsasən 639 (altı yüz otuz doqquz) manat ödənilməmiş hissə, 63 (altmış üç) manat cərimə borcu və 31 mart 2021-ci il tarixli müqaviləyə əsasən 1296 (min iki yüz doxsan altı) manat ödənilməmiş hissə, 129 (yüz iyirmi doqquz) manat cərimə borcu olmaqla, cəmi 2127 (iki min yüz iyirmi yeddi) manat məbləğində borc və 41.27 (qırx bir manat iyirmi yeddi qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Belə ki, tərəflər arasında bağlanmış 17 yanvar 2021-ci il tarixli, 22216503 nömrəli və 31 mart 2021-ci il tarixli, 22434598 nömrəli Müqavilələrin 2.3, 2.4 və 2.5-ci bəndlərinə əsasən, "xxxx" MMC malı müştəriyə təqdim edir. Müştəri malı qəbul edir və malı istifadə etmək hüququ ona keçir. Müqavilənin bütün şərtləri tam və vaxtında yerinə yetirildiyi təqdirdə mala tam sahiblik hüququ müştəriyə keçir. 04 iyun 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh 17 yanvar 2021-ci il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 768.6 manat olan İMEİ kodu **********42239 olan X1 9S markalı telefon üçün ilkin ödənişsiz 18 ay müddətinə ayda 42.7 manat, 31 mart 2021-ci il tarixli Müqavilə üzrə alqısatqı qiyməti 1625 manat olan Acer komputer üçün ilkin ödəniş 329 manat olmaqla, 24 ay müddətinə ayda 54 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilələrin qeyd olunan şərtlərini pozaraq borcunun ödənilməsini təmin etməməklə, müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 17 yanvar 2021-ci il tarixli müqaviləyə əsasən 639 (altı yüz otuz doqquz) manat ödənilməmiş hissə, 63 (altmış üç) manat cərimə borcu və 31 mart 2021-ci il tarixli müqaviləyə əsasən 1296 (min iki yüz doxsan altı) manat ödənilməmiş hissə, 129 (yüz iyirmi doqquz) manat cərimə borcu olmaqla, cəmi 2127 (iki min yüz iyirmi yeddi) manat məbləğində borc və 41.27 (qırx bir manat iyirmi yeddi qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Tərəflər qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №e-2(078)-699/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-699/2022
21.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver