Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-700/2023 03.07.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X6 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil Xanməməd oğlunun, Cavabdeh3 nümayəndəsi X9, cavabdehlər Cavabdeh2 və X3 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2, X12 və Cavabdeh3 qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı cavabdehlər Cavabdeh2, X12 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum bacısı X4 mülkiyyətinə olan ünvan 1-də yerləşən 72.04 kv.metr evin və 0.0139 ha həyətyanı torpaq sahəsinin miras əmlak olaraq onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, atası X7 01 dekabr 1960-cı il, anası X13 isə 24 oktyabr 2017-ci il tarixlərdə ölmüşlər. Onların o da daxil olmaqla 5 nəfər uşağı İddiaçı, Talıbova (Qurbanova) Surəyya Hüseyn qızı, Cavabdeh2, Cavabdeh3, X14 (21 noyabr 2021-ci il tarixdə ölüb) doğulmuşdur. Mərhum bacısı X14 heç vaxt ailə qurmayaraq, 21 noyabr 2021-ci il tarixdə ölmüşdür. Onun ölümündən sonra mülkiyyətində olan ünvan 1-də yerləşən 72.04 kv.metr evi və 0.0139 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. X24 mülkiyyətində olan ünvan 1-də yerləşən 72.04 kv.metr evi və 0.0139 ha həyətyanı torpaq sahəsini 22 noyabr 2017-ci il tarixdə Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində **********17 nömrəli reyestr və ********** qeydiyyat nömrə ilə rəsmiləşdirib, adına çıxarış almışdır. O, bacısı Gülarə öləndən sonra onun birinci növbəli vərəsə olaraq həmin evdə 4-5 ay yaşadıqdan sonra qapını bağlayıb, açarını da özü ilə birlikdə götürüb, istədiyi vaxt gedib, bir neçə gün qalıb, qayıtmışdır. Həmin evin miras əmlak olaraq onun tərəfindən faktiki olaraq qəbul olunub, onun adına rəsmiləşdirilməsinə heç bir vərəsə narazılıq etməmişdir. Lakin bir neçə gün bundan qabaq qardaşı Həsənin oğlunun evin qapısının kilidini qırıb, oraya girib yaşamaq istədiyini bildiyi üçün gəlib oradan onu çıxarmış, yenə də hal-hazırda iddiaçı həmin evdə yaşayır. Orada yaşadığı bu müddətdə istifadə etdiyi qazın, işığın və suyun kommunal xərclərini və əmlak vergisini ödəmiş, bu günə hər hansı bir borcu yoxdur. O, miras əmlakı faktiki olaraq qəbul etdiyi üçün adına rəsmiləşdirmək istəmişdir. Buna görə də mirasın qəbulu ilə bağlı müvafiq şəhadətnamə verilməsi üçün Naxçıvan şəhər 1 saylı Notariat Ofisinə müraciət etmişdir. Naxçıvan şəhər 1 saylı Notariat Ofisinin 12 aprel 2023-cü il tarixli, 189 nömrəli məktubunda mirasın faktiki qəbulunun məhkəmə tərəfindən müəyyən olunduğu üçün məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Mülki iş üzrə təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh3 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarına gəlməmiş, 10 may 2023-cü il tarixdə məhkəməyə teleqram göndərərək bacısı İddiaçı ona qarşı qaldırdığı iddiaya qəti şəkildə etiraz etdiyini, evin bacısının adına keçməsinə razı olmadığını qeyd etmişdir. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh3 nümayəndəsi X9 Cavabdeh3 iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etirazının olmadığını bildirməsini və cavabdehin teleqramını nəzərə alan məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə əsaslanmaqla işə Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahat verən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddiaçının qeyd etdiklərinə əlavəsinin olmadığını bildirib iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh2 izahatında mərhum bacısı X4 heç vaxt ailə qurmadığını, bacısının 21 noyabr 2021-ci il tarixdə vəfat etdiyini, onun ölümündən sonra onun mülkiyyətində olan ünvan 1-də yerləşən 72.04 kv.metr ev və 0.0139 ha həyətyanı torpaq sahəsinin miras qaldığını, həmin evdə onun yaşamadığını, özünün evinin olduğunu, sözügedən evdə bacıları Yadigar və Sürəyyanın yaşadığını, evin açarlarının da onlarda olduğunu evin bütün kommunal xərclərini də Yadigarın qarşıladığını, Yadigarın bacısının ölümündən sonra 4-5 ay daimi olaraq orada yaşadığını, bacısı Sürəyyanın da onunla birgə orada yaşadığnı, sonra isə Yadigarın evin qapısını bağlayaraq açarı da özü ilə götürüb getdiyini, ancaq yenə də ara-sıra gələrək həmin evdə qaldığını, evin kommunal xərclərini Yadigarın ödədiyini, qardaşı Həsənin və onun ailəsinin isə miras qalmış evdə yaşamadıqlarını, həmin evin kommunal xərcini ödəmədiyini, Həsənin anasının sağlığında ona evindən ayıraraq verdiyi evdə yaşadığını, həmin evin də ayrıca ünvanı olduğunu, miras əmlaka aidiyyəti olmadığını bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahat verən cavabdeh X10 izahatında mərhum bacısı X4 heç vaxt ailə qurmadığını, bacısının 21 noyabr 2021-ci il tarixdə vəfat etdiyini, onun ölümündən sonra onun mülkiyyətində olan ünvan 1-də yerləşən 72.04 kv.metr ev və 0.0139 ha həyətyanı torpaq sahəsinin miras qaldığını, sözügedən evdə bacısl Yadigar və özünün yaşadığını, evin açarlarının da onlarda olduğunu, evin bütün kommunal xərclərini Yadigarın ödədiyini, Yadigarın bacısının ölümündən sonra 4-5 ay daimi olaraq orada yaşadığını, özünün də onunla birgə həmin evdə yaşadığnı, sonra isə Yadigarın evin qapısını bağlayaraq açarı da özü ilə götürüb getdiyini, evin açarının həm də özündə olduğunu, ancaq yenə də ara-sıra gələrək həmin evdə qaldıqlarını, qardaşı Həsənin və onun ailəsinin isə miras qalmış evdə yaşamadıqlarını, həmin evin kommunal xərcini ödəmədiyini, Həsənin anasının sağlığında ona evindən ayıraraq verdiyi evdə yaşadığını, həmin evin də ayrıca ünvanı olduğunu, miras əmlaka aidiyyəti olmadığını bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi X17 izahatında bibisi X4 21 noyabr 2021-ci il tarixdə vəfat etdiyini, onun ölümündən sonra mülkiyyətində olan ünvan 1-də yerləşən 72.04 kv.metr evi və 0.0139 ha həyətyanı torpaq sahəsinin miras qaldığını, evin sığorta xərcini 2018-ci ildən özünün ödədiyini, bibisi Yadigarın miras əmlakda daimi yaşamadığını, bibisi Gülarənin ölümündən sonra Yadigarın cəmi 3-4 ay həmin evdə yaşadığını, sonra qapını bağlayıb çıxıb getdiyini, onların çıxıb Bakıya getdiyini, ara-sıra oraya gəlib getdiyini, evin açarının Yadigar bibisində olduğunu, evin açarının birinin də bibisinin qızı Bəhriyədə olduğunu, miras əmlakda atasının da haqqının olduğunu, həmin evin atasına çatmalı olduğunu, miras qalmış evin kommunal xərclərini atasının ödədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X15 ifadəsində özünün iddiaçı və cavabdehlərlə qonşu olduğunu, mərhum X4 vəfatından sonra ondan miras qalmış fərdi yaşayış evində onun bacısı Yadigarın 3-4 ay yaşadığını, sonra həmin evdən çıxıb getdiyini, ara-sıra oraya gəlib qaldığını, ev sahibi kimi Yadigarı və bacılarını bildiklərini, evdə onlardan başqa kiminsə yaşadığını görmədiyini, hazırda da həmin evdə Yadigarın yaşadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X20 ifadəsində özünün iddiaçı və cavabdehlərlə uzun illər qonşu olduğunu, onlarla münasibətinin çox yaxşı olduğunu, hazırda Yadigargillə qonşuluqda olan evdə anasıgil yaşasa da, özünün Yadigargilə gedib-gəldiyini, mərhum X14 vəfat etdikdən sonra ondan miras qalmış fərdi yaşayış evində Yadigar və Sürəyyanın yaşadıqlarını, onlardan başqa heç kəsin həmin evdə yaşamadığını, cavabdeh Həsənin özünə məxsus olan evdə yaşadığını bildirdi. Mülki iş materiallarını tədqiq edən, işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadələrini dinləyən məhkəmə müəyyən edir ki, Cavabdeh2, X3, Cavabdeh3, İddiaçı mərhum X4 vərəsələri olması, ünvan 1-də yerləşən 72.04 kv.metr evin və 0.0139 ha həyətyanı torpaq sahəsinin X4 mülkiyyətində olması mülki işin mübahisəsiz hallarıdır. Bunların mülki işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iddia ərizəsinə əlavə olunmuş **********50-10301 nömrəli NMR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X16 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın təsdiq olunmuş surətindən ünvan 1-də yerləşən 72.04 kv.metr evin və 0.0139 ha həyətyanı torpaq sahəsinin tam mülkiyyət hüququ üzrə X4 adına Daşınmaz əmlakın dövlət reyestrində 18/31 nömrəli reyestr kitabının 5997 nömrəli vərəqində qeydiyyata alınması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 448 nömrəli arayışdan X4 ünvan 1 ünvanında yaşamış olması və Cavabdeh2, X3, Cavabdeh3, İddiaçı onun vərəsələri olması; -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan Şəhər 2 saylı Nikah Evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışda “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X8 aid xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılması və nikah haqqında akt qeydi aşkar edilməməsi və X4 öldüyü xx.xx.2021-ci il tarixədək subay olmasının aşkar edilməsi; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 450 nömrəli arayışdan İddiaçı Tolstoy küçəsi, ev 4 ünvanında qeydiyyatda olması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 449 nömrəli arayışdan Cavabdeh3 ünvan 1 ünvanında qeydiyyatda olması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan Şəhər İcra Hakimiyyəti 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 484 nömrəli arayışdan Cavabdeh2 ünvan 3 ünvanında qeydiyyatda olması; -iddia ərizəsinə əlavə olunmuş və Şəkərabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 280 nömrəli arayışdan X3 Babək rayonu Şəkərabad kəndində qeydiyyatda olması; -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 10 dekabr 2021-ci il tarixli, AZ İİ seriyalı 165674 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X4 xx.xx.2021-ci ildə Naxçıvan şəhərində koronovirus-covid səbəbindən ölməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 306 nömrə ilə qeyd edilməsi; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan zaks bürosu tərəfindən verilmiş xx.xx.1957-ci il tarixli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X7 və X11 birgə nikahından xx xxxx 1954-cü il tarixdə Cavabdeh2 adlı övladlarının olması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan zaks bürosu tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X7 və X11 birgə nikahından xx xxxxxxx 1956-cı il tarixdə X10 adlı övladlarının olması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan zaks bürosu tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X7 və X11 birgə nikahından xx.xx.1952ci il tarixdə Cavabdeh3 adlı övladlarının olması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan zaks bürosu tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X7 və X11 birgə nikahından xx.xx.1960cı il tarixdə İddiaçı adlı övladlarının olması; -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 31 oktyabr 2017-ci il tarixli, AZ İ seriyalı 496205 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X5 xx.xx.2017-ci ildə Naxçıvan şəhərində beyin qan dövranı pozğunluğu səbəbindən ölməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 412 nömrə ilə qeyd edilməsi; -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən verilmiş 02 mart 1979-cu il tarixli, JQ seriyalı 279035 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X1 xx.xx.1960-cı ildə Naxçıvan şəhərində ağ ciyər xəstəliyi səbəbindən ölməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1960-cı il tarixdə 159 nömrə ilə qeyd edilməsi; -İş materiallarında olan Naxçıvan şəhər Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 89 nömrəli arayışdan X4 Naxçıvan Bələdiyyəsinə 2023-cü il vəziyyətinə vergi borcunun olmaması; -iddia ərizəsinə əlavə olunmuş “Naxçıvan Sukanalizasiya” İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 03 nömrəli arayışdan X4 “Naxçıvan Sukanalizasiya” İdarəsinə borcunun olmaması; -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan MR Dövlət Energetika Xidməti Naxçıvan Şəhər Elektrik Şəbəkəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan İddiaçı ünvan 1 ünvanında 21 iyun 2016-cı il tarixdə quraşdırılan 70385353 nömrəli sayğacın ödəyicisi olması və son ödənişin 01 aprel 2023-cü il tarixdə aparılması məlum olur. -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan MR Qaz İstismarı Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 234 nömrəli arayışdan ünvan 1 ünvanının sahibi X4 vəfatından sonra ödənişlərin bacısı İddiaçı tərəfindən ödənilməsi aydın olur. İddiaçı cavabdehlər Cavabdeh2, X12 və Cavabdeh3 qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsini tələb etməsi isə mülki işin mübahisəli halıdır. Məhkəmə mülki işin mübahisəli halının araşdırılması ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. İddia tələbinin məhkəmədə araşdırılması zamanı miras qoyan X14 tərəfindən vəsiyyətnamə tərtib edilmədiyi müəyyən edilmişdir. Buna görə də hazırkı vəziyyətdə vərəsəliyin qanunla müəyyən edilmiş əsası tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı qanun üzrə vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-ci maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1159.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ikinci növbədə - ölənin bacıları və qardaşları bərabər pay hüquqlu vərəsələr sayılırlar. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Həmin Məcəllənin 1160-cı maddəsinin tələbinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Qeyd olunan normaların tələbindən də göründüyü kimi Cavabdeh2, X12, Cavabdeh3 və İddiaçı X4 qanun üzrə ikinci növbə vərəsələridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Həmçinin həmin qərarda qeyd olunmuşdur ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu maddəsində əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübutların aşağıdakılar ola biləcəyi qeyd edilmişdir: -vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; -mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; -mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; -mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; -miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadələrini, mülki iş materiallarını bir-biri ilə əlaqəli şəkildə, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, İddiaçı mərhum X4 vəfatından sonra ondan qalmış miras əmlakı mərhumun öldüyü gündən faktiki idarə etmiş, bununla da faktiki idarə etmək üsulu ilə mirası qəbul etmişdir. Məhkəmə qeyd olunan nəticəyə gələrkən cavabdehlərin izahatlarını, Naxçıvan Şəhər Elektrik Şəbəkəsi və Naxçıvan MR Qaz İstismar Xidməti tərəfindən verilmiş arayışları da nəzərə alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3- cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən məhkəmə işin gedişində təqdim olunmuş yalnız o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarına əsasən mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə cavabdehlərə izah edir ki, iddiaçının miras əmlakı faktiki qəbul etməsi, miras qoyanın digər vərəsələrinin bu hüquqdan məhrum edilməsi hesab edilmir. Mirası qəbul etmiş hər bir vərəsə mirasın qəbulu ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -İddia tələbi təmin edilməli; -21 noyabr 2021-ci il tarixdə ölən X2 miras qalmış ünvan 1 ünvanında yerləşən 0.0139 ha torpaq sahəsi və üzərində yerləşən 72.04 kv.metr fərdi yaşayış evinin İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli; -iddia təmin edildiyindən 100 (yüz) manat miqdarında dövlət rüsumu iş üzrə cavabdehlər Cavabdeh2, X12 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. 21 noyabr 2021-ci il tarixdə ölən X2 miras qalmış ünvan 1 ünvanında yerləşən 0.0139 ha torpaq sahəsi və üzərində yerləşən 72.04 kv.metr fərdi yaşayış evinin İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. İddia təmin edildiyindən 100 (yüz) manat miqdarında dövlət rüsumu iş üzrə cavabdehlər Cavabdeh2, X12 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva
Məhkəmə qərarları › İş №e-2(078)-700/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-700/2023
03.07.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver