Məhkəmə qərarları › İş №e-2(078)-725/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-725/2025

02.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-725/2025 02.05.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı iddiaçılar Nümayəndə, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı miras əmlak olaraq qalmaqda davam edən 2/12 hissədə payların müəyyən olunması və miras əmlakda payın naturada ayrılması tələblərinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyənetdim: İddiaçılar Nümayəndə, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 224 kv.m ölçüdə fərdi yaşayış evi və üzərində yerləşdiyi ümumi sahəsinin ölçüsü 0.0686 ha olan torpaq sahəsi üzrə **********49-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən X1 payına düşmüş 2/12 hissədə bütün vərəsələrin hər birinin paylarının müəyyən olunması və birgə iddiaçıların qanun üzrə vərəsəlik haqqında şəhadətnamələr və Çıxarış əsasında müəyyən olunmuş paylarının hər kəs üçün ayrıayrılıqda naturada ayrılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdirlər. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalıdır. Belə ki, həmin maddənin tələbinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Belə ki, İddiaçı3 və İddiaçı4 etibarnamə vasitəsilə öz səlahiyyətlərini Nümayəndə vermişdilər. Elektron iddia ərizəsində yalnız Nümayəndə imzası vardır. İddiaçı2 yazılı iddia ərizəsini imzalasa da, elektron qaydada verilən ərizədə İddiaçı2 imzalamamışdır. Buna görə də hesab edirəm ki, yuxarıda göstərilən hüquq normaları baxımından iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddiaçı Nümayəndə tərəfindən "xxxx" ASC-nin Naxçıvan Filialı vasitəsilə xx.xx.2025-ci il tarixli, 6700 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçılar Nümayəndə, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı miras əmlak olaraq qalmaqda davam edən 2/12 hissədə payların müəyyən olunması və miras əmlakda payın naturada ayrılması tələblərinə dair ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı Nümayəndə tərəfindən "xxxx" ASC-nin Naxçıvan Filialı vasitəsilə xx.xx.2025ci il tarixli, 6700 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan şikayət, qərardad tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar