Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-768/2023 12.05.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ (Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat haqqında iddia ərizəsinin qəbul olunmasından imtina barədə) Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə idia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyənetdim: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, HP Komputer üçün 784 (yeddi yüz səksən dörd) manat ödənilməmiş hissə, 78 (yetmiş səkkiz) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İmei Kodu **********37851 Samsung Galaxy A41 markalı telefon üçün 268 (iki yüz altmış səkkiz) manat ödənilməmiş hissə, 26 (iyirmi altı) manat cərimə borcu olmaqla ümumilikdə 1156 manat borcun və 31.56 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151-ci maddəsinə uyğun olaraq iddiaçı "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış iddia ərizəsinin mümkünlüyünə dair məsələ tərəfimdən araşdırılarkən müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinin tələblərinə əməl edilmədən verilmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Maddənin də məzmunundan göründüyü kimi qanunvericiliyin tələbinə görə məhkəməyə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu ödənilməli və onun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə olunmalıdır. İddia ərizəsi və ona əlavə edilən sənədlərdən aydın olur ki, iddiaçı müvafiq qaydada dövlət rüsumu ödəməmiş və bunun ödənilməsini təsdiq edən sənədi əlavə etməmişdir. Əlavə olunmuş xx.xx.2022-ci il tarixli ********* nömrəli qəbz isə elektron məhkəmə informasiya sistemində qəbz haqqında məlumatlarda iki iş üzrə istifadə olunmuşdur. Buna görə də hesab edirəm ki, "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi icraata qəbul olunmaqdan imtina olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 264 və 276.2.2ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi icraata qəbul olunmaqdan imtina olunsun. Bu qərardaddan şikayət verilə bilməz. Hakim:Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №e-2(078)-768/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-768/2023
12.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver