Məhkəmə qərarları › İş №e-2(078)-804/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-804/2022

19.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-804/2022 19.08.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 73 A ünvanında yerləşən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 14 fevral 2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********54703 olan Samsung Galaxy A31 markalı telefon üçün 285 (iki yüz səksən beş) manat ödənilməmiş hissə, 28 (iyirmi səkkiz) manat cərimə pulu, 25 yanvar 2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********88347 olan Huawei Y6 markalı telefon üçün 350.4 (üç yüz əlli manat qırx qəpik) manat ödənilməmiş hissə, 35.6 (otuz beş manat altmış qəpik) manat cərimə pulu, 22 yanvar 2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********54025 olan BQ-4030G markalı telefon, İMEİ kodu **********62945 BQ-4030G markalı telefon üçün 99.6 (doxsan doqquz manat altmış qəpik) manat ödənilməmiş hissə, 9.4 (doqquz manat qırx qəpik) manat cərimə pulu, 01 fevral 2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********82674 olan Samsung Galaxy A12 markalı telefon üçün 420 (dörd yüz iyirmi) manat ödənilməmiş hissə, 42 (qırx iki) manat cərimə pulu olmaqla, ümumilikdə 1270 (min iki yüz yetmiş) manat borcun və 32.7 (otuz iki manat yetmiş qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ərizəni onunla əsaslandırmışdır ki, cavabdehin "xxxx" MMC ilə bağladığı 14 fevral 2021-ci il, 25 yanvar 2021-ci il, 22 yanvar 2021-ci il və 01 fevral 2021-ci il tarixli müqavilələrə əsasən İMEİ kodu **********54703 olan Samsung Galaxy A31 markalı telefon, İMEİ kodu **********88347 olan Huawei Y6 markalı telefon, İMEİ kodu **********54025 olan BQ-4030G markalı telefon, İMEİ kodu **********62945 olan BQ-4030G markalı telefon və İMEİ kodu **********82674 olan Samsung Galaxy A12 markalı telefon aldığını və nəticədə 1270 (min iki yüz yetmiş) manat borcun yarandığını, cavabdehin 14 fevral 2021-ci il tarixli müqavilənin şərtlərini pozduğunu və nəticədə alqı-satqı qiyməti 485 (dörd yüz səksən beş) manat (3 ay x 95 manat + 200 manat ilkin ödəniş) olan İMEİ kodu **********54703 olan Samsung Galaxy A31 markalı telefon üçün ümumilikdə 313 (üç yüz on üç) manat olmaqla, ondan 285 (iki yüz səksən beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 28 (iyirmi səkkiz) manat cərimə pulu, 25 yanvar 2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 350.4 (üç yüz əlli manat qırx qəpik) manat (12 ay x 29.2 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********88347 olan Huawei Y6 markalı telefon üçün ümumilikdə 386 (üç yüz səksən altı) manat olmaqla, ondan 350.4 (üç yüz əlli manat qırx qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 35.6 (otuz beş manat altmış qəpik) manat cərimə pulu, 22 yanvar 2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 326.4 (üç yüz iyirmi altı manat qırx qəpik) manat (12 ay x 27.2 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********54025 olan BQ-4030G markalı telefon, İMEİ kodu **********62945 olan BQ-4030G markalı telefon üçün ümumilikdə 109 (yüz doqquz) manat olmaqla, ondan 99.6 (doxsan doqquz manat altmış qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 9.4 (doqquz manat qırx qəpik) manat cərimə pulu, 01 fevral 2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 425 (dörd yüz iyirmi beş) manat (12 ay x 35 manat + 5 manat ilkin ödəniş) olan İMEİ kodu **********82674 olan Samsung Galaxy A12 markalı telefon üçün 462 (dörd yüz altmış iki) manat olmaqla, ondan 420 (dörd yüz iyirmi) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 42 (qırx iki) manat cərimə pulu borcunun yarandığını, cavabdehin 22 yanvar 2021-ci il tarixli müqaviləyə əsasən 25 yanvar 2021-ci il tarixdə İMEİ kodu **********62945 olan BQ-4030G markalı telefondan imtina etdiyini və məhsulun 163.2 manat qiymətləndirilib borcundan silinərək geri qaytarıldığını, cavabdehin 22 yanvar 2021-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğin 63.6 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymətin 163.2 manat, digər 3 müqavilə üzrə cəmi ödədiyi məbləğin 205 manat təşkil etdiyini, cavabdehlə aralarında bağlanılmış 14 fevral 2021-ci il, 25 yanvar 2021-ci il, 22 yanvar 2021-ci il və 01 fevral 2021-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından cavabdehin əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil aldığının göründüyünü, cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri 22 dekabr 2021-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənkənar həll olunmasını, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəfin müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etmədiyini, bunları nəzərə alaraq, 14 fevral 2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********54703 olan Samsung Galaxy A31 markalı telefon üçün 285 (iki yüz səksən beş) manat ödənilməmiş hissə, 28 (iyirmi səkkiz) manat cərimə pulu, 25 yanvar 2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********88347 olan Huawei Y6 markalı telefon üçün 350.4 (üç yüz əlli manat qırx qəpik) manat ödənilməmiş hissə, 35.6 (otuz beş manat altmış qəpik) manat cərimə pulu, 22 yanvar 2021ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********54025 olan BQ-4030G markalı telefon, İMEİ kodu **********62945 BQ-4030G markalı telefon üçün 99.6 (doxsan doqquz manat altmış qəpik) manat ödənilməmiş hissə, 9.4 (doqquz manat qırx qəpik) manat cərimə pulu, 01 fevral 2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********82674 olan Samsung Galaxy A12 markalı telefon üçün 420 (dörd yüz iyirmi) manat ödənilməmiş hissə, 42 (qırx iki) manat cərimə pulu olmaqla, ümumilikdə 1270 (min iki yüz yetmiş) manat borcun və 32.7 (otuz iki manat yetmiş qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: Tərəflər arasında bağlanmış 22 yanvar 2021-ci il tarixli, 22225843 nömrəli, 25 yanvar 2021-ci il tarixli, 22231536 nömrəli, 01 fevral 2021-ci il tarixli, 22250097 nömrəli və 14 fevral 2021-ci il tarixli, 22292288 nömrəli Müqavilələrin 2.3, 2.4 və 2.5-ci bəndlərinə əsasən, "xxxx" MMC malı müştəriyə təqdim edir. Müştəri malı qəbul edir və malı istifadə etmək hüququ ona keçir. Müqavilənin bütün şərtləri tam və vaxtında yerinə yetirildiyi təqdirdə mala tam sahiblik hüququ müştəriyə keçir. 05 iyul 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh 22 yanvar 2021-ci il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 326.4 manat olan İMEİ kodu **********54025 olan BQ-4030G markalı telefon və İMEİ kodu **********62945 BQ-4030G markalı telefon üçün ilkin ödənişsiz 12 ay müddətinə ayda 27.2 manat, 25 yanvar 2021-ci il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 350.4 manat olan İMEİ kodu **********88347 olan Huawei Y6 markalı telefon üçün ilkin ödənişsiz 12 ay müddətinə ayda 29.2 manat, 01 fevral 2021-ci il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 425 manat olan İMEİ kodu **********82674 olan Samsung Galaxy A12 markalı telefon üçün ilkin ödəniş 5 manat olmaqla, 12 ay müddətinə ayda 35 manat, 14 fevral 2021-ci il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 485 manat olan İMEİ kodu **********54703 olan Samsung Galaxy A31 markalı telefon üçün ilkin ödəniş 200 manat olmaqla, 3 ay müddətinə ayda 95 manat ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə sübutları obyektiv, qərəzsiz, qanunauyğun olaraq araşdırıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 08 iyul 2022-ci il tarixdə daxil olmuş ərizə üzrə 08 iyul 2022-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə, Cavabdeh 22 yanvar 2021-ci il tarixli müqaviləyə əsasən 99.60 (doxsan doqquz manat altmış qəpik) manat ödənilməmiş hissə, 9.40 (doqquz manat qırx qəpik) manat cərimə pulu, 25 yanvar 2021-ci il tarixli müqaviləyə əsasən 350.40 (üç yüz əlli manat qırx qəpik) manat ödənilməmiş hissə, 35.60 (otuz beş manat altmış qəpik) manat cərimə pulu, 01 fevral 2021-ci il tarixli müqaviləyə əsasən 420 (dörd yüz iyirmi) manat ödənilməmiş hissə, 42 (qırx iki) manat cərimə pulu, 14 fevral 2021-ci il tarixli müqaviləyə əsasən 285 (iki yüz səksən beş) manat ödənilməmiş hissə, 28 (iyirmi səkkiz) manat cərimə pulu olmaqla, cəmi 1270 (min iki yüz yetmiş) manat məbləğində borc və 32.70 (otuz iki manat yetmiş qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Belə ki, tərəflər arasında bağlanmış 22 yanvar 2021-ci il tarixli, 22225843 nömrəli, 25 yanvar 2021-ci il tarixli, 22231536 nömrəli, 01 fevral 2021-ci il tarixli, 22250097 nömrəli və 14 fevral 2021-ci il tarixli, 22292288 nömrəli Müqavilələrin 2.3, 2.4 və 2.5-ci bəndlərinə əsasən, "xxxx" MMC malı müştəriyə təqdim edir. Müştəri malı qəbul edir və malı istifadə etmək hüququ ona keçir. Müqavilənin bütün şərtləri tam və vaxtında yerinə yetirildiyi təqdirdə mala tam sahiblik hüququ müştəriyə keçir. 05 iyul 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh 22 yanvar 2021-ci il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 326.4 manat olan İMEİ kodu **********54025 olan BQ- 4030G markalı telefon və İMEİ kodu **********62945 BQ-4030G markalı telefon üçün ilkin ödənişsiz 12 ay müddətinə ayda 27.2 manat, 25 yanvar 2021-ci il tarixli Müqavilə üzrə alqısatqı qiyməti 350.4 manat olan İMEİ kodu **********88347 olan Huawei Y6 markalı telefon üçün ilkin ödənişsiz 12 ay müddətinə ayda 29.2 manat, 01 fevral 2021-ci il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 425 manat olan İMEİ kodu **********82674 olan Samsung Galaxy A12 markalı telefon üçün ilkin ödəniş 5 manat olmaqla, 12 ay müddətinə ayda 35 manat, 14 fevral 2021-ci il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 485 manat olan İMEİ kodu **********54703 olan Samsung Galaxy A31 markalı telefon üçün ilkin ödəniş 200 manat olmaqla, 3 ay müddətinə ayda 95 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilələrin qeyd olunan şərtlərini pozaraq borcunun ödənilməsini təmin etməməklə, müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 22 yanvar 2021-ci il tarixli müqaviləyə əsasən 99.60 (doxsan doqquz manat altmış qəpik) manat ödənilməmiş hissə, 9.40 (doqquz manat qırx qəpik) manat cərimə pulu, 25 yanvar 2021-ci il tarixli müqaviləyə əsasən 350.40 (üç yüz əlli manat qırx qəpik) manat ödənilməmiş hissə, 35.60 (otuz beş manat altmış qəpik) manat cərimə pulu, 01 fevral 2021-ci il tarixli müqaviləyə əsasən 420 (dörd yüz iyirmi) manat ödənilməmiş hissə, 42 (qırx iki) manat cərimə pulu, 14 fevral 2021-ci il tarixli müqaviləyə əsasən 285 (iki yüz səksən beş) manat ödənilməmiş hissə, 28 (iyirmi səkkiz) manat cərimə pulu olmaqla, cəmi 1270 (min iki yüz yetmiş) manat məbləğində borc və 32.70 (otuz iki manat yetmiş qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Tərəflər qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar