Məhkəmə qərarları › İş №e-2(078)-805/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-805/2022

10.11.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-805/2022 10.11.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil1, cavabdeh təşkilatın nümayəndəsi X14 və cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Naxçıvan şəhər 1 saylı Notariat Ofisinə və Ramazanova (Vəliyeva) Nüşabə Fərəməz qızına qarşı mirasın faktiki qəbulu, imza təsdiqi, ərizənin və imzanın etibarsız hesab olunması, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Naxçıvan şəhər 1 saylı Notariat Ofisinə və Ramazanova (Vəliyeva) Nüşabə Fərəməz qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun tərəfindən oğlu X3 miras qalmış **-BE-*** dövlət qeydiyyat nömrəli, BMW AG 3C CA91 02 3181 markalı minik avtomobilinə münasibətdə mirasın qəbulu faktının təsdiq olunması, 17 may 2022-ci il tarixli, **********761 saylı ərizənin etibarsız sayılması, 17 may 2022-ci il tarixli, **********761 saylı ərizədə onun tərəfindən icra edilmiş və Naxçıvan şəhər 1 saylı Notariat Ofisinin notariusu tərəfindən təsdiqlənmiş imzanın etibarsız sayılması, 17 may 2022-ci il tarixli, V- 60/2022 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxış iclasında iştirak etməmiş, lakin məhkəmədə nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə baxış iclası iddiaçının iştirakı olmadan keçirilmişdir. Məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi qismində izahat verən Vəkil1 iddianı müdafiə edərək, iddiaçının və oğlu X28 Şəhər Məhkəməsində X7, X10 və X15 qarşı əmlakın ümumi birgə mülkiyyət hesab olunması, mirasın faktiki qəbulu və həmin miras əmlakda payların müəyyən olunması tələbinə dair iddia qaldırdıqlarını, mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin hakimi Gülsüm xanım Əliyeva tərəfindən qətnamə çıxarıldığını və iddianın qismən təmin olunduğunu, həmin mülki işin 17 may 2022-ci il tarixdə keçirilən məhkəmə baxış iclasında mirasa dair mübahisənin məhkəmədənkənar həll edilməsi barədə iddiaçıların cavabdehlərlə (xüsusən X23 ilə) razılığa gəldiklərini və bunun üçün məhkəmənin təxirə salınması və mübahisənin notarial qaydada həlli və müvafiq sənədləşmə işlərinin aparılması üçün məhkəmədən vaxt verilməsini xahiş etdiklərini, işə baxan müvafiq məhkəmənin bunun üçün onların xahişini təmin edərək məhkəmə prosesini müəyyən müddətə təxirə saldığını, bu təxirə salınmanın məqsədinin də məhkəmə iclas protokolunda qeyd edildiyini, 17 may 2022-ci il tarixdə mübahisənin həlli üçün onların 1 saylı Notariat Ofisinə getdiklərini və miras əmlakın talehini həll etmək və hər birinə çatacaq miras əmlakdakı payları müəyyənləşdirmək məqsədilə rəsmiləşdirmənin həll edilməsini istədiklərini, həmin vaxt məqsədin hər bir vərəsənin miras əmlakda olan payını müəyyən etmək və mübahisəni razılıqla həll etmək olduğunu, həmin tarixdə iddiaçıdan və oğlundan ilk olaraq imza təsdiqli ərizə alındığını, iddiaçının oğlunun imza təsdiqli ərizədə atasından qalmış ünvan 1 ünvanında yerləşən miras əmlakdan imtina etməsinin qeyd olunduğunu, həmçinin iddiaçının imza təsdiqli ərizəsində isə oğlundan (Yalçından) miras qalmış avtomobildən imtina etməsinin qeyd olunduğunu, sonra bu proses baş tutduqdan sonra mübahisənin həlli üçün razılıq vermiş Vəliyeva Nüşabənin əməliyyatın aparılmasından imtina etdiyini və müvafiq imza təsdiqli ərizələri də götürüb getdiyini, iddiaçıların mirasdan imtina etmədiklərini, bunun üçün müvafiq notariat ofisinə və ofislərinə ərizə ilə müraciət etmədiklərini, həmin vaxt onların aldadıldığını və aldadılma nəticəsində həmin imza təsdiqli ərizələrin alındığını, yəni müvafiq imza təsdiqli ərizələrdə sadəcə imzanın həqiqiliyinin təsdiqləndiyini, halbuki bunun üçün ilk növbədə şəxsin öz iradə ifadəsini nümayiş etdirən imzası ilə ifadə olunan imtina ərizəsinin müvafiq notariat ofisinə rəsmi qaydada ünvanlanmalı və həmçinin bunun üçün rəsmi qaydada yazılı surətdə ərizə ilə müraciət olunmalı olduğunu, iddiaçılar tərəfindən belə bir rəsmi müraciət olunmadığını, yəni notarial qaydada imza təsdiqli ərizələrin sadəcə imzanı təsdiqlədiyini və bunun kökündə dayanan, iradə ifadəsini əks etdirən ərizə-müraciət olmadığını, müvafiq imza təsdiqli ərizələrin şifahi məlumata əsasən X1, iddiaçının oğlundan qalan avtomobili idarə etməklə, ona sahiblik etməklə qəbul etdiyini, iddiaçının miras əmlakı faktiki idarə etməklə və sahiblik etməklə qəbul etdiyini, AR Mülki Məcəlləsinin tələbinə görə də miras əmlakın açıldığı gündən vərəsənin mülkiyyəti sayıldığını, yəni belə olan halda mülkiyyətin yaranması üçün onun müvafiq (daşınar və daşınmaz) reyestrdə qeydə alınmasının tələb olunmadığını, yəni bu halda reyestrin bəyanedicilik xarakteri daşıdığını (daşınmaz əmlaka münasibətdə), bunun da əsas hüquqi məqsədinin üçüncü şəxslər üçün önəm kəsb etdiyini, faktiki qəbul edilmiş mirasın onun (mirası qəbul edən şəxsin) mülkiyyəti sayıldığını, belə olan halda isə mülkiyyətdən adi notarial ərizə ilə imtina etmək olmadığını, bunun üçün müvafiq Vərəsəlik hüququ haqqında Şəhadətnamə alınmalı, həmin əmlak və ya onun bir hissəsi (payı) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı (üçüncü şəxslər üçün bəyanedicilik nümayiş etdirilməklə, payın və ya mülkiyyətin barəsində sərəncam verilməsi barədə), bundan sonra isə həmin əmlak və ya mülkiyyət barəsində notarial qaydada müqavilə bağlamaqla (alqı-satqı, bağışlama, dəyişmə və.s), iradə ifadəsi bildirməklə sərəncam verə biləcəyini, iddiaçının miras əmlakı (əmlakları) faktiki olaraq qəbul etdiyini və həmin əmlakın qanunvericilik baxımından onların mülkiyyəti sayıldığını, iddiaçının heç bir miras əmlakdan imtina etmədiyini və belə bir fikrinin də olmadığını, heç bir notariat ofisinə rəsmi qaydada mirasdan imtina üçün müraciət etmədiyini və notariusun dəftərxanalarında belə bir müraciətin edilməsini təsdiqləyən heç bir hüquqi sənəd mövcud olmadığını, iddiaçının Naxçıvan şəhərində yerləşən hər 3 notariat ofisinə rəsmi qaydada yazılı surətdə müraciət etdiyini, razılığa əsasən Nüşabə Vəliyevanın notariusa gedib ərizə vermədiyini, Elçin Ramazanovun verdiyi ərizənin sonradan ləğv edildiyini, Lakin İddiaçı verdiyi ərizənin etibarsız sayılmadığını, Yalçının vəfatından sonra avtomobilin İddiaçı mülkiyyətində olan evin həyətində qaldığını, həmin vaxtdan İddiaçı sərancamında olduğunu, onun istəy ilə avtomobilin digər oğlu Elçinin idarə edərək İddiaçı gəzdirdiyini, avtomobilin 2016-cı ildən Yalçının mülkiyyətindən olduğunu, avtomobilin mütamadi olaraq istifadə olunmaqla texniki baxış və sığortadan keçirildiyini, məhkəmə gedişi zamanı digər miras əmlaklarla bağlı da razılaşmanın olduğunu, lakin razılıq pozulduğundan yenidən məhkəməyə razılığın pozulması ilə əlaqədar ərizə verdiklərini və məhkəmənin Elçinə münasibətdə notariusa verilmiş ərizəni məhkəmənin etibarsız saydığını, lakin İddiaçı münasibətdə ərizənin qaldığını, notariusun İddiaçı ərizəsini müddət keçdiyindən qəbul edə bilməməsini, tərəflərin mərhum Yalçın Ramazanovun ölüm şəhadətnaməsini təqdim etdiyini, həmin şəhadətnamədə ölüm tarixinin 2018-ci il göstərildiyini, qanunla nəzərdə tutulan 3 aylıq müddət keçdiyindən notariusun hər hansı əməliyyat aparmasının mümkün olmadığını, Yalçının ölümündən sonra Elçinin avtomobili gətirib öz həyətlərində saxlamaqla istifadə etdiyini, İddiaçı göstərişi əsasında Elçinin avtomobili istifadə etdiyini, İddiaçı həyətində Yalçına aid ev olsada ölümündən sonra Yalçının arvadının və uşaqlarının həmin evə gəlmədiyini və istifadə etmədiyini, Yalçının ölümündən sonra avtomobilin satılaraq puluna yalçının uşaqlarına avtomobil alınması söhbətinin olduğunu, lakin Südabənin ölənə kimin həmin avtomobildən xatirə olaraq istifadə etmək istədiyini bildirərək onun təkidi ilə Elçinin Yalçının uşaqlarına başqa avtomobil almaları üçün 5000 manat pul verdiyini, qanun üzrə vərəsəlik şəhadətnaməsi verildikdən dərhal sonra müvafiq orqanlara müraciət etdiklərindən digər sənədləşmənin aparılmadığını, lakin qanun üzrə vərəsəlik şəhadətnaməsinin qanuni sənədləşə etmələrinə mane olduğunu, bunları nəzərə alaraq, iddiaçı tərəfindən oğlu X3 miras qalmış **-BE-*** dövlət qeydiyyat nömrəli, BMW AG 3C CA91 02 3181 markalı minik avtomobilinə münasibətdə mirasın qəbulu faktının təsdiq olunması, 17 may 2022-ci il tarixli, **********761 saylı ərizənin etibarsız sayılması, 17 may 2022-ci il tarixli, **********761 saylı ərizədə iddiaçı tərəfindən icra edilmiş və Naxçıvan şəhər 1 saylı Notariat Ofisinin notariusu tərəfindən təsdiqlənmiş imzanın etibarsız sayılması, 17 may 2022-ci il tarixli, V- 60/2022 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh təşkilatın nümayəndəsi qismində izahat verən X27 iddianı qəbul etməyərək, vərəsələrin əvvəl notariusa müraciət etdiklərini, vərəsələr arasında mübahisə olduğundan imtina verdiklərini, sonradan iddiaçının notariat ofisinə müraciət edərək oğlundan qalan avtomobilə münasibətdə digər vərəsə ilə aralarında razılıq olduğundan miras əmlakdan imtina ərizəsi verdiyini, ərizəyə uyğun sənədləşmə apardıqlarını, həmin günü gec olduğundan digər vərəsənin səhəri gəlib digər miras əmlaklarla əlaqədar ərizə verəcəyi səbəbindən gözlədiklərini, səhəri Nüşabənin gələrək aqressiv vəziyyətdə sənədlərini geri tələb etdiyini, sonra digər tərəfin onların ünvanına ərizələr göndərərək notariat işlərini dayandırmaqlarını bildirdiklərini, notariat işini omların razılığı əsasında apardıqlarından qanuni hesab etdiklərini, razılaşma olmasaydı müddət keçdiyindən qanun üzrə şəhadətnamə verməyəcəklərini, iddiaçının ərizəsi əsasında N.Vəliyevaya qanun üzrə vərəsəlik şəhadətnaməsi verildiyini, iddiaçının oğlu Elçinin N.Vəliyevaya miras olan avtomobilə görə pul verməsini bildirdiklərindən mübahisənin olmadığını düşündüklərini, qanun üzrə vərəsəlik şəhadətnaməsinin vərəsəlik açıldığı vaxtdan 6 ay ərzində verilməli olduğunu, lakin tərəflər arasında mübahisə olmadıqda həmin müddət keçdikdən sonra da notariat qaydada qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsinin mümkün olduğunu, tərəflər arasında razılığın olduğunu sənədlərdə deyil özlərinin səsləndirdiyi fikirlərdən bildirdiklərini, qanuna görə vərəsənin miras əmlakdan imtina ərizəsini vərəsəlik açıldığı müddətdən 6 ay müddətində verməli olduğunu və notariusun həmin müddətdə ərizəni qəbul etmək hüququnda olduğunu, lakin tərəflər arasında razılıq olduğu halda həmin ərizənin qəbulunun qadağan olunmadığını, mərhum Yalçının vərəsələrinin müraciəti əsasında vərəsəlik işi açdıqlarından digər vərəsələrin ərizələrinin alındığını, qanuna görə vərəsənin vərəsəlik açıldıqdan 3 ay sonra hüququnu itirdiyini, digər zəruri hallarda həmin müddətin 6 ay olduğunu, həmin müddət keçdikdən sonra notariusun vərəsə olaraq verilmiş ərizəni qəbul etməsinin qanunvericilikdə nəzərdə tutulmadığını, bunları nəzərə alaraq iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Ramazanova (Vəliyeva) Nüşabə Fərəməz qızına məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxış iclasında iştirak etməmiş, lakin məhkəmədə nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə baxış iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. Məhkəmə baxışı iclasında cavabdehin vəkili və nümayəndəsi qismində izahat verən Vəkil2 iddianı qəbul etmədiklərini, avtomobilin birgə nikah dövründə qazanıldığını, bu səbəbdən qanun üzrə şəhadətnamənin etibarsızlığına dair tələbə baxıla bilmədiyini, avtomobilin sahibi olmadan iddiaçı tərəfin istifadə etməsi ilə əlaqədar faktlarının əsassız olduğunu, qanuna görə avtomobilin mülkiyyətçisi olmadan idarə olunmasının qanunsuz olduğunu, avtomobilin texniki baxışına və sığortasına dair iddiaçı tərəfin sübut təqdim edə bilməməsini, qanun üzrə vərəsəlik şəhadətnaməsi olduğu halda mirasın qəbulu faktına baxılmasının mümkün olmadığını, qanun üzrə müddət keçdikdən sonra vərəsələr arasında razılıq olduğu halda notariusun ərizələri qəbul edib qanun üzrə vərəsəlik şəhadətnaməsi verməsinin qadağan olunmadığını, miras əmlak hesab olunan avtomobilin birgə nikah müddətində qazanılan əmlak olduğunu, notariusun bu əsasdan miras əmlakın vərəsə tərəfindən faktiki qəbuluna istinadən şəhadətnamə verdiyini, digər tərəfdən vərəsələrin zorla deyil razılaşma əsasında notariusa gedib ərizə verdiklərini, iddiaçının verdiyi ərizənin mətnində təkcə imtinanın olmadığını deyil, həmçinin miras əmlakı qəbul etmədiyi fikirlərinin də olduğunu, ərizənin şəxsin iradə ifadəsi olduğundan notariusun onun qəbulundan imtina etməsi hüququnun olmadığını, notariat əməliyyatlarının yerinə yetirilməsi təlimatında belə bir qadağanın mövcud olmadığını, vərəsələrin razılığı olduğundan notariusun qanunu olaraq qanun üzrə vərəsəlik şəhadətnaməsi verdiyini, avtomobilin iddiaçının həyətində qalmasının mirasın qəbulu faktı olmadığını, həmçinin həmin həyətdə mərhum Yalçının da evinin olduğunu, həmçinin avtomobilin birgə nikah müddətində qazanılmış əmlak olduğundan mirasın qəbulu faktına baxıla bilinməməsini, iddiaçının həmin avtomobildən istifadəsinin qanuni olmadığını, bunları nəzərə alaraq iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh tərəfdən müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X12 və X16 məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, onlar məhkəmə baxış iclasında iştirak etməmişlər. Məhkəmə baxış iclası cavabdeh tərəfdən müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan keçirilmişdir. Məhkəmə baxış iclasında şahid qismində dindirilərək ifadəsi alınan X38, İddiaçı ilə qonşu olduqlarını, Yalçının atasının vəfatından sonra başqa yerdə ev tikib anası ilə bir müddət orada yaşadığını, Yalçının vəfatından sonra Südabənin öz evinə qayıdıb yaşadığını, hazırda Elçinin anası ilə birlikdə yaşadığını, Yalçının avtomobilinin vəfatından sonra Südabənin həyətində olduğunu, avtomobildən Elçinin və Südabənin istifadə etdiyini, başqa şəxslərin istifadə etmədiyini, həmin həyətdə ataları Aftandilin sağlığında ev tikib Yalçına verdiyini, həmin evlərin biri-birindən ayrı olduğunu, həyətin girişlərinin eyni olduğunu, evlərə girişlərinin ayrı olduğunu, həyətin böyük olduğunu, həyətdə qaraj və çardağın olduğunu, Yalçının vəfatından sonra avtomobilin başqa yerə getmədiyini, Elçinin avtomobili istifadə etdiyini, Südabənin də həmin avtomobillə gedib-gəldiyini gördüyünü bildirdi. Məhkəmə baxış iclasında şahid qismində dindirilərək ifadəsi alınan X43, Südabə və Nüşabəni tanıdığını, qohumluğu və ədavəti olmadığını, Yalçın və Elçin qardaşlarının avtomobil təmiri və xidməti sexlərinin olduğunu, həmin sexin həyatəyanı sahələrində olan qarajda yerləşdiyini, uzun müddət həmin sexdə onlarla birlikdə işlədiyini, bu səbəbdən həmin ailəni tanıdığını, hazırda başqa yerdə işlədiyini, lakin həftənin bazar günləri Elçinin sexində işlədiyini, Yalçın vəfat edəndə orada işlədiyini, Yalçının BMV markalı göy rəngdə avtomobilinin olduğunu, həmin avtomobilin həmişə həyətlərində olduğunu, iki qardaşın istifadə etdiyini, Yalçın vəfat etdikdən sonra da orada olduğunu, Elçinin idarə etdiyini, İddiaçıda həmin avtomobillə harasa getdiyini gördüyünü, Elçinlə Südabədən başqa həmin avtomobildən kiminsə istifadə etməsini görmədiyini, iki ilə yaxın müddət əvvəl həyətyanı sahələrdə avtomobil təmirinin dayandırıldığından həmin həyətə getmədiyini, bu səbəbdən başqa iş tapdığını, sonra məhdudiyyət götürüldükdə bazar günləri işləməyə davam etdiyini, hazırda həmin həyətə getdiyini, Elçinin bu gündə BMV markalı avtomobili istifadə etdiyini, Yalçının atasının sağlığında evin bir hissəsini ayırıb ona verdiyini, sonra Yalçının başqa yerdə ev tikib köçdüyünü, Yalçının vəfatından sonra ailəsinin həmin avtomobildən istifadə etməsini görmədiyini, lakin avtomobillə dair mübahisələrinin olduğunu eşitdiyini, Elçinlə Yalçının gördükləri işin bir olduğunu, qazanclarının bir olduğunu, eşitdiyinə görə bu yaxınlarda Elçinin Yalçının qızına avtomobilə görə pul verdiyini, məbləği bilmədiyini bildirdi. İş materiallarına əlavə olunmuş: 17 may 2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətinə əsasən, 31 iyul 2018-ci il tarixdə vəfat etmiş X6 vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan arvadı Cavabdeh1dır və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Naxçıvan MR DİN DYP QİTBŞ tərəfindən verilmiş 30 dekabr 2016-cı il tarixli, AC791378 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WBACA91050KA35408, buraxılış ili 1998-ci il olan BMW AG 3C CA91 02 3181 minik markalı, ** BE *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. 17 may 2022-ci il tarixli notarial təsdiqli ərizəyə əsasən, İddiaçı 31 iyul 2018-ci il tarixdə vəfat etmiş oğlu X6 ölümündən sonra onun harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlaklardan ona çatan payı qəbul etmədiyini, etmək niyyətində olmadığını, həmin miras əmlaklardan vərəsəlik yolu ilə ona çatan paydan imtina etdiyini, adının Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə salınmasını istəmədiyini, gələcəkdə həmin miras əmlaka dair heç bir şikayət və tələbinin olmayacağını bildirmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti 5 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş 30 iyun 2022-ci il tarixli, 768 nömrəli arayışa əsasən, X2 aşağıdakı vərəsələri vardır:

1. X17 atası 23 oktyabr 2015-ci il tarixdə vəfat edib;

2. İddiaçı anası 1954-cü il təvəllüdlü;

3. X23 həyat yoldaşı 1975-ci il təvəllüdlü;

4. X20 qızı 1998-ci il təvəllüdlü;

5. X24 qızı 2000-ci il təvəllüdlü. AZ-İ seriyalı, 598134 nömrəli, 01 iyul 2022-ci il tarixli çıxarışa əsasən, X18 31 iyul 2018-ci il tarixdə vəfat etmiş və bu barədə ölüm kitabında 273 nömrə ilə qeyd edilmişdir. 30 dekabr 2016-cı il tarixdə verilmiş AC seriyalı, 791378 nömrəli X9 Şəhadətnaməsinin surətinə əsasən, ban nömrəsi WBACA91050KA35408, buraxılış ili 1998-ci il olan BMW AG 3C CA91 02 3181 minik markalı, sedan tipli, 75BE990 dövlət nömrə nişanlı avtomobil X6 adına qeydiyyata alınmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(078)-229/2022 nömrəli qətnaməsinin surətinə əsasən, 23 oktyabr 2015-ci il tarixdə ölən X4 miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı və X21 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, iddia qismən təmin edilməli olduğundan iddiaçı X21 tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (yüz) manat miqdarında dövlət rüsumunun 50 (əlli) manat hissəsinin iş üzrə cavabdehlər X19, X22, X25, X20 və X8 müştərək qaydada alınaraq iddiaçı X13 ödənilməsi qət edilmişdir. Məhkəmə iddia ərizəsini, izahatları, şahid ifadələrini və toplanmış sübutları əlaqəli şəkildə təhlil edərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndində göstərilir ki, dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci mаddəsinə əsаsən, mülki işlər üzrə məhkəmə icrааtının vəzifələri hər bir fiziki və yахud hüquqi şəхsin Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsındаn, qаnunlаrındаn və digər nоrmаtiv hüquqi аktlаrındаn irəli gələn hüquq və mənаfelərinin məhkəmədə təsdiq оlunmаsıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx.xx.2014-cü il tarixli Qərarında qeyd etmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Burada nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1257.1-ci maddəsinə əsasən, hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Məhkəmə qeyd edir ki, mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, hüquqi nəticəyə gəlmək üçün konkret hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir: mirası lazımi vəziyyətdə saxlayır, sığorta tədiyəsini və miras əmlak üçün vergini ödəyir və s. Avropa İnsan Hüquqları Məhkəməsi, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında iddia müddətinin əhəmiyyəti ilə əlaqədar qeyd etmişdir ki, birinci, o hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 327-ci maddəyə əsasən birtərəfli əqdlərə öhdəliklər və ya müqavilələr haqqında ümumi müddəalar müvafiq surətdə o halda tətbiq edilir ki, bu, bu Məcəlləyə, əqdin birtərəfli xarakterinə və mahiyyətinə zidd gəlməsin. 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. [326] 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə iddia tələbinin 17 may 2022-ci il tarixli İddiaçı ərizəsinin və imzasının etibarsızlığına dair hissədə aşağıdakıları qeyd edir. Mülki işin tədqiq olunan faktiki hallarından və mülki işə əlavə edilmiş sənədlərdən məlum olur ki, 31 iyul 2018-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi İddiaçı 17 may 2022-ci il tarixdə notariat ofisinə ərizə verərək miras qalmış əmlakdan imtina etməsini, adının qanun üzrə vərəsəlik şəhadətnaməsinə salınmasını istəməməsini bildirmiş və notarius həmin ərizəni nəzərə alaraq həmin tarixdə Cavabdeh1 BMV markalı avtomobilə münasibətdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Məhkəmə qeyd edir ki, notarius 17 may 2022-ci il tarixdə Cavabdeh1 Məmməd qızından bu məzmunda ərizə alıb Cavabdeh1 BMV markalı avtomobilə münasibətdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməklə qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası MM-in 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzürlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Göründüyü kimi qanunvericilik vərəsənin vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasdan imtinasını nəzərdə tutur. Həmin müddət keçdikdən sonra qəbul olunmuş imtina etibarlı sayıla bilməz. Məhkəmə hesab edir ki, İddiaçı 17 may 2022-ci il tarixdə notariat ofisinə verdiyi miras əmlakdan imtina ərizəsi qanunla nəzərdə tutulmuş müddətdə verilmədiyindən etibarsız sayılmalıdır. Məhkəmə iddia tələbinin 17 may 2022-ci il tarixli, Cavabdeh1 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılmasına dair hissədə qeyd edir ki, şəhadətnamə hüquqi nəticələrə səbəb olduğundan etibarsız sayılmalıdır. Belə ki, iş üzrə tərəflərin izahatından və iş materiallarından da aydın olur ki, tərəflərin razılaşması əsasında notariusun İddiaçı miras əmlakdan imtina ərizəsini qəbul edib Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Hazırda ərizə etibarsız sayıldığından onun nəticəsində verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə də etibarsız sayılmalıdır. Məhkəmə iddia tələbinin iddiaçının miras qalmış əmlakın qəbulu faktına dair hissəsi ilə əlaqədar qeyd edir ki, həmin hissədə tələb təmin olunmalıdır. Belə ki, iş üzrə tərəflərin və şahidlərin izahatından məlum olur ki, mərhum Y.Ramazanovun vəfatından sonra miras qalan BMV markalı avtomobil iddiaçının istifadəsində qalmaqla onun özü və oğlu E.Ramazanov tərəfindən istifadə olunmaqla qulluq göstərilmişdir. Beləliklə, məhkəmə işin faktiki hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməklə, X2 mülkiyyətində olan ban nömrəsi WBACA91050KA35408, buraxılış ili 1998-ci il olan BMW AG 3C CA91 02 3181 minik markalı, sedan tipli, 75BE990 dövlət nömrə nişanlı avtomobilin anası İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli, İddiaçı tərəfindən verilmiş 17 may 2022-ci il tarixli, **********761 saylı ərizə etibarsız sayılmalı, 17 may 2022-ci il tarixli, **********761 saylı ərizədə İddiaçı tərəfindən icra edilmiş və Naxçıvan şəhər 1 saylı Notariat Ofisinin notariusu tərəfindən təsdiqlənmiş imza etibarsız sayılmalı, Cavabdeh1 münasibətdə verilmiş 17 may 2022-ci il tarixli, V- 60/2022 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə etibarsız sayılmalıdır. Belə ki, iş üzrə sübutlarla tam təsdiq olunur ki, 31 iyul 2018-ci il tarixdə vəfat etmiş mərhum X3 qalmış miras əmlakı vərəsələrdən anası İddiaçı qəbul etmiş, Notariat Ofisinə müraciət edərək, həmçinin miras əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə faktiki başlamaqla, mirası qəbul etdiyini şəksiz nümayiş etdirərək qəbul etmişdir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

qətetdi:

İddia təmin edilsin. İddiaçı tərəfindən verilmiş 17 may 2022-ci il tarixli, **********761 saylı mirasın qəbulundan imtina ərizə etibarsız sayılsın. 17 may 2022-ci il tarixli, **********761 saylı ərizədə İddiaçı tərəfindən icra edilmiş və Naxçıvan şəhər 1 saylı Notariat Ofisinin notariusu tərəfindən təsdiqlənmiş imza etibarsız sayılsın. Cavabdeh1 münasibətdə verilmiş 17 may 2022-ci il tarixli, V-60/2022 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə etibarsız sayılsın. X2 mülkiyyətində olan ban nömrəsi WBACA91050KA35408, buraxılış ili 1998-ci il olan BMW AG 3C CA91 02 3181 minik markalı, sedan tipli, 75BE990 dövlət nömrə nişanlı avtomobilin anası İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar